Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-73/2023 01.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızına qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan və cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızı tərəfindən zəbt edilmiş 0,1584 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,1584 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş A 279378 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin iddiaçının qardaşının keçmiş arvadı olan cavabdeh heç bir əsas olmadan zorla iddiaçıya məxsus torpaq sahəsində yerləşən köhnə daxala yerləşmiş və iddiaçının xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələr yaratmışdır. İddiaçının çoxsaylı müraciətlərinə və xəbərdarlıqlarına baxmayaraq, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxmaqdan imtina edir və bu hərəkətləri ilə faktiki olaraq mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməklə mülkiyyət hüquqlarına qəsd edir, iddiaçının sərbəst şəkildə torpaq sahəsinə giriş-çıxışına mane olmaqla, torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən guya cavabdeh tərəfindən iddiaçının qeyd olunan torpaq sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneənin yaradılmasının öz təsdiqini tapmaması və iddiaçı tərəfindən bu barədə hər hansı bir mötəbər sübutun məhkəməyə təqdim olunmaması müəyyən edilmişdir. Halbuki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsində yerləşən özbaşına tikilidə cavabdehə məxsus əşyalar mövcuddur və həmin özbaşına tikilinin qapısı bağlı olmaqla, açarları cavabdehdədir. Bununla da, cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi tam sübuta yetirilmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1109/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı məxsus Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,1584 ha torpaq sahəsindən cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızının çıxarılması, həmin torpaq sahəsindən istifadəyə yönəlik maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdeh Mehdiyeva (Rəhimova) Şəfəq Ramil qızına qadağan edilməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2330/2022 saylı, 16 may 2022-ci tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1109/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında hüquqi mövqeyini onunla izah etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həqiqətən cavabdeh tərəfindən zəbt edilməsi, cavabdehin həmin torpaq sahəsində olan hər hansı tikilidən istifadə edib-etməməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyil, bu faktlar cavabdeh tərəfindən etiraf edilməmişdir, belə faktlar məhkəmə tərəfindən araşdırma aparılmaqla, yerli baxış keçirilməklə və ya müvafiq ekspertiza təyin edilməklə də müəyyən edilməmişdir. Cavabdehin iddiaçının qanunla qorunan hüquqlarını pozub-pozmamasına düzgün hüquqi qiymət verilməmiş, mübahisənin düzgün, obyektiv həlli məqsədilə cavabdehin iddiaçıya məxsus evdə və ya torpaq sahəsində yaşadığının müəyyən edilməsi üçün hər hansı tədbir görülməmiş və ya müvafiq ekspertiza təyin edilməmişdir. Təkrar apellyasiya baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1582/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki iş üzrə icraat dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2(106)-73/2023 saylı qərardadı ilə mülki iş üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 01 mart 2023-cü il tarixə, saat 15:00-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, **********40 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,1584 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində A 279378 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində göstərilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40 olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş, cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızının mübahisəli ərazidə faktiki olaraq istifadəsində torpaq sahəsi mövcud olmadığı üçün sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40 olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha həyətyanı torpaq sahəsi cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızı tərəfindən istifadə olunmur. Cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızı tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40 olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha həyətyanı torpaq sahəsindən istifadə olunmur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40 olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha həyətyanı torpaq sahəsinin ərazisində İddiaçı məxsus naturada fərdi yaşayış evi mövcud olmadığı üçün cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızı tərəfindən istifadə edilməsi müəyyən olunmamışdır. Qeyd olunan mübahisəli ərazidə İddiaçı tərəfindən istifadə olunan 74,8 kv.m ölçüdə köməkçi tikili mövcuddur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/8432 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40 olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha həyətyanı torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilmiş, cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızının faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri, kontur və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40 olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha həyətyanı torpaq sahəsi cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızı tərəfindən istifadə olunmur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40 olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha həyətyanı torpaq sahəsinin ərazisində İddiaçı məxsus naturada fərdi yaşayış evi mövcud olmadığı üçün cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızı tərəfindən istifadə edilməsi müəyyən olunmamışdır. Qeyd olunan mübahisəli ərazidə İddiaçı tərəfindən istifadə olunan 74,8 kv.m ölçüdə köməkçi tikili mövcuddur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini mülkiyyət hüququ üzrə ona məxsus olan, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,1584 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və torpaq sahəsindən istifadəsinə mane olması ilə əsaslandırmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 10/8432 saylı, xx.xx.2023-cü il tarixli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi ilə iddiaçının xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha torpaq sahəsinin cavabdeh Rəhimova (Mehdiyeva) Şəfəq Ramil qızı tərəfindən istifadə olunmadığı, həmin torpaq sahəsində İddiaçı məxsus naturada fərdi yaşayış evi mövcud olmadığından cavabdeh tərəfindən onun istifadə edilmədiyi, mübahisəli ərazidə iddiaçı tərəfindən istifadə olunan 74,8 kv.m ölçüdə köməkçi tikilinin mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmaması, həmin ərazidə iddiaçıya məxsus naturada fərdi yaşayış evi mövcud olmadığından cavabdeh tərəfindən onun istifadə edilməməsi və mübahisəli ərazidə iddiaçı tərəfindən istifadə olunan 74,8 kv.m ölçüdə köməkçi tikilinin mövcud olmasına dair xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 10/8432 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Bundan əlavə, iddiaçı da xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi torpaq sahəsindən iddiaçının istifadəsinə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi hissəsində də əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilməməsi halı iş materialları ilə müəyyən edildiyindən, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə hər hansı maneə yaratması da təkzib olunur. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya məxsus Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən 0,1584 ha torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halının, eləcə də həmin ərazidə iddiaçıya məxsus naturada fərdi yaşayış evi mövcud olmadığından cavabdeh tərəfindən onun istifadə edilməsi halının müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia təmin edilmədiyindən, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqı onun özünə aid edilməli, ekspert rəyinin verilməsinə görə xərc iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ekspertə verilməli məbləğ üzrə 50 manat tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə İddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində xərc onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-73/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-73/2023
01.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver