Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-765/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(017)-78/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ağcabədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(017)-78/2023 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(017)- 78/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisindən 2,14 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib-becərməklə ailəsini saxlayır. Lakin Ağcabədi rayon Minəxorlu kənd sakini Cavabdov Babək Eldar oğlu torpaq sahəsindən istifadə etməsinə maneələr yaratmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Ailə üzvləri ilə birlikdə 2,14 hektar torpaq sahəsində 2021-ci ilin payızında ailənin dolanışığı məqsədilə taxıl bitkisi əkmişdir. Taxıl biçini mövsümünə yaxınlaşanda sahəyə baxmağa gedərkən 2,14 hektar taxıl sahəsinin 1,64 hektar hissəsinin mal-qoyunla otarılaraq tamamilə məhv olunmasını görmüşdür. Taxıl əkilmiş sahənin kim tərəfindən otarılmasını araşdırmış, sonradan həmin ərazidə heyvan otaran ayrı-ayrı şəxslərdən öyrənmişdir ki, taxılı sahəsi həmkəndlisi Cavabdeh tərəfindən dəfələrlə otarılaraq yararsız vəziyyətə salınmışdır. Torpaq sahəsi kəndin kənarında yaşadığı evdən 3-4 km aralıda yerləşir. Taxıl məhsulunun otarılması və tamamilə məhv olunması barədə kənd icra nümayəndəliyinə məlumat vermişdir. Cavabdeh yanına gedərək onun taxıl sahəsini otarmasını irad tutaraq səbəbini soruşmuş, Cavabdeh taxıl sahəsini qoyunlarla otarmasını etiraf edərək, səhvən qoyunların bir neçə dəfə taxıl sahəsinə girdiyini demiş və vurduğu ziyanı qəbul edərək taxıl biçini zamanı ziyanın dəyərində taxıl alıb ona verəcəyini öhdəsinə götürmüş, o, Cavabdeh taxıl alıb verəcəyinə inanmışdır. Lakin taxıl biçini zamanı dəfələrlə kənd İcra nümayəndəsi Cahandar müəllim Cavabdeh çağıraraq ona vurduğu ziyanı ödəməsini desə də, Cavabdeh ziyanı ödəməkdən boyun qaçırmışdır. Bundan sonra məcbur olub taxıl sahəsinin otarılaraq ona vurulmuş ziyanın məbləğinin hesablanması üçün mütəxəssisə müraciət etmiş, "xxxx" MMC-nin mütəxəssis eksperti ilə müqavilə bağlamış, mütəxəssis tərəfindən kənd icra nümayəndəsinin və onun iştirakı ilə yerində əraziyə baxış keçirərək, bu barədə akt tərtib edilmiş, fotoşəkillər çəkilmiş və ziyanın məbləği hesablanaraq mütəxəssis rəy verilmişdir. 1,64 hektar taxıl sahəsi Cavabdeh tərəfindən qoyunlarla dəfələrlə otarılaraq tamamilə məhv edilmiş və bununla da ona 3280 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, mütəxəssislə müqavilə bağlayaraq 120 manat məbləğdə xidmət haqqı ödəmiş, eyni zamanda mütəxəssisin dəvət olunması, Beyləqan şəhərindən Ağcabədi rayon Minəxorlu kəndinə gəlib-getməsi və rəyin alınması üçün Beyləqan şəhərinə gedib gəlmiş və bu məqsədlə də 100 manat məbləğində yol xərci ödəmişdir. Yol xərci və mütəxəssisin xidmət haqqı qismində 220 manat məbləğində pul da Cavabdeh tələb olunaraq onun xeyrinə ödənilməlidir. Ziyanı cavabdehdən tələb etsə də, ala bilməmişdir. Ona görə də, mülkiyyət hüququ üzrə ona məxsus olan və Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yerləşən 2,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkdiyi 1,64 hektar taxıl məhsulunun mal-qara ilə otararaq məhv etməsi nəticəsində vurduğu maddi ziyanın əvəzi olaraq 3280 manat, xidmət haqqı olaraq mütəxəssisə ödənilmiş 120 manat və nəqliyyat xərci olaraq 100 manat məbləğində pul Cavabdeh alınaraq ona ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdən görünür ki, 0, "xxxx" MMC-nin mütəxəssisi ilə müqavilə bağlayandan sonra mütəxəssis tərəfindən kənd icra nümayəndəsinin və özünün iştirakı ilə yerində əraziyə baxış keçirildi və fotoşəkillər çəkilib ziyanın məbləği 3280 manat hesablanaraq mütəxəssis rəyi verildi. Ona məxsus 1,64 hektar taxıl sahəsi Cavabdeh tərəfindən qoyunlarla dəfələrlə otarılaraq tamamilə məhv edilmiş və bununla da, ona 3280 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, mütəxəssislə müqavilə bağlayaraq 120 manat xidmət haqqı ödəmişdir. Eyni zamanda, mütəxəssisin dəvət olunması, Beyləqan şəhərindən Ağcabədi rayon Minəxorlu kəndinə gəlib getməsi və rəyin alınması üçün Beyləqan şəhərinə gedib-gəlmiş və bu məqsədlə də 100 manat yol xərci ödəmişdir. Ona və ailə üzvlərinə Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisindən 2,14 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərməklə ailəsini təmin edir. Lakin Ağcabədi rayon Minəxorlu kənd sakini Cavabdov Babək Eldar oğlu torpaq sahəsindən - istifadə etməyinə maneələr yaratmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Ailə üzvləri ilə birlikdə 2,14 hektar torpaq sahəsində 2021-ci ilin payızında ailəsinin saxlanmağı məqsədilə taxıl bitkisi əkmiş, taxıl biçini mövsümünə yaxınlaşanda sahəyə baxmağa gedərkən 2,14 hektar taxıl sahəsinin 1,64 hektar hissəsinin mal-qoyunla otarılaraq tamamilə məhv olunmasını görüb taxıl əkilmiş sahənin kim tərəfindən otarılmasını araşdırmış, sonradan həmin ərazidə heyvan otaran ayrı-ayrı şəxslərdən öyrənmişdir ki, taxıl sahəsi həmkəndli Cavabdeh tərəfindən dəfələrlə otarılaraq yararsız vəziyyətə salınıb. Torpaq sahəsi kəndin kənarında yaşadığı evdən 3-4 km aralıda yerləşir. Taxıl məhsulunun otarılması və tamamilə məhv olunması barədə kənd icra nümayəndəliyinə məlumat vermiş. Bundan sonra Cavabdeh yanına gedərək, taxıl sahəsini otarmasını irad tutaraq səbəbini soruşmuş, Cavabdeh taxıl sahəmi qoyunlarla otarmasını etiraf edərək, səhvən qoyunları bir neçə dəfə taxıl sahəsinə girdiyini dedi və vurduğu ziyanı qəbul edərək taxıl biçini zamanı ziyanın dəyərində taxıl alıb verəcəyini öhdəsinə götürdü. O, taxıl biçinini gözləyib Cavabdeh taxıl alıb verəcəyinə inanmış, lakin taxıl biçini zamanı dəfələrlə kənd İcra nümayəndəsi Cahandar müəllim Cavabdeh çağıraraq ona vurduğu ziyanı ödəməsini desə də, Cavabdeh ziyanı ödəməkdən boyun qaçırdı. Bundan sonra məcbur olub taxıl sahəsini otararaq vurulmuş ziyanın məbləğinin hesablanması üçün mütəxəssisə müraciət etmiş, "xxxx" MMC-nin mütəxəssisi tərəfindən kənd icra nümayəndəsinin və onun iştirakı ilə yerində əraziyə baxış keçirildi və bu barədə akt tərtib edilərək, fotoşəkillər çəkilib ziyanın məbləği hesablanaraq mütəxəssis rəy verildi. Ona məxsus 1,64 hektar taxıl sahəsi Cavabdeh tərəfindən qoyunlarla dəfələrlə otarılaraq tamamilə məhv edildi və bununla da, ona 3280 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, mütəxəssislə müqavilə bağlayaraq 120 manat xidmət haqqı ödəmiş, eyni zamanda mütəxəssisin dəvət olunması, Beyləqan şəhərindən Ağcabədi rayon Minəxorlu kəndinə gəlib getməsi və rəyin alınması üçün Beyləqan şəhərinə gedib-gəlmiş və bu məqsədlə də 100 manat yol xərci ödəmişdir. Yol xərci və mütəxəssisin xidmət haqqı kimi cəmi 220 manat məbləğində pul da Cavabdeh tələb olunaraq ona ödənilməlidir. Lakin məhkəmə Cavabdeh tərəfindən ona dəymiş ziynla bağlı şahidlərin iştiraklarını təmin etmədən ekspert rəyini nəzərə almadan yuxarıda göstərilən səbəblərə aydınlıq gətirmədən əsassız qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş ekspert rəyi nəzərə alınmadan qanunsuz qətnamə çıxarılmışdır. Qətnamə çıxarılarkən "xxxx" MMC-nin mütəxəssisin mənə dəymiş 3280 manat mütəxəssis rəyi və 1,64 hektar taxıl sahəsi Cavabdeh tərəfindən qoyunlarla dəfələrlə otarılaraq tamamilə məhv edilməsi nəzərə alınmadan qətnamə çıxarılmışdır. Məhkəmə öz qətnaməsində təqdim etdiyi sübutları nəzərə almadan iddianı rədd etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(017)-78/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət və prosessual qənaət prinsiplərinə istinadən İddiaçı birinci instansiya məhkəməsində olan proses zamanı, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən sonradan ona məxsus torpaq sahələrinin qanunsuz istifadəsi nəticəsində Cavabdeh tərəfindən dəymiş ziyan və onun dəqiq məbləği barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, habelə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı mötəbər sübutun əldə edilməsi barədə vəsatət verməmiş və ya belə bir halın müəyyən edilməsi onun izahatından aşkar edilməmişdir. Kollegiya eyni zamanda, diqqətə çatdırır ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləcə, məhkəmədə toplanmış və araşdırılmış iş materialları ilə İddiaçı məxsus mübahisəli torpaq sahəsinə Cavabdeh tərəfindən zərər vurulması və bunun da nəticəsində iddiaçıya hansı miqdarda və məbləğdə zərər vurulması halı müəyyən olunmur. Apellyasiya şikayətinin dəlili kimi göstərilir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə heç bir araşdırma aparmamış və iş üzrə təqdim olunmuş sübutlara obyektiv qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin göstərilən, heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə, məhkəmə tərəfindən dəyməsi iddia edilən və tələb edilən ziyanın dəqiq məbləğinin müəyyən edilməsi üçün araşdırma aparılmasına kifayət qədər şərait yaradılsa da, iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, kollegiya diqqətə çatdırır ki, MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Habelə, MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarına əlavə edilmiş dəymiş ziyan haqqında akt və qiymətləndirmə barədə rəy iş üzrə hər hansı sübut əhəmiyyətinə malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Beləliklə, iş üzrə iddiaçının tələb etdiyi zərərin məhz Cavabdeh tərəfindən vurulması heç bir sübutla təsdiq edilmir. Bu baxımdan də, iddia edilən zərərin də məbləğinin müəyyən edilməsi hazırkı halda hər hansı əhəmiyyət daşımır. İddia tələbi və apellyasiya şikayəti göründüyü kimi yalnız mülahizə və ehtimallarla əsaslandırılmışdır. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(017)-78/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(017)-78/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-765/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-765/2023
30.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver