Məhkəmə qərarları › İş №2(106)-706/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-706/2023

11.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-706/2023 11.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Xubalı oğlunun və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadından (hakim İ.Həsənquliyev) Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Xubalı oğlu Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçilik törədən bütün halların cavabdehə qadağan olunması, əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 05 may 2011-ci ildə verilmiş **********39 reyestr nömrəli seriya MA ******* saylı çıxarışla mülkiyyətində olan torpaq sahəsinin 0.33 ha hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçilik törədən bütün halların cavabdehə qadağan olunması, əldən çıxmış faydaya görə 2000 manat pulun və 150 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 qərarına əsasən X2 və onun ailə üzvlərində fərdi yaşayış, həyətyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədi ilə 1.72 ha torpaq sahəsi ayrılmış və bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Həmçinin kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə X2 və onun ailə üzvülərinə “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə 0.23 ha torpaq sahəsi ayrılmışdır. Ona Yardımlı rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1997-ci il tarixli 07 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə 0.39 ha torpaq sahəsi dövlət deydiyyatına alınmış və bunun üçün **********39 reyestr nömrəli MA ******* saylı Çıxarış verilmişdir. Bundan əlavə “Göyərçin” koopeativinin 10 noyabr 1999-cu il tarixli qərarına əsasən ona 1.0 ha torpaq sahəsi ayrılmışdır. Ailə üzvüləri ilə birlikdə faktiki istifadəsində 2.3160 ha həyətyanı torpaq sahəsi vardır. Cavabdeh onun mülkiyyətində olan 0.39 ha torpaq sahəsinin 0.33 ha hissəsindən qanunsuz istifadə edir. 0.33 ha torpaq sahəsi Cavabdeh Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən verilmişdir. Cavabdehdən tələb etsə də 6 ildir ki, torpaq sahəsini boşaltmır və bunun nəticəsində o, 2000 manat gəlirdən məhrum olmuşdur. Birinci instansiya məhkəməsində İddiaçı Xubalı oğlu tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iş üzrə icraata xitam verilməsini xahiş edib izahatında göstərmişdir ki, arvadı Cavabdeh atası cavabdehlər X3 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən ona çatan 0.33 ha torpaq sahəsinin ayrılıb verilməsi və İddiaçı Xubalı oğlu tərəfindən zəbt edilmiş həmin torpaq sahəsinin boşaltması barədə iddia tələbi Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsi ilə təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2016-cı il tarixli 2(106)-1887/2016 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Yardımlı Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2017-ci il tarixli 2(102)-2686/2017 saylı qərarı ilə də İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Yardımlı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsi icra edilərək, qətnamədə qeyd edilən 0.33 ha torpaq sahəsinin razılığa əsasən 0.30 ha hissəsi İddiaçı qanunsuz sahibliyindən azad edilərək Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0.30 ha olan həmin torpaq sahəsinə çıxarış verilmişdir. Yardımlı Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(038)-220/2022 saylı qərardadı ilə Mülki Prosessual Məcəllənin 261.2-ci maddəsinə istinadla (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa) işin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin izahatından və iş materiallarından görünür ki, Cavabdeh 0.33 ha torpaq sahəsi verilməsi barədə Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Hazırkı iddia tələbi də eyni tərəflər arasında eyni predmet barədə və eyni əsaslar üzrədir. Qərardaddan iddiaçı şikayət verərək ləğv olunmasını və işə mahiyyəti üzrə baxılıb həll edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrədir. Halbuki, hazırki mübahisə yuxarıda göstərilən əsaslarla bağlıdır. Məhkəmə iş üzrə ekspertiza təyin edərək məsələni aydınlaşdırmalı olduğu halda bunu etməmişdir. Bu baxımdan həmin halı prosessual hüquq normasının pozuntusu kimi qiymətləndirir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı 17 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2(106)-1932/2022 saylı qərardadı ilə İddiaçı Xubalı oğlunun şikayəti təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı 19 iyul 2022-ci il tarixli və 17 avqust 2022-ci il tarixli qərardadlarının ləğv edilməsi, İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçilik törədən bütün halların cavabdehə qadağan olunması, əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası üzrə mülki işin materialları mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Yardımlı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Xubalı oğlu Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 8 saylı Ərazi İdarəsi tərəfindən 05 may 2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli, MA ******* saylı çıxarışla mülkiyyətində olan 0.39 ha torpaq sahəsinin 0.33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” tələbi barədə iş üzrə icraata bu hissədə xitam verilmə qərara alınmışdır. Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Xubalı oğlu Cavabdeh qarşı “mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinin qadağan edilməsi, həmçinin əldən çıxmış fayda olaraq 2000 manatın və dövlət rüsumu kimi ödənilmiş 150 manatın cavabdehdən alınaraq ona verilməsi” barədə iddiası əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İddiaçı Mirzəyev X4 Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı 14 dekabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı Mirzəyev X4 Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı 14 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı 19 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin olunması, Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qərardadının ləğv edilməsi, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmadan mümkün olmadığı üçün, apellyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadının əsassız olduğu üçün ləğv edilməsini, Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı, 02 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin olunmamış, şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatın dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası İddiaçı Xubalı oğlunun Yardımlı Rayon Məhkəməsinin 2(038)- 220/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması ilə əlaqədar Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qərardadının ləğv edilməsi mövqeyi ilə razılaşsa da həmin qərardadın üçüncü abzasında olan “mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmadan mümkün olmadığı üçün, apellyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apellyasiya məhkəməsinə göndərilməsi” mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022ci il tarixli, 2(050)-220/2022 nömrəli qərardadı ilə İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 8 saylı Ərazi İdarəsi tərəfindən 05 may 2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli, MA ******* saylı çıxarışla mülkiyyətində olan 0.39 ha torpaq sahəsinin 0.33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edilən hissədə işə mahiyyəti üzrə baxmalı olduğu halda buna baxmamış və “mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)- 220/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmadan mümkün olmadığı üçün, apellyasiya şikayətinə baxılması üçün mülki işin Şirvan Apellyasiya məhkəməsinə göndərilməsi” qərarına gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı qismən “mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmadan mümkün olmadığı üçün, apellyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apellyasiya məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilməli və İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 8 saylı Ərazi İdarəsi tərəfindən 05 may 2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli, MA ******* saylı çıxarışla mülkiyyətində olan 0.39 ha torpaq sahəsinin 0.33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” hissədə mübahisəyə mahiyyəti üzrə baxılıb həll olunmasından ötrü Yardımlı Rayon Məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, iş üzrə artıq tələbin bir hissəsi üzrə qətnamə qəbul edilmişdir və bir iş üzrə iki qətnamənin qəbul edilməsi yolverilməzdir, birinci instansiya məhkəməsinin xitam etmiş olduğu hissədə tələbə mahiyyəti üzrə baxıb qiymət verəcəyi yekun məhkəmə aktı Əlavə Qətnamə formasında olmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 2(038)-220/2022 saylı 19 yanvar 2023-cü il tarixli qərardadı “mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-220/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmadan mümkün olmadığı üçün, apellyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilsin. İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 8 saylı Ərazi İdarəsi tərəfindən 05 may 2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli, MA ******* saylı çıxarışla mülkiyyətində olan 0.39 ha torpaq sahəsinin 0.33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işin materialları mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Yardımlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar