Məhkəmə qərarları › İş №2(106)-746/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-746/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-746/2025 17.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə uşaqların atanın öhdəsində olması faktının müəyyən edilməsi barədə ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 atanın – Ərizəçinin öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadı ilə Ərizəçi uşaqların atanın öhdəsində olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun izah edilməsi qərara alınmışdır. Ərizəçi 21 fevral 2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun və üç azyaşlı uşaqlarının hüquqları pozulmuşdur. Füzuli Rayon Məhkəməsinin 2(064)-590/2024 saylı xx.xx.2024-cü il tarixli Qətmanəsinin icrası qanuni şəkildə mümkün olmamış və Füzuli Rayon İcra və Probasiya Şöbəsində qəbul edilmiş qərarla Məhkəmyə geri qaytarılmışdır. Ərizəsinə yenidən baxılmasını və hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması haqda qərar qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və həmin şikayətin 07 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadı ləğv edilməli və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki qeyd edilən məsələlərin yenidən araşdırılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəməyə aid hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi uşaqların atanın himayəsində olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Məkhəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Birinci instansiya məhkəməsi Ərizəçi ərizəsini baxılmamış saxlamış, lakin ərizəçiyə xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisə olduqda ərizənin baxılmamış saxlanılmasını aradan qaldıran halları ərizəçiyə izah etməmişdir. Hüquq haqqında mübahisənin nədən ibarət olduğunu, həmçinin ümumi əsaslarla iddia vermək hüququnu hansı formada həyata keçirməli olmasına aydınlıq gətirməmişdir. Yəni ərizənin baxılmamış saxlanmasının aradan qaldıran halları ərizəçiyə izah etməmiş, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə riayət etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlanılmasına əsas kimi məhkəməyə aid hüquq haqqında mübahisə olmasını göstərmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəməyə aid hüquq haqqında mübahisə olmasa idi, birinci instansıya məhkəməsi ərizəyə xüsusi icraat qaydasında baxaraq həmin faktın təsdiq və ya rədd edilməsi barədə qərar qəbul edəcəkdi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci madddəsinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi zamanı nəzərə almaq lazımdır ki, həmin fatkın müəyyən edilməsi pensiya təyin edilməsi, mirasın əldə edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi, dolanacaq xərclərinin ödənilməsi və sair tələblər üçün hüquqi əhəmiyyət kəsb edir. Hazırki halda halda isə uşaqların atanın öhdəsində olması faktının müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci madddəsinin şərtlərini özündə ehtiva etmir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların yenidən araşdırılaraq qiymət verilməsi üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(064)-121/2025 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların yenidən araşdırılaraq qiymət verilməsi üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar