Məhkəmə qərarları › İş №2(106)-788/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-788/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-788/2024 24.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: operativ lizinq (istifadə) müqaviləsi üzrə borcun ödənilməsi və maddi ziyan tələbi. X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(055)-78/2024 saylı (hakim İxtiyar Abuşov) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 may 2023-cü il tarixli 05/03522 saylı operativ lizinq müqaviləsinə əsasən 2200 manat borcun, 1 ədəd "Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8409 manat dəymiş maddi ziyanın və 121,83 manat dövlət rüsumunun, cəmi 10730,83 manat məbləğin cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 may 2023-cü il tarixli, 05/03522 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd "Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayn cavabdehə istifadəyə verilmişdir. "Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6500 manat öhdəlikdən 4300 manat ödəniş edilmişdir və cavabdehin "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə hazırda 2200 manat borcu vardır. Həmçinin bildirir ki, 15 may 2023-cü il tarixli, 05/03522 nömrəli müqavilə üzrə cavabdehin texnikanın saz və dəst halda geri qaytarmaq öhdəliyinin olmasına baxmayaraq, texnika nasaz vəziyyətdə saxlanc yerinə verilmişdir. Belə ki, Ağcabədi Regional Nümayəndəliyinin Füzuli rayon bölməsinin balansında olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş "Sampo Rosenlew SR- 2065” markalı taxılyığan kombaynla Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində 1 iyul 2023-cü il tarixində biçin işləri yerinə yetirilərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə 8409 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcu və vurmuş olduğu maddi ziyanı qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu və vurmuş olduğu maddi ziyanı ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəymiş ziyanla bağlı tərtib olunmuş və iş materiallarına əlavə olunmuş arayışda kombaynın hissələrinə dəymiş ziyan daha ətraflı qeyd edilmiş, həmçinin işçilik haqqı da göstərilmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq 15 may 2023-cü il tarixli 05/03522 saylı operativ lizinq müqaviləsinə əsasən 2200 manat borcun, 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8409 manat dəymiş maddi ziyanın və 121,83 manat dövlət rüsumunun, cəmi 10730,83 manat məbləğin cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, onun iddiaçıya icarə müqaviləsinə əsasən həqiqətən də 2200 manat borcu vardır. Lakin dəymiş zərərlə bağlı iddiaçının qeyd etdiyi 8409 manat pulun tələb edilməsi ilə qismən razıdır. Belə ki, o, sözügedən taxılyığan kombaynı həqiqətən də iddiaçıdan icarəyə götürmüşdür. Həmin kombayn Füzuli rayonunda onun istifadəsində olan zaman alışıb yanmışdır. Həmin zaman İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları gəlib kombayna baxış keçirmiş və dəymiş ziyanın 5600 manat olduğunu bildirmişlər. Lakin indi isə iddiaçı dəymiş ziyanın 8409 manat olduğunu bildirir. O, iddianın dəymiş ziyanla bağlı olan hissəsinin 5600 manat hissəsini qəbul edir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(055)-78/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2200 manatın və 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna dəymiş maddi ziyana görə hesablanmış 8409 manat pulun, cəmi 10609 (on min altı yüz doqquz) manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 83 (səksən üç) qəpik dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətində Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(055)-78/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qismən təmin edilərək, 2200 manat borcun və 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın tam bərpası üçün 5600 manat dəymiş maddi ziyanın ondan (cavabdehdən) alınıb, İddiaçı ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ASC tərəEindən istifadəsinə verilmiş 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna görə mövsüm ərzində 6500 manat pul ödəməli idi. Həmin vəsaitdən 4300 manat hissəsini ödəmişdir.İddiaçı ASC-nin iddia tələbini qismən qəbul edir. Tələbkar təşkilatla aralarında bağlanmış icarə müqaviləsinə əsasən həqiqətən də 2200 manat borcu var və o, həmin borcu ödəyəcəkdir. Lakin “Sampo Rosenlew SR- 2065” markalı taxılyığan kombayna dəymiş zərərlə bağlı iddia tələbini qismən qəbul edir. Bildirir ki, 01 iyul 2023-cüil tarixdə saat 17:40-da Füzuli rayon Bala Bəhmənli ərazisində biçin apararkən, sözügedən kombayn qəflətən alışıb yanmışdır. O, hadisə baş verdikdən dərhal sonra İddiaçı ASC-nin əməkdaşlarını məlumatlandırdır. Hesab edir ki, “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna dəymiş zərər həddən artıq şişirdilmişdir. İddiaçı ASC-nin əməkdaşları gəlib kombayna baxış keçirmiş və dəymiş ziyanın 5600 manat olduğunu bildirmişlər. Lakin iddiaçı təşkilatın nümayəndələri “Sampo Rosenlew SR- 2065” markalı taxılyığan kombaynın bərpası üçün 8409 manat xərc çəkildiyini bildirir və həmin vəsaiti cavabdehdən tələb edir. Dəymiş ziyanla bağlı olan iddia tələbinin 5600 manat hissəsini qəbul edir. Hesab edir ki, “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna dəymiş zərərın müəyyən edilməsi üçün ekspertiza təyin edilməlidir və dəymiş ziyan dəqiqləşməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Kollegiyanın əvvəlki iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 2200 manat lizinq ödənişini və kombayına dəymiş ziyan kimi 5600 manat ziyan məbləğini qəbul edir. Belə ki, onun iştirakı ilə kombayına dəymiş ziyan müəyyənləşdirilərkən razılaşmışlar ki, ziyana görə 5600 manat ödəniş ediləcəkdir. Lakin sonradan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın bərpası üçün 8409 manat xərc çəkildiyini bildirmişdir. Buna görə də 8409 manat ziyan məbləği ilə razılaşmamış və şikayəy etmişdir. “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın bərpası üçün iddiaçıya 5600 manat ödəməyə razıdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, iddia tələbinin qismən 5600 manat məbləğdə təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kombayna dəymiş ziyanın 8402 manat müəyyən edilməsinə dair hissədə dəyişdirilməli, kombayna dəymiş ziyan 5759,90 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında əslinə baxış keçirilmiş SR-2065 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin Füzuli rayon bölməsinin balansında olan və 15 may 2023-cü il tarixli 05/03522 saylı müqavilə əsasında mexanizator Cavabdeh müvəqqəti istifadəsinə verilmiş 701249 şassi nömrəli “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi, hissələrinin təmiri üçün ümumilikdə 8409 manat xərc sərf olunacaqdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 15 may 2023-cü il tarixli 05/03522 saylı müqavilədən görünür ki, bu müqavilə 701249 şassi nömrəli, “Sampo Rosenlew SR-2065” markalı, 2019-cu il buraxılışlı taxılyığan kombaynın istifadəyə verilməsi ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin lizinq alanın (istifadəçi) öhdəlikləri bölməsində göstərilmişdir ki, lizinq alan (istifadəçi) texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir, texnikanın qəzaya düşdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən gec 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 16 may 2023-cü il tarixli aktdan və iltizamlardan görünür ki, Cavabdeh 15 may 2023-cü il tarixli 05/03522 saylı operativ lizinq müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 1 ədəd SR-2065 markalı, 2019-cu il buraxılışlı taxılyığan kombaynı saz vəziyyətdə təhvil almış, həmin kombayna 2023-cü il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də biçin zamanı cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 iyul 2023-cü il tarixli aktdan və qüsur aktından görünür ki, 01 iyul 2023-cü il tarixdə saat 17:40-da Füzuli rayon Bala Bəhmənli ərazisində biçin apararkən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin Füzuli rayon bölməsinin balansında olan, 05/03522 saylı müqavilə əsasında Cavabdeh tərəfindən icarəyə götürülən dövlət nömrə nişanı ** AB ***, şassi nömrəsi 701249 olan, "Sampo Rosenlew SR-2065” markalı kombaynın dinamosunda nasazlıq əmələ gəlmiş və kombayn od tutaraq yanmışdır. Yanğın baş verdiyi ərazidən Füzuli rayon yanğından mühafizə idarəsinə zəng edilmiş və əraziyə yanğınsöndürən maşın gələrək kombaynın tam yanmasının qarşısını almışdır. Kombayna baxış keçirilən zaman məyyən hissələrinin yararsız hala düşdüyü müəyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 oktyabr 2023-cü il tarixli və 16 noyabr 2023-cü il tarixli pretenziyalardan və onların göndərilməsi barədə reyestrlərdən görünür ki, 15 may 2023-cü il tarixli 05/03522 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 2200 manat borcun və onun istifadəsinə verilmiş taxılyığan kombayna dəymiş 8409 manat ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 15 may 2023-cü il tarixli 05/03522 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə ödəməli olduğu 6500 manat müqavilə məbləğindən 4300 manat ödəniş etmiş və Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 2200 manat borcu qalmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətində Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(055)-78/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qismən təmin edilərək, 2200 manat borcun və 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın tam bərpası üçün 5600 manat dəymiş maddi ziyanın cavabdehdən alınıb, İddiaçı ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ASC tərəEindən istifadəsinə verilmiş 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna görə mövsüm ərzində 6500 manat pul ödəməli idi. Həmin vəsaitdən 4300 manat hissəsini ödəmişdir.İddiaçı ASC-nin iddia tələbini qismən qəbul edir. Tələbkar təşkilatla aralarında bağlanmış icarə müqaviləsinə əsasən həqiqətən də 2200 manat borcu var və o, həmin borcu ödəyəcəkdir. Lakin “Sampo Rosenlew SR- 2065” markalı taxılyığan kombayna dəymiş zərərlə bağlı iddia tələbini qismən qəbul edir. Bildirir ki, 01 iyul 2023-cüil tarixdə saat 17:40-da Füzuli rayon Bala Bəhmənli ərazisində biçin apararkən, sözügedən kombayn qəflətən alışıb yanmışdır. O, hadisə baş verdikdən dərhal sonra İddiaçı ASC-nin əməkdaşlarını məlumatlandırdır. Hesab edir ki, “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna dəymiş zərər həddən artıq şişirdilmişdir. İddiaçı ASC-nin əməkdaşları gəlib kombayna baxış keçirmiş və dəymiş ziyanın 5600 manat olduğunu bildirmişlər. Lakin iddiaçı təşkilatın nümayəndələri “Sampo Rosenlew SR- 2065” markalı taxılyığan kombaynın bərpası üçün 8409 manat xərc çəkildiyini bildirir və həmin vəsaiti cavabdehdən tələb edir. Dəymiş ziyanla bağlı olan iddia tələbinin 5600 manat hissəsini qəbul edir. Hesab edir ki, “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna dəymiş zərərın müəyyən edilməsi üçün ekspertiza təyin edilməlidir və dəymiş ziyan dəqiqləşməlidir. Hazırda qətnaməni cavabdeh mübahisələndirir. Əsas dəlili ondan ibarət olmuşdur ki, ziyan məbləği düzgün hesablanmamışdır, iş üzrə ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin edilməlidir. Apellyasiya baxışında iş üzrə ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli rəyinə görə: Nəzəri, hesablama yolu ilə, iş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 2023-cü il tarixli arayışa əsasən 2019-cu il buraxılışlı, “SAMPO SR-2065” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı kombaynın təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7237,00 manat. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 6737,00 manat; - Təmir- bərpa işlərinin qiyməti - 500,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5759,90 manat. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 5259,90 manat; - Təmir- bərpa işlərinin qiyməti - 500,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli, 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədəmüvafiq hesab olunduğundan, 2019-cu il buraxılışlı, “SAMPO SR- 2065” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı kombaynın bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(106)-788/2024 №-li mülki iş materiallarında olan arayış əsasında hesablanır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və ekspert rəyinin sübut mənbəyi kimi qəbul edir. Qeyd edilənlərə əsasən də, hesab edir ki, ziyan məbləği ekspert rəyində göstərilmiş aşınma qiymətinə uyğun 5759,90 manat həddinə dəyişdirilməlidir. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliyin müəyyən etdiyi 5000 manat məbləğindən az olduğundan, bu qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(055)-78/2024 saylı qətnaməsi- Cavabdeh 1 ədəd "Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna dəymiş maddi ziyana görə hesablanmış 8409 manat pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair hissədə dəyişdirilsin. Həmin hissədə (8409 manat hissədə) maddi ziyan məbləği 5759,90 (beş min yeddi yüz əlli doqquz manat doxsan qəpik) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar