Məhkəmə qərarları › İş №2(106)-78/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-78/2023

23.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-78/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, Cəfərova (Dadaşova) Tamara Qürbət qızının, Dadaşzadə (Dadaşov) Elman Gülşad oğlunun və Dadaşzadə (Dadaşov) Emin Gülşad oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, sitrus ağacların cavabdehin hesabına çıxarılması və məftil çəpərlərin sökülməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(018)-14/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Astara Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(018)-14/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilmiş, Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin ümumi, birgə mülkiyyətinə verilmiş JN-0082 kod 80103028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən Astara rayonu Ojakəran kəndi ərazisində yerləşən 0,52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0,3362 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0468 hektar hissəsinin Cavabdeh1 Məmməd oğlunun qanunsuz sahibliyindən azad edilərək iddiaçılar İddiaçı1, Cəfərova (Dadaşova) Tamara Qürbət qızı, Dadaşzadə (Dadaşov) Elman Gülşad oğlu və Dadaşzadə (Dadaşov) Emin Gülşad oğluna verilməsi, həmin 0,0468 hektar torpaq sahəsində əkilmiş feyxoa və mandarin ağaclarının Cavabdeh1 Məmməd oğlunun hesabına oradan çıxarılması və tikilmiş məftil çəpərlərin Cavabdeh1 Məmməd oğlunun hesabına oradan sökülməsi, Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin ümumi, birgə mülkiyyətinə verilmiş JN-0082 kod 80103028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən, Astara rayonu Ojakəran kəndi ərazisində yerləşən 0,52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0,3362 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1088 hektar hissəsinin Cavabdeh2 qanunsuz sahibliyindən azad edilərək iddiaçılar İddiaçı1, Cəfərova (Dadaşova) Tamara Qürbət qızı, Dadaşzadə (Dadaşov) Elman Gülşad oğlu və Dadaşzadə (Dadaşov) Emin Gülşad oğluna verilməsi, iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manatın 150 (yüz əlli) manat hissəsinin Cavabdeh2, 150 (yüz əlli) manat hissəsinin isə Cavabdeh1 alınaraq İddiaçı1 ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, Cəfərova (Dadaşova) Tamara Qürbət qızı, Dadaşzadə (Dadaşov) Elman Gülşad oğlu və Dadaşzadə (Dadaşov) Emin Gülşad oğluna ödənilməsi qət edilmişdir. Cavabdeh2 Astara Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(018)-14/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1, Cəfərova (Dadaşova) Tamara Qürbət qızı, Dadaşzadə (Dadaşov) Elman Gülşad oğlu və Dadaşzadə (Dadaşov) Emin Gülşad oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi, Cavabdeh1 tərəfindən zəbt etdiyi torpaq sahəsində əkdiyi feyxoa və mandarin ağaclarının onun hesabına çıxarılması, məftil çəpərlərin sökülməsi, həmçinin 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınıb xeyrlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ona və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə Astara rayonu Ojəkəran kəndi ərazisində yerləşən 0,52 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə JN-0082 saylı Dövlət aktı təqdim edilmişdir. Torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsinə daxil olan 0,3362 hektar torpaq sahəsinin müəyyən bir hissəsini zəbt etmişlər və həmin torpaq sahəsi məftil çəpərə alınmışdır. Cavabdeh1 tərəfindən zəbt edirlmiş torpaq sahəsində sitrus bitkiləri, feyxoa və mandarin ağacları əkilmişdir. Digər Cavabdeh2 isə iki ildir ki, qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Belə olan halda, onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsələr də, bir nəticə əldə edə bilməmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-14/2022 saylı qətnaməsinin 2-ci səhifəsinin son abzasında qeyd edilir: “Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası “Müstəqil Ekspertiza Mərkəzi”nin 14 sentyabr 2021-ci il tarixli 450 nömrəli mütəxəssis rəyindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasına 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə verilmiş JN-0082 kod 80103028 saylı “torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinə Astara rayonunun Ojakəran kəndi ərazisində verilmiş 0,52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0,3362 ha k/t təyinatlı torpaq sahəsinin 0,0468 hektar hissəsi Cavabdeh1 Məmməd oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə verilmiş JN-0082 kod 80103028 saylı “torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinə Astara rayonunun Ojakəran kəndi ərazisində verilmiş 0,52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0,3362 ha k/t təyinatlı torpaq sahəsinin 0,1088 hektar hissəsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə verilmiş JN-0082 kod 80103028 saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinə Astara rayonunun Ojakəran kəndi ərazisində verilmiş 0,52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0,3362 ha k/t təyinatlı torpaq sahəsi ilə AR ƏMDK DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı 18 may 2018-ci il tarixli çıxarışla Cavabdeh2 Astara rayonunun Ojakəran kəndi ərazisində 0,0767 hektar torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur...”. Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə JN-0082 kod 80103028 saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş və Astara rayonunun Ojakəran kəndində yerləşən 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0,3362 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 may 2018-ci il tarixli RX ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə mənim (Cavabdeh2) adına qeydiyyata alınmış və Astara rayonunun Ojakəran kəndində yerləşən 0,0767 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Lakin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmış və Astara rayonunun Ojakəran kəndində yerləşən 0,0862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Astara rayon Aqrar İslahat Komissiyasına 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə JN-0082 kod 80103028 saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı hissəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsinin mülkiyyət hüququ ilə onun adına müvafiq çıxarışlarla qeydiyyata alınan torpaq sahələrinin hər ikisi ilə üst-üstə düşüb-düşməməsi faktına münasibət bildirməmişdir. Öz mülkiyyətinə verilmiş torpaq sahələrindən istifadə edir. Mütəxəssis rəyi ilə onun iddiaçıların torpaq sahəsindən istifadə etməyi qeyd olunsa da, bu həqiqəti əks etdirmir. Belə ki, bu fakt mövcuddursa, deməli eyni torpaq sahəsi həm onun, həm də iddiaçıların mülkiyyətinə verilmişdir. Çünki, o, ƏMDK DƏDRX-in əməkdaşları tərəfindən özünə tanıtdırılan ərazidən kənara çıxmamış və heç kəsin torpaq sahəsinə qanunsuz daxil olmamışdır. Əgər torpaq sahələrinin üst-üstə düşmə faktı müəyyən edilərsə, eyni torpaq sahəsinə dair müxtəlif şəxslərə verilmiş mülkiyyət sənədlərindən birinin etibarsız hesab edilərək, ləğv edilməsi məsələsi həll edilmədən mübahisələndirilən torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Bu baxımdan, mütəxəssis rəyi qanunsuz və əsassızdır. Məhkəmə qeyri-obyektiv olaraq tərtib edilmiş mütəxəssis rəyi əsasında qanunsuz qətnamə qəbul etmişdir. O, heç kəsin torpaq sahəsini zəbt etməmiş, mülkiyyətimdə olan torpaq sahəsindən istifadə edir. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-14/2022 saylı qətnaməsinin 3-cü səhifəsinin 1-ci abzasında qeyd edilir: “Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli 10/7154 nömrəli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, ekspertiza keçirilmədən iş üzrə materiallar geri qaytarılmışdır.” Bu fikrin davamı olaraq qətnamənin 4-cü səhifəsinin son abzasının 3-cü cümləsində belə qeyd olunur: “Astara rayon Məhkəməsinin Azərbaycan Respublikası İİN yanında ƏMDX-nin rəisi cənab Mətin Eynullayevə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti cənab Təhmasib Kərimova ünvanlandırılmış 24 dekabr 2021-ci tarixli məktubu ilə 10 fevral 2022-ci il tarixə mütəxəssislərin iştiraklarının, həmçinin ekspert vəsatətində qeyd edilən sənədlərin təmin edilməsi xahiş edilmişdir. 10 fevral 2022-ci il tarixdə tərəflərin və mütəxəssislərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2022-ci il tarixli 10/7154 nömrəli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatına əsasən ekspertiza keçirilmədən iş üzrə materiallar geri qaytarılmışdır. Beləliklə də, ekspert müvafiq rəy verməkdən yayınmışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası “Müstəqil Ekspertiza Mərkəzi”nin 14 sentyabr 2021-ci il tarixli 450 nömrəli mütəxəssis rəyi ilə kifayətlənməyi əsaslı hesab edir.” Astara Rayon Məhkəməsi ekspertin müvafiq rəy verməkdən yayınaraq ekspertiza keçirmədən iş üzrə materialları geri qaytarmasının səbəbini qətnamədə qeyd etməmişdir. Ekspertiza keçirilmədən sadəcə mütəxəssis rəyi ilə hazırki mülki işə obyektiv qiymət verilməsi mümkün deyildir. Belə ki, torpaq mübahisələri ilə bağlı ekspertin müvafiq rəyi əsas mötəbər sübut sayılır və ekspert yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır, lakin mütəxəssisin belə məsuliyyəti istisna edilir. Ekspert ekspertizanın keçirilməsindən qanunsuz olaraq imtina edə bilməz. Əgər imtina varsa və məhkəmə bununla bağlı heç bir tədbir görmürsə, deməli, iş materiallarında ya uyğunsuzluq, ya da natamamlıq var. Birinci instansiya məhkəməsi iş üzrə sübutları bilavasitə tədqiq etməmiş, ekspertiza keçirməmiş və lazımi qaydada araşdırma aparmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinin (səhv nəticəyə gəlməsinin) səbəbi ekspertiza keçirmədən sadəcə mütəxəssis rəyi ilə hazırkı mülki işə qeyri-obyektiv qiymət verməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutların bilavasitə tədqiq edilməməsi, ekspertizanın keçirilməməsi və iş üzrə lazımi qaydada araşdırma aparılmaması ilə bağlı yol verilmiş prosessual pozuntular mülkiyyət hüququ ilə bağlı maddi hüquq normalarının da pozulmasına (yanlış tövsif) səbəb olmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Astara Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(018)- 14/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0082 nömrəli (KOD: ********) dövlət aktından görünür ki, İddiaçı1, İddiaçı2, Dadaşov Elmar Gülşad oğluna və Dadaşov Elşən Gülşad oğluna Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə Astara rayonu Ojəkəran kəndində 0,52 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, JN-0082 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında texniki səhv nəticəsində İddiaçı3 adı Elşən Gülşad oğlu kimi, İddiaçı4 adı isə Dadaşov Elmar Gülşad oğlu kimi qeyd edilmişdir. İş materiallarında olan ƏMDK DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin ******* nömrəli çıxarışından görünür ki, Astara rayonu Ojəkəran kəndində yerləşən 0.0767 hektar təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan ƏMDK DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin ******* nömrəli çıxarışından görünür ki, Astara rayonu Ojəkəran kəndində yerləşən 0,0862 hektar təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Müstəqil Ekspertiza Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli 450 nömrəli mütəxəssis rəyinə əsasən Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə verilmiş JN-0082 kod 80103028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu Ojakəran kəndi ərazisində verilmiş 0,52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0.3362 k/t təyinatlı torpaq sahəsinin 0.0468 hektar hissəsi Cavabdeh1 Məmməd oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə verilmiş JN-0082 kod 80103028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Akti ilə İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu Ojakəran kəndi ərazisində verilmiş 0,52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0,3362 hektar k/t təyinatlı torpaq sahəsinin 0,1088 hektar hissəsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə verilmiş JN-0082 kod 80103028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Akti ilə Gülşad Məmməd oğlu və onun ailə üzvlərinə Astara rayonu Ojakəran kəndi ərazisində verilmiş 0.52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0,3362 hektar k/t torpaq sahəsi ilə ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı 18 may 2018-ci il tarixli çıxarışla Cavabdeh2 Astara rayonu Ojakəran kəndi ərazisində verilmiş 0,0862 hektar torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarı ilə verilmiş JN-0082 kod 80103028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Gülşad Məmmad oğlu və onun ailə üzvlərinə Astara rayonu Ojakəran kəndi ərazisində verilmiş 0.52 hektar torpaq sahəsinin planında qeyd olunan 82A konturlu 0.3362 hektar k/t torpaq sahəsi ilə ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı 18 may 2018-ci il tarixli çıxarışla Cavabdeh2 Astara rayonu Ojakəran kəndi ərazisində 0,0767 hektar torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğindəki pul İddiaçı1 tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan, hazırkı Astara Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(018)- 14/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə tərəfindən iş üzrə zəruri olan və mühüm əhəmiyyət kəsb edən bütün hallar düzgün qiymətləndirilməmiş və lazımi qaydada ekspertiza keçirilərək müvafiq rəyin mötəbər sübut olaraq əldə edilməsi üçün vacib olan addımlar atılmamışdır. Belə ki, işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/569 nömrəli rəyinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********33 saylı mütəxəssis rəyinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 28 saylı qərarı əsasında JN-0082 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı1, Dadaşova (Cəfərova) Tamara Qürbət qızı, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş Astara rayonu Olakəran kəndi ərazisində yerləşən 0,52 ha pay torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edildi. Həmin 0,52 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,34 ha hissəsinin yerləşdiyi müəyyən olundu və 0,34 ha torpaq sahəsinin xəritədə və naturada hüdudları müəyyən edildi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********33 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış və **********32 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə Əhədov Sahil Seyfulla oğlunun mülkiyyətinə verilmiş Astara rayonu Ojəkəran kəndi ərazisində yerləşən 0,0767 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış və **********94 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə Əhədov Sahil Seyfulla oğlunun mülkiyyətinə verilmiş Astara rayonu Ojəkəran kəndi ərazisində yerləşən 0,0862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xəritədə və naturada hüdudları müəyyən edildi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********33 saylı mütəxəssis rəyinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 28 saylı qərarı əsasında JN-0082 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılar İddiaçı1, Dadaşova (Cəfərova) Tamara Qürbət qızı, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş Astara rayonu Olakəran kəndi ərazisində yerləşən 0,52 ha pay torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən 0,34 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış və **********32 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə cavabdeh Əhədov Sahil Seyfulla oğlunun mülkiyyətinə verilmiş Astara rayonu Ojəkəran kəndi ərazisində yerləşən 0,0767 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış və **********94 reyestr nömrəli Astara rayonu Ojəkəran kəndi ərazisində yerləşən 0,0862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Eyni zamanda, iddiaçılara məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahələlərinin sənəd üzrə qonşuluğunun olmaması da müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən JN-0082 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılar İddiaçı1, Dadaşova (Cəfərova) Tamara Qürbət qızı, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş Astara rayonu Olakəran kəndi ərazisində yerləşən 0,52 ha pay torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşən 0,34 ha hissəsinin cavabdeh Əhədov Sahil Seyfulla oğlu tərəfindən istifadə edilməməsi müəyyən olundu. Araşdırma zamanı iddiaçılara məxsus həmin 0,34 ha torpaq sahəsinin 0,05 ha hissəsinin digər Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur, (iddiaçılar İddiaçı1 və ailə üzvlərinə məxsus 0,34 ha torpaq sahəsinin 0,21 ha hissəsi iddiaçıların öz istifadələrində olması, 0,05 ha hissəsi yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 istifadəsində olması, qalan 0,08 ha hissəsi isə iddiaçıların faktiki istifadələrində olan 0,21 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsində olan həmin 0,05 ha torpaq sahəsinin birləşən istinad nöqtəsinin qərb istiqamətində yerləşməsi müəyyən olundu). Cavabdeh Əhədov Sahil Seyfulla oğlunun mülkiyyətində olan torpaq sahələrinin sənəd üzrə 2 yerdə (0,0767 ha və 0,0862 ha) yerləşməsi, onun faktiki istifadə etdiyi torpaq sahəsinin isə 1 yerdə olması (0, 24 ha) və həmçinin torpaq sahələrinin sənəd üzrə yerləşmə yerlər ilə faktiki istifadədəki yerləşmə yerinin uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda, cavabdeh Əhədov Sahil Seyfulla oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin digər mülkiyyətçilərə (iddiaçılar İddiaçı1 və ailə üzvlərinə deyil) məxsus torpaq sahəsi olması da müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası tərəflərin mübahisəli ərazilərə dair hüquq müəyyənedici sənədləri əsasında keçirilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/569 nömrəli rəyinə əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, Cəfərova (Dadaşova) Tamara Qürbət qızının, Dadaşzadə (Dadaşov) Elman Gülşad oğlunun və Dadaşzadə (Dadaşov) Emin Gülşad oğlunun Cavabdeh2 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiasının təmin olunması əsasları müəyyən edilmir. Buna uyğun olaraq, cavabdehə qarşı yönəlik və torpaq sahəsinin zəbtində meydana gələn digər - sitrus ağacların cavabdehin hesabına çıxarılması və məftil çəpərlərin sökülməsi tələblərinin də təmin edilməsi üçün hər hansı əsas mövcud deyildir. Göründüyü kimi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı təmin edilməklə, mübahisəli torpaq sahələrinə dair mövcud hüquqmüəyyənedici sənədlər üzrə həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Qeyd edilməlidir ki, Mülkiyyət hüququnun və eləcə də, daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Kollegiya qeyd edir ki, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq, mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Ancaq, məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçıların istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlilləri onların mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh2 çıxarılması tələbinin düzgün olması qənaətinə gəlməyə əsas vermir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(018)-14/2022 saylı qətnaməsi Cavabdeh2 qarşı iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/569 nömrəli rəyi üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, Cəfərova (Dadaşova) Tamara Qürbət qızının, Dadaşzadə (Dadaşov) Elman Gülşad oğlunun və Dadaşzadə (Dadaşov) Emin Gülşad oğlundan müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(018)-14/2022 saylı qətnaməsi Cavabdeh2 qarşı iddianın təmin olunan hissəsində ləğv edilsin və iddia tələbi Cavabdeh2 qarşı hissədə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/569 nömrəli rəyi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, Cəfərova (Dadaşova) Tamara Qürbət qızının, Dadaşzadə (Dadaşov) Elman Gülşad oğlunun və Dadaşzadə (Dadaşov) Emin Gülşad oğlundan müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar