Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-769/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Maqsudov Dildar Hüseyn oğluna qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsindən cavabdeh Maqsudov Dildar Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsi ilə (hakim Qurban Hacıyev) iddianın qismən təmin edilməsi və İddiaçı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 0,88 ha hissəsindən cavabdeh Maqsudov Dildar Hüseyn oğlunun çıxarılması qət edilmişdir. Cavabdeh Maqsudov Dildar Hüseyn oğlu Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maqsudov Dildar Hüseyn oğlunun Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 7,61 ha pay torpaq sahəsinin 4,61 hektarından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonunu Şərq qəsəbəsində doğulmuş və indiyə kimi də orada yaşayır. “Torpaq İsalahatı haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq islshata gedərkən yaşadığım kənddə yerləşən topraqlar da bölünərək kənd sakinlərinə pay torpaq sahəsi kimi verilmişdir. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 7,61 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN- 203 KOD ********* saylı Torpağ mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh Maqsudov Dildar Hüseyn oğluna da onunla qonşuluqda pay torpaq sahəsi verilmişdir. Onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 4,61 hektarından torpaq sahəsi paylanan gündən cavabdeh Maqsudov Dildar Hüseyn oğlu istifadə edir. Torpaq sahəsi verildiyi vaxtdan indiyə kimi o, öz torpağından istifadə edə bilməmişdir. Hal-hazırda cavbdeh tərəfindən torpaq üzərində qanunla qorunan mülkiyyət hüquqları kobud surətdə pozulur. Dəfələrlə tələb etsə də, cavabdeh onun torpaq sahəsini boşaltmır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Maqsudov Dildar Hüseyn oğlunun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və digər ailə üzvləri hal- hazırda Şirvan İnzibati Məhkəməsinə 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı İddiaçı və onun ailə üzvlərinin adma verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəməyə müraciət etməyinə səbəb isə 04 fevral 2022-ci il tarixli 10/5270 saylı ekspert rəyində qeyd edilmişdir ki, 26 sentyabr 1997-ci il tarixli E-O-73 qeydiyyat nömrəli “Torpaqdan istinfadə hüququna aid” Dövlət Aktında “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş torpaq sahəsi hal-hazırda faktiki olaraq “Sadiq” kəndli fermer təsərrüfatının üzvlərinin istifadəsindədir. B.Hüseynov adına İstehsal Kooperativində yerli aqrar islahat komissiyasının 12 avqust 1998-ci il tarixli 24 saylı iclas protokolundan çıxarışdan görünür ki, “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsində olmuş torpaq sahəsinin təsərrüfatın üzvləri arasında bölünməsi və yeni dövlət aktlarının verilməsi qeyd edilmişdir. “Sadiq” kəndli fermer təsərrüfatının üzvləri o və ailə üzvləri, yəni bacı və qardaşıdır. Yuxarıda adı çəkilən ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş 4,59 ha torpaq sahəsinin koordinatları “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən də, o və vəkili xx.xx.2023-cü il tarixdə məhkəmə iclasından əvvəl vəsatətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun qərar qəbul edilənə qədər hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etsələr də, məhkəmə iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlsə də, məhkəmə qətnamə qəbul edərkən məhkəməyə ünvanladığı vəsatətdə qeyd etdiyi hallara hüquqi qiymət verməmişdir. Əgər iddiaçının və onun ailə üzvlərinin adına verilmiş Çıxarış (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş) ləğv edilərsə o zaman hazırkı iddia tələbinin heç bir hüquqi əsası olmayacaqdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Cavabdeh Maqsudov Dildar Hüseyn oğlunun vəkili Əbdürəhmanov Kənan Səfər oğlu 30 may 2023-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş, lakin Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 7,61 ha pay torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Əvvəllər “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilənə kimi cavabdehin və onun qardaş və bacısının istifadəsində olmuşdur. Özü şəhid ailəsidir. Cavabdeh və ailə üzvləri ona öz torpağından istifadəyə imkan vermir. Cavabdehin ailə üzvlərinə qarşı torpaqdan çıxarma ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri mövcuddur. Lakin hazırda cavabdeh məhkəmə proseslərini süni şəkildə uzatmaqla mənə öz torpağımdan istifadə edib gəlir götürməyimə mane olur. Belə ki, hazırkı məhkəmə prosesi 4 ilə yaxındır ki, dama edir. Bütün bunlara görə də, işin tezliklə baxılmasına nail olmaq istəyirəm. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)- 1/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İş materiallarında olan JN 203 Kod 60714018 saylı Dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiysının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarına əsasən 7,61 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK DƏK və ÜRX "xxxx" MMCnin Beyləqan Layihə Tədqiqat idarəsinin 30 yanvar 2020-ci il tarixli 16 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiysının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203, Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 4,59 ha hissəsində mübahisə olduğu üçün həmin ərazinin sərhədləri naturada müəyyən edilərək ölçmə işləri aparılmışdır. İddiaçı və onun ailə üzvlərinə məxsus 7,61 ha pay torpaq sahəsinin 0.88 ha hissəsi cavabdeh Maqsudov Dildar Hüseyn oğlu tərəfindən istifadə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli 29993 saylı rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiysının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 4,59 ha hissəsində mübahisə olduğu üçün həmin ərazinin sərhədləri naturada müəyyən edilərək ölçmə işləri aparılmışdır. İddiaçı və onun ailə üzvlərinə məxsus 7,61 ha pay torpaq sahəsinin 0.88 ha hissəsi cavabdeh Maqsudov Dildar Hüseyn oğlu tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. MM-in 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh Maqsudov Dildar Hüseyn oğlunun apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 7,61 ha pay torpaq sahəsinin 0.88 ha hissəsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli rəyindən də aşkar görünür ki, cavabdeh Maqsudov Dildar Hüseyn oğlu tərəfindən qanunsuz olaraq istifadə edilir. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin hal-hazırda faktiki olaraq “Sadiq” kəndli fermer təsərrüfatının üzvlərinin istifadəsində olması heç torpağın onların mülkiyyətində olması deyildir. Bu qanunsuz zəbtdir və ekspert rəyi ilə təsdiq olunur. Eyni zamanda, qeyd edilməlidir ki, hazırkı iş üzrə İddiaçı və ailə üzvlərinin mülkiyyətindəki torpaq sahəsinə dair verilmiş çıxarışın mübahisələndirilməsi iş üzrə icraatın dayandırılmasına heç də əsas vermir və işin hallarından adıçəkilən çıxarışın ləğvi və ya etibarsızlığı perspektivi aşkar edilmir. Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdeh Maqsudov Dildar Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti də cavabdeh Maqsudov Dildar Hüseyn oğlundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Maqsudov Dildar Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul vəsaiti cavabdeh Maqsudov Dildar Hüseyn oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-769/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-769/2023
13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver