Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-73/2024 10.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı1 və onun vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndələri Nümayəndə və Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi istifadədə olan yolda inşa edilmiş çəpərin sökülməsi, qoyulmuş darvazanın götürülməsi və həmin yolun açılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-01/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ümumi istifadədə olan yolda inşa edilmiş çəpərin onun öz hesabına sökülməsi, qoyulmuş darvazanın götürülməsi və ümumi istifadədə olan yolun açılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, JN-166A, Kod 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onlara 0,34 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçılara təqdim edilən Şəhadətnamədən də aydın görünür ki, orada ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur. Lakin hal-hazırda ümumi istifadədə olan yol kənd sakini, eyni zamanda Cavabdeh tərəfindən zəbt edilmişdir, o, yolu çəpərləmişdir. Hal-hazırda ümumi istifadədə olan yol bağlandığından kənddən çıxmaq üçün iddiaçıların yolu təxminən 4-5 kilometr uzanır. Uşaqları məktəbə gedərkən də həyatlarını təhlükə altına ataraq ümumi istifadədə olan yolun bağlı olması səbəbindən avtomobil yolu ilə hərəkət edirlər. Cavabdehin ümumi istifadədə olan yolu zəbt etməsi ilə bağlı istər Moranlı bələdiyyəsi tərəfindən, istərsə də Əmlak Məsələləri Dövlət Komitəsinin 7 saylı Şirvan Ərazi İdarəsi tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş və müvafiq akt tərtib edilmişdir. Cavabdeh tərəfindən hal-hazırda ümumi istifadədə olan yolun bağlanması səbəbindən həmin yolun açılması, yolun üzərində cavabdeh tərəfindən çəkilmiş çəpərin cavabdehin hesabına sökülməsi və qoyulmuş qapının götürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Sabirabad Rayon Məhkəməsinin 2(056)-01/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia təmin edilmiş, Cavabdeh Sabirabad rayonu, Moranlı kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli çəpərin (hasar) və darvazanın onun öz hesabına sökülməsi vəzifəsinin və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsinin Cavabdeh üzərinə qoyulması, xx.xx.2022-ci il tarixli, **********46 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı3 tərəfindən ödənilmiş 313,90 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı3 ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pulun Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)-01/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən işin faktiki hallarını və işdə olan dəlilləri düzgün araşdırmamış və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. İddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, Sabirabad rayonu, Moranlı kəndində cavabdehin tikdiyi çəpər özbaşına tikili deyil. Çünki Çıxarışdan da göründüyü kimi, cavabdehin həmin sahəyə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də iddiaçıların cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi barədə tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə sökülməsini qət etdiyi çəpərin (hasarın) cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinə məxsusluğu halını araşdırmamışdır. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən təqdim edilmiş sübutlar sübutlar siyahısından xaric edilmiş, yalnız məhkəmənin öz mülahizəsi ilə müəyyən edilmiş hallara qiymət verilmişdir. Eyni zamanda, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən 2(056)-06/2022 saylı mülki iş üzrə 03 fevral 2022ci il tarixli qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və 10/6887 saylı, xx.xx.2022-ci il tarixli ekspertiza rəyi alınmışdır. Həmin rəyin dörd və beşinci suallarına cavabında ekspert göstərmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir və bu, iddiaçıların ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanlarını məhdudlaşdırır. Habelə, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(056)- 22/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh, X3, X10, X8 və X6 JN-165A, Kod 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında məxsus olan həyətyanı torpaq sahəsini baş yola birləşdirən yoldan istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin törədilməsi cavabdeh İddiaçı1 qadağan edilmişdir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi **********53-10301, inventar nömrəsi 9xx-xx/1349 olan texniki pasport və qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********62- 10301 olan, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 126,9 kv.m və torpaq sahəsinin ölçüsü 0,8733 ha torpaq sahəsi Cavabdeh, X3, X10, X8 və X4 ümumi birgə xüsusi mülkiyyətindədir. Göründüyü kimi, hazırkı mərhələdə daha əvvəl verilmiş ekspert rəyi işin hazırkı anı ilə aydınlıq yaratmasa da, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq bu hala aydınlıq gətirməmişdir. Belə ki, daha əvvəl verilmiş ekspert rəyində iddiaçıların boşaldılmasını tələb etdiyi torpaq (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvazanın ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşməsi və bunun iddiaçıların ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanlarını məhdudlaşdırması müəyyən edilsə də (0,87 ha torpaq sahəsinə münasibətdə), xx.xx.2023-cü il tarixdə alınmış daşınmaz əmlakın reyestr nömrəsi **********62-10301 olan Çıxarışa əsasən 0,8733 ha torpaq sahəsinin cavabdehlərin ümumi birgə xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Göründüyü kimi, çıxarışda olan torpaq sahəsi 0,87 hektardan artıqdır. Belə olan halda, iş üzrə əlavə ekspertizanın keçirilməsi kifayət qədər zəruri olsa da, məhkəmə bu halın aydınlaşdırılmasına təşəbbüs göstərməmişdir. Məhkəmənin qətnamədə istinad etdiyi ƏMDK-nın 7 saylı Şirvan Ərazi Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubunda gediş-gəliş yolunun məhdudlaşdırılması ilə bağlı göstərdikləri kollektora çıxan yolla bağlıdır, tərəflərin ümumi istifadəsində olan yolla bağlı deyil. Çıxarışda göstərilən yolla evin arasındakı məsafə 6-7 metrdir və cavabdehin həyətindəki yolun həmin şəxsə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi müəyyən etməmişdir ki, mütəxəssis və ekspert rəyində məhdudlaşdırma deyildiyi çəpər və darvaza çıxarışda göstərilən və əks etdirilən torpaq sahəsinin hüdudları daxilindədir, ya yox. Birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olmasını bildirməklə qüvvədə olan mövcud Çıxarışı şübhə altına almışdır. Eyni zamanda, Sabirabad rayon Moranlı bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evi orada yaşayan kənd sakinlərinin gediş-gəlişinə maneə yaratmır. Habelə, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə edilmiş situasiya planından görünür ki, sökülməsi qət edilmiş hasar və darvaza (müvafiq olaraq 4 və 6-cı nömrə ilə nişanlanmışdırlar), verilmiş Çıxarışın hüdudları daxilindədir və 0,8733 ha torpaq sahəsi onları əhatə edir. Belə olan halda, Sabirabad rayonu, Moranlı kəndində xx.xx.2023-cü il tarixdə alınmış daşınmaz əmlakın reyestr nömrəsi **********62-10301 olan Çıxarışın hüdudları daxilində Cavabdeh tərəfindən aparılmış hər hansı iş özbaşına tikili deyil. Cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də, iddiaçıların cavabdehin mülkiyyətində olan torpaq sahəsindəki çəpər (hasar) və darvazanın sökülməsi, yolun açılması barədə tələbi əsassızdır və təmin edilə bilməz. Apellyasiya baxışı zamanı X3, X10, X8 və X7 cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(106)-916/2023 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/4949 nömrəli məktubu ilə mülki iş üzrə təyin edilmiş tikintitexniki ekspertizasının aparılmasından imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(106)-916/2023 saylı qərardadı ilə mülki iş üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 04 oktyabr 2023-cü il tarixə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 06 sentyabr 2023-cü il tarixli məktubu 15 sentyabr 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, tədqiqat obyektinə dair təyin olunmuş baxışda idarənin mütəxəssisinin iştirakının təmin olunmasına baxmayaraq, cavabdeh tərəfindən çöl ölçmə işlərinə şərait yaradılmadığından çöl ölçmə işlərinin aparılması və müvafiq mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Apellyasiya məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, 13 saylı Şirvan Ərazi İdarəsinin məktubunda onun tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmaması barədə qeyd edilənlər tamamilə yalandır. Belə ki, mütəxəssis baxışın təyin edildiyi gün mübahisəli əraziyə ümumiyyətlə gəlməmiş, telefon vasitəsilə ona zəng vuraraq gəlib taksi ilə onu əraziyə aparmalarını tələb etmişdir. Lakin o, imkanı olmadığına görə mütəxəssisin bu tələbini yerinə yetirməmişdir. Ona görə də mütəxəssis ümumiyyətlə mübahisəli əraziyə gəlməmişdir və heç kəs mütəxəssisə çöl ölçmə işlərinin aparılmasına mane olmamışdır. Apellyasiya məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı1 çıxış edərək bildirmişdir ki, həqiqətən də mütəxəssis mübahisəli əraziyə ümumiyyətlə gəlməmişdir. Telefon vasitəsilə mütəxəssislə əlaqə saxlanılsa da, mütəxəssis gələ bilmədiyini qeyd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(106)-916/2023 saylı qərardadı ilə mülki iş üzrə yenidən əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1323 saylı ekspert rəyi 12 iyun 2024-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(106)-73/2024 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 2(056)-01/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 10 iyul 2024-cü il tarixə, saat 14:15-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin 10 iyul 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, iddiaçıların sökülməsini tələb etdikləri çəpər, götürülməsini tələb etdikləri darvaza və açılmasını tələb etdikləri yol 24 yanvar 2023-cü il tarixli Çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. Bu hal mütəxəssis və ekspert rəyləri ilə də öz təsdiqini tapır. Həmçinin, verilmiş suala cavab olaraq qeyd etdi ki, tərəflər arasında 2019-2020-ci illərdə başqa bir məhkəmə mübahisəsi olmuş, həmin mübahisə ilə bağlı Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnamələri qəbul edilmişdir. Lakin barəsində mübahisənin yarandığı həmin yol hazırda mübahisə predmeti olan ərazidə deyil, başqa ərazidə yerləşmiş, hazırkı mübahisəli ərazi ilə əlaqəli olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 10 iyul 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və Vəkil2 cavabdehin bildirdikləri ilə razılaşaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin 10 iyul 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı1 çıxış edərək bildirdi ki, mübahisəli ərazi ümumi istifadə üçün nəzərdə tutulmuş yoldur. Cavabdeh isə qanunsuz şəkildə orada çəpər çəkməklə və darvaza qoymaqla onun və digər iddiaçıların həmin ümumi istifadə üçün nəzərdə tutulmuş yoldan istifadə etmək imkanlarını məhdudlaşdırır. Hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin, verilmiş suala cavab olaraq qeyd etdi ki, tərəflər arasında 2019-2020-ci illərdə başqa bir məhkəmə mübahisəsi olmuş, həmin mübahisə ilə bağlı Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnamələri qəbul edilmişdir. Lakin barəsində mübahisənin yarandığı həmin yol hazırda mübahisə predmeti olan ərazidə deyil, başqa ərazidə yerləşmiş, hazırkı mübahisəli ərazi ilə əlaqəli olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin 10 iyul 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, digər iddiaçılar, eləcə də, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, iddia tələbinin rədd edilməsinə yönəlmişdir. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki JN-166A, Kod 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə Sabirabad rayonunun Moranlı kəndində 0,34 hektar torpaq sahəsi İddiaçı4 və ailə üzvləri İddiaçı3, İddiaçı2 və X5 mülkiyyətinə verilmişdir. İşdəki JN-165A, Kod 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə Sabirabad rayonunun Moranlı kəndində 0,87 hektar torpaq sahəsi Cavabdeh və ailə üzvləri X3, X10, X8 və X4 mülkiyyətinə verilmişdir. İşdə surəti olan Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(056)- 22/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia tələbi qismən təmin edilməklə, ilkin iddiaçılar Cavabdeh, X3, X10, X8 və X6 JN-165A, kod 90917018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında məxsus olan həyətyanı torpaq sahəsinə baş yola birləşdirən yoldan istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin törədilməsi cavabdeh İddiaçı1 qadağan edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli, 2(106)-171/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(056)- 22/2019 saylı qətnaməsi dəyişdirilməmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 04 avqust 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-165A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və ailə üzvlərinə məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsinin koordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-166A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı4 və ailə üzvlərinə məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,34 ha torpaq sahəsinin koordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza Cavabdeh istifadəsindədir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur). İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir. İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşdiyi və Cavabdeh istifadəsində və ya sahibliyində olduğu halda iddiaçılar İddiaçı4 və digərlərinin ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanları məhdudlaşdırılır. İşdəki 13 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 04 avqust 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə İddiaçı3 tərəfindən 313,9 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 11 noyabr 2022-ci il tarixli, 10/6887 nömrəli eskpert rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-165A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və ailə üzvlərinə məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsinin koordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-166A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı4 və ailə üzvlərinə məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,34 ha torpaq sahəsinin koordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza Cavabdeh istifadəsindədir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur). İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir. İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşdiyi və Cavabdeh istifadəsində və ya sahibliyində olduğu halda iddiaçılar İddiaçı4 və digərlərinin ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanları məhdudlaşdırılır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Sabirabad rayonunun Moranlı kəndində yerləşən 0,8733 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 126,9 kv.m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X3, X10, X8 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş reyestr nömrəsi **********62-10301 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Sabirabad rayonunun Moranlı kəndində yerləşən fərdi yaşayış evi üzrə hüququn subyektləri kimi Cavabdeh, X8, X7, X3 və X10 göstərilmişdir. Göründüyü kimi, 04 avqust 2022-ci il tarixli mütəxəssis rəyi və 11 noyabr 2022-ci il tarixli ekspert rəyi verildikdən sonra, cavabdeh və onun ailə üzvlərinə məxsus torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 24 yanvar 2023-cü ildə qeydiyyat aparılmış, onların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin ölçüsü JN-165A, Kod 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edildiyi kimi 0,87 ha deyil, 0,8733 ha olaraq göstərilmişdir. Bununla əlaqədar olaraq əlavə ekspertizanın aparılması barədə cavabdeh tərəf vəsatət vermiş olsa da, birinci instansiya məhkəməsi əsassız olaraq həmin vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası torpaq sahəsinin ölçüsünün dəyişməsi və bunun da əlavə ekspertiza keçirilməsini zəruri etməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razılaşmış və iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Apellyasiya məhkəməsində aparılan icraat zamanı əldə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 08 fevral 2024-cü il tarixli, 3-21-3-38/2-254/2024 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: 1) JN-166A, KOD 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon AİK-nın 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı2 və X5 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,34 ha torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 2) JN-165A, KOD 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon AİK-nın 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə Cavabdeh, X3, X10, X8 və X4 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 3) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh, X3, X10, X8 və X4 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,8733 ha torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 4) İddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh, X3, X10, X8 və X4 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,8733 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. 5) JN-166A, KOD 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon AİK-nın 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı2 və X5 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,34 ha torpaq sahəsinə gedən və ümumi istifadə üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən tutulmuşdur və qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 6) Əlavə olaraq qeyd edilir ki, JN-165A nömrəli Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,87 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən tərtib edilmiş texniki pasportda göstərilən 0,8733 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası arasında uyğunsuzluq mövcuddur. Həmin uyğunsuzluq mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə 95 manat xidmət haqqını cavabdeh tərəf ödəmişdir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1323 saylı, 17 aprel 2024-cü il tarixli ekspert rəyində suallar üzrə aşağıdakılar göstərilmişdir: 1) JN-166A, KOD 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı2 və X5 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,34 ha torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 2) JN-165A, KOD 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə Cavabdeh, X3, X10, X8 və X4 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 3) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh, X3, X10, X8 və X4 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,8733 ha torpaq sahəsinin sərhədləri, kontur və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 4) İddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh, X3, X10, X8 və X4 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,8733 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. 5) JN-166A, KOD 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı2 və X5 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,34 ha torpaq sahəsinə gedən və ümumi istifadə üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən tutulmuşdur və qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 3-16-16/2-10/1323 saylı, 17 aprel 2024-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından görünür ki, iddiaçılar birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ümumi istifadədə olan yolda inşa edilmiş çəpərin onun öz hesabına sökülməsi, qoyulmuş darvazanın götürülməsi və ümumi istifadədə olan yolun açılması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, iddialarını mübahisəli ərazinin ümumi istifadə üçün nəzərdə tutulmuş yol olması və həmin yolun cavabdeh tərəfindən tutulması ilə əsaslandırmışlar. Birinci instansiya məhkəməsi mübahisənin həll edilməsi məqsədilə tərəflərin təqdim etdikləri JN-165A və JN-166A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əsasında ekspertiza keçirmiş, 04 avqust 2022-ci il tarixli mütəxəssis və 11 noyabr 2022-ci il tarixli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza cavabdehin istifadəsindədir və onlar ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir. Həmin rəylərə əsaslanmaqla Sabirabad Rayon Məhkəməsi 2(056)-01/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianı təmin etmiş, cavabdehin Sabirabad rayonu, Moranlı kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli çəpərin (hasar) və darvazanın onun öz hesabına sökülməsi vəzifəsinin və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsinin cavabdehin üzərinə qoyulmasını qət etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin rəylərin verilməsindən sonra cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış əldə olunmuş, cavabdeh tərəf həmin çıxarışa uyğun olaraq əlavə ekspertizanın keçirilməsi barədə vəsatət vermişdir. Birinci instansiya məhkəməsi həmin vəsatəti təmin etməmiş, cavabdehin və ailə üzvlərinin mülkiyyətində mübahisəli ərazidə 0,8733 ha torpaq sahəsinin olmasına əhəmiyyət vermədən JN-165A nömrəli şəhadətnamə üzrə 0,87 ha torpaq sahəsinə dair verilmiş rəylərə əsaslanmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Sözügedən qətnamədən narazı qalan cavabdeh isə apellyasiya şikayəti verərək, həmin qətnaməni tam mübahisələndirmişdir. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışı nəzərə alaraq, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, 08 fevral 2024-cü il tarixli mütəxəssis rəyinin və 17 aprel 2024-cü il tarixli ekspert rəyinin alınmasını təmin etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 08 fevral 2024-cü il tarixli, 3-21-3-38/2-254/2024 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1323 saylı, 17 aprel 2024-cü il tarixli ekspert rəylərini vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını və həmin rəylərin iş üzrə tərəflərin təqdim etdiyi bütün sənədlərə əsaslanmasını nəzərə alaraq, həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. Həmin rəylərlə müəyyən edilmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh, X3, X10, X8 və X4 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,8733 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 0,8733 ha torpaq sahəsinin hüdudları daxilindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. MM-in 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi, iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 0,8733 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən və mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istədiyi şəkildə istifadə etmək, həmin torpaq sahəsinə başqa şəxslərin sahibliyinə yol verməmək, orada istədiyi qurğuları qurmaq, hasar çəkmək, darvaza qoymaq hüququ olduğundan, hazırkı iddia tələbi əsaslı olmamışdır və o təmin edilə bilməz. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. 08 fevral 2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-165A nömrəli Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,87 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən tərtib edilmiş texniki pasportda göstərilən 0,8733 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası arasında uyğunsuzluq mövcuddur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, bu cür uyğunsuzluq mövcud olsa da belə, həmin sənədlərdən sonuncusu olan xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış daha mötəbər qəbul edilməlidir. Həmin Çıxarış nəzərə alındıqda hazırda iddiaçıların ümumi yol kimi iddia etdikləri ərazi və orada yerləşən çəpər və darvaza isə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 0,8733 ha torpaq sahəsində yerləşir. Bu səbəbdən də məhkəmə kollegiyası bildirir ki, JN-166A, KOD 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2003-cü il tarixli, 11 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, İddiaçı2 və X5 mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,34 ha torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən istifadə edilsə də, bu cür istifadə zəbt xarakteri daşımır və mülkiyyətçi kimi cavabdehin öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə hər hansı bir maneə yaradıla bilməz. Bununla bağlı iddiaçıların cavabdeh və ailə üzvlərinə məxsus olan 0,8733 ha torpaq sahəsi ilə bağlı verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışı mübahisələndirmək imkanı mövcuddur. Lakin hazırkı halda cavabdeh və onun ailə üzvləri mülkiyyətçi kimi onlara məxsus torpaq sahəsindən öz istədikləri şəkildə istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, 04 avqust 2022-ci il tarixli mütəxəssis rəyinin verilməsinə görə İddiaçı3 tərəfindən ödənilmiş 313,9 manat xidmət haqqı onun özünə aid edilməli, 08 fevral 2024-cü il tarixli mütəxəssis rəyinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 95 manat xidmət haqqı iddiaçılardan müştərək qaydada tutularaq cavabdehə ödənilməli, 11 noyabr 2022-ci il tarixli, 10/6887 nömrəli və 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1323 saylı ekspert rəylərinin verilməsinə görə aparılmış tədqiqatların cəmi dəyəri olan 100 manat məbləğində ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-01/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi istifadədə olan yolda inşa edilmiş çəpərin sökülməsi, qoyulmuş darvazanın götürülməsi və həmin yolun açılması tələbinə dair” iddiası təmin edilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 04 avqust 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə İddiaçı3 tərəfindən ödənilmiş 313,9 manat məbləğində xidmət haqqı onun özünə aid edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 08 fevral 2024-cü il tarixli, 3-21-3-38/2-254/2024 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Cavabdeh ödənilsin. 11 noyabr 2022-ci il tarixli, 10/6887 nömrəli və 17 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/1323 saylı ekspert rəylərinin verilməsinə görə aparılmış tədqiqatların cəmi dəyəri olan 100 manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-73/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-73/2024
10.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver