Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-777/2025 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh cavabdeh1, Cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq həracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ##.##.2022-ci il tarixli nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, ünvan 2 ünvanda yerləşən 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi 1/6 hissədə X3, 22/48 hissədə cavabdeh1, 18/48 hissədə İddiaçı mülkiyyətindədir. Iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 və X4 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığından payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödəniməklə ümumi mülkiyyətdə olan payına dair mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 və X4 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddiası rədd ediimişdir. Iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış ## ###### 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi 60.000-70.000 manat dəyərində qiymətləndirilmişdir. Iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış ## ###### 2024-cü il tarixli Mütəxəssis MMC-nin mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi 48.000 manat dəyərində qiymətləndirilmişdir. Tədqiqatın dəyəri 400 manat təşkil etmişdir. Əmlak Ekspert Mərkəzinin ##.##.2026-cı il tarixli ƏEM/A-***-***/** saylı ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evinin ## ##### 2026-cı il tarixinə: Bazar dəyəri: 55 000,0 (əlli beş min) manat təşkil edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi 2222014487 olan, daşınmaz əmlakın reyestr nömrəsi 802013134029-10301 olan çıxarışla ünvan 1 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, o, ##.##.1960-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş və hal- hazırda Lənkəran şəhəri, Vidadi küçəsi, ev 18-də yaşayır. ünvan 1 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi mənim və cavabdehlərin mülkiyyətindədir. Belə kı, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin onların paylı mülkiyyətində olması barədə ƏMDKY DƏDRX Hüquqların Dövlət 2222014487 olan, daşınmaz əmlakın reyestr nömrəsi 802013134029-10301 olan çıxarış da verilmişdir. Həmin çıxarışda onların payları aşağıdakı kimi göstərilmişdir: cavabdeh122/48 hissə pay, cavabdeh2-1/6 hissə pay, İddiaçı18/48 hissə pay. Mübahisəli evdə o və bacısı Çimnaz ayrı-ayrı təsərrüfatda yaşayır. Ona çatan payın naturada ayrılaraq verilməsi barədə məhkəmədə iddia qaldırsa da Lənkəran Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qanunvericiliyin tələbinə əsasən payın naturada ayrılmasına yol verilmədiyinə və bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığına görə öz payının dəyərinin paylı mülkiyyətçilərdən ödənilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və Lənkəran Rayon Məhkəməsinin 2(049)- ****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim: Murad Aslanov) iddianın təmin edilməsi, ##.##.2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi 2222014487 olan, daşınmaz əmlakın reyestr nömrəsi 802013134029-10301 olan çıxarışla ünvan 1 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evin açıq hərracdan satılması, ünvan 1 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılmasından əldə ediləcək satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib, yəni cavabdeh1-22/48 hissə, cavabdeh2 1/6 hissə, İddiaçı-18/48 hissə olmaqla bölüşdürülməsi, ünvan 1 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 48.000 manat müəyyən edilməsi, tərəflərə qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilməsinin izah edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, iş üzrə 400 manat məbləğində mütəxəssis xərcinin cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq Mütəxəssis MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014- cü il 4 aprel tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 88-ci maddələrinə istinad edərək əsaslandırmış, mübahisə predmetinə aid olan əmlakın naturada bölünməsi üçün tələb olunan şərtlər mövcud deyildir və mənzilin təsərrüfat təyinatı payın naturada ayrılmasına yol vermir. Mübahisə predmetinə aid olan mənzildə mülkiyyətçilərin hər birinin payının naturada bölünərək ayrılması qeyd olunan yaşayış sahəsinin təsərrüfat təyinatının itirilməsi ilə nəticələnə bilər və mənzilin naturada bölünərək ayrılması paylı mülkiyyətdə olan əmlaka tənasübsüz zərər vurmadan mümkün deyildir. Hazırda mübahisə predmetinə aid olan mənzilin paylı mülkiyyətçilərinin bir ailənin üzvləri olmadıqları və hazırki vəziyyətdə iddiaçılarla cavabdeh arasında olan qarşılıqlı münasibətlərin onların eyni mənzildə yaşamalarına imkan vermədiyi, mənzilin naturada bölünməsinin isə praktiki cəhətdən mümkün olmadığı iddia tələbinin mübahisə predmetinə aid olan mənzildə mülkiyyətçilərin hər birinin payının naturada bölünməklə ayrılmasına dair hissəsinin təmin olunması halını da istisna edir. Göstərilən bu hal, yəni əmlakın naturada bölünməsinin mümkün olmaması Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə tam təsdiq olunur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə qəbul etdiyi qətnaməsi ilə birbaşa mənim konstitusion hüquqlarımı pozmuşdur. Belə ki, məhkəmənin bizim paylı mülkiyyətdə olmaqla yaşadığımız fərdi yaşayış evinin ilkin satış qiyməti kimi müəyyən etdiyi 48000 manatdan mənə çatan hissədən mən harada özüm üçün hazırda mənə çatan paya uyğun torpaq sahəsi və fərdi yaşayış evini alaram ki, bu yaşımda bundan sonra orada yaşayım. Məhkəmənin müəyyən etdiyi qiymətdə hazırda Lənkəran şəhərinin heç bir hissəsində nə fərdi yaşayış evi və nə də mənzil yoxdur. Məhkəmənin müəyyən etdiyi qiymət bizim paylı mülkiyyətimdə olan heç torpaq sahəsinin qiyməti deyildir. Hələ bizdən kənarda yerləşən Sütəmurdov kəndində bir sot torpaq sahəsinin qiyməti 6000 manatdan aşağı deyildir. Lənkəran şəhərininin özündə isə bir sot torpaq sahəsinin qiyməti 10000 manatdan yuxarıdır, aşağı deyil. Məhkəmənin müəyyən etdiyi qiymətə kənardan baxanda görünür ki, deyəsən məhkəmə təkcə bizim paylı mülkiyyətimizdə olan torpaq sahəsinin qiymətini müəyyən edibdir. Məhkəmənin sübut növü kimi qəbul etdiyi və iş üzrə rəy verən mütəxəssislər heç gəlib, bizim paylı mülkiyyətimizdə olmaqla yaşadığımız fərdi yaşayış evinə baxmayıblar. Çünki, mən paylı mülkiyyətimizdə olmaqla faktiki yaşadığım fərdi yaşayış evinin satılmasına razı olmadığıma görə həmin mütəxəssisləri fərdi yaşayış evini müayinə etməyə qoymamışam. Onlar fərdi yaşayış evini müayinə etməyə-etməyə həmin qiyməti haradan götürüb, öz rəylərinə qeyd ediblər, bilmirəm. Məhkəmə tərəfindən mənim və digərlərinin paylı mülkiyyətində olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətini aşağı həddə müəyyən etməsi onu deməyə əsas verir ki, bundan əvvəl iddiaçının məhkəmədə bizə qarşı qaldırdığı iddiaların rədd edilməsi qabaqcadan düşünülmüş bir addım olmuşdur. Çünki, ümumi paylı mülkiyyətin naturada bölünməsi mümkün olmadığı halda həmin əmlakdan onun payçılarının hansı formada istifadə etmək qaydasının məhkəmə tərəfindən müəyyən edilməsi və ya əgər paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü mümkün olmadığı halda payçı digər payçılardan özünə düşən payının əvəzini tələb etmək hüququnun olması qanunvericilikdə nəzərdə tutulduğu halda əvvəlki işlər üzrə işə baxan məhkəmələr iddiaçının iddia tələbini rədd etdikdə, o, həmin qətnamələrdən narazı qalmır və onlardan apellyasiya şikayəti də vermir. Həmçinin iddiaçı bundan əvvəl bizəqarşı iddia qaldıranda bizim paylı mülkiyətimdə olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən özünə düşən payı 30000 manata dəyərləndirərək həmin məbləğdə pul tələb edir, hazırda isə bizim paylı mülkiyyətimizdə olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ümumi dəyəri 48000 manat olur. Hansı ki, hələ həmin paylı mülkiyyətdə olan əmlakın çox hissəsi mənə məxsusdur və mənim mülkiyyətimdədir. Hansıki, həmin qətnamələrin hamısı hazırki, iddia tələbinə əlavə edilmişdir. Məhkəmə qiymət müəyyən edəndə baxmır ki, əgər əvvəlki iddia tələbində təkcə iddiaçıya düşən payın dəyəri 30000 manat olduğu halda hazırkı işdə əmlakın ümumi dəyəri 48000 manat necə olur. Ona görə də bu qətnamə ləğv edilməlidir. Çünki, yuxarıda qeyd etdiyim kimi iddiaçının bizə qarşı qaldırdığı əvvəlki iddia tələbləri yalandan qaldırılaraq sonda məhkəmənin qətnamələri ilə rədd edilmişdir ki, sonda bizim paylı mülkiyyətimizdə olan əmlak hərracda satılsın və mən mülkiyyət hüququmdan mərhum olum. Hansı ki, əvvəlki məhkəmə qətnamələri ilə iddiaçının iddia tələbləri rədd edilsə də, yuxarıda qeyd etdiyim kimi, iddiaçı həmin qətnamələrdən apellyasiya şikayəti verməmiş və dərhal ardıcılıqla növbəti iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2(049)-95/2025-ci il saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edəsiniz”. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razı deyildir, evin satılmasına etiraz edir. Tərəflə razılıq əldə edə bilmir. Həmin evdə yaşayır, evdən çıxmır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, evin satılmasına etiraz etmir, satılaraq paylar bölünsün. Razılığa gəlməyə hazırdır, lakin digər payçılar arasında razılıq əldə etmək mümkün deyildir. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ekspert rəyi ilə razıdır, 30000 manat təklif etmiş, cavabdeh razılıq əldə edə bilməmişdir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, ekspert rəyi ilə razıdır. O, 22000 manat verərsə, payını satmağa razıdır. Iddia əsaslıdır. Ona düşən payı tələb edir. Iddianın təmin edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmasını və iddianın təmin edilməməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında cavabdeh cavabdeh1 münasibətdə, apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” **/**** saylı # ###### 2024-cü il tarixli Qərardadı : Bənd 59. … mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Bənd 60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Bənd 61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “Icra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il ## ###### tarixli **/**** nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, digər hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ yalnız əmlaka formal sahiblikdən ibarət olmayıb, həm də həmin əmlakdan sərbəst istifadə və onun iqtisadi dəyərindən faydalanmaq imkanını ehtiva edir. Paylı mülkiyyət münasibətlərinin faktiki olaraq iflic vəziyyətinə düşməsi nəticəsində mülkiyyətçinin öz payı üzərində sərəncam vermək imkanından məhrum edilməsi mülkiyyət hüququnun mahiyyətinə uyğun hesab edilə bilməz. Ümumi paylı mülkiyyət münasibətləri öz hüquqi təbiətinə görə iştirakçılar arasında minimum qarşılıqlı etimad, razılaşma və birgə istifadə imkanının mövcudluğunu ehtiva edir. Paylı mülkiyyət iştirakçıları arasında münasibətlərin faktiki olaraq dözülməz xarakter alması, əmlakdan birgə istifadənin mümkünsüzlüyü və hüquqların realizəsinin davamlı konflikt mənbəyinə çevrilməsi ümumi paylı mülkiyyət münasibətlərinin məcburi qaydada qeyri-müəyyən müddətədək saxlanılmasını istisna edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118,4 kv.m fərdi yaşayış evi tərəflərin ümumi paylı mülkiyyətindədir. Həmin əmlak üzərində tərəflərin payları dövlət reyestrində qeydə alınmışdır. Iş materiallarında olan və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli əmlakın naturada bölünməsi mümkün olmamış, eləcə də iddiaçının payının digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməklə alınmasına dair tələb təmin edilməmişdir. Həmin hallar iş üzrə preyudisial əhəmiyyət daşımaqla, tərəflər arasında ümumi paylı mülkiyyət münasibətlərinin faktiki olaraq davam etdirilməsinin mümkünsüzlüyünü təsdiq edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ##### 2014-cü il tarixli Plenumunun Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyanın naturada bölünməsi və ya payın ayrılması mümkün olmadıqda, həmin əşya açıq hərracdan satılmaqla əldə olunmuş vəsait pay mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülə bilər. Eyni zamanda Mülki Məcəllənin 221-ci maddəsinin mənasına görə paylı mülkiyyət iştirakçılarının hüquqlarının həyata keçirilməsi digər iştirakçıların hüquq və qanuni mənafelərini pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, ümumi paylı mülkiyyət münasibətlərində məhkəmələr mübahisəni həll edərkən bütün mülkiyyətçilərin hüquq və mənafeləri arasında ədalətli balansı təmin etməlidirlər. Bu baxımdan, paylı mülkiyyət münasibətlərinin davam etdirilməsi obyektiv olaraq mümkün olmadıqda, açıq hərrac yolu ilə satış son hüquqi vasitə kimi tətbiq edilə bilər. Işin faktiki hallarından görünür ki, tərəflər arasında uzun müddət davam edən mübahisələr nəticəsində əmlakdan birgə istifadə və qarşılıqlı razılaşma imkanları tükənmişdir. Apellyasiya baxışı zamanı cavabdeh cavabdeh2 nümayəndəsi də əmlakın satılmasına etiraz etmədiyini, lakin tərəflər arasında razılıq əldə edilməsinin mümkün olmadığını bildirmişdir. Digər tərəfdən iddiaçı və onun nümayəndəsi də payların kompensasiya müqabilində əldə olunması barədə razılıq əldə edilmədiyini göstərmişlər. Bu hallar tərəflər arasında ümumi paylı mülkiyyət münasibətlərinin formal xarakter daşıdığını və faktiki olaraq davam etdirilməsinin mümkünsüz olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 apellyasiya şikayətində göstərdiyi, mübahisəli evdə yaşaması, başqa yaşayış yerinin olmaması, pensiyaçı olması və əmlakın satışının onun yaşayış şəraitinə mənfi təsir göstərəcəyi ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, həmin hallar nəzərə alınmalı olmaqla yanaşı, onlar özlüyündə iddianın tam rədd edilməsi üçün müstəqil hüquqi əsas təşkil etmir. Belə ki, paylı mülkiyyət hüququ mütləq xarakter daşımır və digər pay mülkiyyətçilərinin də mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə uzlaşdırılmalıdır. Iddiaçının öz payı üzərində sərəncam vermək və həmin payın iqtisadi dəyərini əldə etmək hüququnun qeyri-müəyyən müddətədək məhdudlaşdırılması da yolverilməzdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində əmlakın dəyərinin real bazar qiymətindən aşağı müəyyən olunması ilə bağlı dəlilləri qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi ilkin satış qiymətini Mütəxəssis MMC-nin ## ###### 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 48.000 manat müəyyən etmişdir. Kollegiya qeyd edir ki, sübutların müqayisəli qiymətləndirilməsi zamanı məhkəmə yalnız rəylərin mövcudluğu ilə deyil, onların aktuallığı, istifadə olunan qiymətləndirmə meyarları, bazar şəraitinə uyğunluğu və tədqiqatın dolğunluğu ilə də rəhbər tutulmalıdır. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin ##.##.2026-cı il tarixli ƏEM/A-***-***/** saylı ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınma dərəcəsi və digər xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara əsasən mübahisəli əmlakın bazar dəyəri 55.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin satış qiyməti müəyyən edilərkən məqsəd bir tərəfdən hərrac predmetinin real bazar dəyərinə uyğun qiymətləndirilməsini təmin etmək, digər tərəfdən isə həm kreditor və ya pay sahibi olan şəxsin, həm də əmlakdan istifadə edən digər mülkiyyətçilərin hüquq və qanuni mənafeləri arasında balans yaratmaqdır. Ilkin satış qiymətinin bazar dəyərindən aşağı müəyyən olunması əmlakın faktiki dəyərindən ucuz realizə olunmasına, nəticə etibarilə isə pay mülkiyyətçilərinin mülkiyyət hüquqlarına qeyriproporsional müdaxiləyə səbəb ola bilər. Digər tərəfdən, bazar reallığından əhəmiyyətli dərəcədə yüksək qiymətin müəyyən olunması da hərracın baş tutmasını çətinləşdirə bilər. Hazırkı halda Əmlak Ekspert Mərkəzinin təqdim etdiyi ekspert rəyi daha aktual tarixdə verilmiş olmaqla, əmlakın bazar vəziyyətini, yerləşmə xüsusiyyətlərini və texniki göstəricilərini daha dolğun əks etdirir. Kollegiya həmin rəyi mötəbər və işin hallarına uyğun sübut kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli əmlakın ilkin satış qiymətinin 55.000 manat müəyyən olunması tərəflərin qarşılıqlı hüquq və mənafelərinin daha ədalətli şəkildə balanslaşdırılmasına xidmət edir və mübahisəli hüquq münasibətinin mahiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118,4 kv.m fərdi yaşayış evinin ilkin satış qiymətinin 48.000 manat müəyyən edilməsi barədə nəticə işin faktiki hallarına və sübutların məcmusuna tam uyğun hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, iş üzrə iddiaçının təqdim etdiyi ## ###### 2024-cü il tarixli arayışdan mübahisəli əmlakın dəyəri 60.000-70.000 manat qiymətləndirilmişdir. Əmlak Ekspert Mərkəzinin ##.##.2026-cı il tarixli ƏEM/A-***-***/** saylı ekspert rəyində əmlakın yerləşdiyi ərazi, mövcud vəziyyəti, ümumi sahəsi, konstruktiv xüsusiyyətləri, aşınma vəziyyəti və bazar göstəriciləri nəzərə alınmaqla onun bazar dəyərinin 55.000 manat müəyyən edilməsi məhkəmə kollegiyası tərəfindən mötəbər və işin hallarına uyğun sübut kimi qiymətləndirilir. Kollegiya hesab edir ki, həmin məbləğin ilkin satış qiyməti kimi müəyyən olunması həm əmlakın real bazar dəyərinə daha uyğun olmaqla, həm də tərəflərin qarşılıqlı hüquq və qanuni mənafeləri arasında ədalətli balansın təmin edilməsinə xidmət edir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi mübahisəli əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, həmin hissədə əmlakın ilkin satış qiyməti “55.000 (əlli beş min) manat” müəyyən olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Əmlak Ekspert Mərkəzinin ##.##.2026-cı il tarixli ƏEM/A-***-***/** saylı ekspert rəyinin verilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində ekspertiza xidməti haqqı tərəflərdən müştərək qaydada tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına ödənilsin. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi mübahisəli əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118,4 kv.m fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 (əlli beş min) manat müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Əmlak Ekspert Mərkəzinin ##.##.2026-cı il tarixli ƏEM/A-***-***/** saylı ekspert rəyinin verilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində ekspertiza xidməti haqqı tərəflərdən müştərək qaydada tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına ödənilsin. (VÖEN: 1502606231, Hesab N AZN: AZ68IBAZ35090019447981193205, Bank: ABB ASC, VÖEN: 9900001881, Müxbir hesab: AZ03NABZ01350100000000002944, KOD: 805711; SWIFT: IBAZAZ2X) Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-777/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-777/2025
20.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver