Məhkəmə qərarları › İş №2(106)-787/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-787/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-787/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Şirvan Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzilə köçürülmə və maneələrin qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(032)-502/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin əvvəllər yaşadığı 2 otağına ailə üzvləri X8, X12 və azyaşlı X11 ilə birlikdə köçürülməsinin təmin olunması, cavabdehə ünvan 1 ünvanında yerləşən mənzildən iddiaçının istifadəsinə maneçilik törədən halların qadağan olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və sənədlərin təsdiqlənməsi üçün ödənilmiş 24 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 50,40 kv.m-dən ibarət mənzil Əli Bayramlı XDS-nin 2 saylı qərarına əsasən xx.xx.1984-cü ildə orderə əsasən istifadələrinə verilmişdir. Həmin ünvanda yaşadığı dövrdə ailə həyatı qurmuş və nikahdan 2 uşağı dünyaya gəlmişdir. 1984-cü ildən həmin mənzilin 2 otağında ailəsi ilə birlikdə 2020-ci ilin yanvar ayının 6-na qədər yaşamışdır. xx.xx.2020-ci ildə onu ailəsi ilə birlikdə polisin köməyi ilə illərlə yaşadığı mənzildən çıxarmışlar və iddiaçı hazırda məcburiyyət qarşısında qalıb kirayədə yaşayır. Orderdə adı göstərilən ailə üzvlərindən anası vəfat etmiş, digərləri ailə həyatı quraraq başqa yerə köçmüş və digərlərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mənzillə təmin olunmuşlar. İddiaçının və oğlunun qeydiyyatı ünvan 1 ünvanınadır. Həyat yoldaşı vəfat etdikdən sonra yenidən X12 ilə ailə həyatı qurmuş və həmin nikahdan da 1 uşağı doğulmuşdur. X1 Azərbaycan Texniki Universitetinin İV kurs tələbəsidir. İddiaçı kirayə haqqı ödəməkdə maddi çətinlik çəkir və ona görə də hazırda dövlətin balansında olan əvvəllər yaşadığı mənzilə köçürülmə ilə bağlı iddia qaldırmaq məcburiyyətindədir. Çünki o, mübahisənin cavabdehlə məhkəmədənkənar qaydada həllinə nail ola bilməmişdir. ünvan 1 ünvanında yerləşən mübahisə predmeti olan mənzil mülkiyyət hüququ əsasında hər hansı bir şəxsin adına dövlət qeydiyyatına alınmamışdır, dövlət mülkiyyətindədir. Bu səbəbdən də həmin mənzildə yaşayan ailə üzvləri yalnız sahiblik və istifadə hüququ əldə etmişlər. Göründüyü kimi, hüquq münasibəti 2009-cu il taixindən əvvəlki tarixə təsadüf edir və belə olan təqdirdə məsələ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 217.2-ci maddəsinə əsasən həll olunmalıdır. İşin faktiki hallarından da görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.2020-ci il tarixinədək ünvan 1 ünvanında yerləşən mənzildə daimi olaraq yaşamışdır və belə olan təqdirdə mübahisəli mənzilə ailəsi ilə birlikdə köçürülərək əvvəlki yaşayış vəziyyəti bərpa olunmalıdır. Cavabdeh bu qanunsuz hərəkətləri ilə Azərbaycan Respublikası Konstitusiyasının 29 və 33-cü maddələrində nəzərdə tutulmuş yaşayış və mənzil hüquqlarını pozur. Sonradan İddiaçı iddia ərizəsinə əlavə (dəqiqləşdirmə aparılması haqqında) təqdim edərək, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin əvvəllər yaşadığı 2 otağına ailə üzvləri X8, X12 və azyaşlı X11 ilə birlikdə köçürülməsinin təmin olunması, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən iddiaçının istifadəsinə maneçilik törədən halların qadağan olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və sənədlərin təsdiqlənməsi üçün ödənilmiş 24 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavəni iddia ərizəsinin dəlilləri və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı, eləcə də, hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin 54-cü və 123-cü maddələri ilə əsaslandırmışdır. Şirvan Şəhər Məhkəməsinin 2(032)-502/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ziya Əliyev) iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə köçürülməsi və həmin mənzildəki istifadə hüquqlarının məhdudlaşdırılmasının Cavabdeh qadağan edilməsi, Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 2(032)-502/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsinin qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin onlara aid hissədə təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və iddia ərizəsinə əlavənin dəlilləri, eləcə də, onunla əsaslandırmışdır ki, iddia ərizəsində bütün xüsusatlar göstərildiyi halda, məhkəmə onlarla bağlı heç bir araşdırma aparmamışdır. Hətta mənzil və yaşayış hüquqları pozulmuş həmin şəxsləri tərəf olaraq məhkəmə iclasına dəvət etməmiş, dindirməmiş, hüquqlarının olub-olmaması ilə bağlı aydınlıq gətirməmiş, sorğular verməmişdir. Yalnız məhkəmə qətnaməsində “ailə üzvü olmayan şəxs” və “digər qohumlar” başlığı altında iddianın onlara aid hissədə təmin olunmamasını qeyd etmişdir. Məhkəmə iddiaçıya aid hissədə maddi hüquq normaları baxımından düzgün nəticəyə gəlsə də, oğlu və həyat yoldaşına münasibətdə düzgün olmayan nəticəyə gəlmiş, Mənzil Məcəlləsinin 68ci maddəsinə istinad etsə də, maddi hüquq normasının tətbiqi və təfsirində səhvə yol vermişdir. Məhkəmə həmin maddi hüquq normasını tətbiq edərək iddianı onlara aid hissədə də təmin etməli olduğu halda, etməmişdir. Çünki cavabdeh mənzilin mülkiyyətçisi deyil. Digər qohumlar və ailə üzvləri anlayışları şəxs mülkiyyətçi olduğu halda tətbiq edilməsi nəzərdə tutulan normalardır. Mənzil Məcəlləsinin 30-cu maddəsi mübahisəyə münasibətdə düzgün tətbiq və təfsir olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz verilmiş, etirazda apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(106)-1387/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(032)-502/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(106)- 1387/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair iş üzrə yeni qərar, yaxud Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(106)-1387/2022 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(102)-237/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1387/2022 nömrəli iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında öz hüquqi mövqeyini belə izah etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İddiaçının tələbi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin əvvəllər yaşadığı 2 otağına ailə üzvləri X8, X12 və azyaşlı X11 ilə birlikdə köçürülsün, cavabdehə mübahisə predmeti olan mənzildən istifadəsinə maneçilik törədən hallar qadağan edilsin. Birinci instansiya məhkəməsi iddianı iddiaçının özünə münasibətdə qismən təmin etmiş, lakin o, apellyasiya şikayəti verərək iddianın rədd olunmuş hissələrinin də təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsində birinci instansiya məhkəməsinin aktını iddianın təmin olunmayan hissəsində yoxladığını qeyd etmişdir. Həmin hissələrdən biri iddiaçının ailə üzvləri X8, X12 və azyaşlı X11 ilə birlikdə mübahisəli mənzilə köçürülmə tələbidir. Birinci instansiya məhkəməsi bu tələbi rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, adları çəkilən şəxslər Ailə Məcəlləsinin 15-ci fəsli baxımından özünün saxlanılmasını cavabdehdən tələb etmək hüququ olan şəxslərə aid olmadıqlarından Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cavabdehin ailə üzvü sayılmırlar. Apellyasiya məhkəməsi isə bu tələblə bağlı göstərmişdir ki, Cavid Məmmədli iddia verilən zaman 21 yaşında fəaliyyət qabiliyyətli şəxs olduğu üçün iddiaçının onun adından iddia qaldırmaq hüququ olmamışdır. Göründüyü kimi, Cavid Məmmədlinin köçürülməsi ilə bağlı tələbin rədd edilməsinin hüquqi əsası ilə bağlı apellyasiya məhkəməsinin qənaəti birinci instansiya məhkəməsindən fərqli olmuşdur. Buna baxmayaraq, apellyasiya məhkəməsi qətnaməni həmin hissədə ləğv edərək yeni qətnamə çıxarmamış, sözügedən tələbi özünün istinad etdiyi əsasla həll etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Samirə Mürsəlovanın (o cümlədən azyaşlı Ayaz Məmmədlinin) mübahisəli mənzilə köçürülməsi tələbinin rədd edilməsi hissəsində Mənzil Məcəlləsinin 30cu maddəsinin tətbiqi ilə razılaşmışdır. Bununla belə, məhkəmə nəzərə almamışdır ki, həmin maddə yaşayış sahəsinin mülkiyyətçisinə və onun ailə üzvlərinə münasibətdə tətbiq edilən normadır. Baxılan işdə isə mübahisəli mənzilin cavabdehin mülkiyyətində olması müəyyən edilməmişdir. Bu hal ona dəlalət edir ki, sözügedən hissədə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Məhkəmə tərkibi iddiaçının azyaşlı oğlu Ayaz Məmmədlinin mənzilə köçürülməsi tələbi ilə bağlı qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Buna baxmayaraq, iddia Ayaz Məmmədlinin mənzilə köçürülməsi hissəsində rədd edilərkən işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamışdır. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının mübahisəli mənzilin əvvəllər yaşadığı 2 otağına köçürülməsi tələbinə, bu tələbin mahiyyəti və hüquqi həllinə münasibət bildirməmişlər (bu tələb kassasiya şikayətində də xüsusi olaraq qeyd edilmişdir). Halbuki, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin konkret bir hissəsinə (otağına) köçürülmə tələbi mənzildən istifadə qaydasının müəyyən edilməsi haqqında iddianı da özündə ehtiva edir. Başqa sözlə, əgər iddiaçı mübahisəli mənzilə köçürülməklə yanaşı, köçürüldükdən sonra yaşayış sahəsinin konkret bir hissəsinin istifadə üçün yalnız ona və ailə üzvlərinə ayrılmasını tələb edirsə, məhkəmə köçürülmə tələbindən əlavə mənzildən istifadə qaydasını da müəyyən etməlidir. Belə ki, istifadə qaydasının müəyyən olunması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissələrindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bu institut daha çox paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı münasibətlərdə ortaya çıxır. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bir neçə şəxsin birlikdə yaşamalı olduğu fərdi yaşayış evində də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Lakin bu mümkün olmadıqda yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisəni məhkəmə həll etməlidir. O da nəzərə alınmalıdır ki, yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmaması məhkəmənin həmin mübahisəni həll etməkdən imtina etməsinə əsas ola bilməz. Bu baxımdan hazırkı işdə məhkəmələr iddiaçının mübahisə predmeti olan mənzildə yaşamaq hüququnu tanıdığı və onu evə köçürdüyü halda, əgər kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisəni analogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etməsi üçün hüquqi maneə yoxdur. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, o, ailəsindən ayrı yaşaya bilməz, apellyasiya şikayətini də ona görə vermişdir ki, ailəsi ilə birlikdə mübahisəli mənzilə köçürülsün. O, verilmiş suallara cavab olaraq bildirdi ki, oğlu Cavid Məmmədlinin hazırda 22 yaşı var və hərbi xidmətdədir. 2022-ci ildə məhkəmədə iddia qaldırılan zaman oğlu Cavid və həyat yoldaşı Samirə Mürsəlova onların adından iddia verilməsi üçün ona etibarnamə verməmişlər. Həmin vaxt onun vəkili iddia ərizəsində onları da iddiaçı kimi göstərməli idi, lakin sonradan nədənsə bunu etməmişdir. Onu da qeyd etdi ki, əslində cavabdehlə onun arasında mübahisəni yaradanlar onun digər qardaş-bacılarıdır. Onlar atası olan cavabdehi onunla mübahisə etməyə təhrik edərək istifadələrinə verilmiş mənzildə rahat yaşamasına mane olurlar, niyyətləri isə mənzilin bölünməsidir. Apellyasiya məhkəməsinin 17 may 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıdır, oğlu Bəxtiyarın mübahisəli mənzildə gəlib yaşamasına etiraz etmir. Lakin onun ailəsinin cavabdehə heç bir aidiyyəti yoxdur. Sadəcə oğlu gəlib həmin mənzildə yaşaya bilər. Bununla yanaşı, o qeyd etdi ki, həyat yoldaşı Şirinbacı Məmmədova vəfat etsə də, hazırda mübahisəli mənzildə iddiaçı və onun özü ilə yanaşı, digər 1 oğlu və 2 qızının da payı vardır. O, həmin mənzili sataraq əldə edilmiş pulu mənzilin bütün payçıları arasında bölmək niyyətindədir, bu zaman iddiaçının da payının dəyərini onun özünə vermək istəyir. İddiaçı və arvadı Samirə Mürsəlova isə onun bu niyyətini həyata keçirməsinə mane olmuş, bu zəmində onlar arasında mübahisə yaranmış və bu səbəbdən də iddiaçı 2020-ci ilin yanvar ayında evdən çıxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən qismən narazı qaldığını bildirərək qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İşdəki xx.xx.1984-cü il tarixli orderin surətindən görünür ki, Əli Bayramlı XDS-nin 2 saylı qərarı ilə ünvan 2 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 50,40 kv.m-dən ibarət mənzil Cavabdeh və ailə üzvlərinin (Şirinbacı Məmmədova, İddiaçı, Sədaqət Məmmədova, Murad Məmmədov və Şəfaqət Məmmədova) istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatından keçməmişdir, mənzil cavabdehin istifadəsindədir. İddiaçı cavabdehin ailə üzvü kimi 1984-cü ildən 2020-ci ilin yanvar ayınadək mübahisəli mənzildə yaşamışdır. İddiaçı ilə X12 xx.xx.2021-ci il tarixində nikahlarını rəsmiləşdirmişlər. Onların həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Bundan başqa, iddiaçının X3 ilə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X8 adlı uşağı doğulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini X2, X6 və X4 mübahisəli mənzilə köçürülməsinə dair hissədə rədd edərkən bildirmişdir ki, onların Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə daxil olmamalarına görə onlar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cavabdehin ailə üzvləri sayılmır və onların mübahisəli mənzil köçürülmələri mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bildirir ki, həmin hissədə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, həmin maddə yaşayış sahəsinin mülkiyyətçisinə və onun ailə üzvlərinə münasibətdə tətbiq edilən normadır. Baxılan işdə isə mübahisəli mənzilin cavabdehin mülkiyyətində olması müəyyən edilməmişdir. Bu hal ona dəlalət edir ki, sözügedən hissədə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Bu isə MPM-in 385.1.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə aktının həmin hissədə ləğvi üçün əsas təşkil edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixində Şirvan Şəhər Məhkəməsinə təqdim edilmişdir. İddia ərizəsində və iddia ərizəsinə əlavədə isə yeganə iddiaçı kimi İddiaçı göstərilmişdir. İş materiallarında olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1977-ci il tarixində doğulmuşdur. İş materiallarında olan AZE 16445731 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2001-ci il tarixində doğulmuşdur. İş materiallarında olan AZ-İV 593789 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixində doğulmuşdur. Onun atası İddiaçı, anası isə X9r. Beləliklə, müəyyən edilir ki, iddiaçının öz ailə üzvü kimi təqdim edərək onunla birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etdiyi X1 iddia verilən zaman 21 yaşında, iddiaçının həyat yoldaşı X12 isə 45 yaşında olmuşdur. Göründüyü kimi, onlar yetkinlik yaşına çatmış, məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə malik olmuşlar və iddiaçının onların adından məhkəmədə iddia qaldırmaq hüququ olmamışdır. İddiaçının özü də apellyasiya məhkəməsinin iclasında Cavid Məmmədlinin və Samirə Mürsəlovanın məhkəmədə iddia qaldırılması səlahiyyətinin verilməsi üçün ona etibarnamə vermədiklərini bildirmiş, vəkilinin onları da iddiaçı kimi göstərməli olduğunu, lakin sonradan nədənsə bunu etmədiyini qeyd etmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi iddia tələbini X8 və X10 aid hissədə onların hər ikisinin tam fəaliyyət qabiliyyətli və yetkinlik yaşına çatmış şəxslər olduqlarına görə iddiaçının onların adından iddia qaldırmaq hüququnun olmamasına görə rədd etməli olsa da, bunu etməmişdir. Odur ki, iddia tələbi X8 və X10 aid hissədə yeni əsasla – iddiaçının onların adından iddia qaldırmaq hüququnun olmaması əsası ilə rədd edilməlidir. MPM-in 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Məhkəmə kollegiyası iddia tələbinin X7 aid hissəsi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X11 iddiaçının Samirə Mürsəlova ilə olan nikahından doğulmuş oğludur. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ 1984-cü ildən yaranmışdır. Bu səbəbdən də X7 aid hissədə iddia tələbi məhz 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Qeyd edilən normaları nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddiaçının oğlu həddi-büluğa çatmamış xx.xx.2020-ci il təvəllüdlü X4 özü ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməyərək X7 aid hissədə də iddia tələbini rədd etmişdir. Odur ki, qətnamə həmin hissədə də ləğv edilməli, azyaşlı X11 da atası olan İddiaçı ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməmiş digər hissəsi ondan ibarətdir ki, iddiaçı özünün ailə üzvləri ilə birlikdə mübahisəli 4 otaqlı mənzilin əvvəllər yaşadığı 2 otağına köçürülməsini tələb etsə də, birinci instansiya məhkəməsi tələbin bu hissəsinə hər hansı münasibət bildirməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin tələblə bağlı hissədə də ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin konkret bir hissəsinə (otağına) köçürülmə tələbi mənzildən istifadə qaydasının müəyyən edilməsi haqqında iddianı da özündə ehtiva edir. Başqa sözlə, əgər iddiaçı mübahisəli mənzilə köçürülməklə yanaşı, köçürüldükdən sonra yaşayış sahəsinin konkret bir hissəsinin istifadə üçün yalnız ona və ailə üzvlərinə ayrılmasını tələb edirsə, məhkəmə köçürülmə tələbindən əlavə mənzildən istifadə qaydasını da müəyyən etməlidir. Belə ki, istifadə qaydasının müəyyən olunması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissələrindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bir neçə şəxsin birlikdə yaşamalı olduğu fərdi yaşayış evində də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Lakin bu mümkün olmadıqda yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisəni məhkəmə həll etməlidir. Bu baxımdan hazırkı işdə məhkəmə iddiaçının mübahisə predmeti olan mənzildə yaşamaq hüququnu tanıdığı və onu evə köçürdüyü halda, əgər kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisəni analogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etmək üçün hüquqi maneə yoxdur. İş materiallarından görünür ki, xx.xx.1984-cü il tarixli orderlə mübahisəli 6 icarədarın istifadəsinə verilmiş, həmin icarədarlardan X5 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Hazırda mübahisəli mənzil üzrə icarədar statusuna malik 5 şəxs həyatdadır. Bu isə o deməkdir ki, mübahisəli 4 otaqlı mənzildən faktiki olaraq müəyyən edilən 5 nəfərin istifadə hüququ mövcuddur. İddiaçı və cavabdehlə yanaşı, digər icarədarların da 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən mübahisəli mənzildən istifadə hüququ yaranmış hazırkı iş materialları ilə müəyyən edilməsi mümkünsüz olan ailə üzvlərinin mövcudluğu ehtimal edilir. Həmin Məcəllənin 40-cı maddəsi ilə Azərbaycanda mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilmişdir. İddiaçı isə mübahisəli 4 otaqlı, 50,40 kvadrat metr ümumi sahəsi olan mənzilin əvvəllər yaşadığı 2 otağına köçürülməsini tələb etməklə, faktiki olaraq həmin mənzilin yarısının onun istifadəsinə verilməsinə dair tələb irəli sürür. Göründüyü kimi, toplanmış iş materialları əsasında iddiaçının mənzildən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı həmin tələbinə obyektiv qiymət verilməsi mümkün deyil. Həmçinin, iddiaçı bu cür tələblə - digər icarədarların da hüquqlarına toxunan tələblə çıxış etsə də, həmin şəxslər hazırkı iş üzrə cavabdeh kimi göstərilməmiş, sonradan iddiaçının ərizəsinə əsasən cavabdeh kimi cəlb edilməmişlər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası bildirir ki, iddia tələbi məhz mübahisəli mənzildən istifadə qaydasının müəyyən olunmasına dair hissədə, yəni iddiaçının mübahisəli mənzilin əvvəllər yaşadığı 2 otağına köçürülməsi ilə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin sənədlərin təsdiqlənməsi üçün ödənilmiş 24 manat məbləğində pulun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı isə bildirir ki, həmin xərclər MPM-in 115-ci maddəsində nəzərdə tutulan işə baxılması ilə əlaqədar zəruri məsrəflərə aid olmadığından, həmin hissədə də iddia tələbi rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, azyaşlı X11 atası olan iddiaçı ilə birlikdə mübahisəli mənzilə köçürülməli, qalan hissədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-502/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X11 atası olan İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə köçürülsün. İddia tələbi iddiaçının ailə üzvləri X8 və X6 ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə köçürülməsi, iddiaçının ailə üzvləri ilə birlikdə həmin mənzilin əvvəllər yaşadığı 2 otağına köçürülməsi və sənədlərin təsdiq edilməsi ödənilmiş 24 manat pulun cavabdehdən tutulması hissələrində rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar