Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-715/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə*, cavabdehin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “0* mart 2023-cü il tarixli, 33 saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının və məzuniyyət haqqının ödənilməsi, 02 mart 2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və həmin əmrin 06 mart 2023-cü il tarixindən verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə 30 avqust 2023-cü ildə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh direktoru Nümayəndə2 tərəfindən verilmiş 0* mart 2023-cü il tarixli, 33 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, ötən müddət ərzində almadığı əmək haqqının və məzuniyyət pulunun hesablanaraq ona verilməsi və 55 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İmişli şəhər N.Nərimanov adına * saylı məktəb-liseyi direktorunun 0* mart 2023-cü il tarixli əmri ilə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Məktəb direktoruna mübahisənin mediasiya qaydasında həll edilməsi üçün poçt vasitəsilə 28 iyul 2023-cü ildə göndərdiyi müraciət müsbət həllini tapmamışdır. Bununla bağlı mübahisənin mediator vasitəsilə həll edilməsi üçün müraciət etmiş, mediator X6 tərəfindən *8 avqust 2023-cü il tarixə, saat *5:00-a təyin edilmiş ilkin mediasiya sessiyası baş tutmamış, bu haqda eyni tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. İddiaçı 3* iyul 2023-cü ildə məktubla məktəb direktoruna müraciət edərək, işdən azad edilməsi barədə əmrin surətinin ona təqdim edilmədiyini bildirib, ünvanına göndərilməsini xahiş etmişdir. Əmrin təsdiq edilmiş surəti poçt vasitəsilə (SS846808855AZ) ilə direktor tərəfindən 05 avqust 2023-cü ildə iddiaçıya təqdim edilmişdir. Eyni zamanda bildirir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsində bir çox qanun normalarının tələbləri pozulmuşdur. Bununla əlaqədar dəlillərini və iddiaya əlavəni məhkəməyə təqdim edəcəkdir. İmişli Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmiş, ərizədə hazırkı iş üzrə İddiaçı iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, o, Cavabdeh təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Onun 0* mart 2023-cü il tarixli ərizəsinə əsasən direktorun 0* mart 2023-cü il tarixli, 33 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 0* mart 2023-cü ildə xitam verilməsinə baxmayaraq, o, 2023-cü ilin iyul ayında mediasiya təşkilatına müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı qanunvericilik normalarına əhəmiyyət verməyərək, 4 aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, 0* mart 2023-cü ildə o, məktəbin direktoruna ərizə ilə müraciət edərək, həmin tarixdən işdən azad edilməsini xahiş etmiş və məktəb direktorunun müvafiq əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. O, ərizə ilə müraciət edərkən artıq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və o andan da iddia müddətinin axımı başlamışdır. Ona görə də cavabdeh hesab edir ki, müddətin buraxılması üçün heç bir üzrlü səbəb olmadığından, iddiaçının işə bərpa tələbinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddəti keçməsinə görə təmin edilməməlidir. Bundan sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərilənlərlə yanaşı, İddiaçı barəsində Cavabdeh direktoru Nümayəndə2 tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və xəstəlik səbəbindən işə çıxa bilməməsi barədə əmrin 06 mart 2023-cü il tarixdən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh məhkəməyə əmrlərin qeydiyyat kitabını təqdim etmiş və kitabdan müəyyən edilmişdir ki, məktəbin direktoru 02 mart 2023-cü il tarixli, 40 saylı əmr verərək göstərmişdir ki, “İddiaçı – məktəbin ingilis dili müəllimi xəstəlik səbəbindən işə çıxa bilmədiyi üçün onun adına taarifləşmiş 9 saat dərsin tədrisi 02 mart 2023-cü il tarixdən müəllim işə çıxana kimi müvəqqəti olaraq 7 saylı tam orta məktəbin müəllimi X* həvalə edilsin; əmrin verilməsinə əsas – İddiaçı xəstəlik vərəqi”. İddiaçı hesab edir ki, əmr əsassızdır. Belə ki, o, xəstəliklə əlaqədar işə 06 mart 2023-cü ildən çıxmamışdır və mülki işə əlavə edilmiş xəstəlik vərəqəsi də həmin tarixdən açılmışdır. Belə olan halda əmr daha əvvəlki tarixlə verilə bilməzdi. İddiaçı hesab edir ki, 02 mart 2023-cü il tarixli əmr onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmri ört-basdır etmək və bağlılıq yaratmaq məqsədilə verilmişdir. Çünki iddiaçı 04 mart 2023-cü ildə daxil olmaqla işdə olmuş, yalnız 06 mart 2023-cü ildən xəstəliyi ilə əlaqədar işə çıxmamışdır. İddiaçı *9 oktyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xəstəliklə əlaqədar işə çıxa bilmədiyi üçün iddia müddətini ötürməmişdir. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. İddiaçı daha sonra məhkəməyə yazılı qaydada məhkəmə çıxışı təqdim etmişdir. İddiaçı yazılı məhkəmə çıxışını onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin icraatında Cavabdeh qarşı “iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh direktoru Nümayəndə2 tərəfindən verilmiş 0*.03.2023-cü il tarixli, 33 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, ötən müddət ərzində almadığı əmək haqqının və məzuniyyət pulunun hesablanaraq ona verilməsi, 55 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması, xx.xx.2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və xəstəlik səbəbindən işə çıxa bilməməsi barədə əmrin xx.xx.2023-cü il tarixdən verilməsi” barədə iddia ərizəsi vardır. Əmri əsassız hesab etməsi barədə dəlilləri aşağıdakılardan ibarətdir. O, Cavabdeh 2000-ci ildən ingilis dili müəlliməsi vəzifəsində işləmişdir. 06.09.202*-ci il tarixdən məktəb direktorunun təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, 09.09.202*-ci il tarixdən isə direktor səlahiyyətlərinin müvəqqəti icrası ona həvalə edilmişdir. Yəni, iddiaçı eyni anda 3 vəzifəni yerinə yetirmişdir - müəllim, direktor müavini və direktor, əlavə olaraq Dairə Seçki Komissiyasının işinə cəlb edilmişdir. **0 nəfərlik kollektiv, *500 şagirdlik böyük məktəbdə bu işi aparmaq olduqca məsuliyyətli və yüklü idi, üstəlik onkoloji xəstəliyi ilə əlaqədar 2-ci qrup əlilliyi. Bunların fövqündə onkoloji xəstəliyi gündəlik narahat etməyə, səhhətini ağırlaşdırmağa başlayırdı. Belə ki, əlilliyi qalxanvari vəzin papilyar karsinomasının metastaz verməsi ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmişdir. 2023-cü ilin fevral ayında Nümayəndə2 məktəbə direktor vəzifəsinə təyin edilmiş, təyinatdan sonra iddiaçı ona bildirmişdir ki, səhhətinin əl verməməsi səbəbindən müavinlik vəzifəsini saxlamaqla müəllimlik vəzifəsindən çıxmaq istəyir və 0*.03.2023-cü il tarixdə bununla bağlı məktəb direktoruna ərizə yazmışdır. Yusif müəllim ərizəni qəbul etmiş, onunla söhbət etdikdən sonra iddiaçı ona fikrindən daşındığını bildirmiş və bu səbəbdən xx.xx.2023-cü il də daxil olmaqla hər 2 işi aparmaqda davam etmişdir, yəni həm dərsini demiş, həm də müavinlik etmişdir. xx.xx.2023-cü tarixdə, həftənin bazar günü səhhəti pisləşmiş və xx.xx.2023-cü tarixdə işə getməmiş, həkimə müraciət etmiş, əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış və xx.xx.2023-cü il tarixə kimi davam etmiş, həmin tarixdə bağlanmışdır. Əmək qabiliyyətinin olmaması vərəqəsi, özündə də qeyd edildiyi kimi, məhz qalxanvari vəzin papilyar karsinomasının şiddətlənməsi ilə əlaqədar açılmışdır. Buna baxmayaraq, iddiaçı əmək qabiliyyətini itirdiyi, işə gedə bilmədiyi, xərçəng xəstəliyi ilə ölüm-dirim mübarizəsi apardığı dövrdə məktəb direktoru əmr verərək onu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad etmişdir. Halbuki, iddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən yox, ingilis dili müəlliməsi vəzifəsindən azad edilməyi xahiş etmişdir. Bununla yanaşı, 33 saylı əmrin 0*.03.2023-cü il tarixdə verilməməsi onunla təsdiq edilir ki, həmin əmr 0*.03.2023-cü il tarixdə verilsəydi, təbii ki, həmin günü işdə olduğu üçün iddiaçıya verilərdi. 0*.03.2023-cü il tarixdə belə bir əmr iddiaçıya təqdim edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Müraciətdən sonra əmrin əslində *0.03.2023-cü il tarixdə, lakin arxa tarixlə (0*.03.2023) verilməsi onun *0.03.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməsi ilə təsdiq edilir. Əgər əmr həqiqətən də 0*.03.2023-cü il tarixdə verilmişdirsə, onda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə niyə *0.03.2023-cü il tarixdə daxil edilirdi? Halbuki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinin *-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi və bu maddənin *-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda, Əmək Məcəlləsinin 9-cu maddəsinin “o” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək hüququ vardır. Əmək Məcəlləsinin *4-cü maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla). Göründüyü kimi, əgər əmrin tarixi doğrudan da 0*.03.2023-cü il idisə, onda işəgötürən real vaxt rejimində (24 saat) işçinin yuxarıda qeyd edilən hüquqlarını təmin etməmiş, eyni zamanda öz vəzifələrini yerinə yetirməmişdir. Belə olan halda, həmin əmr ləğv edilməlidir. Başqa tərəfdən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə yerləşdirilmiş əmrin mətnində işçinin məktəbin direktoru vəzifəsindən azad edilməsi göstərilmişdir. Ləğv edilməsi xahiş edilən digər - 40 saylı, xx.xx.2023-cü il tarixli əmrin mətnində göstərilmişdir ki, İddiaçı – məktəbin ingilis dili müəllimi xəstəlik səbəbindən işə çıxa bilmədiyi üçün onun adına taarifləşdirilmiş 9 saat dərsin tədrisi işə çıxana kimi müvəqqəti olaraq 7 saylı tam orta məktəbin ingilis dili müəllimi X* həvalə edilsin. Əvvəla, işə əlavə etdiyi dərs yükünün 2022-2023-cü illərdə fənlər, siniflər üzrə bölüşdürülməsi barədə təsdiq edilmiş məlumatda İddiaçı adına *2 dərs saatının verildiyi göstərilir, həmçinin bu məlumat cədvəli Mil-Muğan RTİ tərəfindən təsdiq edilmiş və əmrlərin qeydiyyat kitabına yazılmışdır. 40 saylı, xx.xx.2023-cü il tarixli əmrdə isə bu rəqəm azaldılaraq 9 saat kimi göstərilmişdir, nəticədə İddiaçı xəstəlik pulu azalmışdır. Eyni zamanda əmrdə siniflər qeyd edilməmişdir. Digər tərəfdən, 40 saylı, xx.xx.2023-cü il tarixli əmrin əslində daha sonrakı tarixdə verilməsi onunla təsdiq edilir ki, İddiaçı xx.xx.2023 tarixə kimi işə gəlmiş, yalnız xx.xx.2023-cü il tarixdə bülletenə çıxmışdır, xəstəlik vərəqələri bunu təsdiq edir. xx.xx.2023-cü il tarixdə işəgötürən haradan bilirdi ki, işçi xx.xx.2023-cü il tarixdə bülletenə çıxacaq? Bu fakt onu təsdiq edir ki, işəgütörən bu əmri də arxa tarixlə vermişdir. Göstərilənlərə əsasən, İmişli Rayon Məhkəməsinin icraatında olan Cavabdeh qarşı iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh direktoru Nümayəndə2 tərəfindən verilmiş 0*.03.2023-cü il tarixli, 33 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, ötən müddət ərzində almadığı əmək haqqının və məzuniyyət pulunun hesablanaraq iddiaçıya verilməsi, 55 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, xx.xx.2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və xəstəlik səbəbindən işə çıxa bilməməsi barədə əmrin xx.xx.2023-cü il tarixdən *2 dərs saatı və siniflər qeyd edilməklə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edildikdən sonra bir ay müddətində işə bərpa haqqında iddia qaldırmayaraq tələb hüququnu itirmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı 06.09.202*-ci il tarixli əmək müqaviləsi bağlanaraq İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəbliseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmiş və onun əmək müqaviləsi *7.09.202*-ci il tarixdə xxxxxxx000300 saylı “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı 06.09.202*-ci il tarixdə məktəbin ingilis dili müəllimi vəzifəsindən, xx.xx.2023-cü il tarixdə isə məktəbin direktoru vəzifəsinin icrasından artıq azad edildiyi üçün 0*.0*.2023-cü il tarixli ərizəsi nəzərə alınaraq həmin vaxt qüvvədə olan yeganə əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən 0*.03.2023-cü il tarixdən xitam verilmiş və o, həmin əmrə əsasən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilərək AR ETN-nin *4.02.202*-ci il tarixli, F-82 nömrəli əmrinin 4.8-ci bəndinə əsasən məktəbdə vakant qalan ingilis dili müəllimi vəzifəsinə keçirilmişdir. İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş 0*.03.2023-cü il tarixli, 33 saylı əmrdə İddiaçı vəzifəsinin “direktor” kimi göstərilməsi tərtibatda yol verilən yanlışlıqla izah olunur və məsələnin mahiyyətini dəyişdirmir. Onun xx.xx.2023-cü il tarixədək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etməsini təsdiq edən heç bir sübut olmadığından “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” haqqında məlumatın elektron informasiya sistemində nə vaxt qeydiyyata alınması hüquqi əhəmiyyət daşımır və əmək müqaviləsinə xitam verilməsi haqqında 0*.03.2023-cü il tarixli, 33 saylı əmrin etibarsız hesab edilməsi və yaxud ləğv edilməsi üçün əsas deyil. İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixdə məktəbin ingilis dili müəllimi vəzifəsində əmək vəzifələrini icra etməsini təsdiq edən heç bir sübut təqdim etmədiyindən İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı əmrin ləğv edilib həmin əmrin xx.xx.2023-cü il tarixdən verilməsini tələb etməkdə də haqlı deyil. İddiaçı İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edildikdən sonra bir ay müddətində işə bərpa haqqında iddia qaldırmayaraq tələb hüququnu itirmişdir. İddiaçı hesab edir ki, qətnamə əsassız olduğu üçün ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. İddiaçı, Cavabdeh 2000-ci ildən ingilis dili müəlliməsi vəzifəsində işləmişdir. 06.09.202*-ci il tarixdən məktəb direktorunun təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və 09.09.202*-ci il tarixdən isə direktor səlahiyyətlərinin müvəqqəti icrası iddiaçıya həvalə edilmişdir. Yəni iddiaçı eyni anda 3 vəzifəni yerinə yetirirdi - müəllim, direktor müavini və direktor, əlavə olaraq Dairə Seçki Komissiyasının işinə cəlb edilmişdir. **0 nəfərlik kollektiv, *500 şagirdlik böyük məktəbdə bu işi aparmaq olduqca məsuliyyətli və yüklü idi, üstəlik onkoloji xəstəliyi ilə əlaqədar 2-ci qrup əlilliyi. Bunların fövqündə onkoloji xəstəliyi gündəlik narahat etməyə, səhhətini ağırlaşdırmağa başlayırdı. Belə ki, əlilliyi qalxanvari vəzin papilyar karsinomasının metastaz verməsi ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmişdir. 2023-cü ilin fevral ayında Nümayəndə2 məktəbə direktor vəzifəsinə təyin edilmiş və təyinatdan sonra iddiaçı ona bildirmişdir ki, səhhətinin əl verməməsi səbəbindən müavinlik vəzifəsini saxlamaqla müəllimlik vəzifəsindən çıxmaq istəyir və 0*.03.2023-cü il tarixdə bununla bağlı məktəb direktoruna ərizə yazmışdır. Yusif müəllim ərizəni qəbul etmiş, onunla söhbət etdikdən sonra iddiaçı ona fikrindən daşındığını bildirmiş və bu səbəbdən xx.xx.2023-cü il tarix də daxil olmaqla hər 2 işi aparmaqda davam etmiş, yəni həm dərsini demiş, həm də müavinlik etmişdir. xx.xx.2023-cü il tarixdə, həftənin bazar günü səhhəti pisləşmiş, xx.xx.2023-cü il tarixdə işə getməmiş, həkimə müraciət etmiş, əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış, xx.xx.2023-cü il tarixə kimi davam etmiş və həmin tarixdə bağlanmışdır. Əmək qabiliyyətinin olmaması vərəqəsi, özündə də qeyd edildiyi kimi, məhz qalxanvari vəzin papilyar karsinomasının şiddətlənməsi ilə əlaqədar açılmışdır. Buna baxmayaraq iddiaçı əmək qabiliyyətini itirdiyi, işə gedə bilmədiyi, xərçəng xəstəliyi ilə ölüm-dirim mübarizəsi apardığı dövrdə məktəb direktoru əmr verərək onu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad etmişdir. Halbuki, iddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən yox, ingilis dili müəlliməsi vəzifəsindən azad edilməyi xahiş etmişdir. Cavabdeh məhkəmədə bildirmişdir ki, ərizənin mətnində iddiaçı işdən azad olunmaq deyəndə direktor müavinliyini nəzərdə tutmuşdur. Sual yaranır ki, əgər ərizədə direktor müavini vəzifəsindən azad edilmək xahiş edilmirsə, bu qənaətə haradan gəlmişdir? Ərizədə direktor müavini vəzifəsindən azad edilmək sözləri olmadığı halda bunu niyə dəqiqləşdirməmişdir? Bununla yanaşı, 33 saylı əmrin 0*.03.2023-cü il tarixdə verilməməsi onunla təsdiq edilir ki, həmin əmr 0*.03.2023-cü il tarixdə çıxarılsaydı, təbii ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, həmin gün surəti iddiaçıya verilərdi. Nə 0*.03.2023-cü il tarixdə, nə də ondan sonrakı 02, 03, 04 mart 2023-cü il tarixlərində belə bir əmr iddiaçıya təqdim edilməmişdir. Təkcə bu hərəkətlə sübuta yetirilir ki, əslində *0.03.2023-cü il olan əmrin tarixi 0*.03.2023-cü il tarixə dəyişdirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə yerləşdirilmiş əmrin mətnində işçinin məktəbin direktoru vəzifəsindən azad edildiyi göstərilmişdir. Yuxarıda qeyd edilənlərlə sübuta yetirilir ki, əmrin tarixi Əmək Məcəlləsinin 49-cu maddəsinin *-ci bəndinə əsasən dəyişdirilmişdir. Əslində əmrin *0.03.2023-cü il tarixdə çıxarılmasına baxmayaraq, bu tarix 0*.03.2023-cü il kimi göstərilmişdir. Bunun nəticəsində iddiaçı direktor müavini kimi faktiki almalı olduğu əmək haqqını almamışdır. Eyni zamanda, direktor müavini kimi faktiki işlədiyi günlərin almalı olduğu əmək haqqını almamışdır. Əmrin arxa tarixlə çıxarılması iddiaçının qeyd edilən hüquqlarının pozulması ilə nəticələnmişdir. Ləğv edilməsi xahiş edilən digər - 40 saylı, xx.xx.2023-cü il tarixli əmrin mətnində isə göstərilmişdir ki, İddiaçı – məktəbin ingilis dili müəllimi xəstəlik səbəbindən işə çıxa bilmədiyi üçün onun adına taarifləşdirilmiş 9 saat dərsin tədrisi işə çıxana kimi müvəqqəti olaraq 7 saylı tam orta məktəbin ingilis dili müəllimi X* həvalə edilsin. Əvvəla, işə əlavə etdiyi dərs yükünün 2022- 2023-cü illərdə fənlər, siniflər üzrə bölüşdürülməsi barədə təsdiq edilmiş məlumatda İddiaçı adına *2 dərs saatının verildiyi göstərilir, həmçinin bu məlumat cədvəli Mil-Muğan RTİ tərəfindən təsdiq edilmiş və əmrlərin qeydiyyat kitabına yazılmışdır. 40 saylı, xx.xx.2023-cü il tarixli əmrdə isə bu rəqəm azaldılaraq 9 saat kimi göstərilmiş, nəticədə İddiaçı xəstəlik pulu azalmışdır. Eyni zamanda, əmrdə siniflər qeyd edilməmişdir. Müraciət edən sonra əmrin əslində *0.03.2023-cü il tarixdə, lakin arxa tarixlə (0*.03.2023) verilməsi onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə *0.03.2023-cü il tarixdə daxil edilməsi ilə təsdiq edilir. Əgər əmr həqiqətən də 0*.03.2023cü il tarixdə verilmişdisə, onda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə niyə 9 gün sonra *0.03.2023-cü il tarixdə daxil edilirdi? Digər tərəfdən mübahisələndirilən, lakin məhkəmə tərəfindən qətnamədə heç bir münasibət bildirilməyən 40 saylı, xx.xx.2023-cü il tarixli əmrin (bülletenə çıxmaq haqda) əslində daha sonrakı tarixdə verilməsi onunla təsdiq edilir ki, İddiaçı xx.xx.2023 tarixə kimi işə gəlmiş, yalnız xx.xx.2023-cü il tarixdə bülletenə çıxmışdır, xəstəlik vərəqələri bunu təsdiq edir. xx.xx.2023-cü il tarixdə işəgötürən haradan bilirdi ki, işçi xx.xx.2023-cü il tarixdə bülletenə çıxacaq və xx.xx.2023-cü il tarixli əmr imzalayırdı? Bu fakt onu təsdiq edir ki, işəgütörən 40 saylı, xx.xx.2023-cü il tarixli əmri də arxa tarixlə vermişdir. Bu məqamların qabardılmasına baxmayaraq məhkəmə onları ört-basdır etmişdir. Əgər əmrin tarixi həqiqətən də 0*.03.2023-cü il idisə, onda işəgötürən real vaxt rejimində (24 saat) işçinin yuxarıda qeyd edilən hüquqlarını təmin edər, eyni zamanda öz vəzifələrini yerinə yetirərdi. Belə olan halda həmin əmr ləğv edilməlidir. Çünki bir çox məcəllələrə, qanunvericilik aktlarına olduğu kimi Əmək Məcəlləsinə də 20*4-cü ildən başlayaraq “real vaxt rejimi” ifadəsi əlavə edilmişdir. Bu ifadənin əlavə edilməsi zərurəti ona görə yaranmışdır ki, texnologiya inkişaf etmiş, dövlət elektron informasiya sisteminə keçmişdir. Dövlət bu sahəyə vəsaitlər xərcləmişdir ki, işəgötürən bu sistemlə işləsin. Əvvəlki dövrdə işəgötürənin imkanı var idi ki, işçi haqqında istənilən arxa tarixlə əmr verib, onu işdən azad etsin. Amma bu sistemin yaradılmasında məqsəd başqa amillərlə yanaşı, əmrin tarixinin saxtalaşdırılmasının qarşısını almaqdır. Bu sistem yaradılandan sonra artıq əmrin tarixini saxtalaşdırmaq imkanı istisna edilir. Çünki bu sistemə müdaxilə mümkünsüzdür. Hansı tarixdə əmək müqaviləsi bildirişi oraya yerləşdirilirsə, o tarixdə də əmr verilmiş sayılır. Bu səbəbdən məhkəmələr bu vaxt rejiminə əməl edilmədən verilən qərarları ləğv edir. Məhkəmə isə bu ciddi məsələyə səthi, qeyri-ciddi yanaşaraq ona texniki səhv adı verməyə çalışmışdır. Məhkəmə iddianı hansı səbəbdən rədd etdiyini əsaslandırmamışdır. Məhkəmə qərəzli olaraq qətnamədə göstərir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Halbuki işdəki sənədlərə əsasən xəstəliklə əlaqədar işə çıxa bilmədiyi üçün iddia müddətini ötürməmişdir. Xahiş etsə də ki, müddət bərpa edilsin, bu məsələyə baxılmamışdır. Məhkəmə göstərir ki, iddiaçı sübut təqdim etməmişdir ki, xx.xx.2023-cü il tarix də daxil olmaqla işə gəlmişdir. Əvvəla bu məsələni cavabdeh sübut etməlidir. Çünki işə gəlməmişdirsə, hansı əsasla? Gəlməmişdirsə, cavabdeh onun haqqında hansı tədbir görmüşdür? Əgər bülletenə çıxmağı deyirsə, onun tarixi xx.xx.2023-cü ildən başlayır. xx.xx.2023-cü ildən bülleten əmrinin verilməsi isə saxtadır, iddiaçı həmin tarixdə bülletendə olmamışdır. Digər tərəfdən, iddiaçı dərs jurnalları təqdim etmişdir, hansında ki dərs keçdiyi görünür. Məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəməyə işlə bağlı onlarla sənəd və sübut təqdim etməsinə baxmayaraq, qətnamədə onların hər hansı birinə münasibət bildirilməmiş, sənəd və sübutlar, dəlillər araşdırılmamışdır. Hətta qətnamədə digər sənədlər sadalansa da, təqdim etdiyi sənədlər sadalanmamışdır. Misal kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X3 iddiaçıya verdiyi cavab məktubunu, əmək haqqı cədvəlini, jurnallardan çıxarışı və digər sənədləri qeyd etmək olar. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə* apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, İddiaçı onun bacısıdır. Bacısı İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkir. İddiaçı, həqiqətən də əvvəlcə işdən çıxması barədə ərizəni 0* mart 2023-cü ildə cavabdeh məktəbə vermiş olsa da, sonradan fikrindən daşınmış və mart ayının 2-si, 3-ü və 4-ü işə çıxmış, həm ingilis dili müəllimi kimi, həm də direktor müavini kimi vəzifələrini yerinə yetirmişdir. Lakin səhhətinin ağırlaşması səbəbi ilə martının ayının 6-da xəstəxanada müayinə olunması üçün bülleten götürmüşdür. İddiaçının işdən çıxarılması və ya dərslərinin başqa müəllimə həvalə olunması barədə məlumatı olmamışdır. İşdən çıxarılması barədə yalnız xəstəxanadan qayıtdıqdan sonra 2023-cü ilin iyul ayında xəbər tutmuş, ona görə də cavabdeh məktəbə müraciət edərək, işdən çıxarılması barədə əmrin surətini əldə edib onu mübahisələndirmişdir. Həmçinin bildirdi ki, mart ayının 6-da açılmış əmək qabiliyyətinin olmaması vərəqəsində İddiaçı *9 mart 2023-cü ildə işə çıxmalı olduğu qeyd edilsə də, onun səhhəti buna yol verməmişdir, sadəcə xəstəxana rəsmiləşdirməni bu cür aparmışdır. Cavabdeh məktəb iddiaçının işdən çıxarılması barədə 0* mart 2023-cü il tarixində əmr vermiş olsa da, həmin əmri elektron sistemə bundan 9 gün sonra mart ayının *0-da daxil etmişlər. Bu isə onu göstərir ki, iddiaçının işdən çıxarılması barədə əmr saxtalaşdırılmışdır. Hazırda iddia tələbində mübahisələndirilən 02 mart 2023-cü il tarixli, 40 nömrəli əmr öz hüquqi qüvvəsini itirmişdir və bacısı 2023-cü ilin sentyabr ayından etibarən yenə də həmin məktəbdə ingilis dili müəllimi kimi çalışaraq öz dərsini deyir. Lakin yenə də özünün əvvəlki vəzifəsi olan təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmaq istəyir. Hələ də xəstəliyi ilə bağlı müalicəsi davam edir, lakin çalışır ki, xəstəliyi şiddətlənmədiyi təqdirdə, xəstəxanadakı müalicəsini tətil vaxtlarına salsın. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, 2023-cü ilin fevral ayının 22-də Cavabdeh direktor kimi təyin olunmuşdur. İddiaçını əvvəlcədən tanımamış, onunla hər hansı şəxsi qərəzliyi olmamışdır. İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkir. İddiaçı 0* mart 2023-cü ildə öz ərizəsi ilə ona müraciət edərək, işdən çıxmaq istədiyini bildirmiş, buna görə də o, iddiaçı ilə söhbət apararaq ən azından ingilis dili müəllimi kimi işinə davam etməsi qərarına gətirməyə çalışmışdır. İddiaçı da bununla razılaşmış, ona görə də o, 0* mart 2023-cü ildə iddiaçının direktor müavini kimi işdən azad edilməsi barədə əmr vermiş, 02 mart 2023-cü ildən isə iddiaçı artıq dərsə gəlməmişdir. O, məktəbin digər ingilis dili müəlliminin cədvəli ilə iddiaçının cədvəli uyğun gəlmədiyinə görə 02 mart 2023-cü ildə məcbur olub iddiaçının dərslərinin həvalə olunması üçün müvəqqəti olaraq başqa məktəbdən müəllim cəlb edilməsinə dair əmr vermişdir. 03 mart 2023-cü ildə məktəbdə ingilis dili dərsi olsa da, nə cəlb olunmuş yeni müəllim həmin dərsi keçməmiş, nə də iddiaçı dərsə gəlməmişdir. Başqa müəllimlər həmin dərs boş keçməsin deyə uşaqlarla məşğul olmuşlar. Həmin dərs üçün isə nə iddiaçıya, nə də dərsin keçirilməsi həvalə olunan müəllimə hər hansı əmək haqqı ödənilməmişdir. İddiaçı 0* mart 2023-cü ildən etibarən ümumiyyətlə məktəbdə olmamışdır. Bunu məktəbdə işləyən hər kəs təsdiq edə bilər. Sonradan xəstəliyi ilə bağlı sənədləri məktəbə gətirərkən məlum olmuşdur ki, onun üçün bülleten mart ayının 6-da açılmışdır. Lakin xəstəliyin xarakterini nəzərə alaraq həmişə iddiaçıya güzəştə getməyə çalışmışlar, hətta iddiaçı hazırda da bülletendədir. Bundan başqa, İddiaçı işə çıxmalı olmasına baxmayaraq, *9 mart 2023-cü ildə də işə çıxmamışdır. Yalnız 2023-cü ilin yayında məktəbə müraciət edərək, əmrin surətini əldə edib onu mübahisələndirmişdir. Elektron sistemə iddiaçının işdən çıxarılması barədə əmri gec daxil etməsinin səbəbi isə o olmuşdur ki, 22 fevral 2023-cü ildə məktəbə direktor təyin olunsa da, onun adına elektron imza bir qədər gec verilmişdir. Elektron imza ona verilən kimi o, əmrlərin hər birini elektron sistemə daxil etmişdir. Həmçinin, iddiaçının jurnallarda 03 mart və 04 mart 2023-cü il tarixlərində qeydlər etməsi ilə bağlı dəlilləri ilə əlaqədar bildirir ki, həmin günlərdə iddiaçı ümumiyyətlə məktəbdə olmamışdır. Lakin direktor müavini kimi jurnallara nəzarət etmək birbaşa iddiaçının səlahiyyətlərinə aid olduğuna görə ola bilər ki, əvvəlcədən bir neçə gün üçün jurnallarda qeydlər aparmışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 çıxış edərək bildirdi ki, həqiqətən də Nümayəndə2 22 fevral 2023-cü ildə Cavabdeh direktoru vəzifəsinə təyin olunmuş, elektron imza isə ona bir qədər gec verilmişdir. İddiaçının vəziyyəti barədə təmsil etdiyi idarənin də məlumatı var və ona həmişə güzəştə getməyə çalışırlar. Əgər direktorun iddiaçı ilə hər hansı şəxsi qərəzliyi olsaydı, ərizəsinə əsasən iddiaçını ümumiyyətlə məktəbdəki işindən azad edə bilərdi. Lakin onlar iddiaçının səhhətindəki problemi nəzərə alıb həmişə ona dəstək olmağa çalışmışlar. İddiaçı 2023-cü ilin sentyabr ayından ingilis dili müəllimi kimi məktəbdə çalışmağa davam etməyə başlamışdır. Direktorun məlumatına görə, iddiaçı hazırda da bülletendədir. Nə məktəb tərəfindən, nə də ki təmsil etdiyi idarə tərəfindən heç vaxt iddiaçıya problem yaradılmamışdır. İddiaçının səhhətinin onun dərslərini deməyə icazə vermədiyi halda, hansı məqsədlə direktor müavini vəzifəsinə bərpa olunmaq istəməsi isə onlara aydın deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki 30 sentyabr 20*4-cü ildə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 0* yanvar 20*0-cu il tarixli əmək müqaviləsi əsasında İmişli şəhər * saylı məktəb-liseyində ingilis dili müəllimi vəzifəsində müddətsiz olaraq işləməyə başlamışdır. İşdəki *7 sentyabr 202*-ci ildə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 06 sentyabr 202*-ci il tarixli əmək müqaviləsi əsasında təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. İddiaçı əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı 03 fevral 2022-ci ildə sistemə əmək müqaviləsi bildirişi daxil edilmişdir. İşdəki 08 oktyabr 2022-ci ildə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 28 sentyabr 2022-ci il tarixli əmək müqaviləsi əsasında müddətsiz olaraq İmişli şəhər N.Nərimanov adına * saylı məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini (əsas) vəzifəsinə təyin edilmişdir. İşdəki 0* fevral 2023-cü ildə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 05 yanvar 2023-cü il tarixli əmək müqaviləsi əsasında 06 fevral 2023-cü ilədək İmişli şəhər N.Nərimanov adına * saylı məktəb-liseydə direktor vəzifəsinə təyin edilmişdir. İşdəki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin 20 fevral 2023-cü il tarixli əmrinin surətindən görünür ki, həmin əmrlə Nümayəndə2 *7 fevral 2023-cü il tarixdən * il müddətinə İmişli şəhər N.Nərimanov adına * nömrəli məktəb-liseyə direktor vəzifəsinə təyin edildiyinin nəzərə alınması, İmişli şəhər N.Nərimanov adına * nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı həmin məktəbin direktoru vəzifəsinin icrasından azad edilməsi əmr olunmuşdur. İşdəki İmişli şəhər N.Nərimanov adına * saylı humanitar təmayüllü məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən həmin məktəbin direktoru Nümayəndə2 ünvanlanmış 0* mart 2023-cü il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 0* mart 2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşdəki İmişli şəhər N.Nərimanov adına * saylı humanitar fənlər təmayüllü məktəbliseyin 0* mart 2023-cü il tarixli, 33 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə İddiaçı – məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ərizəsi nəzərə alınaraq məktəbdə ixtisası ingilis dili müəllimi saxlanılmaqla onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 0* mart 2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı ərizəsi göstərilmişdir. İşdəki İmişli şəhər N.Nərimanov adına * saylı humanitar fənlər təmayüllü məktəbliseyin 02 mart 2023-cü il tarixli, 40 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə İddiaçı – məktəbin ingilis dili müəllimi xəstəlik səbəbindən işə çıxa bilmədiyi üçün onun adına taarifləşmiş 9 saat dərsin tədrisi 02 mart 2023-cü il tarixindən müəllim işə çıxana kimi müvəqqəti olaraq 7 saylı tam orta məktəbin ingilis dili müəllimi X* həvalə edilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı xəstəlik vərəqi göstərilmişdir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X3 İddiaçı ünvanlanmış 28 noyabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə (ƏMAS) baxış keçirilərkən Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən 05 yanvar 2023-cü ildə İddiaçı ilə İmişli şəhər N.Nərimanov adına * saylı məktəb-liseyin direktoru vəzifəsi üzrə əlavə iş yeri kimi müddətli əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin daxil edildiyi, həmin əmək müqaviləsinə işəgötürənin 0* mart 2023-cü il tarixli, 33 saylı əmrinə əsasən 0* mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (ərizəsinə əsasən) xitam verildiyi, *0 mart 2023-cü il tarixdə ƏMAS-a daxil edildiyi müəyyən edilmişdir. Həmçinin, sistemdə İddiaçı adına 28 sentyabr 2022-ci il tarixdən İmişli şəhər N.Nərimanov adına * saylı məktəb-liseyi ilə arasında əsas iş yeri kimi ingilis dili müəllimi vəzifəsi üzrə əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin daxil edildiyi və hazırda qüvvədə olduğu müəyyən edilmişdir. İş materiallarının 58-ci vərəqində olan SN 00007 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı əmək qabiliyyətinin olmamasına görə 06 mart 2023-cü ildən işdən azad edilir və onun işə başlamalı olduğu tarix kimi *9 mart 2023-cü il göstərilmişdir. İş materiallarının 59-6*-ci vərəqlərində olan əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərindən görünür ki, İddiaçı əmək qabiliyyətinin olmamasına görə 25 mart 2023-cü ildən işdən azad edilir, onun müayinəsi davam edir və işə başlamalı olduğu tarix kimi 02 iyul 2023-cü il göstərilmişdir. İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qətnaməsindən görünür ki, məhkəmə iddia tələbini rədd edərkən Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci bəndinə istinad etmiş, iddiaçının cavabdeh məktəbdə direktor müavini vəzifəsindən azad edildikdən sonra * ay müddətində işə bərpa haqqında iddia qaldırmayaraq tələb hüququnu itirdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin *-ci bəndinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göstərilən iddia müddətinin tətbiq edilə bilməsi üçün iddiaçının öz hüququnun pozulmasını nə vaxt aşkar etdiyi müəyyən edilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından 0* mart 2023-cü il tarixli əmrin iddiaçıya nə vaxt verilməsi barədə hər hansı bir sübut mövcud deyil. İddiaçı 0* mart 2023-cü il tarixli əmrdən 2023-cü ilin iyul ayında bülleteni bitənə qədər məlumatsız olduğunu, müalicəsinin bitməsindən sonra yalnız məktəbdə direktor müavini vəzifəsindən azad edildiyini öyrəndiyini bildirmiş, yalnız bundan sonra məktəbə müraciət edərək, müvafiq əmrin surətini aldığını qeyd etmişdir. İş materiallarının 7-ci vərəqinə əlavə edilmiş olan poçt zərfinin surətindən görünür ki, cavabdeh məktəb tərəfindən iddiaçıya müvafiq məktub 03-04 avqust 2023-cü ildə göndərilmişdir. Bundan başqa, işdəki Sabirabad * saylı Mediasiya təşkilatı tərəfindən verilmiş *8 avqust 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı işə bərpa tələbi üzrə mübahisəsinə dair ilkin mediasiya sessiyası üçün ərizəni 28 iyul 2023-cü ildə vermişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının 0* mart 2023-cü il tarixli əmrdən həqiqətən də nə vaxt məlumatlı olmasını müəyyən etmək mümkün olmasa da, mediasiya arayışından görünür ki, iddiaçı bülleteni başa çatdıqdan sonra * ay keçməmiş mediasiyaya müraciət etmiş, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayanmış, *8 avqust 2023-cü ildə sözügedən arayış verildikdən sonra davam etmiş və o, 30 avqust 2023-cü ildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sözügedən əmri mübahisələndirmək üçün iddia müddətini ötürmüş olması qəbul olunsa belə, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndini tətbiq etməməklə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hazırda iddiaçının onkoloji xəstə olması və 0* mart 2023-cü il tarixli əmrin qəbul edilməsindən cəmi 5 gün sonra 06 mart 2023-cü ildən etibarən əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən bülletenə çıxması, *8 mart 2023-cü ildə bülleten müddətinin bitməsi, daha sonra 25 mart 2023-cü ildən 02 iyul 2023-cü ilədək yenidən bülletendə olması işin mübahisəsiz hallarıdır. Bundan əlavə, iddiaçı birinci instansiya məhkəməsində aparılan icraat zamanı xəstələnməsinə görə iddia müddətinin bərpa edilməsi barədə ərizə də vermişdir. Lakin birinci instansiya məhkəməsi həmin ərizəyə düzgün qiymət verə bilməmiş, iddia müddətinin ötürüldüyü təqdirdə bərpa edilməsinin zəruriliyi məsələsini araşdırmamışdır. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, mübahisəyə mahiyyəti üzrə baxılaraq iş üzrə yeni qətnamə qəbul edilməlidir. MPM-in 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in 385.*.*-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Hazırda iddia ərizəsindən görünür ki, iddiaçının əsas tələbi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh direktoru Nümayəndə2 tərəfindən verilmiş 0* mart 2023-cü il tarixli, 33 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi ilə bağlıdır. İddiaçı həmin əmri mübahisələndirərkən öz mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, o, öz ərizəsi ilə ingilis dili müəllimi kimi vəzifəsindən azad edilməsini istəmiş, lakin bunu dəqiqləşdirmədən onu direktor müavini vəzifəsindən azad etmişlər, halbuki, o, 02-04 mart 2023-cü il tarixlərində işə çıxaraq, həm direktor müavini, həm də ingilis dili müəllimi kimi öz vəzifələrini yerinə yetirmişdir. Bundan əlavə, sözügedən əmr elektron sistemə *0 mart 2023-cü ildə daxil edilmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlillərinin mübahisələndirilən əmrin ləğvi üçün əsas hesab etmir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı öz ərizəsində ingilis dili müəllimi kimi vəzifəsindən azad edilməsini xahiş etdiyini qeyd etsə də, onun tərəfindən yazılmış 0* mart 2023-cü il tarixli ərizə ilə bu hal təsdiq olunmur. Belə ki, iddiaçı həmin ərizəsində özünü İmişli şəhər N.Nərimanov adına * saylı humanitar təmayüllü məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini kimi qeyd etmiş və ümumi olaraq 0* mart 2023-cü ildən işdən azad edilməsini xahiş etmişdir. Göründüyü kimi, sözügedən əmrdən iddiaçının məhz ingilis dili müəllimi vəzifəsindən azad edilməsini xahiş etdiyini, direktor müavini olaraq qalmaqda davam etmək istədiyini müəyyən etmək mümkün olmur, əksinə, özünü direktor müavini olaraq təqdim edən iddiaçının məhz elə həmin vəzifədən azad edilməsinə dair ağlabatan mühakimə formalaşır. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış vəsatətdə qeyd olunur ki, iddiaçı 02 mart və 03 mart 2023-cü il tarixlərində bir sıra siniflərdə ingilis dilini tədris etmişdir. Belə olan halda iddiaçının bildirdikləri arasında ziddiyyət yaranır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının 02-03 mart 2023-cü il tarixlərində ingilis dili dərsini tədris etdiyinə dair dəlillər irəli sürməsi onun 0* mart 2023-cü il tarixli ərizəsində məhz ingilis dili müəllimi kimi vəzifəsindən azad edilməsini xahiş etməsinə dair qeyd etdiyi dəlili təkzib edir. Bundan əlavə, apellyasiya məhkəməsinin iclasında həm cavabdehin nümayəndəsinin, həm də üçüncü şəxsin nümayəndəsinin ifadələrindən də aydın olduğu kimi, həm cavabdeh məktəb, həm də üçüncü şəxs olan idarə daim iddiaçının xəstəliyini nəzərə alaraq ona güzəşt etməyə çalışmış, direktor müavini vəzifəsindən azad edilsə də, məktəbdə ingilis dili müəllimi kimi çalışmağa davam etməsinə şərait yaratmışlar. İddiaçı isə 2023-cü ilin sentyabr ayından etibarən isə yenə də həmin məktəbdə ingilis dili müəllimi olaraq çalışmağa davam edir. İddiaçı öz tələbini əsaslandırarkən 0* mart 2023-cü il tarixində işdən azad olunma barədə ərizəsini verdikdən sonra fikrindən daşındığını və 02-04 mart 2023-cü il tarixlərində yenidən işə çıxaraq həm ingilis dili müəllimi, həm də direktor müavini kimi öz vəzifələrini yerinə yetirdiyini bildirmişdir. Lakin cavabdeh məktəbin direktoru olan Nümayəndə2 izahatından da göründüyü kimi, o, iddiaçının 0* mart 2023-cü ildən sonra ümumiyyətlə məktəbə gəlmədiyini, bunun məktəbdə işləyən hər kəsin təsdiq edə biləcəyini, 03 mart 2- 2023-cü il tarixində ingilis dili dərsinin olmasına baxmayaraq, nə iddiaçının, nə də onun vəzifəsinin həvalə olunduğu müəllimin həmin dərsdə iştirak etmədiyini, həmin dərsin boş keçməməsi məqsədilə başqa müəllim tərəfindən aparıldığını, lakin həmin dərs üçün nə iddiaçıya, nə də dərsin keçirilməsinin həvalə olunduğu müəllimə hər hansı əmək haqqı ödənilmədiyini bildirmişdir. İddiaçı 02-04 mart 2023-cü il tarixlərində işə çıxmasını təsdiq etmək məqsədilə həmin tarixlər üzrə doldurulmuş jurnalların təqdim edilməsini tələb etsə də, məktəb direktoru Nümayəndə2 jurnallara nəzarətin iddiaçının səlahiyyətində olmasını və iddiaçının əvvəlcədən bir neçə gün jurnallarda qeydlər aparmasının mümkün olduğunu bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin etirazının həmin dəlillərini əsaslı hesab edir. Göründüyü kimi, iddiaçı 02-04 mart 2023-cü il tarixlərində həqiqətən də məktəbdə olması barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, iddiaçı işdən azad olunması barədə 0* mart 2023-cü il tarixli ərizəsində özünün məhz 0* mart 2023-cü ildən işdən azad olunmasını xahiş etdiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı ərizəsini verdikdən müəyyən müddət sonra deyil, məhz ərizənin verildiyi gündən işdən azad olunmasını xahiş etmişdir. Bununla yanaşı, iddiaçı sonradan işdən çıxma barədə fikrindən daşındığını qeyd etsə də, həmin ərizənin geri götürülməsi barədə yazılı müraciətinin mövcud olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə iddiaçının 0* mart 2023-cü ildən sonra ümumiyyətlə məktəbə gəlmədiyini, lakin onun xəstəliyinin xarakteri nəzərə alınaraq məktəbdə ingilis dili müəllimi kimi saxlanıldığını bildirmişdir. İddiaçının daha bir dəlili isə 0* mart 2023-cü il tarixli əmrin elektron sistemə *0 mart 2023-cü il tarixində daxil edilməsi ilə bağlı olmuşdur. Cavabdeh və üçüncü şəxsin nümayəndələrinin apellyasiya məhkəməsinin iclasında bildirdiklərindən də aydın olur ki, mübahisələndirilən əmri imzalamış Nümayəndə2 22 fevral 2023-cü il tarixdən cavabdeh məktəbdə direktor vəzifəsinin icrasına başlamışdır. Apellyasiya məhkəməsinin iclasında həm cavabdehin nümayəndəsi Nümayəndə2 özü, həm də üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 öz izahatlarında təsdiq etmişlər ki, iddiaçının işdən çıxması ilə bağlı əmr verilərkən Nümayəndə2 məktəbə hələ yeni direktor kimi təyin olunduğuna görə onun elektron imzasının verilməsi müddəti ilə bağlı olaraq sözügedən əmr *0 mart 2023-cü ildə elektron sistemə daxil edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin həmin dəlilini işin hallarına uyğun sayır. Bununla yanaşı, onu da qeyd etməyi zəruri sayır ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı mövcud olan əmrlərin elektron sistemə bir neçə gün sonra daxil edilməsi həmin əmrin saxtalaşdırılması və ya əsassız olması qənaətinə gəlməyə əsas vermir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İmişli şəhər N.Nərimanov adına * nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin 0* mart 2023-cü il tarixli, 33 nömrəli əmrinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, iddiaçının həmin əmrin etibarsız hesab edilərək ləğv edilməsinə dair tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və ötən müddət ərzində almadığı əmək haqqının və məzuniyyət pulunun hesablanaraq ona verilməsi ilə bağlı tələbləri birbaşa olaraq 0* mart 2023-cü il tarixli, 33 nömrəli əmrin ləğvindən asılı olduğundan və həmin əmrin ləğvi ilə bağlı hissədə iddia təmin edilmədiyindən, iddiaçının təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və ötən müddət ərzində almadığı əmək haqqının və məzuniyyət pulunun hesablanaraq ona verilməsi ilə bağlı tələbləri də təmin edilməməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin *-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddiaçının tələbinin digər hissəsi onun barəsində Cavabdeh direktoru Nümayəndə2 tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və xəstəlik səbəbindən işə çıxa bilməməsi barədə əmrin 06 mart 2023-cü il tarixdən verilməsi ilə bağlı olmuşdur. İddiaçı bununla bağlı mövqeyini əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, o, 0* mart 2023-cü ildə işdən azad olunması barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, 02-04 mart 2023-cü il tarixlərində işə çıxmış, həm ingilis dili, həm də direktor müavini kimi öz vəzifələrini icra etmişdir. Lakin yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının 02-04 mart 2023-cü il tarixlərində işə çıxması iş materialları ilə öz təsdiqini tapmır və iddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası 02 mart 2023-cü il tarixli, 40 saylı əmrlə bağlı bildirir ki, həmin əmrin məzmunundan da göründüyü kimi, o, müvəqqəti xarakterli olmuş, iddiaçının sağalıb işə çıxanadək onun dərslərinin tədrisinin başqa müəllimə həvalə edilməsi ilə bağlı olmuşdur. Hazırda apellyasiya məhkəməsinin iclasında iştirak edən hər bir şəxsin də bildirdiyi kimi, iddiaçı 2023-cü ilin sentyabr ayından artıq özünə aid olan ingilis dili dərslərinin tədrisinə davam etməyə başlamışdır. Belə olan halda isə 02 mart 2023-cü il tarixli, 40 saylı əmrin ümumiyyətlə hazırda qüvvədə olmadığı aydın olur. Ona görə də sözügedən hissədə də iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas müəyyən olunmur. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in *07-ci və **9.*-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmədiyindən, 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq yekunda belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.*, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehə qarşı “0* mart 2023-cü il tarixli, 33 saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının və məzuniyyət haqqının ödənilməsi, 02 mart 2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və həmin əmrin 06 mart 2023-cü il tarixindən verilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-715/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-715/2024
24.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver