Məhkəmə qərarları › İş №2(106)-715/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-715/2023

30.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-715/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən, məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, İddiaçı iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X3 Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Cəlilabad rayonu, Muğan kəndində 0,12 hektar torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. X4 iddia ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, 05 fevral 2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması və cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. O, cavabdehi bir neçə dəfə torpağın qaytarılması barədə xəbərdar etməsinə baxmayaraq, cavabdeh ona heç bir əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh1 **********33 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X3 Cəlilabad rayonu, Muğan kəndində mülkiyyətinə verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPMin) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmiş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının müvafiq rəyinə əsaslanmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, təhkim aktında göstərilən torpaq sahəsinin 0,12 hektar və konfiqurasiyası JN-332A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən sahə (0,11 hektar) və cizginin konfiqurasiyası arasında uyğunsuzluq vardır. İzahatlar P r o s e s s u a l məsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında cavabdehin apellyasiya şikayətini prosesi uzatmaq məqsədilə verdiyini bildirmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Cəlilabad rayonu, Muğan kəndində 0,12 hektar torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Onun adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu təsdiq edən 05 fevral 2021-ci il tarixli, **********33 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli, AA 590933 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi idiaçı İddiaçı adına tərtib edilmişdir. İddiaçı, mülkiyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz tutulduğunu bildirməklə, torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İş üzrə müvafiq ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis arayışına əsasən verilmiş iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/5548 rəyinə görə, X3 tələb etdiyi torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 fevral 2022-ci il tarixli, **********33 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan 0,12 ha həyətyanı topaq sahəsi olduğu müəyyən edilir. Həmin torpaq sahəsinin tam olaraq Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilir. Sözügedən torpaq sahəsi cavabdehin çəpəri daxilində yerləşməklə üzərində tikilinin mövcud olmadığı və əkin işlərinin aparılmadığı müəyyən edilir. Kollegiya iş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyini sübut mənbəyi kimi qəbul edir. Beləliklə, təqdim edilmiş sübutlarla iddiaçının mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq cavabdehin istifadə etməsi müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia edilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququnu təsdiq edən müvafiq hüquq müəyyənedici sənədi vardır. Ekspert rəyi ilə torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına tutulduğu müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində və etirazında iddia edilən torpaq sahəsinin ona hər-hansı aidiyyətinin olmasını əsaslandırmamışdır. Cavabdeh tərəf yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus plan və ölçü sənədini inzibati məhkəmədə mübahisələndirmişdir. Lakin cavabdeh hazırkı işlə əlaqəli inzibati məhkəmənin icraatında icraat açılması ilə bağlı müvafiq sübut təqdim etməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(073)-533/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar