Məhkəmə qərarları › İş №2(106)-768/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-768/2025

12.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-768/2025 12.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı5, İddiaçı3, iddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı5 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 12 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmədə iddia qaldıraraq, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü il tarixdə Ağcabədi Notariat Kontorunda bağlanılmış Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddiasını onunla əsaslandırmışlar ki, Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayırlar. Ailə üzvlərinə Ağcabədi rayon Aqrar islahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən, JN 0061, kod 60804048 saylı Dövlət Aktı ilə onların ailə üzvlərinin mülkiyyətinə 4.40 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsindən 2 payı icarəyə verilmişdir. Hazırda isə məlum olmuşdur ki, həmin torpaq sahəsi alqı-satqı edilərək, Cavabdeh2 adına keçirilmişdir. Halbuki İddiaçı1 və İddiaçı2 torpağı satmamış, yalnız icarəyə vermiş və sonradan başqa adamın adına olması onlara məlum olmuşdur. Belə ki, digər ailə üzvləridə torpağın icarəyə verilməsinə heç vaxt razı olmamış, İddiaçı1 və İddiaçı2 tərəfindən Elmana 10 il müddətinə icarəyə vermişlər. Cavabdehə isə icarəyə verilmiş yeri istəmir və onların digər yerinidə zəbt etmiş, həmin yeri də, qanunsuz olaraq ölçdürmüşdür. Beləliklə də, ümumi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsini satılmasına onların razılığı olmamış, notariat kontorunda onların adından verilmiş, torpaq sahəsinin satılmasına guya razılıqlarını ifadə edən ərizələr onlar tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Qeyd olunanlar onların hüquqlarını kobud şəkildə pozmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətdə olan paylarını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə bildiriş verilməlidir. Əgər onlar torpaq sahəsinin qeyd olunan hissəsini satın almaqdan imtina edərdisə, satıcı öz payını istədiyi şəxsə sata bilərdi. Lakin həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı qeyd olunan müqaviləyə əlavə olunmuş onların adından tərtib olunmuş ərizələrdən görünür ki, torpaq sahəsini satın almaq guya onlara təklif olunmuş və onlar imtina edərək torpaq sahəsinin üçüncü şəxsə satılmasına razılıqlarını bildirmişlər. Həmin ərizələrdən onların xəbəri olmamış və ərizələrdəki imzalar başqa şəxslər tərəfindən icra olunmuşdur. Odur ki, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü il tarixdə Ağcabədi Notariat Kontorunda bağlanılmış Ağcabədi rayonunun, Ağabəyli kəndində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməli və həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarış ləğv edilməlidir. Ona görə də, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü il tarixdə Ağcabədi Notariat Kontorunda bağlanmış Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı3 vəkili və nümayəndəsi olan Vəkil2 elektron məhkəmə sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlərə qarşı iddia qaldıraraq, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü ildə Ağcabədi Notariat Kontorunda bağlanılmış Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşən Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Digər iddiaçılar İddiaçı5 və İddiaçı4 isə məhkəmədə iddia qaldıraraq, qeyd olunan müqavilə və çıxarışın etibarsız hesab olunmasını xahiş etmişlər. Hazırda iddia tələbini dəqiqləşdirərək, həmin müqavilə və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 vəkili və nümayəndəsi olan Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı4 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı5 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçılar İddiaçı3 və qeyriləri ona və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar tərəfindən məhkəmədə mübahisələndirilən alqı-satqı müqaviləsi 20 iyun 2014-cü ildə rəsmi qaydada bağlanmış və ailə üzvlərinin heç bir etirazı olmamışdır. Göründüyü kimi iddiaçılar tərəfindən qeyd edilən müqavilənin 10 ildən artıqdıq mübahisələndirilməməsi artıq iddiaçıların müqavilədə göstərilən torpaq sahəsinin satılması faktının daxilən qəbul edilməsidir. Hazırki mübahisədə iddiaçının birinin alqı-satqı müqaviləsini imzalayarkən biraz fərqli formada imza etməsi sübut kimi təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bundan başqa F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, “müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Ona görə də, qeyd etdiklərini nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi olan Vəkil1 Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Xocavənd Rayon Məhkəməsində iddiaçı qismində iştirak etdiyi mülki işlə bağlı məhkəmə prosesində iştirak edə bilməməsini nəzərə alıb, işi təxirə salmadan və onun iştirakı olmadan işə baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, mülki işə İddiaçı1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və üçüncü şəxs Ağcabədi “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: İlqar Əliyev), iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı5 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı5 nümayəndəsivəkili Bağırov X2 Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçılar İddiaçı5, İddiaçı3, iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək izahatlarında, apelyasiya şikayətinin təmin edilməsini, Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək izahatlarında, apelyasiya şikayətinin təmin edilməməsini, Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər cavabdehlərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qətnamədən iddiaçı İddiaçı5 tərəfindən apelyasiya şikayəti verilmişdir. Odur ki, məhkəmə kollegiyası İddiaçı5 apellyasiya şikayətinin dəlilləri həddində Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5-215.6-cı maddələr). 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç aylıq kəsici müddət ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360.2-ci maddəsinin tələbinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 404.1 və 404.2-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0061 kod 60804048 saylı Dövlət Aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 №-li qərarı ilə İddiaçı1, X1, X5, İddiaçı3 və X6 4,40 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların X10 12 iyun 2014-cü il tarixli, RX seriyalı ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Ağabəyli kəndinin ərazisində 4,40 ha torpaq sahəsi həmin tarixdə İddiaçı1, İddiaçı4, X4, İddiaçı3 və Nağıyeva (Abışova) Nuranə Səyyaf qızının adına hüquqi qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan 20 iyun 2014-cü il tarixli AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 və Əliyeva X7 rayonu, Ağabəyli kəndinində yerləşən paylı mülkiyyət üzrə (2/5 hissə, 4,4 kv/m) torpaq sahəsini 4.000 manata Cavabdeh2 satmışlar. İş materiallarında olan İddiaçı3 tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış ərizəsindən görünür ki, atası İddiaçı1 və bacısı İddiaçı2 öz pay torpaqlarını satmasına razıdır və almaq ona təklif olunmuş istəməmişdir. Ərizə Ağcabədi rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı4 tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış ərizəsindən görünür ki, əri İddiaçı1 və qızı İddiaçı2 məxsus olan Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən pay torpaqlarının başqasına satılmasına razıdır. Ərizə Ağcabədi rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı5 tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış ərizəsindən görünür ki, atası İddiaçı1 və bacısı İddiaçı2 öz pay torpaqlarını başqasına satmasına razıdır və almaq ona təklif olunmuş istəməmişdir. Ərizə Ağcabədi rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların X10 01 aprel 2015-ci il tarixli RX seriyalı ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Ağabəyli kəndinin ərazisində 1,76 ha torpaq sahəsi həmin tarixdə Cavabdeh2 adına hüquqi qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 4/834 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, notariat işinin 4-cü vərəqəsində 18 iyun 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza - İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, notariat işinin 5-ci vərəqəsində 18 iyun 2014-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza - İddiaçı4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, notariat işinin 6-cı vərəqəsində olan 18 iyun 2014-cü il tarixli ərizədə “imza” qrafasındakı imza Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 14 avqust 2024-cü il tarixli, 4/834 saylı bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 manat X3 Kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2024-cü il tarixli, 4/1779 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4ə-183 nömrəli Notariat işinin 6-cı vərəqəsində İddiaçı5 adından olan 18 iyun 2014-cü il tarixli ərizədə imza qrafasında imza - Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 05 dekabr 2024-cü il tarixli, 4/1779 saylı bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 105 manat X3 Kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçıların iddia tələbindən müəyyən edilir ki, Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayırlar. Ailə üzvlərinə Ağcabədi rayon Aqrar islahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən, JN 0061, kod 60804048 saylı Dövlət Aktı ilə onların ailə üzvlərinin mülkiyyətinə 4.40 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsindən 2 payı icarəyə verilmişdir. Hazırda isə məlum olmuşdur ki, həmin torpaq sahəsi alqı-satqı edilərək, Cavabdeh2 adına keçirilmişdir. Halbuki İddiaçı1 və İddiaçı2 torpağı satmamış, yalnız icarəyə vermiş və sonradan başqa adamın adına olması onlara məlum olmuşdur. Belə ki, digər ailə üzvləri də torpağın icarəyə verilməsinə heç vaxt razı olmamış, İddiaçı1 və İddiaçı2 tərəfindən Elmana 10 il müddətinə icarəyə vermişlər. Cavabdehə isə icarəyə verilmiş yeri istəmir və onların digər yerinidə zəbt etmiş, həmin yeri də, qanunsuz olaraq ölçdürmüşdür. Beləliklə də, ümumi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsini satılmasına onların razılığı olmamış, notariat kontorunda onların adından verilmiş, torpaq sahəsinin satılmasına guya razılıqlarını ifadə edən ərizələr onlar tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Qeyd olunanlar onların hüquqlarını kobud şəkildə pozmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətdə olan paylarını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə bildiriş verilməlidir. Əgər onlar torpaq sahəsinin qeyd olunan hissəsini satın almaqdan imtina edərdisə, satıcı öz payını istədiyi şəxsə sata bilərdi. Lakin həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı qeyd olunan müqaviləyə əlavə olunmuş onların adından tərtib olunmuş ərizələrdən görünür ki, torpaq sahəsini satın almaq guya onlara təklif olunmuş və onlar imtina edərək torpaq sahəsinin üçüncü şəxsə satılmasına razılıqlarını bildirmişlər. Həmin ərizələrdən onların xəbəri olmamış və ərizələrdəki imzalar başqa şəxslər tərəfindən icra olunmuşdur. Cavabdeh2 iddiaya etirazından müəyyən edilir ki, o, iddia tələbini qəbul etmir. İddiaçılar tərəfindən məhkəmədə mübahisələndirilən alqı-satqı müqaviləsi 20 iyun 2014-cü ildə rəsmi qaydada bağlanmış və ailə üzvlərinin heç bir etirazı olmamışdır. Göründüyü kimi iddiaçılar tərəfindən qeyd edilən müqavilənin 10 ildən artıq mübahisələndirilməməsi artıq iddiaçıların müqavilədə göstərilən torpaq sahəsinin satılması faktının daxilən qəbul edilməsidir. Hazırki mübahisədə iddiaçının birinin alqı-satqı müqaviləsini imzalayarkən biraz fərqli formada imza etməsi sübut kimi təqdim edilir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarının tədqiqindən müəyyən edilir ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 №-li qərarı ilə İddiaçı1, X1, X5, İddiaçı3 və X6 4,40 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi İddiaçı1, İddiaçı4, X4, İddiaçı3 və Nağıyeva (Abışova) Nuranə Səyyaf qızının adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Mübahisəli Ağcabədi rayonu, Ağabəyli kəndinində yerləşən paylı mülkiyyət üzrə ümumi birgə mülkiyyətçiləri olan mülki iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı4 və Nağıyeva X8 rayon Ağabəyli kənd İƏD üzrə nümayəndəliyində ərizə yazaraq pay torpaq sahəsini almaq istəməmiş və başqasına satılmasına etiraz etməmişlər. Bundan sonra Ağcabədi rayonu, Ağabəyli kəndinində yerləşən paylı mülkiyyət üzrə kənd təsərrüfatı təyinatlı 4,40 ha torpaq sahəsinin 2/5 hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 4.000 manata Cavabdeh2 satılmış, həmin torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İddiaçılar iddia tələbindən mübahisəli torpaq sahəsi barəsində iddiaçılarla cavabdeh arasında 20 iyun 2014-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmadığını, həmin torpaq sahəsi barəsində cavabdehlə icarə müqaviləsi bağlandığını qeyd etsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20 iyun 2014-cü il tarixli AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı1 və Əliyeva X7 rayonu, Ağabəyli kəndinində yerləşən paylı mülkiyyət üzrə (2/5 hissə, 4,4 kv/m) torpaq sahəsini 4.000 manata Cavabdeh2 satmışlar. Həmin alqı-satqı müqavilə ilə bağlı digər iddiaçılar İddiaçı3 və İddiaçı4 razılıq ərizəsinin onlar tərəfindən imzalanmadığını qeyd etsələr də alınmış ekspert rəyi ilə imzaların onlar tərəfindən icra olunduğu, yəni razılığın onlar tərəfindən verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, həmin vaxtdan etibarən torpaq sahəsi cavabdehin aşkar sahibliyində və istifadəsində olmuşdur. Tərəflər arasında doqquz il müddətində torpaqla bağlı hər hansı mübahisə olmamış, qonşuluq şəraitində əkilib-becərilmiş, cavabdehin aldığı torpaq sahəsinin xidmət haqları onun tərəfindən ödənilmiş və mübahisəli torpaq sahəsinin 2014-cü ildən etibarən Cavabdeh2 faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tapmamışdır. Bundan başqa iddiaçılar iddia ərizələrində mübahisəli torpaq sahəsini 2014-cü ildə cavabdehə satmadıqlarını, ona icarəyə verdiklərini qeyd etsələr də, lakin bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Əksinə torpaq sahəsinin satıldıqdan sonra Cavabdeh2 qanuni sahibliyinə verilməsi tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir. Lakin məhkəmə araşdırması zamanı notariat işinin 6-cı vərəqəsində olan 18 iyun 2014cü il tarixli ərizədə “imza” qrafasındakı imzanın Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Hazırda da qətnamə iddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən mübahisələndirilmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, paylı mülkiyyətin digər mülkiyyətçisi olan İddiaçı5 daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan nəinki imtina etməmiş, onun ümumiyyətlə torpaq mülkiyyətçisinin öz payını üçüncü şəxsə satmaqdan xəbəri olmamışdır. Belə ki, hər hansı digər şəxs İddiaçı5 adından ərizə təqdim edərək, guya İddiaçı5 mülkiyyətçinin ümumi mülkiyyətdəki payını üçüncü şəxsə satılmasına razılığını bildirmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə 14 may 2024-cü il tarixli ekspert rəyi ilə İddiaçı3 və İddiaçı4 18 iyun 2014-cü il tarixli ərizədə imza qrafasındakı imza İddiaçı3 və İddiaçı4 tərəfindən icra olunduğu, lakin Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Kollegiya iddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 218.1 və 218.2-ci maddəsinin tələbləri baxımından Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Göründüyü kimi iddiaçı Nuranə Abışovanın iddia tələbinin hüquqi əsasını 20 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə onun satın almada üstünlük hüququnun pozulduğu təşkil edir və bunda məhz müqavilənin tərəfi olan Cavabdeh2 təqsirli hesab edir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızının digər payçıların paylarını satınalmada üstünlük hüququnun pozulması ilə bağlı qeyd edir ki, Əvvəla, iddiaçı Nuranə Abışova digər payçılarla – iddiaçılarla bir ailə üzvü olmuşdur ki, ümumi paylı mülkiyyətin satılmasını iddiaçıdan gizlədilməsi onların iradə ifadəsi olmadan mümkünsüzdür. İkincisi, alqı-satqı müqaviləsi ilə bağlı toplanmış notariat işinə iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin, təsdiq olunmuş surətinin, digər payçıların satılan torpağa eytiyaclarının olmaması və torpaq sahəsinin iki payının başqa şəxslərə satılmasına etirazlarının olmaması barədə icra nümayəndəliyində təsdiq edilmiş ərizələrin əlavə edilməsi sübut edir ki, onun ailə üzvlərinin köməyi olmadan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notariusa təqdim edilməsi mümkünsüzdür. Üçüncüsü, alqı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçılara-payçılara məxsus olan yuxarıda qeyd olunan sənədlərin notariusa təqdim edilməsi (cavabdeh müqavilə tərəfi olaraq özünü vicdanlı alıcı hesab edir) Cavabdeh2 tərəfindən həyata keçirilməsi istəsəydi belə mümükün ola bilməzdi. Çünki, bu müqavilə tərəfi olaraq paylarını satan iddiaçılar-digər iddiaçı Nuranənin valideynləri İddiaçı1 və İddiaçı2 səlahiyyət və maraqları dairəsinə daxildir. Göründüyü kimi, iddiaçının satınalmada üstünlük hüququnun pozulmasında cavabdeh deyil, iddiaçı Nuranə ilə birlikdə iddia edən digər ailə üzvləri səbəb olmuşdur. Məhz bu hal apellyasiya icraatı zamanı çarpaz dindirmə zamanı verilən suallara Abışova (Nağıyeva) Nuranə Səyyaf qızının verdiyi cavabları ilə də öz təsdiqini tapmışdır. AR Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, iddiaçı onun hüququn pozulmasından Cavabdeh2 xəbərdar olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində də Cavabdeh2 iddiaçının mülkiyyət hüquqlarının pozuntusundan xəbərdar olmadığı bir daha təsdiqini tapır. Belə ki, Cavabdeh2 alqı-satqı zamanı vicdanlı əldə edən olmuş, alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra etmişdir. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, satıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir (Mülki Məcəllənin 218.1, 218.2, 218.3. 218.4-cü maddələri). Məhkəmə kollegiyası iddiaçının tələbi ilə əlaqədar qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri öz payının müstəqil mülkiyyətçisi kimi onun barəsində sərəncam vermək, o cümlədən onu satmaq hüququna malikdirlər. Ümumi paylı mülkiyyətdə olan payın üçüncü şəxsə satılarkən mülkiyyətçilər həmin payı almaqda üstünlük hüququna malikdirlər. Belə ki, ümumi mülkiyyətdə olan şəxslər öz paylarını digər şəxslərə satarkən ilk növbədə digər mülkiyyətçilərə təklif etməli, onlar tərəfindən qəbul edilmədikdə üçüncü şəxslərə satmalıdır. Bunun əsas mahiyyəti mülkiyyət ilə bağlı hüquq münasibətlərində dövriyyənin və mülkiyyət hüquq münasibətlərinin həyata keçirilməsi sabitliyini təmin edilməsidir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (Mülki Məcəllənin 215.6-cı maddəsi) Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5-215.6-cı maddələr). Məhkəmə tərkibi qeyd edilən maddənin tətbiqi ilə bağlı təcrübədə fərqli hüquqi yanaşmaların olduğunu nəzərə alıb vurğulamağı zəruri hesab edir ki, ümumi paylı mülkiyyət hüququndakı pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququ pozulmuş payçının hüquqlarının məhkəmədə müdafiəsi qaydası (qaldıracağı iddianın predmeti) qanunvericilikdə dəqiq müəyyənləşdirilmişdir. Belə ki, Mülki Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç aylıq kəsici müddət ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi, satın almaqda üstünlük hüququ pozulmuş şəxsin bu əsasa dayanaraq, həmin əqdin etibarsızlığı ilə bağlı deyil, alıcının hüquq və vəzifələrinin ona keçirilməsi barədə tələb irəli sürmək hüququ vardır (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan Mülki və Kommersiya kollegiyalarının Mülki Məcəllənin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Qərardadı № 02/2024, 06 dekabr 2024-cü il). Məhkəmə kollegiyasının yuxarıda şərh olunanlar və maddi hüquq normaları ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, ümumi paylı mülkiyyətin hər hansı payçısı öz payını satarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməyə borcludur. Göründüyü kimi, müəyyənləşdirilmiş bu qaydalara əməl edilməsi vəzifəsi məhz payçılara aid edilmişdir. Lakin, iş materiallarından da görünür ki, Cavabdeh2 vicdanlı əldə edən olmuş, iddiaçının hüquqlarının pozuntusundan xəbərdar olmamış və alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir. Həmçinin iddiaçı Abışova (Nağıyeva) X11 Məhkəmənin yuxarıda qeyd edilən mövqeyi baxımından 10 il ərzində müqaviləni mübahisələndirməmişdir. Belə olan halda iddiaçı alqı-satqı müqaviləsi üzrə hüquqlarının pozuntusunun bərpasını (mülki dövriyyədə ona dəymiş maddi ziyan tələbi) ailə üzvləri olan digər iddiaçılardan tələb etməlidir. Lakin iddiaçı heç də yuxarıda göstərilən üstünlük hüququnun pozulması ilə bağlı digər payçılardan mülkiyyət hüququnun pozulmasının bərpası ilə bağlı tələbini deyil, alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun olmaması əsası ilə həmin müqavilənin etibarsızlığını tələb etmişdir. Kollegiya məhkəmənin yuxarıdakı hüquqi mövqeyi ilə yanaşı onu da qeyd edir ki, iddiaçının ailə üzvləri olan digər iddiaçılar alqı-satqı müqaviləsi zamanı Cavabdeh2 vicdanlı hərəkət etməsini mübahisələndirmirlər. Burdan da nəticə yaranır ki, Cavabdeh2 iddiaçının hüquqlarının pozuntusunda heç bir marağa sahib olmamışdır. Əksinə aldığı predmetin dəyərini tam ödəyən Cavabdeh2 iddiaçının hüquqlarının pozuntusundan xəbərdar olmuş olsaydı, bu təqdirdə o müqavilə bağlanan zaman iddiaçının da müqaviləyə şəxsən imza etməsini tələb edər, əks təqdirdə müqavilənin bağlanmasından imtina edərdi. Odur ki, məhkəmə kollegiyası daxili inamına və hazırki mübahisənin sübut edilmiş hallarına istinad edərək Cavabdeh2 vicdanlı əldə edən şəxs olmasını tanıyır və qeyd edir ki, o, mübahisə yaranan zaman iddiaçının hüquqlarının pozulmasında (üstünlük hüququnun pozulması və payının iradə ifadəsi olmadan satılması) heç bir marağı olmamışdır. Kollegiya əqdin etibarsızlığı ilə bağlı qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Məhkəmənin bu növ mübahisələrə baxarkən ilk vəzifəsi tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla həmin əqdin etibarlı olub-olmadığı müəyyən etməkdən ibarətdir. Çünki MM-nin 404-cü maddəsinin mənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı həmin alqı-satqı müqaviləsinin bağlanmasına özünün razılığının olmadığını, torpaq sahəsi cavabdehə satılarkən onun satın almaqda üstünlük hüququnun tanınmadığını, dollayı yolla bağlanmış əqdin etibarsızlığını mübahisələndirsə də, qeyd edilməlidir ki, əqdin forma şərtinə əməl olunması dedikdə, Mülki Məcəllənin 405.1 və 406.1-ci və digər aidiyyəti maddələrində nəzərdə tutulan tələblərə əməl olunması başa düşülür. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, qanunverici forma şərtinin gerçəkləşməsi üçün tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində qanunun tələb etdiyi formada razılığa gəlmələrini tələb edir. Həmin şərtlərin pozulması halında isə əqd forma tələblərinə əməl olunmamasına görə etibarsız sayılır. Bu səbəbdən Mülki Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Baxılan işdə mübahisəli torpaq sahəsinin alğısatqısına dair 20 iyun 2014-cü il tarixli müqavilənin tərəfləri – satıcı, daşınmaz əşyanın ümumi birgə mülkiyyətçiləri İddiaçı1 və İddiaçı2, alıcı isə Cavabdeh2 olmuşlar. Müqavilə tərəfləri torpaq sahəsinin alıcıya satılmasını, alıcı tərəfindən isə əşyanın dəyərinin satıcıya ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqaviləni notarius təsdiqləmişdir. Kollegiya, iddiaçının əqdin etibarsız sayılması tələbinin əsası kimi əşyanın satılmasına razılıq verməməsi barədə dəlili barədə onu da bildirir ki, iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 222.2-ci və ya 358.1-ci maddələrinin tələbləri baxımından birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Qanunvericilikdə birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsinə dair müqavilənin bilavasitə bütün mülkiyyətçilər tərəfindən imzalanmasına dair məcburi bir qayda nəzərdə tutulmamışdır. Qanunda birgə mülkiyyətdə olan əşyaya sərəncamın (bir qayda olaraq) bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğu göstərilir. Hətta səlahiyyətli şəxsin qabaqcadan razılığı olduqda onun əşyasına (hüququna) səlahiyyətsiz şəxs tərəfindən verilən sərəncam etibarlı sayılır. Razılıq bəyan edildiyi təqdirdə ümumi mülkiyyətçilərin müqaviləni şəxsən imzalamalarına, yaxud əşyaya sərəncam verilməsini etibarnamə ilə satıcıya həvalə etmələrinə gərək yoxdur. Kollegiya onu da qeyd edir ki, iddiaçıların apellyasiya şikayətinin 20 iyun 2014cü il tarixli müqavilənin mövcudluğundan sonradan məlumatlarının olması barədə dəlilləri ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Beləliklə, iddiaçı Abışova (Nağıyeva) Nuranə Səyyaf qızı 9 il ərzində sözügedən alqı-satqı müqaviləsini mübahisələndirməməklə əqdi bəyəndiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı5 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar