Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-724/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 saylı, 07 mart 2025ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “Salyan 2 saylı Notariat kontorunda xx.xx.2022-ci ildə bağlanmış müqavilənin və onun hüquqi nəticələrinin ləğvi və torpaq sahəsi üzərində qurğuların götürülməsi və həmin torpaq sahəsinə açılan qapıların bağlanılması və torpaq səhəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2(106)-04/2020 nömrəli qərardaı əsasında xx.xx.2015-ci il tarixdə DƏDRX-nin ******* saylı çıxarışı əsasında ünvan 1 ünvanda 1.2093 ha ölçüdə torpaq sahəsinin 0.095 ha (95 kv.m) torpaq sahəsi hər iki tərəfin ümumi istifadədə olan gedişgəliş yolu olmaqla, 0.0305 ha (305 kv.m) torpaq sahəsi üçün qəbul edilmiş “razılaşma” əsasında qarşılıqsız verilmiş AN-1 №0855096 saylı xx.xx.2020-ci il tarixli onunla Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və bu müqavilənin əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, həmin 1.2093 ha ölçüdə torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh tərəfindən və onun vəsaiti hesabına həmin torpaq sahəsi üzərində olan qurğular-6 metr hündürlüyündə dəmir borulardan ibarət oturacaq və 2.5 x 2.5 ölçüdə dəmir su çəni, 2m x 6m ölçüdə dəmir setkadan və taxtadan düzəldilmiş yardımçı qurğu, 1 ədəd cavabdehə məxsus binanın su sayğacı, 11 metr uzunluğunda olan qaz xətti və 1 ədəd qaz sayğacı həmin torpaq sahəsindən sökülərək çıxarılması, Cavabdehov Əkbər oğlu tərəfindən həmin torpaq sahəsinə qoyulmuş hündürlüyü 2.4 metr uzunluğu 5 metr ölçüdə olan dəmir darvaza cavabdehin vəsaiti hesabına sökülərək götürülməsi, Cavabdeh tərəfindən ona məxsus olan qeyri-yaşayış binasından pəncərələri sökməklə açdığı 2 ədəd dəmir və 2 ədəd taxta qapılar həmin mübahisəli torpaq sahəsinə açılan hissədə cavabdehin vəsaiti hesabına bağlanılması və həmin qapılardan onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə girişlərin qadağan edilməsi, mübahisəli 0.0305 və 0.0095 ha torpaq sahəsi ona Cavabdeh tərəfindən tam boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 saylı, 07 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “Salyan 2 saylı Notariat kontorunda xx.xx.2022-ci ildə bağlanmış müqavilənin və onun hüquqi nəticələrinin ləğvi və torpaq sahəsi üzərində qurğuların götürülməsi və həmin torpaq sahəsinə açılan qapıların bağlanılması və torpaq səhəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 saylı, 1 mart 2025-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 saylı, 07 mart 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddia ərizəsini geri qaytararkən hesab etmişdir ki, İddiaçı və cavabdeh fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və tərəflər arasındakı mübahisə kommersiya xarakterli münasibətlərdən irəli gəldiyindən, iddia tələbinə Salyan Rayon Məhkəməsində baxıla bilməz. Hazırki iddia tələbinə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Salyan Rayon Məhkəməsinin 2(057)- 1139/2025 saylı, 07 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə Salyan Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.[55] 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.[56] 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.[57] 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasındabaxılır. 269.2-ci maddəsinə əsasən Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3- cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan verilən şikayətə baxdıqdan sonra məhkəmələr arası aidiyyətlə bağlı məsələnin həlli üçün iş materiallarını kassasiya instansiya məhkəməsinə göndərməli olduğu halda, apelyasiya instansiyası məhkəməsinə göndərmiş və apelyasiya instansiya məhkəməsinin məhkəmələr arası aidiyyatla bağlı məsələyəbaxmaq səlahiyyəti olmadığından, İddiaçı tərəfindən verilmiş şikayət qeyri mümkün hesab edilərək, MPM-in 32-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün iş materialları Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə qərardadlardan verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 saylı, 07 mart 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. MPM-in 32-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün iş materialları Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-724/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-724/2025
19.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver