Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-72/2024 13.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 may 2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonunun 2 Varlı kəndində yerləşən ona məxsus Cavabdeh1 tərəfindən 0,50 sot, Cavabdeh2 tərəfindən ona məxsus 0,20 sot torpaq sahəsinin onların qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 11 avqust tarixli, 03 saylı qərarı ilə Salyan rayonu, 2 Varlı kəndində ona və ailə üzvlərinə məxsus 1,88 ha pay torpaq sahəsi verilmişdir. Həmin vaxtdan da torpaq sahəsini əkib becərmiş,10 il bundan əvvəl torpağı ölçülərkən əksik çıxmışdır. Daha sonra bu məsələni araşdırmaq üçün Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, torpaq sahəsinin konturlarını ölçməyi xahiş edtmişdir.Kənd bələdiyyəsinin və kənd ərazi nümayəndələrinin iştirakı ilə Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları yeri ölçərək sahənin konturlarını çıxarmışlar. Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşı 0, 50 sot torpağın qonşu sahənin sahibi Cavabdeh1 tərəfindən, 0,20 sot torpağın qonşu sahənin sahibi Cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirmişdi. Dəfələrlə cavabdehlərə torpaq sahəsinin geri qaytarılması barədə xəbərdarlıq etsə də, onlar torpaq sahəsindən çıxmamışlar. Özünə məxsus Cavabdeh1 tərəfindən 0,50 sot, Cavabdeh2 tərəfindən 0,20 sot zəbt olunmuş torpaq sahəsini geri qytarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (X8) iddianın təmin edilməsi, Salyan rayonu, İkinci Varlı kəndində yerləşən İddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 0,50 ha hissəsi Cavabdeh1 və 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz sahiliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılması, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməsi, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X3 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Mülki Məcəllənin 152.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi zamanı ekspert rəyinə obyektiv hüquqi qiymət verilməmişdir. Əgər hüquqi qiymət verilsəydi iddia rədd edilməli idi. Belə ki, ekspert rəyindən açıq-aşkar görünür ki, torpaqlar kəsişmir. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh2 Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iş üzrə rəy vermiş ekspert Teymur Məmmədova və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ekspert və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə ekspertin və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam və hərtərəfli qiymətləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan JN-0031 KOD 80904027 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Salyan rayonu 2 Varlı kənd sakini İddiaçı və X1 adına Salyan rayonu Aqrar islahatı komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə 1,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə əkin sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, X4 Uçotu Sisteminə (TEKUS) əsasən İddiaçı məxsus Salyan rayonu 2 Varlı kəndində yerləşən 0.977798 ha torpaq sahəsinin miqdarı hal-hazırda 0.75423 ha təşkil edir. İddiaçı məxsus 0.75423 ha torpaq sahəsi ilə qonşusu olan Cavabdeh1 torpaq sahələri toqquşmur və aralarından suvarma arxı keçir. Lakin İddiaçı iddiasına görə ona məxsus torpaq sahəsindən qonşusu Cavabdeh1 tərəfindən bütövlüklə istifadə edilir. Mübahisə predmeti olan 0.75423 ha torpaq sahəsi halhazırda üzümlük bağı salınaraq istifadə edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/7999 nömrəli ekspert rəyindən görünür ki, X4 Uçotu sisteminə (Tekus) əsasən İddiaçı məxsus Salyan rayonu 2 Varlı kəndində yerləşən 0,977798 ha torpaq sahəsinin miqdarı halhazırda 0.75423 ha təşkil edir. İddiaçı məxsus 0.75423 ha torpaq sahəsi ilə qonşusu olan Cavabdeh1 torpaq sahələri toqquşmur və aralarından suvarma arxı keçir. Lakin İddiaçı iddiasına görə ona məxsus torpaq sahəsindən qonşusu Cavabdeh1 tərəfindən bütövlüklə istifadə edilir. Mübahisə predmeti olan 0.75423 ha torpaq sahəsi hal-hazırda üzümlük bağı salınaraq istifadə edilir. Məhkəmə kollegiyası iş materiallarını araşıdıraraq müəyyən etdi ki, İddiaçı Salyan rayonunun 2 Varlı kəndində yerləşən ona məxsus Cavabdeh1 tərəfindən 0,50 sot, Cavabdeh2 tərəfindən ona məxsus 0,20 sot torpaq sahəsinin onların qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 11 avqust tarixli, 03 saylı qərarı ilə Salyan rayonu, 2 Varlı kəndində ona və ailə üzvlərinə məxsus 1,88 ha pay torpaq sahəsi verilmişdir. Həmin vaxtdan da torpaq sahəsini əkib becərmiş,10 il bundan əvvəl torpağı ölçülərkən əksik çıxmışdır. Daha sonra bu məsələni araşdırmaq üçün Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, torpaq sahəsinin konturlarını ölçməyi xahiş etmişdir.Kənd bələdiyyəsinin və kənd ərazi nümayəndələrinin iştirakı ilə Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları yeri ölçərək sahənin konturlarını çıxarmışlar. Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşı 0, 50 sot torpağın qonşu sahənin sahibi Cavabdeh1 tərəfindən, 0,20 sot torpağın qonşu sahənin sahibi Cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirmişdi. Dəfələrlə cavabdehlərə torpaq sahəsinin geri qaytarılması barədə xəbərdarlıq etsə də, onlar torpaq sahəsindən çıxmamışlar. Özünə məxsus Cavabdeh1 tərəfindən 0,50 sot, Cavabdeh2 tərəfindən 0,20 sot zəbt olunmuş torpaq sahəsini geri qytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istiadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239-cu maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan və ya buna lazimi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikinti, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi şəkildə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd etmək lazımdır ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər tərəfindən zəbtdən azad edilməsindən ibarətdir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda AİK-nin qərarı əsasında verilmişdir. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin məyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi hər iki cavabdeh tərəfindən zəbt edilmişdir. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehlərin onun torpaq sahəsinindən qanunsuz zəbtin aradan qaldırılması və torpağın mülkiyyətçi olaraq ona qaytarılmasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər torpağın qonşu sahənin sahibi Cavabdeh1 tərəfindən 0,50 sot, digər qonşu sahənin sahibi Cavabdeh2 tərəfindən 0,20 sot torpaq zəbt olunduğunu görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Apelyasiya icraatı zamanı iş materiallarının tədqiq edilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiziya nəticəsi qeyri-müəyyəndir. Belə ki, tədqiqatın nəticəsində qeyd edilmişdir ki, “..Cavabdeh1 torpaq sahələri toqquşmur və aralarından suvarma axrı keçir. Lakin İddiaçı iddiasına görə ona məxsus torpaq sahəsindən qonşusu Cavabdeh1 tərəfindən bütövlükdə istifadə edilir. Mübahisə predmeti olan 0.75423 ha torpaq sahəsi hal-hazırda üzümlük bağı salınaraq istifadə edilir.”. İddiaçı iddia tələbində dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 0,50 ha hissəsi Cavabdeh1 və 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılmasını tələb etmişdir. Göründüyü kimi, 0.50 ha torpaq sahəsi və 0.20 ha torpaq sahəsini iddiaçı cavabdehlərin qanunsuz sahibliyindən geri tələb edir. Ekspert rəyində isə ümumiyyətlə Cavabdeh2 münasibətdə heçnə bildirilməmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh2 İsgəndər oğlu verdiyi izahatında qeyd etmişdir ki, o, həqiqətən 0,20 sot (mübahisəli sahədə) torpaq sahəsində üzüm bağı salmışdır, lakin üzüm bağı saldığı sahəni Səlimov Bayram adlı şəxs tərəfindən ona istifadəsi üçün vermişdir. İstifadə etdiyi və üzüm bağı saldığı sahənin İddiaçı aidiyyəti yoxdur və onun torpağı ilə qonşu torpaq sahəsi kimi kəsişmir. Kollegiya bununla əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hüquq müəyyənedici sənəd olmadan həm iddiaçı həmdə cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi ilə əlaqədar sövdələşmə aparması özü-özlüyündə əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi haqlı olaraq bu barədə sübutlar tələb etməmişdir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin istifadə etdiyi torpaq sahəsinin Səlimov Bayram adlı şəxs tərəfindən ona istifadə üçün verilməsini bildirməsi, iddiaçının mülkiyyətində olan 0.02ha (200 kv.metr) hissəsi üzərində onun hər hansı hüquq əldə etməsinin, həmçinin iddiaçının iddia tələbinin təmin edilməməsini qanuni əsası kimi qəbul edilə bilməz. Apellyasiya icraatı zamanı mülki işin tam və hərtərəfli araşdırılması üçün məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertiziyası təyin edilmişdir. Aparılmış ekspertiziya təqdiqatının nəticələri üzrə MEM tərəfindən təqdim edilmiş 11 mart 2024-cü il tarixli, 3-16-16/2- 10/219 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir:
1. Salyan rayonu 2 Varlı kəndində JN 31 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.88ha pay torpaq sahəsinin, 2-ci konturda sənəd əsasında 0.98ha, elektron uçot məlumatlarında isə 0.75ha olan hissəsinin sərhədləri elektron kadastr baza məlumatları əsasında müəyyən edildi.
2. Cavabdeh2 İsgəndər oğlunun mübahisəli hissədə istifadəsində olan 0.42ha torpaq sahəsi, X7 məlumat bazasına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan (sənəd əsasında 0.98ha, elektron uçot məlumatlarında isə 0.75ha olan) torpaq sahəsində yerləşir.
3. Cavabdeh1 mübahisəli hissədə istifadəsində olan 0.45ha torpaq sahəsinin 0.02ha (200 kv.metr) hissəsi, (yəni hər iki torpaq sahəsini bölən arxın yerləşdiyi hissə) X7 məlumat bazasına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan (sənəd əsasında 0.98ha, elektron uçot məlumatlarında isə 0.75ha olan) torpaq sahəsində yerləşir. Keçirilmiş ekspertiziya təqdiqatının nəticəsindən müəyyən olunur ki, Salyan rayonu 2 Varlı kəndində JN 31 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.88ha pay torpaq sahəsinin, 2-ci konturda sənəd əsasında 0.98ha, elektron uçot məlumatlarında isə 0.75ha olan hissəsinin cavabdehlər Cavabdeh2 İsgəndər oğlu və Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Kollegiya keçirilmiş ekspertiziya tədqiqatının nəticələrinə uyğun olaraq qeyd edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi aşağıdakı hissələrdə dəyişdirilməlidir: Belə ki, iddiaçı iddia tələbində Cavabdeh1 tərəfindən 0,50 sot, Cavabdeh2 tərəfindən ona məxsus 0,20 sot torpaq sahəsinin onların qanunsuz sahibliyindən geri alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsaslı hesab edilərək İddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 0,50 ha hissəsi Cavabdeh1 və 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz sahiliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılması qənaətinə gəlinmişdir. Lakin 11 mart 2024-cü il tarixli, 3-16-16/2-10/219 saylı ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh2 İsgəndər oğlunun mübahisəli hissədə istifadəsində olan 0.42ha torpaq sahəsi, Cavabdeh1 mübahisəli hissədə istifadəsində olan 0.45ha torpaq sahəsinin 0.02ha (200 kv.metr) hissəsi Salyan rayonu 2 Varlı kəndində JN 31 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.88ha pay torpaq sahəsinin sənəd əsasında 0.98ha, elektron uçot məlumatlarında isə 0.75ha olan hissəsində yerləşir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi düzgün müəyyən edilsə də, məhkəmə qeyri-müəyyən ekspert rəyinə əsaslanaraq həmin torpaq sahəsinin hansı hissəsinin zəbt edildiyini müəyyən edə bilməmişdir. Beləliklə kollegiya yekun olaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi İddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 0,50 ha hissəsi Cavabdeh1 və 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz sahiliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılması və iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri hissəsində dəyişdirilərək, İddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 0,42 ha hissəsi Cavabdeh1 və 0,02 ha hissəsi Cavabdeh2 qanunsuz sahiliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılmalı və iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilməli, torpaq sahəsində ölçü işlərinin aparıması və mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilən 96.8 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi yuxarıda qeyd olunan hissələrdə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi İddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 0,50 ha hissəsi Cavabdeh1 və 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz sahiliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılması və iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri hissəsində dəyişdirilsin. Salyan Rayon Məhkəməsinin 2(057)68/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilən hissələri aşağıdakılar kimi müəyyən edilsin:
1. Salyan rayonu, İkinci Varlı kəndində yerləşən İddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 0,42 ha hissəsi Cavabdeh1 və 0,02 ha hissəsi Cavabdeh2 qanunsuz sahiliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılsın.
2. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilsin və torpaq sahəsində ölçü işlərinin aparıması və mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilən 96.8 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.