Məhkəmə qərarları › İş №2(106)-778/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-778/2025

17.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-778/2025 17.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(018)-328/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mülkiyyətin və sahibliyin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən əmlakın geri tələbi» barədə iddiası qismən təmin olunmuş, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 oktyabr 2021-ci il olan çıxarışda qeyd edilən, Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,3711 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilsin. 0.3711 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaiti hesabına oradan sökülməsi qət edilmişdir. Bundan başqa iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğindəki pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlərdən Cavabdeh1 Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən 09 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermişdir. Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsi təmin edilməmişdir. Sonuncu qərardaddan Cavabdeh1 şikayət vermiş, qərardadın ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh1 şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1498/2024 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilmiş, Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlərdən Cavabdeh1 tərəfindən elektron kabinet vasitəsilə Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından şikayət və həmin qərardaddan prosessual müddətin bərpası barədə ərizə daxil olmuşdur. Astara Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh1 şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(106)-1826/2024 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilmiş, Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməsi və zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işin Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2 (018)-328/2022 saylı qərardadı ilə ərizə təmin olunmuş, Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilməsi və Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 nömrəli qətnaməsindən Cavabdeh1 vermiş olduğu apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzrlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Odur ki, Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)- 328/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin olunmalı, buraxılmış müddət üzrlü hesab edilməli, müddət bərpa edilməli və həmin mülki iş baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(106)- 2084/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş və işə apellyasiya qaydasında baxılması 29 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılarkən Astara Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli məktubu Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(018)-328/2022 saylı qərardadından verdiyi şikayət 16 yanvar 2025-ci il tarixdə Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Odur ki, İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün 2(018)-328/2022 saylı mülki işin Astara Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2(106)- 329/2025 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 2(018)-328/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2024cü il tarixli, 2(106)-2084/2024 saylı qərardadının ləğv edilməsi və mülki işin apellyasiya baxışından çıxarılmaqla Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı Astara Rayon Məhkəməsinə şikayət (ərizə) verərək Astara Rayon Məhkəməsinin 2(018)-328/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadının ləğv edib, ərizənin rədd edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2 (018)-328/2022 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 2(018)-328/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2 (018)-328/2022 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 2(018)-328/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadda 2(018)-328/2022 nömrəli 21 noyabr 2025-ci il tarixli qərardad əvəzinə, 2(018)- 328/2022 nömrəli 02 dekabr 2025-ci il tarixli qərardad kimi göstərilməklə, Astara Rayon Məhkəməsinin 2(018)-328/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında yol verilmiş yanlışlıqların düzəldilməsi qərara alınmışdır. İddiaçı buraxılmış müddətin bərpası haqqında ərizə və şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-328/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-328/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilərək Cavabdeh1 ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(018)-328/2022 saylı qərardadı qanunsuz və əsassızdır. Qeyd olunan qərardadda ərizəçinin hansı üzrlü səbəbə əsasən müddətin buraxılması göstərilməyib. Sadəcə formallıq baxımından normalar sadalanaraq mahiyyəti üzrə qərardad qəbul edilib. Digər təkzibolunmaz dəlil ondan ibarətdir ki, ərizəçi (mülki iş üzrə cavabdeh) Cavabdeh1 Astara Rayon Məhkəməsinin 3(018)-893/2023 saylı 18 oktyabr 2023-cü il tarixli, məhkəmə qərarın əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan inzibati xətalar haqqında qərar yuxarıda göstərilən mülki işlə bağlı olmuşdur. Beləki proses iddia üzrə tərəf və ya tərəflər məhkəmə aktından məlumatlıdır(lar)sa, hətta məhkəmə aktı ona rəsmi şəkildə ünvanlanmasa belə, prossesual qanunvericilikdə göstərilən müddətdə şikayət vermək hüququndan yararlanmalıdır, əks halda müddətin keçməsi səbəbindən şikayət məhkəmə tərəfindən geri qaytarılmalıdır. Bununla bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 29102)-902/2021 saylı, 26 yanvar 2021-ci il tarixli, qərarında qeyd olunmuşdur ki, cavabdehə qətnamənin surətini rəsmi qaydada təqdim olunmasını təsdiq edən sənəd iş materiallarına əlavə olunmasa da, onun qətnamənin mövcudluğundan və onun nəticəsindən (mahiyyətindən) xəbərdar olması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdehin uzun müddət ərzində qətnamənin surətini almayaraq, sonradan apelyasiya şikayəti verməsi onun prosessual hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.Yuxanda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, ərizəçi (mülki iş üzrə cavabdeh) qətnamədən və onun nəticə hissəsindən məlumatlı olmasına baxmayaraq təxminən 1 il sonra müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə lazımi araşdırma aparmadan formal şəkildə qərardad qəbul etmişdir. Əlavə olaraq qeyd edirəm ki, Astara Rayon Məhkəməsinin 02 yanvar 2024-cü il tarixli 2(018)-103/2024 saylı qətnaməsində maddi hüquq normaları sadəcə sadalanmışdır. Belə ki, iş üzrə qərardad çıxarılsa da, faktiki olaraq işə mahiyyəti üzrə baxılmamışdır. Astara Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2 (018)-328/2022 saylı qərardadı ilə İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-328/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-328/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-328/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Astara Rayon Məhkəməsinin 2(018)-328/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı verdiyi şikayətin 7 gün müddətində 2(018)-328/2024 nömrəli işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2 (018)-328/2022 saylı qərardadı ləğv edilməli, Cavabdeh1 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh1 Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Lakin iş materiallarında olan müvafiq xəbərnamədən (səhifə 80) görünür ki, məhkəmənin həmin tarixli qəbzi ilə, qətnamənin surəti şəxsən Cavabdeh1 təqdim edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 prosessual müddəti üzrlü səbəblərdən ötürməsini hər hansı mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Onun qeyd etdiyi hallar formal mülahizələrdən ibarət olmuşdur Göründüyü kimi qətnamə cavabdehin ünvanına göndərilmiş, həmin qətnamədən cavabdeh məlumatlı olmuş, lakin vaxtında apellyasiya şikayəti verməmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin ərizəsində qeyd etdiyi dəlillər formal xarakter daşıyır. Eyni zamanda, cavabdeh qətnamənin icrasından yayınmağa çalışır, habelə qanunvericiliyin verdiyi imkanlardan yararlanaraq işin lüzumsuz şəkildə uzadılmasına nail olmaqla hüquqdan sui istifadə edir. Bu hal isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməklə səhv qənaətə gəlmişdir. Belə ki, cavabdeh prosessual müddəti üzrlü səbəblərdən ötürməsini hər hansı mötəbər sübutlarla əsaslandıra bilməmiş, həmçinin şikayətin dəlillərində qeyd edilən hallar belə prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X6 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X2rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, şikayət təmin edilməli, Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2 (018)-328/2022 saylı qərardadı ləğv edilməli və Cavabdeh1 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(018)-328/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Astara Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(018)-328/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar