Məhkəmə qərarları › İş №2(106)-747/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-747/2025

04.04.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-747/2025 04.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1154/2025 saylı qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Ərəb Aslanov tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi – Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 2257.48 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3.36 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1154/2025 saylı (Hakim: Orxan Mahmud) qərardadı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qaytarılması, ərizəçiyə həmin iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Hazırda ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1154/2025 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-1154/2025 nömrəli qərardadı ilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İdarənin ərizəsi geri qaytarılmışdır. İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)- 1154/2025 nömrəli qərardadını əsassız hesab edirik və həmin qərardad ləğv edilməlidir. Məhkəmə İdarənin ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 26.1-ci maddəsinə istinad etmişdir. Məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında İmişli rayonun Xəlfəli kənd icra nümayəndəliyinin ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi kommersiya qurumlarının siyahısında qeydiyyata alındığı və bu səbəbdən işə kommersiya məhkəmələri tərəfindən baxmalı olduğunu qeyd edir. Məlumat üçün bildiririk ki, istənilən qurumun (o cümlədən Mərkəzi icra hakimiyyəti və digər dövlət orqanlarının, hüquq mühafizə orqanlarının və məhkəmələrin) eyniləşdirmə nömrəsi qeyd edilən sayta daxil edildikdə onun adının X1 reyestri məlumatlarında qeydiyyata alındığı görünür. Bundan əlavə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə əlavə edilmiş “Hüquqi şəxs barədə məlumat” İmişli Rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli X2 təşkilati-hüquqi forması Dövlət idarəetmə orqanı, fəaliyyət növü ümumi xarakterli dövlət idarəetməsi göstərilir. Qurumun hüquqi statusu onun nizamnaməsi (əsasnaməsi) ilə müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanı və Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” qanunu ilə icra hakimiyyəti başçısının inzibati ərazi dairələrinin statusu, hüquq və vəzifələri, müəyyən edilmişdir. Qeyd olunan fərman və qanuna əsasən İmişli rayon icra hakimiyyəti başçısının Xəlfəli kəndi üzrə nümayəndəliyi kommersiya qurumu deyil və ola da bilməz, lakin məhkəmə tərəfindən qərardad qəbul edilərkən qanunlara deyil saytlara istinad edilmişdir. Ərizələrin məhkəmələr tərəfindən əsasız olaraq geri qaytarılması borclu fiziki şəxslərin və hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən sərbəst giriş-çıxışına, onların vergi ödəməkdən yayınmasına, beləliklə büdcə daxilolmalarının azalmasına səbəb ola bilər. Göründüyü kimi, ərizəçi vergi orqanı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq etdiyi normaları səhv təfsir etmiş və iş üzrə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmarayaq iş üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MülkiProsessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki- Prosessual Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündın verilmiş hesab edilir. Bütün bunları nəzərə alaraq, İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-1154/2025 nömrəli qərardadını ləğv edərək sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi xahiş olunur. İmişli Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(036)-1154/2025 saylı (Hakim: Orxan Mahmud) qərardadı ilə, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)- 1154/2025 saylı qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayət rədd edilmiş, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1154/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)- 1154/2025 saylı qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Ərəb Aslanov tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddia ərizəsini geri qaytararkən hesab etmişdir ki, tərəflər arasında olan mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında olan X1 Reyestrindən çıxarışdan görünür ki, İmişli rayonun Xəlfəli kənd icra nümayəndəliyi ********** nömrəli VÖEN-lə kommersiya qurumlarının siyahısında qeydiyyata alınmışdır. (https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinin-dovletreyestrimelumatlarinin-verilmesi) Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin saytında olan qeyrikommersiya hüquqi şəxslərin reyestrindən İmişli rayonun Xəlfəli kənd icra nümayəndəliyinin qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmadığı müəyyən olunur. Qərardaddan narazı qalan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Ərəb Aslanov şikayət verərək, İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1154/2025 saylı qərardadının ləğv edilməsini və işə İmişli Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.[55] 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.[56] 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.[57] 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3- cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan verilən şikayətə baxdıqdan sonra aidiyyətlə bağlı məsələnin həlli üçün iş materiallarını kassasiya instansiya məhkəməsinə göndərməli olduğu halda, apelyasiya instansiyası məhkəməsinə göndərmiş və apelyasiya instansiya məhkəməsinin aidiyyatla bağlı məsələyə baxmaq səlahiyyəti olmadığından, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Ərəb Aslanov tərəfindən verilmiş şikayət qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(036)-1154/2025 saylı qərardadı ləğv edilməli, ərizəçi tərəfindən İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)-1154/2025 saylı qərardadından verilmiş şikayətə yenidən baxılması və MPM-in 32-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün iş materialları İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə qərardadlardan verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Ərəb Aslanov tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(036)-1154/2025 saylı qərardadı ləğv edilsin. Ərizəçi tərəfindən İmişli Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(036)- 1154/2025 saylı qərardadından verilmiş şikayətə yenidən baxılması və MPM-in 32-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün iş materialları İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar