Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-763/2025 03.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(055)-171/2025 saylı qətnaməsindən (hakim V.Qasımov) cavabdehlərdən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, tam mülkiyyət hüququ ilə ona məxsus olan Saatlı şəhəri, H.Əliyev prospekti ev 292/7, mənzil 15 ünvanında yerləşən mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – Mənzil) tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 halhazırda onun tam mülkiyyətində olan mənzildə qanunsuz yaşayırlar. Bununla da onun mülkiyyət hüququmu pozurlar. Dəfələrlə cavabdehlərdən mənzilini boşladılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(055)-171/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvan: ünvan 3lmaları qət edilmişdir. Qətnamədən cavabdehlədən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 2 may 2025-ci il və 1 iyul 2025-ci il tarixlərində teleqramla məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin qərarı ilə razı olduğunu, iddiasından imtina etməsinin nəzərə alınmasını və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər üzürlü səbəblər olmadan məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 qətnamə ilə razı olduğunu, iddiasından imtina etməsini bildirməsi apellyasiya şikayətindən imtina kimi qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, sonuncunun apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən apellyasiya şikayətindən imtina edilməsi əsası ilə apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Saatlı Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2(055)-171/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Mirlətif Sadıqov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(106)-763/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-763/2025
03.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver