Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-70/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, iddiaçının vəkili X7 və Cavabdeh1 nümayəndəsi X8 iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 aprel 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1, maraqlı şəxs Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Lənkəran şəhəri X17 yerləşən 0,00625 kv.m torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunmuş hissəsinin onun qanunsuz sahibliyindən azad edilməklə qanuni-mülkiyyətçisinə təhvil verilməsi, ona məxsus torpaq sahəsinin qanuni sərhədləri daxilində inşa edilmiş və hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin arxa divarının (hasarının) cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin yaşadığı fərdi yaşayış evinə aid və onun mülkiyyətində olan torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşdirilmiş qaz sayğacının, eləcə də həmin mənzilin Lənkəran şəhəri, Həzi Aslanov küçəsinə paralel yerləşən divarının (hasarın) üzərinə vurulmuş və mülkiyyətində olan torpaq sahəsinin daxilinə keçmiş təxminən 60 sm uzunluğunda lambrin üzlüyün cavabdehin vəsaiti hesabına sökülməsi, A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X17 yerləşən və xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.20 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, yağış sularının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətti çəkilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X14 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək X2 cavabdeh qismində cəlb edilməsi və **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Lənkəran şəhəri X17 yerləşən 0,00625 kv.m torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh4 tərəfindən zəbt olunmuş hissəsinin onun qanunsuz sahibliyindən azad edilməklə qanuni-mülkiyyətçisinə təhvil verilməsi, ona məxsus torpaq sahəsinin qanuni sərhədləri daxilində inşa edilmiş və hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin arxa divarının (hasarının) cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin yaşadığı fərdi yaşayış evinə aid və onun mülkiyyətində olan torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşdirilmiş qaz sayğacının, eləcə də həmin mənzilin Lənkəran şəhəri, Həzi Aslanov küçəsinə paralel yerləşən divarının (hasarın) üzərinə vurulmuş və mülkiyyətində olan torpaq sahəsinin daxilinə keçmiş təxminən 60 sm uzunluğunda lambrin üzlüyün cavabdehin vəsaiti hesabına sökülməsi, A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X17 yerləşən və xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.20 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə Cavabdeh1 və X10 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, yağış sularının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətti çəkilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X15, iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 iddiaçının qonşusu, maraqlı şəxs Cavabdeh2 isə iddiaçının doğma qardaşıdır. Hazırda iddiaçının mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsi Lənkəran şəhəri Həzi Aslanov küçəsinə paralel olaraq yerləşməkdədir və İddiaçı həmin torpaq sahəsində qeyriyaşayış binası inşa etmək fikrindədir. Onun mülkiyyətində olan və Lənkəran şəhəri Həzi Aslanov küçəsindəki 0,00625 kv.m torpaq sahəsinin sol tərəfində yerləşən mənzildə Cavabdeh1 yaşayır. Həmin torpaq sahəsinin sağ tərəfində iddiaçının qardaşı Cavabdeh2 məxsus qeyri-yaşayış binası yerləşir və həmin 0,00625 kv.m torpaq sahəsi hal-hazırda tikinti aparılması üçün hazır vəziyyətə gətirilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahsində tikinti aparmağına maneçilik törədir, cavabdehin halhazırda yaşadığı fərdi yaşayış evinin arxa divarı iddiaçının həyətində olan torpaq sahəsində inşa edilmişdir. Bununla yanaşı cavabdehin yaşadığı mənzilin qaz sayğacı da iddiaçıya məxsus torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşir. Eyni zamanda cavabdehin yaşadığı həmin mənzilin Lənkəran şəhəri, Həzi Aslanov küçəsinə paralel yerləşən divarının üzərinə vurulmuş lambir üzlük də təxminən 60 sm uzunluğunda iddiaçıya məxsus torpaq sahəsinə keçmişdir. Uzun illərdir cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməkdədir. Bu səbəbdən də iddiaçı cavabdehin öz qanunsuz əməllərindən əl çəkmədiyini görüb hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi üzrə təyin edilmiş və məhkəmə iclasında elan edilmiş tikinti-texniki ekspertizasının verdiyi müvafiq rəydən də görünür ki, cavbdehlər Cavabdeh1 və X10, iddiaçıya məxsus olan ərazinin müəyyən hissəsini zəbt etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X14 İddiaçı Nazim oğlunun vəkili və nümayəndəsi X7 izahatına əlavəsinin olmadığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Lənkəran şəhəri H,Aslanov küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı,yaşayış sahəsi 44,8 kv.m, ümumi sahəsi 82,1 kv.m olan H.Aslanov küçəsi 82 №-li ev şəxsi mülkiyyət əsasında qaynı Cavabdeh4 məxsusdur. O, uzun müddətdir ki, Cavabdeh4 razılığı ilə orda yaşayır. Onun tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsi zəbt olunmamışdır. Lakin İddiaçı tərəfindən qanunsuz tikinti işləri aparılarkən buna icazə verməmişdir. Onun etdiyi hərəkətlər tam qanuni olmuşdur. Bundan əlavə o, ekspertin verdiyi rəylə də razı deyildir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vəkili və nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Lənkəran şəhəri H, Aslanov küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı,yaşayış sahəsi 44,8 kv.m, ümumi sahəsi 82,1 kv.m olan H.Aslanov küçəsi 82 №-li ev şəxsi mülkiyyət əsasında Cavabdeh4 məxsusdur. Cavabdeh4 mülkiyyətində olan evdə Cavabdeh1 istifadə edir. İddiaçı qarşı iddia qaldıraraq cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edildiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında ekspertiza təyin olunması barədə qərardad qəbul edərək ekspertizanın aparılmasını «AB Consulting” MMC cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəsinə həvalə edilmişdir. Lakin ekspertizanının aparılması zamanı bir sıra qanun pozuntularına yol verilərək, o, cümlədən cavabdehə məxsus evin və torpaq sahəsinin sənədləri tələb olunmadan tədqiqat aparılmışdır. Belə ki, Cavabdeh4 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 82.1 kv m ölçüdə olması nəzərə alınmamışıdr. Buna görə də, ekspertin rəyi tam olamdığı üçün kifayət qədər aydın deyil. Buna görə də təkrar məhkəmə torpaqşunaslıq ekspertizanın təyin edilməsi, əks təqdirdə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında mütəxəssis qismində ifadə verən X9 bildirmişdir ki, o, «AB Consulting” MMC-də baş mütəxəssis vəzifəsində işləyir. Cəmiyyətin icraatına Lənkəran şəhəri, X17 yerləşən evin və torpaq sahəsinin Cavabdeh4 və Cavabdeh1 tərəfindən zəbt olunması və digər sualların aydınlaşdırılması barədə Lənkəran rayon məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı daxil olmuş və həmin qərardad əsasında mübahisəli ünvanda tədqiqatın aparılması ona həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar o, mübahisəli ünvanda olmuş tədqiqat ünvanına baxış keçirərək müvafiq mütəxəssis rəyi vermişdir. Mütəxəssis tədqqiatı mülki iş materiallarında olan məlumatlara tərəflər tərəfindən təqdim olunmuş sənədlərə əsasən aparılmışdır. Mülki iş materiallarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2020-ci il tarixdə verilən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0.00625 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X11 mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuş və mülkiyyətə verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışa əsasən, 0.025701 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuş və mülkiyyətə verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları öz əksini tapmışdır. Qeyd olunur ki, mübahisələndirilən torpaq sahəsinin GPS aləti vasitəsi ilə qeydə alınan koordinatları plan və ölçü sxemlərində qeyd olunan koordinatlar kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə, torpaq sahəsinin koordinatları qeyd edilmiş yerquruluşu sxeminə əsasən dəqiqləşdirilmişdir. Aparılmış dəqiqləşdirmələr zamanı və koordinatların proqram vasitəsilə yığılması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 0.00625 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunur və bu həmin torpaq sahəsinin 6.3 m2 hissəsinin cənubşərq tərəfdən istifadə olunması deməkdir. Bundan əlavə qeyd olunur ki, İddiaçı məxsus Lənkəran şəhəri, X21 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin və Cavabdeh4 mülkiyyətində olan, faktiki olaraq Cavabdeh1 istifadə etdiyi daşınmaz əmlakın naturada koordinatları və sərhədləri müəyyən olunmuşdur. Torpaq sahəsinin Plan və Ölçü sənədində olan koordinatları Google Earth proqramı vasitəsilə dəqiqləşdirilərkən, ortofoto üzərində müəyyən olunmuşdur ki, tərəflərin torpaq sahələri arasındakı sərhəddə inşa edilmiş daş hasar İddiaçı məxsus 0.00625 ha torpaq sahəsinin daxilində yerləşir. Bundan əlavə müəyyən olunmuşdur ki, Cavabdeh4 məxsus olan və faktiki olaraq Cavabdeh1 istifadə etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyət statusunda deyil, Cavabdeh4 məxsus fərdi yaşayış evinin Həzi Aslanov küçəsinə paralel giriş hissəsindəki divarına vurulmuş lambir üzlük iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilinə 0.83 metr məsafədə keçir. Bundan başqa Cavabdeh4 məxsus qaz sayğacı da istifadə olunan sahədə quraşdırılmışdır. Cavabdehə məxsus fərdi yaşayış evinin yalnız tikilisinin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin və texniki pasportunun surətləri məhkəmə tərəfindən ona təqdim olunmuşdur. Həmçinin yerli baxış zamanı cavabdehə məxsus fərdi yaşayış evinə daxil olmuş və həyətdə ölçü işləri və eyni zamanda foto çəkiliş apararaq mütəxəssis rəyinə əlavə etmişdir. Onun tərəfindən təhqiqat aparılarkən və mütəxəssis rəyi verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsi ilə (Hakim M.İsayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 İddiaçı məxsus Lənkəran şəhəri, X21 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsindən çıxarılaraq mülkiyyətçisinə təhvil verilməsi, iddiaçıya məxsus torpaq sahəsinin qanuni sərhədləri daxilində inşa edilmiş və hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin arxa divarının (hasarının) cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin yaşadığı fərdi yaşayış evinə aid və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşdirilmiş qaz sayğacı, eləcə də həmin mənzilin Lənkəran şəhəri, Həzi Aslanov küçəsinə paralel yerləşən divarının (hasarın) üzərinə vurulmuş və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilinə keçmiş təxminən 60 sm uzunluğunda lambir üzlüyü cavabdehlərin vəsaiti hesabına sökülməsi, A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X17 yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.20 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılması, yağış sularının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətt çəkilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qayadada 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 Mülki Məcəllənin 152.1, 152.5, 180.1, 180.4, 239-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin ekspertiziya təyin edilməsi barədə vəsatətini əsassız olaraq təmin etməmişdir. Mütəxəssiz və ekspert qarşısında qoyulan suallar düzgün olmamışdır. Birinci instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə qanunsuz və ədalətsiz olmuşdur. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. cavabdeh Səlimova X12 Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi X16 apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X14 apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh4, maraqlı şəxs Cavabdeh2 İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, maraqlı şəxs Cavabdeh2 və İddiaçı iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən isə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Belə ki, Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********37 saylı çıxarışdan görünür ki, Lənkəran şəhəri, X17 yerləşən 0,00625 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən 1808.1005-ci il tarixli 82A saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Lənkəran şəhəri H,Aslanov küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı,yaşayış sahəsi 44,8 kv.m, ümumi sahəsi 82,1 kv.m olan H.Aslanov küçəsi 82 №-li ev şəxsi mülkiyyət əsasında Cavabdeh4 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 27 dekabr 2021-ci il tarixli 10/6111 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyində - İddiaçı məxsus Lənkəran şəhəri, X21 35 ünvanında yerləşən 0,00625 ha torpaq sahəsinin və Cavabdeh4 mülkiyyətində olan faktiki olaraq Cavabdeh1 istifadə etdiyi daşınmaz əmlakın koordinatları və sərhədləri müəyyən olundu. İddiaçı məxsus 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsi cavabdehlər tərəfindən cənub-şərq istiqamətində istifadə edilir. Tərəflərin torpaq sahələri arasındakı sərhəddə inşa edilmiş daş hasarın İddiaçı məxsus 0,00625 ha torpaq sahəsinin daxilində yerləşir. Sözügedən torpaq sahəsində daş hasarın tikintisinin davam etdirilməsi tikinti və şəhərsalma normaları baxımından mümkün olduğu, belə ki, Cavabdeh4 məxsus olan faktiki olaraq Cavabdeh1 istifadə etdiyi daşınmaz əmlakın fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyət statusunda deyil. Cavabdeh4 məxsus fərdi yaşayış evinin Həzi Aslanov küçəsinə paralel giriş hissəsindəki divarına vurulmuş lambir üzlük iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilinə 0.83 metr məsafdə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 27 dekabr 2021-ci il tarixli 10/6111 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İş materiallarında olan Lənkəran şəhər İHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, Səlimova X12 şəhəri, H. Aslanov xiyabanı, ev 32 ünvanında qeydiyyatdadır və hal-hazırda yaşayır. İş materiallarında olan 23.02. 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşıdıraraq müəyyən etdi ki, iddiaçının **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Lənkəran şəhəri X17 yerləşən 0,00625 kv.m torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunmuş hissəsinin onun qanunsuz sahibliyindən azad edilməklə qanuni-mülkiyyətçisinə təhvil verilməsi, ona məxsus torpaq sahəsinin qanuni sərhədləri daxilində inşa edilmiş və hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin arxa divarının (hasarının) cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin yaşadığı fərdi yaşayış evinə aid və onun mülkiyyətində olan torpaq sahəsinin qanuni sərhədləri daxilində yerləşdirilmiş qaz sayğacının, eləcə də həmin mənzilin Lənkəran şəhəri, Həzi Aslanov küçəsinə paralel yerləşən divarının (hasarın) üzərinə vurulmuş və mülkiyyətində olan torpaq sahəsinin daxilinə keçmiş təxminən 60 sm uzunluğunda lambrin üzlüyün cavabdehin vəsaiti hesabına sökülməsi, A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X17 yerləşən və xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.20 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, yağış sularının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətti çəkilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istiadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239-cu maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan və ya buna lazimi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikinti, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi şəkildə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qanunsuz olaraq iddiaçıya torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə etdiklərinə, həmin bir hissədə hasar tikdiklərinə, mənzillərinə gedən qaz sayğacını iddiaçıya məxsus torpaq sahəsində yerləşdirdiklərinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Apellyasiya icraatı zamanı mübahisəli mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertiziyası təyin edilmişdir. Aparılmış ekspertiziya təqdiqatının nəticələri aşağıdakılardır:
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********46 saylı mütəxəssis rəyinə əsasən, **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı esedov Nazim Qədir oğlunun mülkiyyətində olan 0,00625 ha torpaq sahəsinin sərhədləri yerində müəyyənləşdirildi və torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki vəziyyəti üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin də sərhədləri yerində müəyyənləşdirildi. Cavabdeh1 istifadə etdiyi daşınmaz əmlaka aid hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən, sözügedən daşınmaz əmlakın sənəd üzrə yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********46 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı Qedir oğlunun **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 0,00625 ha torpaq sahəsinin 2,6 kv.m hissəsinin (torpaq sahəsinin cənub istiqamətində X19 tərəf) cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuşdur.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrive Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********46 saylı mütəxəssis rəyinə əsasən, **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,00625 ha torpaq sahəsi ilə cavabdeh X4 istifadəsində olan torpaq sahəsinin arasındakı sərhəddə cavabdehlərə məxsus daş hasarın 9,4 m hissəsi iddiaçının mülkiyyətində olan (həmin 2,6 kv.m hissəsində) torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********46 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,00625 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilən hissəsində lambir üzlük və qaz sayğacının olması müşahidə edilmişdir. Məhkəmə kollegiya qeyd edir ki, keçirilmiş ekspertiziya təqdiqatının nəticəsindən müəyyən olunur ki, İddiaçı Qedir oğlunun **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 0,00625 ha torpaq sahəsinin 2,6 kv.m hissəsinin (torpaq sahəsinin cənub istiqamətində X19 tərəf) cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Həmçinin İddiaçı mülkiyyətində olan 0,00625 ha torpaq sahəsi ilə cavabdeh X4 istifadəsində olan torpaq sahəsinin arasındakı sərhəddə cavabdehlərə məxsus daş hasarın 9,4 m hissəsi iddiaçının mülkiyyətində olan (həmin 2,6 kv.m hissəsində) torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Kollegiya keçirilmiş ekspertiziya tədqiqatının nəticələrinə uyğun olaraq qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsi aşağıdakı hissələrdə dəyişdirilməlidir: Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 İddiaçı məxsus Lənkəran şəhəri, X21 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsindən çıxarılaraq mülkiyyətçisinə təhvil verilsin hissəsində dəyişdirilərək Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 İddiaçı məxsus Lənkəran şəhəri, X21 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin 2.6 m2 hissəsindən çıxarılaraq mülkiyyətçisinə təhvil verilsin. A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X17 yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.20 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılsın hissəsində dəyişdirilərək A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X17 yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.40 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.40 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 9.40 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılsın, Yağış sularının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətt çəkilsin. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun hissəsində dəyişdirilərək Yağış sularının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 9.40 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətt çəkilsin. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun kimi müəyyən edilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsi yuxarıda qeyd olunan hissələrdə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsi aşağıdakı hissələrdə dəyişdirilsin:
1. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 İddiaçı məxsus Lənkəran şəhəri, X21 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsindən çıxarılaraq mülkiyyətçisinə təhvil verilsin hissəsində dəyişdirilsin.
2. A № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X17 yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.20 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.20 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 11.53 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılsın hissəsində dəyişdirilsin.
3. Yağış sularının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 11.53 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətt çəkilsin. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun hissəsində dəyişdirilsin. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(049)-312/2022 saylı qətnaməsinin dəyişdirilən hissələri aşağıdakılar kimi müəyyən edilsin:
1. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 İddiaçı məxsus Lənkəran şəhəri, X21 35 ünvanında yerləşən 0.00625 ha torpaq sahəsinin 2.6 m2 hissəsindən çıxarılaraq mülkiyyətçisinə təhvil verilsin.
2. № 472262 saylı torpaq sahəsinin planı və ölçüsünə, eləcə də MS ARCHİTEKTURAL MMC tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasına uyğun olaraq Lənkəran şəhəri X17 yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,00625 kv.m torpaq sahəsinin qanuni sərhədləri daxilində planda ölçüləri 3.00 m x 21.80 m olaraq müəyyən edilmiş xidməti obyekt inşası məqsədilə tikinti aparılması üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi tərəfdən başlayan (sol tərəfdən) hissəsindən 9.40 metr uzunluğunda yeni daş hasarın inşasına, yeni daş hasarın uzunluğunun 9.40 metr olduğu hissədən başlayaraq 45 sm ara məsafəsi buraxılmaqla 9.40 metr uzunluğunda daş hasarın tikintisinin davam etdirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən yaradılan maneələr aradan qaldırılsın.
3. Yağış sularının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökülməməsi gələcəkdə tikiləcək tikiliyə ziyan vurulmasının qarşısının alınması üçün cavabdehin öz vəsaiti hesabına yaşadığı fərdi yaşayış evinin dam hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa ediləcək 9.40 metr nəzərdə tutulan hasar uzunluğunda boru vasitəsilə xətt çəkilsin. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul cavabdeh X5 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.