Məhkəmə qərarları › İş №2(106)-796/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-796/2025

15.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-796/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3, (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)- 454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu nəzərdən keçirib, kollegiya Müəyyənetdi: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən əmlakları ilə məcburi qaydada çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, 50 (əlli) manat ekspertiza xərcinin iddiaçı X1 tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpa edilməsi barədə vəsatət əlavə olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadı ilə, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı ərizəsi təmin edilməmişdir. İddiaçı şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadının ləğv edilməsini və apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı Kərimov X2 Rayon Məhkəməsinin 2(041)-454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpa edilməsi barədə vəsatət əlavə etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmiş, iddiaçı həmin qərardaddan şikayət vermişdir. Lakin birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxmadan iş materiallarını baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş, mülki iş materialı Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayətə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmışdır. Kürdəmir Rayon Məhkəməsi həmin şikayət üzrə 12 fevral 2025-ci il tarixli 2(041)-454/2023 saylı qərardad qəbul edərək İddiaçı şikayətini təmin etməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə poçt vasitəsilə 2023-cü ilin dekabr ayında ona təqdim edilmiş, keçən müddətdə 2 ay aktiv müalicə olunmuş, hazırda da müalicəsini davam etdirir. Qətnamədən narazı olduğuna görə ayrı-ayrı dövlət orqanlarına ərizə ilə müraciət etmiş və cavab məktubları almışdır. Məsələ həll edilmədiyindən 2024-cü ilin dekabr ayının 19-da Kürdəmir Rayon Məhkəməsinin sədrinin qəbulunda olmuş və ona bildirmişdir ki, buraxılmış müddətin bərpası barədə ərizə ilə birlikdə qətnamədən apellyasiya şikayəti verə bilər. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda Kürdəmir Rayon Məhkəməsi tərəfindən həmin mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. "Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. İş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)- 454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Yəni iddiaçı Kərimov X2 Rayon Məhkəməsinin 2(041)-454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətini elektron qaydada verib elektron qaydada imzaladığı kimi 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından da elektron qaydada şikayət verib onu elektron qaydada imzalamalıdır. Lakin iş materiallarından da göründüyü kimi iddiaçı 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından vermiş olduğu şikayəti elektron qaydada verməmiş və imzalamamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, İddiaçı tərəfindən elektron imza vasitəsilə imzalanmadığından geri qaytarılmalıdır. İzah edilir ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, tərəf ümumi qaydada yenidən şikayətlə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 400, 402, 408.1.7, 408.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Kürdəmir rayon Məhkəməsinin ötürülmüş müddətin bərpa edilməsindən imtina edilməsi barədə 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar