Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-787/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov, (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı həyatyanı torpaq sahəsində olan tikilən tikilinin sökülməsi və həyətinə buraxılan kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyənetdi: Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Kiçibəyov) iddia qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.15 ha torpağ sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən tikilən tikilinin (toyuq hininin) 3.5 kv.m hissəsinin sökülərək həmin torpaq sahəsi mülkiyyətçisi olan İddiaçı mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 10 (on) manat dövlət rüsumunun, X2 ödənilmiş 250 (iki yüz əlli) manat ekspertiza xərcnini və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 311 (üç yüz on bir) manatın cəmi ümumilikdə 571 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, əlavə olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı 23 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş Lerik Rayon Məhkəməsinə qaytarılmışdır. Cavabdeh2 qızı yenidən xx.xx.2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. İşin hallarından görünür ki, məhkəmənin qətnaməsini tərəflərə xx.xx.2023-cü il tarixdə (məhkəmə qəbzinə imza etməklə) təqdim edilmişdir. Cavabdehlər xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə birinci instansiya məhkəməsinə təqdim etmiş, mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilməməsi səbəbindən geri qaytarılmışdır. Cavabdeh2 qızı yenidən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, bu zaman qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bununla belə, cavabdeh şikayətə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etməmişdir. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırkı halda birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsini yoxlamadan işi apellyasiya qaydasında baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, apellyasiya şikayəti müddət ötürüldükdən sonra verildiyindən birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı idi. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinin tələbinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən və müddətin bərpasına dair ərizə verilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Lerik Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-787/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-787/2024
04.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver