Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-732/2025 20.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), X4 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdiyi, mülkiyyətində olan 2,42 sot torpaq sahəsinin 2,08 sot sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh1 onun qaynıdır. Onlara ayrılmış torpaq sahələri qonşuluqda yerləşir. 2000-ci ildə aparılmış torpaq islahatları nəticəsində onlara məxsus torpaq sahələrinin yerlərində yerdəyişmələr olmuş, 11 ailəyə məxsus torpaq sahəsinin yeri yenidən müəyyən edilmişdir. 12-ci torpaq sahəsi ona, ondan sonrakı torpaq sahəsi isə Cavabdeh1 məxsusdur. 2001-ci ildə isə yeni xəritə tərtib olunmuş və orada torpaq sahələrinin yeri yenidən müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsünü almışdır. Ona və ailə üzvlərinə kənd təsərüfatının məhsullarının istehsalı üçün JN-102 kod 60618018 saylı akta əsasən 2,42 sot torpaq sahəsi verilmişdir. Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni sənədi olmadan həmin torpaq sahəsinin 2,08 hissəsindən istifadə edirlər. Dəfələrlə həmin torpaq sahəsinin boşaldılması və qaytarılması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi ona torpaq islahat komissiyasının işçiləri tərəfindən verilmişdir. Neçə ildir ki, həmin sahəni o, əkib becərir. Həmin sahəyə xeyli miqdarda xərc çəkmişdir. 1997-ci ildə, daha sonra isə 2000-ci ildə torpaq islahatları aparılmış, torpaq sahələrinin yeri yenidən müəyyən edilmişdir. Həmçinin qeyd etmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,84 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarış almamışdır, çünki sonradan müəyyən edilmiş torpaq sahəsini yeri və ölçüsü ilə razı olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh2 iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Füzuli Rayon Məhkəməsinin (hakim S.Məmmədli) 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdiyi İddiaçı mülkiyyətində olan JN 102 KOD 60618018 saylı akta əsasən İddiaçı Füzuli rayonu Kərimbəyli kəndində verilmiş 2,42 ha torpaq sahəsinin 2,08 ha sahəsindən çıxarılmaları, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 və Maraqlı şəxs apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.2, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmiş və hesab etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməkdədir. İddianın təmin edilməsi üçün isə, məhkəmə öz qətnaməsində yalnız Məhkəmə Ekspertizasından verilmiş xx.xx.2024-cü il tarixli 10/9851 nömrəli ekspert rəyinə istinad etmişdir ki, həmin rəy iddianın təmin olunması üçün birbaşa və təkzib olunmaz sübut növü kimi qəbul edilə bilməz. Çünki həmin rəy yalnız iddiaçıya verilmiş mülkiyyət sənədi üzərindən verilmiş, cavabdehlərə və onların ailə üzvlərinə verilmiş Dövlət Aktlarına heç bir hüquqi qiymət verilməmişdir. Ekspert rəyindən aydın olmur ki, iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus (Dövlət Aktlarında göstərilən) torpaq sahələrinin koordinatları üst üstə düşürmü?! Məhkəmə tərəfindən həmin hallar araşdırılmayıb. Halbuki, iş materiallarına əlavə edilmiş və onun da birgə mülkiyyətində olan JN-100 KOD 60618018 nömrəli Dövlət Aktından da göründüyü kimi, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən 1.26 ha torpaq sahəsi X3, onun və Cavabdeh2 birgə mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı aidiyyatı dövlət qurumları tərəfindən təsdiqlənsə də, arxivə verilməməsində onun və digər mülkiyyətçilərin heç bir təqsiri yoxdur. Buna görə də, birinci instansiya məhkəməsi işə baxarkən onun da mülkiyyətçisi olduğu torpaq sahəsi üzərində üstün mülkiyyət hüquqlarının kimə aid olduğunu müəyyənləşdirməli idi. Artıq uzun illərdir ki, torpaq sahəsindən faktiki olaraq o və ailə üzvləri istifadə edir, heç vaxt torpaq sahəsi ilə bağlı onlara pretenziya verilməyib, iddiaçı torpaq sahəsinin ona aid olduğu ilə bağlı onlara heç vaxt bildirməyib. 2000-ci ildən bu günədək, yəni 25 ildir ki, torpaq sahəsi onların qanuni sahibliyində və istifadəsindədir. Belə olan halda, məhkəmə qətnaməsində istinad etdiyi maddi hüquq normalarını onlara münasibətdə mülkiyyət hüquqlarının müdafiəsi üçün tətbiq etməli idi. Maraqlı şəxs apellyasiya şikayətində cavabdehin apellyasiya şikayəti ilə eyni əsaslardan çıxış edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Maraqlı şəxs şikayətində qeyd etmişdir ki, hazırki işin məhkəmə icraatında olduğundan xx.xx.2025-ci il tarixində təsadüfən xəbər tutmuşdur. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında Cavabdeh1 ailə üzvü X11 və apellyasiya verən Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanınmış və cəlb edilmişlər. Apellyasiya baxışında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, səhv odur ki, xəritədə dəyişiklik ediblər. 3 dəfə islahat aparılıb. Ekspertiza rəyini qəbul etmir. Rəy səhvdir. Onu öz yerindən çıxardıb başqa yerə atıblar. Həmin yerdə heç nə bitmir, həmin yer qamışlıqdı, kolxoz vaxtıda orada heç nə bitməyib. Torpağa çox xərc çəkmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədəbn saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, 25 ildir islahat aparılıb. Artıq elektron baza yaradılıb. Ölçmə elektron bazaya əsasən aparılıb. Cavabdeh2 və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki halları - Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,42 ha torpaq sahəsi verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində 2,0814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. - Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən Cavabdeh2 və digər ailə üzvlərinə (Maraqlı şəxs) verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,26 ha torpaq sahəsi verilmişdir. - Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən Cavabdeh1 və digər ailə üzvlərinə verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,84 ha torpaq sahəsi verilmişdir. Təqdim edilmiş sənədlərdən və izahatlardan görünür ki, İddiaçı əvvəllər başqa torpaq sahəsindən istifadə etmişdir. Lakin sonra məhkəmə qərarı ilə həmin sahədən çıxarılmışdır. Belə ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-749/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X5 iddiası təmin edilmiş, X12 və digər ailə üzvlərinin mülkiyyətində olan Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2,36 ha torpaq sahəsinin 2,08 ha hissəsindən cavabdeh X13 çıxarılması və torpaq sahəsinin iddiaçı X7 təhvil verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-749/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki tələbində İddiaçı mülkiyyətində olan JN 102 KOD 60618018 saylı akta əsasən verilmiş 2,42 sot torpaq sahəsinin 2,08 sot sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi üçün mübahisə edilən sahə iddiaçının mülkiyyətində olmalı, həmin torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər torpaq sahəsini verməkdən imtina etməlidirlər. Kollegiya qeyd edir ki, iddianın təmin edilməsi üçün lazımi şərtlər ödənilir. İş üzrə tərəflərə məxsus torpaq sahələrinin sərhədlərini və koordinatlarını müəyyən etmək, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsaslanan Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024cü il tarixli, 10/9851 saylı mühəndis-texniki ekspertizasının rəyi ilə aşağıdakılar müəyyən edilir: Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Eyni zamanda Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Cavabdeh1 və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 0.6938 ha torpaq sahəsinin və Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli * * * * * * * * * * qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X1 və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 1.0406 ha torpaq sahəsinin X8 X9 (TEKUİS-də) olan elektron məlumatlardan istifadə edilməklə sərhədləri müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X15 və X2 ümumi birgə mülkiyyətinə verilmiş, Cavabdeh1 və onun ailə üzvlərinin İstifadəsində olan 0.6421 ha torpaq sahəsinin də X8 X9 (TEKUİS-də) olan elektron məlumatlardan istifadə edilməklə, sərhədləri müəyyən edilmişdir. Rəyə görə, Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə Üzvlərinin ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsi bütünlüklə cavabdehlər Cavabdeh1 və X1 və onun ailə üzvləri tərəfindən istifadə olunur. Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsi bütünlüklə cavabdehlər tərəfindən istifadə olunur. Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan ha torpaq sahəsi ilə cavabdehlər X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. Kollegiya ekspert rəyində əksini tapmış məlumatları sübut olaraq qəbul edir. Təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə iddiaçıya məxsus torpaq sahəsininin cavabdehlərin qanunsuz sahibliyində olduğu müəyyən edilir. Cavabdehlər apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadıqlarını, artıq uzun illərdir ki, torpaq sahəsindən faktiki olaraq istifadə etdiklərini heç vaxt torpaq sahəsi ilə bağlı onlara pretenziya verilmədiyini göstərmişlər. Kollegiya ekspert rəyini əsassız saymaq, rəydəki məlumatları qəbul etməmək üçün hərhansı əsas tapmır. Bundan başqa, müəyyən edilir ki, iddiaçı əvvəllər öz mülkiyyəti kimi qəbul etdiyi başqa torpaq sahəsində istifadə etmişdir. Sonradan Füzuli Rayon Məhkəməsinin 2(064)-749/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun özgəsinə məxsus torpaq sahəsindən istifadə etdiyi, özünə məxsus torpaq sahəsinin isə hazırki iş üzrə cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində olduğu ona bəlli olmuş, ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(064)-20/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-732/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-732/2025
20.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver