Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-797/2023 06.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Camalov Hüseyn Əli oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın qəbulu tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1648/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, miras əmlakın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktının tanınması və Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və İddiaçı2 ½ hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/2019 saylı qətnaməsindən narazı qalan Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)-1648/2019 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1648/2019 nömrəli mülki iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin Cavabdeh münasibətdə buraxılmamış hesab edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1648/2019 nömrəli mülki iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(106)-797/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın qəbulu tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1648/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılarkən Lənkəran Rayon Məhkəməsindən 05 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş məktubda Lənkəran Rayon Məhkəməsinin 2(049)-1648/2019 nömrəli mülki iş üzrə 09 mart 2023-cü il tarixli qərardadından mülki iş üzrə İddiaçı2 tərəfindən Lənkəran Rayon Məhkəməsinə şikayətin təqdim edildiyi bildirilmiş, həmin şikayətə baxılması ilə əlaqədar 2(049)-1648/2019 nömrəli mülki işin Lənkəran Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş məktubunu nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1648/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(106)-797/2023 saylı qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1648/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(106)-797/2023 saylı qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-797/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-797/2023
06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver