Məhkəmə qərarları › İş №2(106)-719/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-719/2024

25.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-719/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh X7 qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış menələri aradan qaldırılmaqla onun hərəkətlərini qanunsuz hesab edilməsi tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı evə yaşayış hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər : ilkin iddia: mənzildən çıxarılma, qarşılıqlı iddia: istifadə hüququ, mülkiyyətçinin razılığı yoxdur. X18 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X12 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlkin İddiaçı1 Balamirzə qızının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh X7 qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış menələri aradan qaldırılmaqla onun hərəkətlərini qanunsuz hesab edilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı evə yaşayış hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin (hakim Habil Bəhmənov) 14 noyabr 2023-cü il tarixli, 2(050)-2701/2023 saylı qətnaməsindən (hakim Habil Bəhmənov) ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq, ilk iddia üzrə cavabdeh X5 mülkiyyələrində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən evindən çıxarılması və cavabdeh tərəfindən yaranmış maneələri aradan qaldırmaqla onun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı X2 rayonu, Mahmudavar kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********8 qeydiyyat nömrəli, xx.xx.2021 -ci il qeydiyyat tarixli, **********7 reyestr nömrəli Çıxarışda cavabdehlərin adına qeydə alınmış fərdi yaşayış evinə yaşayış hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Mahmudavar kəndində 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində 17 ildən çoxdur ki, 2 mərtəbəli, 2 otaq, 1 mətbəxdən ibarət İddiaçı1 fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsi Kod 80515018, JN-042A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhədatnamə ilə mülkiyyətə verilmişdir. Həmin Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquq sahibləri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 payları nəzərə alınmaqla çıxarış verilmişdir. Çıxarışla yanaşı sözügedən fərdi yaşayış evinə **********17-13101 reyestr nömrəli Texniki Pasport tərtib edilmişdir. Yaşayış evlərinin texniki göstəriciləri qrafasında sözügedən ev 2009-cu ildə tikilməsi qeyd edilmişdir. Amma Masallı rayon İHB- nin Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi sənədə əsasən sözügedən fərdi yaşayış evi 2005-ci ildə inşa edilmişdir. Ona görə ki, həmin evin tikintisi 2005-ci ildə başlanmışdır. Cavabdeh gəlin gəlməmişdən öncə, İddiaçı1 özü üçün həmin fərdi yaşyış evini inşa etmişdir. Bütün bunlardan əlavə, xx.xx.2015-ci il tarixdə "Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti” MMC-nin tərtib etdiyi fesabat Cədvəlinin tikintinin təsviri hissəsində həmin tarixə inventar dəyəri 24948 manat qiymətləndirilmişdir. Oğlu Xəyal X1 ilə faktiki olaraq 04 oktyabr 2013-cü il tarixdə ailə həyatı qurmuşdur, nikahlarını 22 oktyabr 2013-cü il tarixdə Masallı rayon Qeydiyyat çöbəsində 555 saylı nikah akt qeydi ilə qeyd edilmişdir. Birgə nikahlarından 15 avqust 2015-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X14 adlı iki uşaqları olmuşdur. Cavabdeh Şəbnəm Hüseynova ilə xasiyyətləri düz gəlmədiyindən, aralarında olan nikah Masallı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(050)-114/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Buna əsasən də, Masallı rayon Qeydiyyat şöbəsinin 20 may 2020-ci il tarixli, 150 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə şəhafdətnamə verilmişdir. Cavabdeh məhkəmədən öncə aqresivləşərək fərdi yaşayış evinə və orada olan çoxillik ağacları kəsərək ziyan vurmuşdur. Halbuki, sözügedən mənzil onların mülkiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Qarşılıqlı iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, X2 rayonu Mahmudavar kənd sakini İddiaçı3 ilə nikahlarını 22 oktyabr 2013-cü il tarixdə rəsmi bağlamaqla ailə həyatı qurmuşlar. Valideynlərinin vəsaiti hesabına Xəyal və ailə üzvlərinin həyətində fərdi yaşayış evi inşa olunmuşdur. Hazırkı vaxtadək həmin evdə yaşamaqla orada iki övladı dünyaya gəlmiş və hazırda da övladlari ilə qeyd olunan evdə yaşayırlar. Lakin sonradan həmin evə dair cavabdehlərin adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********17 reyestr nömrəli Çıxarış verilmişdir. Həmin Çıxarış nikahları dövründə verilməklə Çıxarışda Xəyalın da adı qeyd edilmişdir. Bu isə onu göstərir ki, Xəyal sözügedən evin mülkiyyətçilərindən biridir. Bu barədə qeydiyyat nikahlarından sonra aparılsa da, ev nikahları dövründə inşa edildiyindən Xəyala düşən payın yarısı ona aiddir. Bu bölgü mülkiyyət hüqüquna dair Çıxarış və evin inşası tarixi ilə bağlı qeydlərdən irəli gəlir. Halbuki qeyd olunan ev bütünlüklə valideynlərinin vəsaiti hesabına inşa edildiyindən həmin evə dair Çıxarış da onun adına verilməli idi. Bu səbəbdən də qeyd olunan Çıxarışı məhkəmə qaydasında mübahisələndirmiş və iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. İddiaçı1 ona qarşı evdən çıxma tələbinə dair iddiası 03 mart 2021-ci il tarixli qətnamə ilə kompensasiya verməklə evdən çıxma barədə iddiası isə 17 avqust 2022-ci il tarixli qətnamə ilə rədd edilmişdir. Bütün bunlar onun qeyd olunan evdə yaşamaq hüququnun olmasını göstərir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 ilk iddianın əsaslarını müdafiə edərək, ilk idddiaya uyğun izahat verərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahsiəli tikili Şəbnəm Hüseynovanın valideynləri tərəfindən tikilmişdir. Bu fakt arayışlarda da öz əksini tapır. Uşaqları ilə həmin evdə yaşayır. Həmçinin ilk iddiaya İddiaçı1 münasibətdə xitam verilməlidir. Belə ki, İddiaçı1 Cavabdeh qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılmaqla onun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə Masallı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(050)-740/2021 saylı məhkəmə qətnaməsi mövcuddur. Digər iddiaçılar illərdir ölkə hüdudlarından kənarda yaşayırlar, yəni onlar həmin evdə yaşamaqda maraqlı deyildir. Ona görə də ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(050)-2701/2023 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, ilk iddia üzrə cavabdeh X8 ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərin qanunsuz hesab edilməklə aradan qaldırılması, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən fərdi yaşayış evinə yaşayış hüququnun müəyyən olunması barədə qarılıqlı tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli ev iddiaçıların mülkiyyətində olan torpaqda yerləşsə də, həmin ev 2013-cü ildə valideynlərin vəsaiti hesabına, İddiaçı3la nikahları dövründə inşa edildiyindən, iddiaçıların razılığı ilə həmin evə köçməklə orada yaşadığından, uşaqları həmin evdə doğulduğundan, hazırda da əşyaları həmin evdə olduğundan, sözügedən evdən çıxarılmasına dair iddiaların rədd edilməsi, həmçinin evdən sökülmüş qaz sayğacının yenidən bərpası barədə iddianın təmin edilməsinə dair qanuni qüvvədə olan qətnamələr olduğundan qeyd olunan evdə istifadə etmək hüququ vardır. Lakin hazırkı qətnamə ilə yaşadığı evdən məhrum edilmişdir ki, bu da qanuna ziddir. Əvvəl məhkəmədə onun mənzildən çıxarılması barədə digər tərəfin iddialarına baxılmış və iddialar təmin edilməmişdir. Belə olan halda da, hazırda ilkin iddianın təmin edilməsi əsaslı deyil. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsində iki tikili vardır. Həmin tikililərdən biri koma tipli köhnə ev, digəri isə yeni tikili olan evdir. Köhnə koma tipli evdə hazırda heç kəs yaşamır və həmin ev yararsız vəziyyətdədir. Yeni tikili olan evdə isə cavabdeh yaşayır. İddiaçılar isə Bakı şəhərində yaşayır. Cavabdehin hansı evə gəlin gəlməsini bilmir. Lakin onu bilir ki, qeyd edilən həyətdəki yeni tikili olan ev cavabdehin valideyinlərinin vəsaiti hesabına tikilmiş evdir. Bundan başqa bildirmişdir ki, iddiaçıların bundan öncə həm evdən çıxarılma, həmçinin konpensasiya ödənilməklə evdən istifadə hüquqlarına xitam verilməklə bağlı cavabdehə qarşı ayrı-ayrı iddiaları olmuş və hər iki iddia təmin edilməmişdir. Hazırda iddiaçılar eyni tələblə bağlı yenidən məhkəməyə müraciət etmişlər ki, bu da qanunvericiliyə əsasən yolverilməzdir. İlkin İddiaçı1 Balamirzə qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanlıması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçılardan Xəyalla cavabdeh xx.xx.2013-cü ildə faktiki olaraq ailə qurmuş və nikahlarını xx.xx.2013-cü ildə rəsmləşdirmişlər. Mübahisəli ev 2005-ci ildə inşa edilsə də həmin evin texniki pasportunda onun 2009-cu ildə inşa edilməsi göstərilmişdir. Cavabdeh isə məhz 2013-cü ildə inşa edilmiş evə gəlin gəlmişdir. Əvvəlki məhkəmə qətnamələri çıxarılan zaman ev mülkiyyətdə olmamışdır. Hazırda isə iddiaçılar evə dair mülkiyyət sənədi olan çıxarış əldə etdiklərindən yeni əsasla məhkəməyə müraciət etmişlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda qarşılıqlı iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra - Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini tənzimləyən 30.1-ci maddəsinə əsasə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2. və 30.4-cü maddələrinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflər izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Masallı Rayon İHB-nın Madmudavar kənd İƏDÜN-ün arayışından görünür ki, İddiaçı1 JN-042A kod 80515018 nömrəli torpaq mülkiyyətinə dair dövlət aktında olan çizgi daxilində iki mərtəbəli 3 otaqlı fərdi yaşayış evə 2005-ci ildə inşa edilmişdir. JN-042A, kod 80515018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı əsasında X4, İddiaçı4, İddiaçı3, İddiaçı3, X3 ümumi birgə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(050)-1051/2021 nömrəli qətnaməsindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998ci il tarixli, 046 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə X9ma və ailə üzvlərinə 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-042A kod 80515018 olan Şəhadətnamənin İddiaçı1 və İddiaçı2 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyun 2021-ci il tarixli, 659 saylı fərdi yaşayış evi üçün verilən **********17- 10301 reyestr nömrəli Texniki pasportdan görünür ki, yaşayış evlərinin texniki göstəriciləri qrafasında sözügedən ev 2009-cu ildə tikilmişdir. Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. "Daşınmaz Əmlakın İnvertarlaşdırılması Xidməti” MMC-nin tərtib etdiyi Hesabat Cədvəlindən görünür ki, tikintinin təsviri hissəsində xx.xx.2005-ci il tarixə invertar dəyəri 24948 manat göstərilmişdir. Masallı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(050)-114/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı3 və Cavabdeh arasında Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 22 oktyabr 2013-cü il tarixli, 555 saylı nikah aktın pozulması qət edilmişdir. Masallı RİHB-nın Hişkədərə kənd İƏDÜN-nin məktubundan görünür ki, xx.xx.1990-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuş, hazırda da ərazimizin Hişkədərə kəndinin qeydiyyatında olan Cavabdeh Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 mart tarixli, 12 nömrəli qərarı ilə veriım.ş KOD 80523018, JN - 219 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X6 adında olan 6 nəfərdən ibarət ailə üzvlərinə Kənd Təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.49 ha torpaq sahəsində 0.08 ha payı vardır. Masallı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(050)-740/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması, onun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi barədə iddiası təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(106)-2117/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 apelyasiya şikayəti təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(050)884/2022 saylı qətnaməsinin İddiaçı1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(106)-1785/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(050)- 111/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir və maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mübahisəli yaşayış evi 21 iyun 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda həmin yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Eyni zamanda mövcud qanunvericiliyə əsasən yalnız ailə üzvlərinin evdən istifadə hüququ vardır. Qarşılıqlı iddiaçının cavabdehlə nikahı pozulmuşdur və qarşılıqlı mülkiyyətçilərin ailə üzvü sayılmır. Onun həmin evdən istifadə etməsi üçün də, mülkiyyətçinin razılığı tələb olunur. Buna əsasən də, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı nəticəyə gələrkən, doğru qənaətə gəlmişdir. Belə ki, ilk iddiaçı tərəfin iddiasının hüquqi əsası pozulmuş mülkiyyət hüquqlarının bərpası ilə bağlıdır. İddiaçılar torpaq sahəsi və ev üzərində ümumi birgə mülkiyyət hüquqlarına sahibdirlər. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Dövlət reyestri tərəfindən verilmiş çıxarışla təsdiq olunur. Müəyyən edilir ki, mübahisəli evin Şəbnəm Hüseynova və İddiaçı3 birgə qazancları hesabına mülkiyyətlərinə keçməsi, o cümlədən İddiaçı3 özünün tam mülkiyyəyində olması təsdiq olunmur. Belə olan halda evin ilk iddiaçıların ümumi birgə mülkiyyətlərində olması Cavabdeh həmin evdə İddiaçı3 ailə üzvü kimi yaşamasını istisna edir. Kollegiya hesab edir ki, Şəbnəm Hüseynovanın həmin evdə yaşaması istinad olunmuş maddi normaların tələblərinə ziddir, ümumi birgə mülkiyyətçilərin hüquqlarına müdaxilədir və onun hərəkətləri İddiaçı1 və digərlərinin mülkiyyət üzərində sahiblik və istifadə hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə də mülkiyyət hüququnun müdafiəsi üçün Şəbnəm Hüseynova evdən çıxarılmalı, ilk iddiaçıların mülkiyyət hüquqlarının tam həyata keçirilməsinə maneə yaradan hərəkətlər qanunsuz hesab edilməli və aradan qaldırılmalıdır. Apellyasiya şikayətinin mübahisəli həyətdə 2 evin mövcud olması dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin nümayəndəsi kollegiyanın iclasında bildirmişdir ki, mübahisəli torpaq sahəsində iki tikili vardır. Həmin tikililərdən biri koma tipli köhnə ev, digəri isə yeni tikili olan evdir. Köhnə koma tipli evdə hazırda heç kəs yaşamır və həmin ev yararsız vəziyyətdədir. Yeni tikili olan evdə isə cavabdeh yaşayır. Məlum olur ki, hazırda qeyd edilən mübahisəli həyətdə yaşamağa yararlı yalnız bir ev mövcuddur. Çünki hazırda mübahisəli evdə cavabdeh yaşayır, iddiaçılar isə Bakı şəhərində olurlar. Həmçinin müəyyən olunmuşdur ki, həyətdəki ev 2009-cu ildə inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(050)-2701/2023 saylı qətnaməsi qarşılıqlı iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar