Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-792/2023 01.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(048)712/2023 saylı qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qayadasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Lerik rayonu Camal Şahiyev küçəsiev 9, mənzil 2-də iki otaqlı evə ona mülkiyyət hüququ almaq üçün istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışır ki, o, 1967-ci il tarixdə anadan olmuşdur.Gözdən əlil olduğu üçün pensiya alır və həmin pensiya ilə dolanır.2006-cı ildə mərhum əri X1 ilə ailə həyatı quraraq evlənmişlər.Evlərinin olmaması ucbatından beş il kirayədə yaşamışlar.2011-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən onlara yəni, mərhum əri Tərlan və ona Lerik rayonu Camal Şahiyev küçəsi ev 9, mənzil 2-də iki otaqlı mənzil verilmişdir.O, 2021ci il tarixədək mərhum əri Tərlanla həmin evdıə ikisi yaşamışdır.Birgə nikahlarından övladları doğulmamışdır. 2021-ci il tarixdə əri Lənkaran Rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir.Mərhum əri Tərlan öldükdən sonra mirası o, qəbul etmişdir.Hazırda sözü gedən Lerik rayonu Camal Şahiyev küçəsiev 9, mənzil 2-də iki otaqlı mənzildə o, tək yaşayır.Məhkəmə qətnaməsinə əsasən həmin sözü gedən mənzilə birinci növ vərəsə kimi o, tanınmışdır. Bir ildən çoxdur ki, mülkiyyət hüququna aid çıxarışı olmadığı üçün bütün növ komunal xidmətlərindən bildirişlər əri Tərlanın adına gəlir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnaməsi (hakim A.Kiçibəyov) ilə, ərizənin təmin edilməsi, ərizəçi X2 1-ci növbə vərəsə kimi Lerik şəhəri, Camal Şahıyev küçəsi, ev 9 mənzil 2-də istifadə hüququnun tanınması, qərarın icrası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Ərazi İdarəsinin Lerik rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi apellyasiya şikəyəti vermişdir. Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadı ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-712/2022 saylı mülki iş üzrə çıxarmış olduğu xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadından narazı qalan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi şikayət vermişdir. Şikayətə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətdə əlavə etmişdir. Lerik Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 2(048)-712/2022 saylı mülki iş üzrə çıxarmış olduğu 15 fevral 2023-cü il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilən şikayət əsassız olduğun təmin edilməməsi, şikayət 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(048)712/2023 saylı qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması üçün 01 may 2023-cü il tarixə təyin olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi vermiş olduğu şikayətində birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması barədə qəbul edilmiş qərardadın qanunsuz və əsassız olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, apellyasiya şikayəti ilə yanaşı ötürülmüş prosessual müddətin bərpası ilə əlaqədar vəsatət təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün apellyasiya şikayətinin geri qaytarılıması barədə gəldiyi düzgün olmamışdır. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətə hüquqi qiymət verilməsi prosessual hüquq normalarının pozulması kimi qiymətləndirildiyindən qanuni və əsaslı deyildir. Məhkəmə kollagiyası hesab edir ki, qərardad ləğv edilməli və gəlinəcək nəticənin daha aydın izah olunması baxımından birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Məhkəmə kollegiyası hazırki şikayət üzrə iş materiallarını tədqiqi nəticəsində müəyyən etmişdir ki, Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(048)-712/2022 saylı qətnamə qət etmiş və iş materiallarına əlavə edilmiş xəbərnamədə (iş vərəqə 33) sözügedən qətnamənin sürətini 23 dekabr 2022-ci il tarixdə maraqlı şəxs tərəfindən qəbul edilmişdir. Maraqlı şəxs Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadından vermiş olduğu şikayətdə, qərardadın qanunsuz olmasını və vəsatətə hüquqi qiymət verilməməsi bildirmişdir. Birinci instansiya məhkəməsi 15 fevral 2023-cü il tarixli qərardadında qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi ilə apellyasiya şikayətinin geri qaytarılması qərarına gəlmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddənin 3-cü b yarım bəndinə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Qeyd olunan qanunvericiliyin tələblərinə və vətəndaş hüquqlarının qorunması baxımından məhkəmə kollegiyası hesab edir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququndan istifadə edərək tələb ilə məhkəməyə müraciət edə bilər. Qəbul edilmiş məhkəmə aktından narazı qalan tərəflərdən biri yuxarı instansiya məhkəməsi vasitəsi ilə mübahisələndirə bilər. Həmin məhkəmə aktını mübahisələndirməsi üçün də məhkəmə aktını rəsmi qaydada alması zəruridir. Bunun üçün o ya qəbzə imza etməklə, ya da xəbərnaməyə şəxsən və ya başqa şəxs vasitəsi (bu zaman həmin şəxsin ad, soyadı göstərilməli) ilə imza etməklə qəbul etməlidir. Bu zaman həmin şəxs üçün məhkəmə aktından şikayət vermək üçün prosessual müddətin axımı başlayır. Əgər şikayət vermək hüququna malik olan şəxs həmin məhkəmə aktının alınması barədə qəbzə imza etməmişdirsə, yaxud alınması barədə qəbzdə imza edilsə də, imza edən şəxsin şəxsiyyəti həmin qəbzdə göstərilməmişsə bu da tərəfin şikayət vermək istədiyi məhkəmə aktından məlumatı olsa da belə şikayət verməsi üçün prosessual müddətin axımı başlana bilməz və buna görə də bu müddətin ötürülməsi kimi dəyərləndirilməməlidir. Çünki tərəfin mübahisələndirdiyi məhkəmə aktını rəsmi qaydada qəbul etdiyi vaxtdan müddətin axımı başlanır. Lakin qeyd olunan mübahisəli məsələ üzrə məhkəmə qətnaməsinin surətininin kim tərəfindən və ya həqiqətəndə maraqlı şəxs tərəfindən rəsmi qaydada alınması araşdırılmamışdır. Çünki iş materiallarında olan xəbərnamədən (səh 33) görünür ki, xəbərnamayə imza çəkilməklə alınması müşahidə olunsa da, həmin qətnaməni maraqlı şəxs tərəfindən və ya onun etibarnamə üzrə belə bir səlahiyyəti olan şəxs tərəfindən alınması təsdiq olunmur. Lakin birinci instansiya məhkəməsi maraqlı şəxsin vermiş olduğu şikayətin dəlillərinə müfəssəl (qəbzdəki imzanın ona məxsus olub və ya olmamasını) hüquqi qiymət vermədən apellyasiya şikayəti verilmə müddətinin ötürülməsi qənaətinə gələrək apellyasiya şikayətini geri qaytarılması barədə əsaslandırılmamış qərardad qəbul etmişdir. Daha sonra həmin qərardaddan verilmiş şikayəti təmin etməyərək və həmçinin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətə hüquqi qiymət verməyərək mülki iş materiallarını apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki mülki iş üzrə verilmiş şikayətdə maraqlı şəxs birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əsas götürülmüş xəbərnamədəki imzanın ona məxsus olmamasını və qəbul edilmiş qətnamənin ərazi idarəsinə daxil olmamasını bildirmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konustitutsiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Məhkəmə kollegiyası hazırki, mülki iş üzrə cavabdehin şikayətində göstərdiyi dəlilləri (məhkəmə qəbzindəki imzanın ona məxsus olmamasını, qətnamənin ərazi idarəsinə daxil olmamasını) ilə, bağlı qeyd edir ki, Lerik Rayon Məhkəməsinin 15 fevral 2023cü il tarixli 2(048)-712/2022 saylı qərardad qəbul edərkən, prosessual pozuntuya yol vermiş, maraqlı şəxs tərəfindən verilmiş şikayətlərdə göstərilmiş dəlillərə həmçinin vəsatətə müfəssəl hüquqi qiymət verilməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə kollegiyası maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin qəbul etdiyi 15 fevral 2023-cü il tarixli qərardadının prosessual normaların pozulması ilə çıxarılması hissəsində əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək, belə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadından verilmiş şikayətdə göstərilən dəlillər həmin qərardadın ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadının ləğv edilməsi barədə şikayət əsaslı hesab edilməli, Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadı ləğv edilməli, mülki iş materialları maraqlı şəxsin verdiyi şikayət həddində araşdırılıb və vəsatətə hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(048)-712/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları baxılaraq hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-792/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-792/2023
01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver