Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-74/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərə son qoyulması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-57/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli rayonunun Əlqulular kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə ona verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,77 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində İmişli rayonunun Əlqulular kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,77 ha torpaq sahəsi var. Bu barədə JN-466 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı var. Həmin torpaq sahəsi kənddən kənarda yerləşir. İddiaçının maddi imkanı olmadığından torpaq sahəsinə gedə, əkib-becərə bilmirdi. Hal-hazırda ailəsinin maddi və sosial problemləri yaranmışdır. Ailəsinin ehtiyaclarını ödəyə bilmir. İddiaçıya məxsus torpaq sahəsini əkib məlum problemlərini həll etmək istəyir. Bu yaxında iddiaçıya məlum olmuşdur ki, ona məxsus torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özbaşına tutaraq zəbt etmişlər. İddiaçı mülkiyyətində olan torpaq sahəsini boşaltmağı cavabdehlərdən tələb etsə də, cavabdehlər torpaq sahəsini boşaldıb ona təhvil verməkdən qəti imtina edirlər. Cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiklərindən hazırda o, Dövlət aktına əsasən xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehlərin hərəkətləri barədə yeri orqanlara bildirmişdir. Oradan iddiaçıya bildirmişlər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə ərizə verməlidir. İmişli Rayon Məhkəməsinin 2(036)-57/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qurban Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı mülkiyyətində olan 0,77 ha torpaq sahəsinin zəbt etdiyi 0,56 ha hissəsindən çıxarılması, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsi, iş üzrə çəkilmiş 95 manat məbləğində mütəxəssis xərcinin Cavabdeh1 alınıb İddiaçı verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində ekspertiza xərcinin Cavabdeh1 tutulub dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-57/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia tələbi ilə razı deyil. Belə ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Sözügedən torpaq sahəsi ona məxsusdur və neçə illərdir ki, həmin torpağı o özü əkib-becərir. Həmin torpağın ona – Cavabdeh1 məxsus olması barədə Dövlət aktı var. Əgər o, iddiaçının torpaq sahəsini zəbt etmişdirsə, bu illər ərzində niyə o, torpağını tələb etməmişdir? Həmçinin, məhkəmə onun iştirakı olmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə sözügedən torpaq sahəsinin neçə illərdir Cavabdeh1 istifadəsində olmasını, onun Dövlət aktının olmasını və onun heç kimin torpaq sahəsini zəbt etməməsini nəzərə almamışdır. Məhkəmə işin hallarını hərtərəfli və düzgün araşdırmadan yalnız iddiaçının fikrini əsas tutaraq iddianı təmin etmişdir. Apellyasiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh1 çıxış edərək bildirmişdir ki, JN-465 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında onunla birlikdə adı qeyd edilmiş Kubra Tağıyeva onun anasıdır və hazırda vəfat etmişdir. Anasının vəfatından sonra həmin torpaq sahəsi tamamilə özünün mülkiyyətinə keçmişdir. İddiaçı isə özünə məxsus olan və Cavabdeh1 sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsini Ramiz Səfərov adlı şəxsə hələ keçən əsrin 90-cı illərində satmışdır, həmin torpaq sahəsini Ramiz Səfərov istifadə edir və hazırda iddiaçının mübahisəli ərazidə faktiki istifadəsində hər hansı torpaq sahəsi yoxdur. O, verilmiş suala cavab olaraq bildirmişdir ki, onun faktiki istifadəsində olan torpaq sahəsi Dövlət aktına əsasən mülkiyyətinə verilmiş 1,12 hektardan ibarətdir və heç kimin torpağını zəbt etməmişdir. İmişli Rayon Məhkəməsində də bu faktları qeyd etsə də, onun bildirdiklərinə məhəl qoyulmamış, qətnamədə əks etdirilməmişdir. Apellyasiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı çıxış edərək bildirmişdir ki, o, Ramiz Səfərovu tanıyır, lakin ona hər hansı torpaq sahəsini satmamışdır. Ramiz Səfərova iddiaçının qardaşı, həyat yoldaşı ilə birlikdə öz torpaq sahəsini satmışdır. Qardaşı ilə onun torpaq sahəsi ayrıdır. Onun torpaq sahəsinin bir tərəfində qardaşının, digər tərəfində isə Cavabdeh1 torpaq sahəsi yerləşmişdir. Həmçinin bildirmişdir ki, o, mülkiyyətində olan 0,7063 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarış almışdır. Apellyasiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh2 çıxış edərək bildirmişdir ki, o, heç kəsin torpaq sahəsini zəbt etməmişdir və JN-463 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 3,06 hektar torpaq sahəsindən istifadə edir. Apellyasiya məhkəməsinin 14 avqust 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bildirdi ki, o, 04 iyun 2024-cü il tarixli ekspert rəyi ilə razı deyil. Həmin rəydə onun iddiaçıya məxsus torpaq sahəsinin 0,5551 ha hissəsindən istifadə etməsi qeyd edilsə də, o, əslində torpaq islahatı zamanı bölgü aparılarkən ona göstərilmiş torpaq sahəsindən istifadə edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 14 avqust 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, iş üzrə alınmış əvvəlki ekspert rəyində ona məxsus torpaq sahəsinin 0,56 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə edildiyi göstərilmiş olsa da, hazırda 04 iyun 2024-cü il tarixli ekspert rəyində həmin ölçü nisbətən fərqlənərək 0,5551 ha olaraq göstərilmişdir. O, 04 iyun 2024-cü il tarixli ekspert rəyi ilə razılaşır və bildirir ki, Cavabdeh1 ona məxsus torpaq sahəsindən çıxarılmalıdır. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 14 avqust 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirdi ki, o, 04 iyun 2024-cü il tarixli ekspert rəyi ilə razılaşmır və iş üzrə təkrar ekspertiza keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırda cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni ona aid hissədə tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilməlidir. İşdəki JN-466 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İmişli rayonunun Əlqulular kəndində 0,77 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışın surətindən görünür ki, İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 16 mart 2023-cü ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 15 mart 2023-cü il tarixində A959829 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki JN-465 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İmişli rayonunun Əlqulular kəndində 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X2 və onun ailə üzvü Cavabdeh1 mülkiyyətinə verilmişdir. İşdəki JN-463 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İmişli rayonunun Əlqulular kəndində 3,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cavabdeh2 və onun ailə üzvləri X7, X11 və X3 mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 22 noyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,77 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi 2 hissədən ibarətdir (JN-466 – 0,71 ha və JN-466C – 0,06 ha). Ona görə də İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,77 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,71 ha hissəsinin (JN-466) hüdudları (sərhədləri) müəyyən edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan 0,71 ha torpaq sahəsinin 0,56 ha hissəsi Cavabdeh1 və 0,15 ha hissəsi isə X10 tərəfindən istifadə olunur. İşdəki 17 oktyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 22 noyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən 95 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 12 yanvar 2023-cü il tarixli, 10/8561 saylı ekspert rəyindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,77 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi 2 hissədən ibarətdir (JN-466 – 0,71 ha və JN-466C – 0,06 ha). Ona görə də İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,77 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,71 ha hissəsinin (JN-466) hüdudları (sərhədləri) müəyyən edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan 0,71 ha torpaq sahəsinin 0,56 ha hissəsi Cavabdeh1 və 0,15 ha hissəsi isə X10 tərəfindən istifadə olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar göstərilir: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 2) JN-465 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X2 və onun ailə üzvü Cavabdeh1 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,00 hektar hissəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh1 faktiki istifadəsində olan 0,96 hektar torpaq sahəsinin ərazisi müəyyən edilmişdir. 3) JN-463 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Cavabdeh2 və onun ailə üzvləri X7, X11 və X3 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 3,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2,83 hektar hissəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh2 faktiki istifadəsində olan 3,54 hektar torpaq sahəsinin ərazisi müəyyən edilmişdir. Ölçmə işləri zamanı mübahisəli ərazidə yerləşən JN-464 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X8 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,71 hektar hissəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. X8 faktiki istifadəsində olan 1,43 hektar torpaq sahəsinin ərazisi də müəyyən edilmişdir. 4) Mübahisəli ərazidə Cavabdeh1 faktiki istifadəsində 0,96 hektar torpaq sahəsi mövcuddur. Cavabdeh1 faktiki istifadəsində olan 0,96 hektar torpaq sahəsi ilə JN-465 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X2 və onun ailə üzvü Cavabdeh1 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,00 hektar hissəsi üst-üstə düşmür. 5) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-465 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X2 və onun ailə üzvü Cavabdeh1 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,00 hektar hissəsi sənəd üzrə üst-üstə düşmür. 6) Mübahisəli ərazidə Cavabdeh2 faktiki istifadəsində 3,54 hektar torpaq sahəsi mövcuddur. Cavabdeh2 faktiki istifadəsində olan 3,54 hektar torpaq sahəsi ilə JN-463 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Cavabdeh2 və onun ailə üzvləri X7, X11 və X3 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 3,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2,83 hektar hissəsi sənəd üzrə üst-üstə düşür. Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan 2,83 hektar torpaq sahəsi onun faktiki istifadəsində olan 3,54 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. 7) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5551 hektar hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Qeyd: Daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5551 hektarı Cavabdeh1, 0,1512 hektarı isə X10 tərəfindən istifadə edilir. Eyni zamanda JN-463 saylı Dövlət aktına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,00 hektar hissəsi bütünlüklə X10 tərəfindən istifadə edilir. 8) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. Qeyd: İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, eyni zamanda, qonşu torpaq mülkiyyətçisi X9 məxsus torpaq sahələrinin X4 X5 (TEKUİS-də) qeyd olunan əraziləri mütəxəssis rəyinə əlavə olunan mübahisəli ərazinin ölçü planında göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən 96,2 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/7787 saylı ekspert rəyində suallar üzrə aşağıdakılar müəyyən olunmuşdur: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 2) JN-465 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X2 və onun ailə üzvü Cavabdeh1 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,00 hektar hissəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh1 faktiki istifadəsində olan 0,96 hektar torpaq sahəsinin ərazisi müəyyən edilmişdir. 3) JN-463 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Cavabdeh2 və onun ailə üzvləri X7, X11 və X3 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 3,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2,83 hektar hissəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh2 faktiki istifadəsində olan 3,54 hektar torpaq sahəsinin ərazisi müəyyən edilmişdir. Ölçmə işləri zamanı mübahisəli ərazidə yerləşən JN-464 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X8 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,71 hektar hissəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. X8 faktiki istifadəsində olan 1,43 hektar torpaq sahəsinin ərazisi də müəyyən edilmişdir. 4) Mübahisəli ərazidə Cavabdeh1 faktiki istifadəsində 0,96 hektar torpaq sahəsi mövcuddur. Cavabdeh1 faktiki istifadəsində olan 0,96 hektar torpaq sahəsi ilə JN-465 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X2 və onun ailə üzvü Cavabdeh1 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,00 hektar hissəsi üst-üstə düşmür. 5) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-465 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X2 və onun ailə üzvü Cavabdeh1 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,00 hektar hissəsi sənəd üzrə üst-üstə düşmür. 6) Mübahisəli ərazidə Cavabdeh2 faktiki istifadəsində 3,54 hektar torpaq sahəsi mövcuddur. Cavabdeh2 faktiki istifadəsində olan 3,54 hektar torpaq sahəsi ilə JN-463 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Cavabdeh2 və onun ailə üzvləri X7, X11 və X3 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 3,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2,83 hektar hissəsi sənəd üzrə üst-üstə düşür. Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan 2,83 hektar torpaq sahəsi onun faktiki istifadəsində olan 3,54 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. 7) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5551 hektarı Cavabdeh1 tərəfindən istifadə edilir. Qeyd: Daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5551 hektarı Cavabdeh1, 0,1512 hektarı isə X10 tərəfindən istifadə edilir. Eyni zamanda JN-463 saylı Dövlət aktına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş İmişli rayonunun Əlqulular kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,00 hektar hissəsi bütünlüklə X10 tərəfindən istifadə edilir. Qonşu torpaq sahəsi olan JN-464 saylı Dövlət aktına əsasən X8 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,71 hektar torpaq sahəsinin 0,50 hektarı Cavabdeh2 tərəfindən istifadə edilir. 8) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/7787 saylı ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli rayonunun Əlqulular kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə ona verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,77 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)- 57/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı mülkiyyətində olan 0,77 ha torpaq sahəsinin zəbt etdiyi 0,56 ha hissəsindən çıxarılması, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 12 yanvar 2023-cü il tarixli, 10/8561 saylı ekspert rəyinə istinad edərək əsaslandırmışdır. Həmin qətnamədən cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini heç kimin torpaq sahəsini zəbt etməməsi ilə əsaslandırmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilini də nəzərə alan apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/7787 saylı ekspert rəyinin alınması təmin olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/7787 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5551 hektarı Cavabdeh1 tərəfindən istifadə edilir. İş üzrə əldə olunmuş 12 yanvar 2023-cü il tarixli, 10/8561 saylı ekspert rəyi ilə isə İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçının xüsusi mülkiyyətinə verilmiş 0,77 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,71 ha hissəsinin 0,56 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası 22 yanvar 2024-cü il tarixli mütəxəssis rəyinin və 04 iyun 2024-cü il tarixli ekspert rəyinin mübahisəli ərazidəki torpaq sahəsindən istifadənin son vəziyyətini əks etdirməsini və həmin rəylərin X4 X6 məlumatlarına əsaslanmasını nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 mart 2023-cü il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********73 olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonunun Əlqulular kəndində yerləşən 0,7063 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5551 hektarının Cavabdeh1 tərəfindən istifadə olunmasına dair 22 yanvar 2024-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 04 iyun 2024-cü il tarixli ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi, məhkəmə Cavabdeh1 İddiaçı mülkiyyətində olan 0,77 ha torpaq sahəsinin zəbt etdiyi 0,56 ha hissəsindən çıxarılması nəticəsinə gəlmişdir. İşdəki JN-466 nömrəli, KOD 90700048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İmişli rayonunun Əlqulular kəndində 0,77 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı əldə olunmuş mütəxəssis rəyindən də göründüyü kimi, həmin 0,77 ha torpaq sahəsi 2 hissədən ibarət olmaqla, mübahisəli ərazidə JN-466 nömrəli hissə, yəni iddiaçının 7062,97 kv.m torpaq sahəsi yerləşir. Lakin apellyasiya məhkəməsində aparılan icraat zamanı iddiaçı həmin 0,7063 ha torpaq sahəsinə dair 16 mart 2023-cü ildə ayrıca aldığı qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı təqdim etmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırda birinci instansiya məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi halı müəyyən edilmədiyindən, yalnız İddiaçı mülkiyyətində olan və Cavabdeh1 çıxarılmalı olduğu torpaq sahəsinin ölçüsü ilə bağlı dəyişiklik zərurəti mövcud olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mülkiyyətində olan və Cavabdeh1 çıxarılmalı olduğu torpaq sahəsinin ölçüləri hissəsində dəyişdirilməli, Cavabdeh1 İddiaçı mülkiyyətində olan 0,7063 ha torpaq sahəsinin 0,5551 ha hissəsindən çıxarılmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 heç kəsin torpağını zəbt etməməsi ilə bağlı dəlili iş üzrə əldə olunmuş mütəxəssis və ekspert rəyləri ilə təkzib olunur və onun iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsindən istifadə etməsi müəyyən olunur. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri İddiaçı ilə Cavabdeh1 arasında bölüşdürülməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 96,2 manat məbləğində xidmət haqqı onun özünə aid edilməli, 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/7787 saylı ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci isə Cavabdeh1 tutulmalıdır. . Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-57/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi İddiaçı mülkiyyətində olan və Cavabdeh1 çıxarılmalı olduğu torpaq sahəsinin ölçüləri hissəsində dəyişdirilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan 0,7063 ha torpaq sahəsinin zəbt etdiyi 0,5551 ha hissəsindən çıxarılsın. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 96,2 manat məbləğində xidmət haqqı onun özünə aid edilsin. 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/7787 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-74/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-74/2024
14.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver