Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-77/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 mart 2025-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X7 əsasən mülkiyyətində olan 1,799 hektar torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X7 əsasən mülkiyyətində olan 1,799 hektar torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayır. Ümumi mülkiyyətində 2,52 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə verilmişdir.Həmin torpaq sahəsinin 1,799 hektarı kəndin bir hissəsində, 0,7187 kvadrat metri isə kəndin başqa bir hissəsində yerləşir. Buna dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X2 da vardır. Mülkiyyətində olan torpaq sahəsinin 1,799 hektar hissəsi olan ərazisi cavabdehlər tərəfindən tutulmaqla torpaq sahəsindən istifadə etməyə imkan verilmir. Odur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X7 əsasən mülkiyyətində olan 1,799 hektar torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili X9 iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini, ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Nüsrət Mirzəyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestrindən 26 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Biləsuvar rayonu AşağıCürəli kəndi ərazisində İddiaçı, X4 və X1 ümumi birgə mükiyyətinə verilmiş 1.7999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,79 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ödənilmiş 103 (yüz üç) manat məbləğdə pul vəsaitinin Cavabdeh3 tutularaq İddiaçı və ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh3 vəkili və nümayəndəsi Quliyev X10 Rayon Məhkəməsinin 2(022)-40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X8 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini Biləsuvar Rayon Məhkəməsinin 2(022)-40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh1 iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Belə ki, Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həbibov X5 rayonu Aşağı-Cürəli kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu Aşağı-Cürəli kəndi ərazisində İddiaçı, X4 və X1 ümumi birgə mükiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.7187 ha torpaq sahəsi (reyestr nömrəsi **********73 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il ) verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu Aşağı-Cürəli kəndi ərazisində İddiaçı, X4 və X1 ümumi birgə mükiyyətlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1.7999 ha torpaq sahəsi (reyestr nömrəsi **********75 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il) verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/3560 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 2023-cü il tarixli, 3-21-3- 44/2-1868/2023 saylı mütəxəssis rəyinə əsasən, Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair JN-027 nömrəli Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş (iki hissəli 27/0,72 ha və 27A/1,80 ha) cəmi 2,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 27A/1,80 ha hissəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin 27A saylı 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,79 hekatradək hissəsinin Cavabdeh2 faktiki istifadə etdiyi iddia olunan ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edildmişdir.27A saylı 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qalan 0,01 hektaradək hissəsinin isə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin qərb istiqamətində hüdudlarından kənarda, istifadə edilməyən ərazidə yerləşdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında iş üzrə Cavabdeh3un kənd sakinləri arasında Cavabdeh2 kimi tanındığı, Cavabdeh3 və Cavabdeh2 eyni şəxs olduğu göstərilmişdir Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayır. Ümumi mülkiyyətində 2,52 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə verilmişdir.Həmin torpaq sahəsinin 1,799 hektarı kəndin bir hissəsində, 0,7187 kvadrat metri isə kəndin başqa bir hissəsində yerləşir. Buna dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X2 da vardır. Mülkiyyətində olan torpaq sahəsinin 1,799 hektar hissəsi olan ərazisi cavabdehlər tərəfindən tutulmaqla torpaq sahəsindən istifadə etməyə imkan verilmir. Odur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X7 əsasən mülkiyyətində olan 1,799 hektar torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istiadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tədqiq edərək, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Biləsuvar rayonu Aşağı-Cürəli kəndi ərazisində İddiaçı, X4 və X1 ümumi birgə mükiyyətinə verilmiş 1.7999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,79 ha hissəsindən çıxarılması qənaətinə gəlmişdir. Apelyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı 26 iyul 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin sərhəd mərzlərinin müəyyən edilməsi, həmin torpaq sahəsinin sərhəd mərzlərinin koordinatlarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda mülkiyyətlərində (və ya faktiki sahibliklərində) olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi araşdırılmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh3 onun adına olan ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 28 dekabr 2021ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, 28 dekabr 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, 11 noyabr 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışları təqdim edərək, həmin çıxarışlar əsasında cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələrinin İddiaçı mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahələri ilə birlikdə sərhəd mərzlərinin müəyyən edilməsini və həmin çıxarışlar əsasında iddiaçının mübahisələndirdiyi mülkiyyətində olan 1,799 hektar torpaq sahəsinin onun tərəfindən zəbt edilib-edilmədiyinin araşdırılmasını xahiş etmişdir. Kollegiya cavabdehin tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, yuxarıda qeyd halların araşdırılması mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzindən daxil olmuş 10/8793 saylı, 17 dekabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 (27A/1,80) reyestr nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən 1,80 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin Cavabdeh1, **********34 (123A/1,59) reyestr nömrəli Çıxarışla Cavabdeh3 mülkiyyətinə verilmiş 1,59 ha torpaq sahəsinin isə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Məhkəmə kollegiyası yekun olaraq işin araşdırılan hallarından belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən 1,80 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilibedilmədiyini müəyyən edərkən məhdud araşdırma aparmış, yalnız iddiaçı tərəfindən təqdim edilmiş Çıxarış əsasında ekspertiza təyin etmiş və iddiaçının və ailə üzvlərinin mükiyyətinə verilmiş 1.7999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,79 ha hissəsinin Cavabdeh3 tərəfindən zəbt edildiyi qənaətinə gəlmişdir. Halbuki iş üzrə əldə edilmiş sübutlardan müəyyən edilir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən 1,80 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin Cavabdeh1, **********34 (123A/1,59) reyestr nömrəli Çıxarışla Cavabdeh3 mülkiyyətinə verilmiş 1,59 ha torpaq sahəsinin isə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 (27A/1,80) reyestr nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 (27A/1,80) reyestr nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-40/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 (27A/1,80) reyestr nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsindən çıxarılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-77/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-77/2025
03.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver