Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-739/2023 17.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(038)-01/2022 saylı qərardadından iddiaçı "xxxx" MMC BOKT tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 tələb edilən 20625,47 manat əsas borc, 4201,44 manat faiz borcu, 9017,63 manat cərimə olmaqla, cəmi 33844,54 manat kredit borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********80 reyestr nömrəli 0,1857 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərrac yolu ilə satılması, torpaq sahəsinin ilkin satış qiymətinin likvid qiymət olaraq 63000 manat müəyyən edilməsi və satışdan əldə olunan vəsait hesabına borcun iddiaçıya ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qaytarılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********80 reyestr nömrəli 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsi tərəflərə 25 may 2022-ci il tarixli məktubla göndərilmiş, Cavabdeh2 ünvanı Bakı şəhəri, Saray qəsəbəsi, ünvan 1arının 183-cü vərəqində olan poçt göndərişlərinin izlənilməsinə dair çıxarışdan görünür ki, qətnamə 20 iyun 2022-ci il tarixində Cavabdeh2 çatdırılmışdır. Cavabdeh2 06 dekabr 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 saylı qətnaməsinin hal-hazıradək ona təqdim edilmədiyini bildirmiş, həmin qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(038)-01/2022 saylı qətnaməsinin surəti 07 dekabr 2022-ci il tarixində Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Cavabdeh2 21 dekabr 2022-ci il tarixində Yardımlı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(038)-01/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatətdə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ona təqdim edilmədiyindən Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, 07 dekabr 2022-ci il tarixində qətnaməni qəbul etmişdir. Həmin qətnamə ona əvvəllər təqdim edilməmişdir. Məhkəmə qətnamənin ona göndərilməsi barədə məktubunda 25 may 2022-ci il tarixində qətnamənin onun ünvanına göndərildiyini bildirmişdir. Lakin cavabdeh artıq 8 ildən çoxdur ki, qeydiyyatda olduğu ünvanda yaşamır, 2014-cü ildən hal-hazıradək ünvan 2/1 saylı evin 15 saylı mənzilində yaşayır. Buna görə də o hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürülməmişdir. Ötürülmüşdürsə, üzrlü sayılmalıdır. Cavabdeh vəsatətinə apellyasiya şikayətini əlavə etmişdir. Yardımlı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(038)-01/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Habil Bəhmənov) vəsatət təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(038)-01/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı "xxxx" MMC BOKT şikayət vermiş, şikayətində Yardımlı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(038)-01/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadda qeyd olunur ki, iş materiallarında məhkəmə bildirişlərinin və qətnamənin surətinin Cavabdeh2 və digər cavabdehlərin rəsmi qeydiyyat üzrə göndərilməsi və poçt göndərişlərinin çatdırılması barədə məlumatlar mövcuddur. Ancaq Cavabdeh2 keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir və o göstərir ki, məhkəmə barədə ümumiyyətlə məlumatı olmamış, yalnız icra məmurunun onunla əlaqə saxlamasından sonra bu barədə məlumatı olmuşdur. Aydın görünür ki, cavabdeh ifadələrində səmimi deyil. Onun qeydiyyatda olduğu ünvanda onun əlaqə telefonu, yaşadığı başqa ünvan barədə məlumat və ya onunla əlaqə yaratmaq üçün digər vasitələr mövcud olmuşdur. Bundan əlavə, "xxxx" MMC-nin və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları mübahisəli torpaq sahəsində olarkən onları görməmək və hansı məqsədlə gəldiklərini soruşmamaq mümkün deyil və bu barədə cavabdehin məlumatının olmaması qeyri-mümkündür. Ona görə də, məhkəmənin 25 may 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığı, cavabdehin məhkəmə iclasları barədə məlumatlı olduğu, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyi, məhkəmə qətnaməsinin vaxtında göndərildiyi nəzərə alınmalı və qərardad ləğv edilməlidir. Yardımlı Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(038)-01/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Yardımlı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(038)-01/2022 nömrəli qərardadından mülki iş üzrə iddiaçının vermiş olduğu şikayətin baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(038)-01/2022 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktı məhkəmənin işdə iştirak edən şəxslərə rəsmi qaydada verməli olduğu sənədlərə aiddir. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hazırkı iş materiallarında isə birinci instansiya məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsinin həqiqətən də Cavabdeh2 20 iyun 2022-ci il tarixində təqdim edilməsi sübut oluna bilmir. İş materiallarında bununla bağlı poçt göndərişlərinin izlənilməsinə dair çıxarış mövcud olsa da, həmin çıxarış MPM-in 135.2-ci maddəsində nəzərdə tutulmuş forması müvafiq qaydada təsdiq edilən və ünvan sahibinə imzalatdırılmış qəbz və ya sənədin kötüyünə bərabər tutulmur. Cavabdeh2 isə məhkəmə qətnaməsinin ona təqdim edilməməsinə dair ərizəsini 06 dekabr 2022-ci il tarixində məhkəməyə vermiş, bundan sonra məhkəmə 07 dekabr 2022-ci il tarixində qətnamənin surətini ona təqdim etmişdir. Qətnamənin 20 iyun 2022-ci il tarixində Cavabdeh2 təqdim edilməsini sübut etmək vəzifəsi məhkəmənin üzərinə düşür. Lakin məhkəmə tərəfindən bu halın sübut edilməsi mümkün olmamışdır. Belə ki, iş materiallarına qətnamənin surətinin cavabdeh tərəfindən alınmasına dair onun tərəfindən imzalanmış qəbz və sənədin kötüyü əlavə edilməmiş, cavabdeh bu cür kötüyə yalnız 07 dekabr 2022-ci il tarixində imza etmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Cavabdeh2 öz vəsatətinə Bakı ŞİH-nin Nərimanov rayon 30 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin arayışını əlavə etmişdir. Həmin arayışdan görünür ki, Cavabdeh2 həqiqətən də, H.Əliyev küçəsi, 99/1 saylı evin 15 nömrəli mənzilində ev sahibinin razılığına əsasən 2014-cü ildən bugünədək ailəsi ilə birlikdə müvəqqəti qeydiyyatsız yaşayır. Cavabdeh2 MPM-in 133.3-cü maddəsinə uyğun olaraq müddətin bərpasına dair vəsatətinə apellyasiya şikayətini də əlavə etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair vəsatəti təmin etməklə düzgün nəticəyə gəlmiş, hər hansı prosessual hüquq normasını pozmamışdır. Bu baxımdan iddiaçının şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 19 yanvar 2023-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 2(038)-01/2022 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Odur ki, iddiaçı "xxxx" MMC BOKT tərəfindən verilmiş şikayət təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(038)-01/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC BOKT tərəfindən verilmiş şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(038)-01/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-739/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-739/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver