Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-73/2025 21.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Əsədov (sədrlik edən və məruzəçi), X15 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Masallı Rayon Мəhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma, evinə çıxarış alınmasından ötrü yaradılmış maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Masallı rayon Xıl kəndində yerləşən 0.1421 hektar zəbt etdikləri torpaq sahəsindən və üzərində yerləşən evindən və digər tikililərindən çıxarılmaları, evinə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsini xahiş etmişdir. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, atasının vərəsəsidir, çıxarış mərhum atasının adınadır, odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum atası X9 məxsus Masallı rayon Xıl kəndində yerləşən 0.1421 hektar zəbt etdikləri torpaq sahəsindən və üzərində yerləşən evdən və digər tikililərindən çıxarılmaları, evə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, mərhum atası X7 qanun üzrə vərəsəsidir. Mərhum atasının Masallı rayon Xıl kəndində 0,1421 hektar torpaq sahəsi və üzərində yaşayış evi və tikililəri olan mülkü vardır. Həmin torpaq sahəsi Masallı rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında naturada ayrılaraq mərhum atasına verilmişdir. Cavabdeh Masallı rayon məhkəməsinin qətnaməsindən narazı qalaraq Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən atası mərhum Fərman Məmmədov vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum X7 hüquqi varisi kimi tanınmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə mərhum X7 hüquqi varisi kimi tanınmışlar. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdehlər 0.1421 ha torpaq sahəsindən və onun üzərində olan evdən, tikililərdən çıxmırlar. Birinci instansiya məhkəməsində cavabdeh (və digər cavabdehlərin nümayəndəsi) Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirməklə, onun rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Мəhkəməsinin (hakim Z.Zeynalov) 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X9 məxsus Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsindən çıxarılması, Masallı rayonu, Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən səlahiyyətli şəxslərin ölçü işlərinin aparılmasına yaradılan maneələrin qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mərhum atası X8, mərhum anası X4 və 5 nəfər ailə üzvlərinə Masallı rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli qərarı ilə verilmiş və torpağa mülkiyyət hüququna dair JN 628A Kod 80500058 saylı şəhadətnamədə qeyd edilən Masallı rayonu, Xıl kəndində 0,23 ha həyətyanı torpaq sahəsi olmuşdur. X22 xx.xx.2001-ci il tarixdə, anası Xanım Nurəliyeva xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Miras bölgüsü ilə bağlı rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(050) 3669/2019 saylı qətnaməsi ilə mərhum atası və anasından miras qalmış 0,2721 ha torpaq sahəsinin 0,1421 ha hissəsini iddiaçının atasına, 0,0879 ha ona verilməsi qət edilmişdir. Torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq onun yaşadığı ev vardır. Həmin evi mərhum atası ona toy günü hədiyyə etmişdir və bununla bağlı video disk də vardır. O, 1998-ci ildən ailəsilə birlikdə həmin evdə yaşayır, evin bütün kommunal müqavilələri də onun adınadır. Ev dövlət qeydiyyatına alınmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 sentyabr 2021-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-tikinti texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 saylı rəyləri qanunsuz və əsassızdır. Belə ki, yerə baxış keçirilərkən onun iştirakı təmin edilmədən torpaq sahəsi üzərində olan və onun faktiki istifadəsində olan mənzili nəzərə alınmamışdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, mərhum valideynlərinə və 5 nəfər ailə üzvlərinə Masallı rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli qərarı ilə Xıl kəndində 0,23 ha həyətyanı torpaq sahəsi olmuşdur. Atası xx.xx.2001-ci il tarixdə, anası xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Miras bölgüsü ilə bağlı Masallı Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə mərhum valideyinlərindən miras qalmış 0,2721 ha torpaq sahəsinin 0,1421 ha hissəsini qardaşı Fərmana, 0,0879 ha ona verilməsi qət edilmişdir. Torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq yaşadığı ev vardır. Həmin evi atası toy günündə ona hədiyyə etmişdir və bununla bağlı video disk də vardır. O, 1998-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır, evin bütün kommunal müqavilələri də onun adınadır. Məhkəmənin istinad etdiyi ekspert rəyləri qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdehlərin icazəsi olmadan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı Xidmətinin əməkdaşlar həyətə baxış keçirmiş və plan xəritə və digər sənədləri iddiaçının iştirakı ilə hazırlamış və onların bundan xəbəri olmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, torpaq sahəsi və ev nənəsindən qalmışdır. Vərəsəlik qaydasından atasının adıba keçmişdir. Torpaq sahəsinin naturada ayrılması barədə məhkəmə qərarı qüvvədədir. Cavabdeh lazımi ölçmə işlərinin aparılmasına maneçilik törətməklə torpaqdan çıxmır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya məhkəməsi iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2669/2019 nömrəli 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə mərhum X5 və mərhum X2 miras qalmış əmlakı X7 öz payına münasibətdə faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, kənd təsərrüfatlı torpaq sahəsində miras payının 0.2721 ha, həyətyanı torpaq sahəsində isə 0.1421 ha müyyən olunması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli **********94 reyestr nömrəli çıxarışa görə, Masallı rayonu Xıl kəndində yerləşən 0.23 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 0.1421 ha hissədə X7; 00879 ha hissədə X3 adına daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək X7 payına aid 0,1421 ha həyətyanı torpaq sahəsinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 saylı rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(106)- 1466/2022 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. X7 iddiası üzrə mülki işə baxılarkən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(106)-1466/2022 nömrəli qərardadı ilə İddiaçı həmin iş üzrə iddiaçı mərhum X7 hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(102)-2276/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində X7 adına Masallı rayonu, Xıl kəndində 0.1421 hektar həyətyanı torpaq sahəsi qeydə alınmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış yazılmışdır. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-5425/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh1 adına Masallı rayonu, Xıl kəndində yerləşən 0.2203 ha (JN-122, Kod: ********) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. “Elektron notariat” X1 çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X13, qanun üzrə vərəsələri X10, İddiaçı və X14r. İddiaçı atasından miras qalmış torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və həmin sahədə ölçmə işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 07 iyul 2025-ci il tarixədək qüvvədə olmuş 1255-ci maddsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının tələbinin təmin edilməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi, cavabdeh isə əmlaka sahiblik edən şəxs olmalı, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. İddia əsaslıdır və aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh tərəf etirazında və apellyasiya şikayətində Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində X7 adına aparılmış qeydin qanunsuz olduğunu bildirmişdir. İşin hallarından görünür ki, cavabdeh tərəf Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində X7 adına aparılmış qeydi məhkəmə qaydasında mübahisələndirmişdir. Hazırki iş üzrə icraat iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinə dair X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin əsassız hesab edilməklə xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Həmin işə baxılmış, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Həmin işə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinə dair X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin əsassız hesab edilməklə xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli **********94 reyestr nömrəli çıxarışın ləğv edilməsi, öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməainin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində X7 adına aparılmış qeydin və onun naturada yerləşməsinin qanunsuzluğu müəyyən edilməmişdir. Cavabdeh tərəfin etirazında və apellyasiya şikayətində dəlillərindən biri də ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq yaşadığı ev vardır. Həmin evi atası toy günündə Cavabdeh1 hədiyyə etmişdir. Kollegiya cavabdehin bu dəlilini də əsaslı saymır. Tikilinin cavabdehə məxsusluğu müəyyən edilmir. Cavabdehin istinad etdiyi tikili qeydiyyatdan keçməmişdir və iddiaçının tələbi torpaq sahəsindən çıxarılma hissədə təmin edilmişdir. Beləliklə, cavabdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Мəhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(050)-585/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-73/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-73/2025
21.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver