Məhkəmə qərarları › İş №2(106)-733/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-733/2023

08.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-733/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)513/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “Azər Zeynallı” Kəndli fermer təsərrüfarının rəhbəri iddia ərizəsi il məhkəməyə müraciət edərək Cavabdeh1 DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışın qismən, “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi və Cavabdeh1 Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının istifadəsində olan 25 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərardadına əsasən İddiaçı “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının Cavabdeh1 DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışın qismən, “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi və Cavabdeh1 Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının istifadəsində olan 25 hektar torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə iddianın Cavabdeh1 DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışın qismən, “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi hissəsinə Beyləqan rayon məhkəməsində baxılmalı olmadığından işin bu hissədə icraatına xitam verilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının rəhbəri X4 iddiasını müdafiə etdi və izahatnda göstərdi ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 29 oktyabr 1996-cı il tarixli 67 saylı və 27 dekabr 1996-cı il tarixli 87 saylı sərəncamları ilə uzunmüddətli istifadə üçün “Azər Zeynallı" Kəndli fermer təsərrüfatına ayrı-ayrılıqda 25 hektar-cəmi 50 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi uzun müddət təsərrüfatın istifadəsində olmuşdur. Sonradan məlum olmuşdur ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı sərəncamı ilə təsərrüfatın istifadəsinə verilmiş 25 hektar torpaq sahəsinə dair sərəncam ləğv edilmiş və torpaq sahəsi İcra hakimiyyəti başçının xx.xx.2018-ci il tarixli sərəncamı ilə Cavabdeh1 icarəsinə verilmişdir. Halbu ki, həmin torpaq sahəsi icarədə yox, uzun müddətli istifadə olunan torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin istifadə müddəti göstərilməmişdir. Bundan başqa 27 mart 2012-ci il tarixli, 31 saylı sərəncamla bağlı ona məlumat verilməmişdir. Həmçinin sərəncama 2012-ci il tarixdə xitam verilsə də, həmin torpaq sahəsindən 2018-ci ilin mart ayının 5-dək istifadə etmişdir. Ona görə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 67 saylı sərəncamı ilə istifadəsində ayrılmış 25 hektar torpaq sahəsindən istifadəsinə xitam verilməsi barədə Beyləqan rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli 31 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (085)-1529/2019 saylı iş üzrə 4 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı sərəncamının qismən yeni sərəncamla təsərrüfata heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə qış otlaq sahəsindən iddiaçının istifadə (icarə) hüququna xitam verilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. X5 Məhkəməsinin həmin qərarı yuxarı inistansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qərarın icrası ilə bağlı Beyləqan rayon İcra Hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli 06 saylı Sərəncamı ilə 27 mart 2012-ci il tarixli 31 saylı sərəncamı qismən, yəni Beyləqan Rayon İcra hakimiyyəti başçısının 29 oktyabr 1996-cı il tarixli, 67 nömrəli sərəncamı ilə “Azər Zeynallı" kəndli fermer təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə 7 saylı qış otlaq sahəsindən “Azər Zeynallı" kəndli fermer təsərrüfatının istifadə (icarə) hüququna xitam verilməsi hissəsi ləğv edilmişdir. Bununla belə, cavabdehə həmin sərəncam əsasında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarış ləğv edilməmiş qalmış və hazırda cavabdeh torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Cavabdehin hərəkəti nəticəsində fermer təsərrüfatının istifadə (icarə) hüququ pozulmuşdur. Cavabdeh1 həmin torpaq sahəsi verildiyi gündən o, torpaq sahəsidən istifadə etməmiş, həmin topraq sahəsində qanunsuz olaraq əkin işləri aparmışdır. Hazırda onun iddiası əsasında Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1489/2022-ci il tarixli qərarı ilə «Azər Zeynallı» kəndli fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Reyestrdən çıxarışın qismən ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış qismən, yəni «Azər Zeynallı» kəndli fermer təsərrüfatının istifadəsində olan 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Cavabdeh1 apelyasiya şikayətinə əsasən Şirvan Apellyasi Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(120)-236/2022-ci il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin Cavabdeh1 ona məxsus torpaq sahəsindən çıxmamışdır. Həmin torpaq sahəsində Cavabdeh1 qanunsuz olaraq əkin işləri aparır. Halbu ki, torpaq sahəsi heyvandarlığın inkişafı üçün verilmişdir. Ona görə də, Cavabdeh1 Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının istifadəsində olan 25 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 və onun vəkili X2 təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. İş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, cavabdeh və onun vəliki məhkəmə bildirişini xəbərnaməyə şəxsən imza etməklə almışlar. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh və onun vəkili məhkəmə iclasına gəlmədiklərindən məhkəmə cavabdehin və onun vəkilinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. . İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)513/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: R.Nurullayev), iddianın təmin edilməsi, Cavabdeh1 Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının istifadəsində (icarəsində) olan 25 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111 və Mülki Məcəllənin 164.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Beyləqan Rayon Məhkəməsinin 2(020)513/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Lakin iddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)513/2022 saylı, 05 dekabr 2023cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)513/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1529/2019-cu il tarixli qərarından görünür ki, «Azər Zeynallı» kəndli fermer təsərrüfatının cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı Beyləqan rayon İcra Hakimiyyəti başçısının 29 oklyabr 1996-cı il tarixli, 67 nömrəli sərəncamı ilə «Azər Zeynallı» kəndli fermer təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsindən istifadəyə xitam verilməsi barədə Beyləqan rayon İHB-nin 27 mart 2012-ci il tarixli 31 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Beyləqan rayon İHB-nin 27 mart 2012-ci il tarixli 31 saylı sərəncamı qismən, yəni Beyləqan Rayon icra Hakimiyyəti başçısının 29 oklyabr 1996-cı il tarixli, 67 nömrəli sərəncamı ilə «Azər Zeynallı» kəndli fermer təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində (icarə) müddəti başa çatdığına görə qış otlaq sahəsindən «Azər Zeynallı” kəndli fermer təsərrüfatının istifadə (icarə) hüququna xitam verilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1529/2019-cu il tarixli qərarından üçüncü şəxs Cavabdeh1 apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 2- 1(106)111/2021-ci il tarixli 29 iyun 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 şikayətinin təmin edilməməsi, barədə üçünçü şəxs Cavabdeh1 Şirvan Apelyasiya Məhkəməsinin 2- 1(106)111/2021-ci il tarixli 29 iyun 2021-ci il tarixli qərarından verdiyi kasasiya şikayəti təmin edilməmişdir. İş üzrə alınmış Beyləqan rayon İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 31 saylı Sərəncamının qismən ləğv edilməsi və Beyləqan rayon İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 133 nömrəli Sərəncamında qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Beyləqan rayon İcra hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli 06 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 nömrəli Sərəncamı qismən, yəni Beyləqan rayon İcra hakimiyyəti başçısının 29 oktyabr 1996-cı il tarixli, 67 nömrəli Sərəncamı ilə “Azər Zeynallı” kəndli fermer təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə 7 saylı qış otlaq sahəsindən “Azər Zeynallı” kəndli fermer təsərrüfatının istifadə (icarə) hüququna xitam verilməsi hissəsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin HDQ haqqında DƏDRdən çıxarışdan görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başısının 31 iyul 2018-ci il tarixli 133 nömrəli sərncamına əsasən bağlanmış xx.xx.2018-ci il tarixli 18 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh1 icarəsinə 37.0 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 25 hektarı “Azər Zeynallı” kəndli fermer təsərrüfatının istifadəsinə Beyləqan rayon İcra hakimiyyəti başçısının 29 oktyabr 1996-cı il tarixli, 67 nömrəli sərəncamı ilə verilən torpaq sahəsi olmuşdur. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(120)-1489/2022-ci il tarixli qərarından görünür ki, «Azər Zeynallı» kəndli fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə və ümüncü şəxs Cavabdeh1 qarşı Reyestrdən çıxarışın qismən ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış qismən, yəni «Azər Zeynallı» kəndli fermer təsərrüfatının istifadəsində olan 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(120)-236/2022-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs G.X1 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1489/2022-ci il tarixli qərarından verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(120)-1252/2022 tarixli qərardadından görünür ki iddiaçı Cavabdeh1 cavabdeh Beyləqan rayon İcra hakimiyyəti başçısına qarşı sərəncamın ləğv edilməsinə dair iddi ərizəsi götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İş əlavə edilmiş Beyləqan rayon məhkəməsinə təqdim edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1252/2022, 14 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 cavabdeh Beyləqan rayon İcra hakimiyyəti başçısına qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə məhkəmənin 13 oktyabr 2022-ci il tarixli 2-1(120)- 1252/2022 saylı qərardadından şikayət verilməmiş və qərardad 11 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası işdə olan sübutların araşdırılması zamanı müəyyən etmişdir ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının 29 oktyabr 1996-cı il tarixli, 67 nömrəli Sərəncamı ilə “Azər Zeynallı” kəndli fermer təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 25 hektar torpaq sahəsi ayrılmış, Beyləqan rayon İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 31 saylı Sərəncamına əsasən həmin torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə Azər Zeynallı” kəndli fermer təsərrüfatının istifadə (icarə) hüququna xitam verilmiş, həmin torpaq sahəsi Beyləqan rayon İcra Hakimiyyəti başçısının 31 iyul 2018-ci il tarixli 133 nömrəli sərəncamına əsasən Cavabdeh1 icarəsinə verilmişdir. Sonradan “Azər Zeynallı” kəndli fermer təsərrüfatının şikayətlərinə əsasən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1529/2019-cu il tarixli qərarı ilə Beyləqan rayon İHB-nin 27 mart 2012-ci il tarixli 31 saylı sərəncamı qismən, yəni Beyləqan Rayon icra Hakimiyyəti başçısının 29 oklyabr 1996-cı il tarixli, 67 nömrəli sərəncamı ilə «Azər Zeynallı» kəndli fermer təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində (icarə) müddəti başa çatdığına görə qış otlaq sahəsindən «Azər Zeynallı” kəndli fermer təsərrüfatının istifadə (icarə) hüququna xitam verilməsi hissəsində ləğv edilmişdir. Həmin qərarın icrasını təmin etmək məqsədi ilə Beyləqan rayon İcra hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli 06 nömrəli Sərəncamı ilə Beyləqan rayon İcra hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 nömrəli Sərəncamı qismən, yəni Beyləqan rayon İcra hakimiyyəti başçısının 29 oktyabr 1996-cı il tarixli, 67 nömrəli Sərəncamı ilə “Azər Zeynallı” kəndli fermer təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə 7 saylı qış otlaq sahəsindən “Azər Zeynallı” kəndli fermer təsərrüfatının istifadə (icarə) hüququna xitam verilməsi hissəsi ləğv edilmiş və “Azər Zeynallı” kəndli fermer təsərrüfatının həmin torpaq sahəsi üzərində istifadə (icarə) hüquqları bərpa edilmişdir. Lakin hazırkı iş üzrə Cavabdeh1 qeyd olunan torpaq sahəsindən qanunsuz olaraq istifadə etməkdə davam etməklə onun qanuni istifadəsində olan torpaq üzərində hüquqların həyata keçirilməsinə maneə yaratmaqla qanunla qorunan mənafeyini pozur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 2-ci bəndinə görə qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin maddənin 3-cü bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh1 Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən “Azər Zeynallı” Kəndli fermer təsərrüfatının istifadəsində (icarəsində) olan 25 hektar torpaq sahəsindən çıxarılmalıdır”. qənətinə gəlməsini qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)513/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)513/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar