Məhkəmə qərarları › İş №2(106)-708/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-708/2025

01.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-708/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh3, X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə və Ağcabədi Notariat kontoruna qarşı İddiaçı1 və digərləri ilə X4 arasında 31 may 2008-ci il tarixdə Ağcabədi Notariat kontorunda bağlanmış Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X2 torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-97/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 01 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər – Cavabdeh3, X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsnə və Ağcabədi Notariat kontoruna qarşı X1 və digərləri ilə X4 arasında 31 may 2008-ci il tarixdə Ağcabədi Notariat kontorunda bağlanmış Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X2 torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-97/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi (hakim Sulduz Ləzimov) ilə, iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 17 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)708/2025 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 18 mart 2025-ci il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)708/2025 saylı, 18 mart 2025-ci il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 01 aprel 2025-ci il tarixə təyin edilmişdir. İşin apelyasiya baxışı zamanı Ağcabədi Rayon Məhkəməsini tərəfindən göndərilmiş 12 mart 2025-ci il tarixli məktubdan görünür ki, hazırkı iş üzrə digər iddiaçılar İddiaçı2 və Əliyeva (Rzayeva) Ləman Baba qızının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən apelyasiya şikayəti verildiyindən apelyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş materiallarının Ağcabədi Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə digər iddiaçılar İddiaçı2 və Əliyeva (Rzayeva) Ləman Baba qızının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar MPM-nin 361-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)708/2025 saylı, 18 mart 2025-ci il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla Ağcabədi Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)708/2025 saylı, 18 mart 2025-ci il tarixli qərardadı ləğv edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-97/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən digər iddiaçılar İddiaçı2 və Əliyeva (Rzayeva) Ləman Baba qızının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar