Məhkəmə qərarları › İş №2(106)-716/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-716/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-716/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, X1, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızının cavabdeh X6 qarşı «mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri» tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı1, X1, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) 04 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 iddiaçılar İddiaçı1, X1, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0, 15 ha hissəsindən çıxarılmasını qət etmişdir. Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Cavabdeh tərəf apellyasiya şikayətində, şikayətinin konkret əsaslarını, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməmiş, konkret fakta istinad etməmiş, şikayətinə hər hansı sübut əlavə etməmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin cavabdehin xeyrinə olan dəlilləri nəzərə almadığını qeyd etsə də bu bu dəlillərin nədən ibarət olduğunu göstərməmiş, hər-hansı sübuta istinad etməmiş, yaxud sübut göstərməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etsə də iddianın necə həll edilməli olduğunu göstərməmişdir. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin yuxarıda göstərilən tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Belə olan halda işə apellyasiya qaydasında baxılması mümkün deyil. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Astara Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar