Məhkəmə qərarları › İş №2(106)-736/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-736/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-736/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5, Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən ayrıca və birinci və ikinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri əsasında, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı fərdi yaşayış evində payının naturada ayrılaraq ona verilmə tələbinə və 2-ci iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi, bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi tələbinə dair birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evi üzərində Cavabdeh1 3/9 hissə, Cavabdeh2 1/9 hissə, Cavabdeh3 1/9 hissə, Cavabdeh4 1/9 hissə və İddiaçı 3/9 hissə paylı mülkiyyəti müvafiq olaraq xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə qeydə alınmış, bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən evdə onun 3/9 payının naturada ayrılmasını xahiş etmişdir. (1-ci iş). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində payı ona atası X2 miras qalmışdır. X1 03 aprel 1979-cu ildə vəfat etmişdir. Onların nikahından 24 may 1945-ci ildə Eldar, 01 fevral 1947-ci ildə Ramiz, 27 yanvar 1954-cü ildə Mübariz, 06 dekabr 1955-ci ildə Mədinə, xx xxxxxx 1957-ci ildə Aydın və 20 mart 1965-ci ildə Məlahət adlı 6 uşaqları olmuşdur. Həmin uşaqlardan Eldar 30 iyun 2017-ci ildə vəfat etmişdir. Mərhum atasının birinci nikahdan olan uşaqları Ramiz, Mübariz, Mədinə və Məlahət mərhum atası Əliəskər Nəhmətovun sağlığında ailə həyatı quraraq, ayrılaraq digər yaşayış yerlərinə köçmüşlər. Birinci nikahdan olan uşaqlar Eldar və o, mərhum atası Ələsgər Nəhmətov ölən günə qədər və öldükdən sonra da həmin evdə yaşayıblar və miras əmlakı faktiki olaraq qəbul ediblər. Mərhum atası Ələsgər Nəhmətovun ikinci nikahdan olan qızı X4 da onun sağlığında ailə həyatı quraraq Salyan rayonuna gəlin köçmüşdür. Atasının ikinci həyat yoldaşı Cavabdeh1 isə 2004-cü ilədək miras evdə yaşamışdır. Miras evin 3/9 hissəsi ona məxsusdur. Hazırda o öz payına naturada ayırıb, ondan təkbaşına istifadə etmək etmək istəyir. Lakin cavabdehlər buna maneçilik törədirlər və aralarında bununla əlaqədar mübahisə mövcuddur. Bundan başqa, iddiaçı Nəhmətova (Qasımova) Hürnaz Yadulla qızı cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/9 hissəsinin onun mülkiyyətində olması nəzərə alınaraq həmin evin və yardımçı tikililərin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (2-ci iş). Sonra iddiaçı Cavabdeh1 Yədulla qızı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırmış, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 3/9 hissəsinin onun istəkləri nəzərə alınaraq natura qaydasında bölünməsi barədə, natura qaydasında bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək, hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evində vərəsələrdən Cavabdeh1 və İddiaçı Ələskər oğlunun hər birinə 3/9 hissədə, mərhum Eldar Nəhmətovun övladları, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1/9 hissədə payları müəyyən edilmişdir. Evin 3/9 hissəsi onun xüsusi mülkiyyətində olsa da, cavabdehlər ona həmin evdə yaşamağa imkan vermirlər. Hazırda paylarının müəyyən edilməsinə və evin müəyyən hissəsi mülkiyyətlərində olsa da evdən və yardımçı tikililərdən faktiki olaraq istifadə edə bilmir. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə 1-ci iş üzrə İddiaçı payların naturada bölünməsinə dair iddiası rədd edilmiş, 2-ci iş üzrə Cavabdeh1 iddiası təmin edilmiş, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitindən Cavabdeh1 3/9 hissə, Cavabdeh2 1/9 hissə, Cavabdeh3 1/9 hissə, Cavabdeh4 1/9 hissə və İddiaçı 3/9 hissə paylarına mütənasib şəkildə bölünməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 98.600 (doxsan səkkiz min altı yüz) manat müəyyən edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq iddiaçıların özlərinə aid edilməsi, ekspertiza xərci 50(əlli) manatın İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi birinci iddianı rədd, ikinci iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.4, 220.5, 220.6-cı maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddəlrinə istinad etmişdir. Qətnamədən birinci iş üzrə İddiaçı ayrıca və birinci və ikinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi Nümayəndə2 birgə apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Birinci iş üzrə iddiaçı (ikinci iddia ərizəsi üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və 2-ci iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. İkinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və 2-ci iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İkinci iş üzrə cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərinə zidd olaraq, mübahisə predmetinə baxılarkən paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi məsələsini müzakirə etməmiş, bununla bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, tərəflərin təqdim etdiyi sənədlərə əsasən formal dəyərləndirmə həyata keçirilmişdir. Həmçinin məhkəmə Cavabdeh1 mübahisə predmeti olan fərdi yaşayış evində yaşamadığını, halbuki digər cavabdehlərin və iddiaçının yaşadığını da nəzərə almamışdır. İddiaçı 20 ildən artıq müddətdir ki, Salyan rayonu ərazisində yaşayır. Faktiki olaraq Cavabdeh1 ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi yoxdur. Həmin şəxsin əsas məqsədi həmin yaşayış sahəsini istifadə etmək yox, məhz iş üzrə cavabdehlərin mülkiyyət hüququnu məhdudlaşdırmaq olmuşdur. Şikayətdə o da qeyd edilir ki, Mülki Məcəllənin 1303-cü maddəsinə əsasən miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır. Fərdi yaşayış evində onlar uzun müddət yaşamışlar və həmin evi almaqda onların üstünlük hüquqları vardır. Lakin məhkəmə bunu da diqqətə almamışdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən birinci iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ikinci tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətlərinin dəlillərinə qarşı etirazını bildirmiş, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Vəkil sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Digər şəxslərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evi 3/9 hissədə Cavabdeh1, 1/9 hissədə Cavabdeh2, 1/9 hissə Cavabdeh3, 1/9 hissədə Cavabdeh4 və 3/9 hissədə İddiaçı mülkiyyətindədir. Birinci iş üzrə İddiaçı hazırda ümumi paylı mülkiyyətdə olan yaşayış evində 3/9 hissədə payının naturada ayrılmasını, ikinci iş üzrə Cavabdeh1 payının naturada ayrılmasını, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan evin hərracdan satılmasını və satışdan əldə edilən vəsaitin paylara uyğun bölünməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin hallarından görünür ki, yaşayış evinin və həyətyanı sahənin bölünməsinin mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2019-cu il tarixli, 25730 №-li rəyinə görə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərinin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizasının rəyini əsas tutaraq İddiaçı iddiasını rədd etmişdir və bu hissədə qətnamə mübahisələndirilməmişdir. Bununla yanaşı, məhkəmə Nəhmətova (Qasımova) Hürnaz Yadulla qızının iddiasını təmin etmişdir. Məhkəmə, evin naturada bölünməsi mümkün olmadığından onun hərracda satılması və satış pulunun paylara uyğun bölünməsini mümkün hesab etmişdir. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına da istinad etməklə Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən iddinı təmin etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinin tətbiq edilməsi Qanunda nəzərdə tutulmuş müəyyən ardıcıllıqların tətbiq edilməsində sonra mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinin tələbinə görə, əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Qanunun mənasına görə, paylı mülkiyyətçinin payının naturada ayrılması bu və ya digər səbəbdən mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb edə bilər. İşin hallarından görünür ki, payının naturada ayrılmasının mümkünsüzlüyünə əsaslanan iddiaçı payının dəyərini digər mülkiyyətçilərdən tələb etmədən birbaşa paylı mülkiyyətdə olan evin hərracda satılmasını tələb etmiş, məhkəmə də bu hissədə iddianı təmin etmişdir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsini də nəzərdə tutmuşdur. Həmçinin Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmamış, eləcə də ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olubolmamasına və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olubolmamasına qiymət verməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə riayət etmədən, yalnız əmlakın bölünməsinin mümkünsüzlüyünə əsaslanmaqla birbaşa Mülki Məcəllənin 220.6-cı maddəsini tətbiq etmişdir. Kolegiyanın qənaətinə görə, məhkəmə müvafiq maddi hüquq normasına istinad etsə də, qanunu səhv təfsir etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Beləliklə, Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətləri qismən təmin edilməli, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, qətnamə iddianın təmin edilməsinə dair hissədə, yəni fərdi yaşayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş rüsumu şikayətçilərə aid edilir. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 10 manat, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 40 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı tərəfindən ayrılıqda və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(049)-347/2022 saylı qətnaməsi- iddianın təmin edilməsinə dair hissədə, yəni Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi, eləcə də ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 10 manat, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 40 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar