Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-807/2023 18.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh, X4 qarşı “Fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbi ilə bağlı mülki iş üzrə Açar sözlər : “zəbt edilmiş yolun açılması-maneələrin aradan qaldırılması” tələbi X17 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X13 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X4 qarşı “Fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işi üzrə Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən, cavabdehlər Cavabdeh və X6 tərəfindən zəbt edilmiş, ümumi istifadədə olan, avtomobil yolunun zəbtdən azad edilməsi və onların özbaşınalığına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onun anasıdır. Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə onların ailə üzvülərinin mülkiyyətlərinə 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-154A (KOD:********) saylı Şəhadətnamədə verilmişdir. Mülkiyyətdə olan 0,15 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Mülkiyyətdə olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş avtomobil yolu olmuş və onlar uzun müddət ərzində həmin yoldan istifadə etmişlər. Lakin son vaxtlar cavabdehlər Cavabdeh və X6 gediş-gəliş avtomobil yolunu tamamilə zəbt etmişlər və onlar ancaq ensiz piyada keçidi ilə evlərinə gedib, gəlirlər. Onların evlərinə avtomobilin keçməsi isə mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi (oğlu) X14 iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə ki, o iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolu gedən yolu zəbt etməmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətlərinə verilmiş, JN-154A (KOD:********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən hasara alınaraq istifadə edilən avtomobil yolunun Cavabdeh tərəfindən açılması, mülki işə üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun Cavabdeh alınaraq dövlət hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin “cavabdeh X4 nisbətdə yolun açılması hissəsində” və “cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” hissəsində təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin tamamilə ləğv edilməsi, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adlarına JN-154A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmiş 0.15 hektar həyətyanı torpaq sahəsinə gedən və digər cavabdeh X6 tərəfindən zəbt edilmiş avtomobil yolunun bilavasitə cavabdeh X6 tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 manat pulun cavabdeh X1 alınaraq dövlət büdcəsinə ödənilməsi, İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun 50 manat hissəsinin cavabdeh X1 alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh münasibətdə “yolun açılması” hissəsində və “cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması” hissəsində isə təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, iddiaçının heç bir mülkiyyətinə toxunmadığı halda, hakim iddianı təmin edərkən Konstitusiyanın müvafiq maddəsinə istinad etmişdir. Halbuki, iş materiallarında preyudisial əhəmiyyətli qərarlarla və yazılı sübutlarla açıq-aşkar iddiaçının mülkiyyətinin digər cavabdeh İltifat Xanmuradov tərəfindən zəbt edildiyi halda iddia tələbi ona münasibətdə qismən təmin olunmuşdur. O, iddiaçını onun heç bir mülkiyyətindən məhrum etməmiş, onun barəsində sərəncam verməmiş, ondan istifadə etməmişdir. Ümumiyyətlə, iş materiallarında belə bir halı təsdiq edən heç bir sübut yoxdur. "Azərbaycanda torpaqların zəbt edilməsi qanunla qadağan olunur deyən Məhkəmə digər cavabdehin ikinci "Torpaq sahəsinin planı"nda açıq aşkar 0,847 ha torpaq sahəsinin zəbt edildiyi qeyd olunduğu halda buna müdaxilə etməmişdir. İş materiallarında onun iddiaçının torpaq sahəsini zəbt etməsi barədə heç bir sübut yoxdur. Digər cavabdeh isə həm də Təngərüd kəndinin baş planında "1514BB" koordinatı ilə göstərilmiş bələdiyyənin ehtiyat fond torpaq sahəsini, iddiaçının xüsusi mülkiyyəti olan torpaq sahəsinin bir qismini və hətta həyətyanı torpaq sahəsinin bir neçə addımlığında yerləşən Təngərüd çayının süni kanalı boyunca ).02 ha-ya yaxın dövlət torpağını zəbt edib öz təsərrüfatını qeyri-qanuni olaraq genişləndirmişdir. Yerində müayinə aparılsa bunun şahidi olmaq olar. Əgər torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunursa, onda Məhkəmə iddiaçının pozulmuş əmlak hüquqlarını digər cavabdehin qarşısında qorumaq üçün obyektiv və qanuni bir qətnamə qəbul etmiş olardı. İddiaçı ona məxsus olan əmlak barəsində sərbəst sərəncam verə bilmir, ondan sərbəst istifadə edə bilmir, çünki digər cavabdeh 04 mart 2020-ci il tarixində onun daşınmaz əmlakının, yəni torpaq sahəsinin təxminən yarısını üstündə inşa etdiyi qanunsuz fərdi yaşayış evi ilə birlikdə öz adına rəsmiləşdirmişdir. İddiaçının dövlət qeydiyyatı haqqında ərizəsinə də məhz elə buna görə imtina cavabı verilmişdir. Cavabdehin iş materiallarında olan diskə köçürülmüş sənədləri buna sübutdur. Yuxarıda qeyd etdiyi kimi, o, iddiaçının əmlakını zəbt etmədiyi halda məhkəmə onun geri qaytarılmasının məcburiliyini qeyd edir. Halbuki, iş materiallarında iddiaçı onun əmlakını zəbt etməsi yaxud özbaşına tutmağı barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə 01 mart 2023-cü il tarixində keçirilmiş yekun məhkəmə baxış iclasının yeri və vaxtı barədə onu rəsmi qaydada məlumatlandırmamış və beləliklə, onu MPM-nin 47.2ci maddəsində müəyyən edilmiş prosessual hüquqlardan istifadə etməkdən məhrum etmişdir. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə tərəfindən ona heç bir rəsmi bildiriş göndərilməmişdir. Məhkəmə onun 26 iyul 2022-ci il tarixində keçirilmiş məhkəmə baxış iclasında Almaniya Federativ Respublikasında yaşayan qardaşı, mərhum atasının notarial vəsiyyətnaməsi üzrə həm vərəsəsi olan qardaşı X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi haqqında verdiyi şifahi və yazılı vəsatətini şifahi şəkildə təmin etsə də, bu barədə yazılı şəkildə heç bir qərardad qəbul etməmiş və beləliklə onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə isə həm ekspert rəyinin və həm də mütəxəssis rəyinin həqiqliyinə və mötəbərliyinə kifayət qədər şübhə olduğu halda, həmin rəylərə heç bir müdaxilə etməmiş, onlara dair heç bir hüquqi dəyərləndirmə aparmamış və beləliklə, ekspert və mütəxəssis rəyini özü üçün məcburi hesab edərək, onları məzmununda heç bir dəyişiklik edilmədən, olduğu kimi qətnaməyə daxil etmişdir. Məhkəmə MPM-nin 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, onun istifadəsində və mülkiyyətində olan torpaq sahəsində ekspertiza tədqiqatları aparılmasından azad edilməsi haqqında 26 iyul 2022-ci il tarixli, 2(018)-647/2022 saylı qərardad qəbul etdiyi halda, qətnamənin nəticə hissəsində ondan ekspertizanın dəyəri olan 50 (əlli) manat pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. Məhkəmə İddiaçı və digər cavabdeh İltifat Xanmuradovun məhkəməyə təqdim etdiyi sübutlardan heç birini ona göndərməmiş və təqdim etməmişdir. O, şəxsən 29 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında Astara Rayon Məhkəməsinin preyudisial əhəmiyyət kəsb edən 24 avqust 2016-cı il tarixli, 2(018)- 34/2016 saylı qətnaməsinə, Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)- 13/2018 saylı qətnaməsinə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)-3372/2018 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019- cu il tarixli, 2(102)-3256/2019 saylı qərarına və Astara Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsini hakimin diqqətinə çatdırsa da belə, məhkəmə iddia ərizəsini icraata qəbul etmişdir. Halbuki Məhkəmə MPM-nin 153.3-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış bir qərardad çıxara bilərdi. Məhkəmə 3 mülki iş üzrə qanuni qüvvəyə minmiş Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)-13/2018 saylı qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)-3372/2018 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019- cu il tarixli, 2(102)-3256/2019 saylı qərarı və Astara Rayon Məhkəməsinin 05 avqust 2021 -ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş faktları həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə şərait yaratmış və həmin faktları yenidən sübut etməyə təşəbbüs göstərmişdir. Nəticədə, məhkəmənin mübahisələndirilən hazırkı qətnaməsi hüquqi müəyyənlik prinsipini pozur və yuxarıda adlarını sadaladığı preyudisial əhəmiyyətli məhkəmə aktları ilə kolliziya yaradır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə digər cavabdeh İltifat Xanmuradovun Məhkəməyə diskdə təqdim etdiyi "Torpaq sahəsinin plam"nda qeyd edilmiş 0,848 ha zəbt torpaq sahəsinin statusunu, mülkiyyətçisini müəyyənləşdirməli idi, bəlkə iddiaçının iddia etdiyi yol həmin zəbt olunmuş torpaq sahəsinin hüdudları daxilindən keçir. Əslində bu elə doğrudan da belədir. Bu barədə dəlillərini şikayətdə tam təfsilatı ilə göstərmişdir. Məhkəmə bu halda digər cavabdeh İltifat Xanmuradovun iddiaçıdan zəbt etdiyi 0,07 ha həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında qətnamə qəbul etməklə idddiaçıya qanuni məxsus olan gediş-gəliş yolunun, o cümlədən avtomobil yolunun açılmasına nail ola bilərdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Göstərmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etmir, ona etiraz olaraq- Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, № 2(018)-14/2023 saylı Qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını Şirvan Apellyasiya Məhkəməsindən xahiş etmişdir. 1) Cavabdeh Apellyasiya şikayətinin 3-cü səhifəsinin birinci abzasında: “Mən iddiaçının heç bir mülkiyyətinə toxunmadığını halda, hakim iddianı təmin edərkən Konstitusiyanın müvafiq- 13-cü maddəsinə istinad etmişdir. Halbuki, iş materiallarında preyudisial əhəmiyyətli qərarlarla və yazılı sübutlarla açıq-aşkar iddiaçının mülkiyyətinin digər cavabdeh İltifat Xanmuradov tərəfindən zəbt edildiyi halda iddia tələbi mənə münasibətdə qismən təmin olunmuşdur. ” deyə bildirilib. Cavab olaraq bildirmişdir ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/8307 nömrəli ekspert rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci İİ tarixli, 88 saylı qərarı əsasında JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələri yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,15 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur, (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarına əsasən JN-209A (kod 80110018 saylı) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X6 və ailə üzvlərinin mülkiyyətlərinə 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə (üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə) daşınmaz əmlakın dövlət reyestrindən 04 mart 2020ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış sənədi tərtib olunmuşdur. X6 və ailə üzvlərinin daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətlərində olan həmin 0,09 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. 2) Apellyasiya şikayətinin 6-cı səhifəsinin ilk abzasında: “MPM-nin 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, mənim istifadəmdə və mülkiyyətimdə olan torpaq sahəsində ekspertiza tədqiqatlarının aparılmasından azad edilməyim haqqında 26 iyul 2022-ci il tarixli, 2(018)-647/2022 saylı qərardad qəbul etdiyi halda, qətnamənin nəticə hissəsində məndən ekspertizanın dəyəri olan 50 (əlli) manat pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. ” qeyd olunsa da, onun Azərbaycan Respublikası MPM- nin 228.2 maddəsinin tələblərinə müvafiq olaraq, Qərardadda buraxılmış səhvlərin düzəldilməsi barədə Astara Rayon Məhkəməsinə ünvanladığı ərizədən sonra həmin göstərilən qərardad dəyişdirilmişdir. Odur ki, tərəflərə 27 iyul 2022-ci il tarixli, 2(018)-647/2022 saylı Qərardad (qoşma olaraq əlavə edirəm) göndərilməklə yanlışlığın düzəldilməsi barədə məlumat verilmişdir. Cavabdehin qeyd etdikləri absurddur. 3) Cavabdeh Apellyasiya şikayətinin 8-ci səhifəsinin sonuncu abzasında- “Mən məhkəmədən rəsmi qaydada heç bir bildiriş almadığıma görə yekun məhkəmə iclasında iştirak etməmişəm” kimi sübuta yetirilməyən, əsası olmayan yanlış fikirlərini qeyd etmişdir. Cavab olaraq qeyd etmək zəruridir ki, Astara Rayon Məhkəməsi də digər məhkəmələr kimi elektron məlikəmə sisteminə daxildir; yəni tərəflərə istənilən halda sms məlikəmə bildirişi göndərilmişdir. 4) Apellyasiya şikayətinin 9-cu səhifəsində cavabdeh “məhkəmə digər cavabdeh İltifat Xanmuradovun məhkəməyə diskdə təqdim etdiyi “Torpaq sahəsinin planı ”ııda qeyd edilmiş 0,848 ha zəbt torpaq sahəsinin statusunu, mülkiyyətçisini müəyyənləşdirməli idi, bəlkə iddiaçının iddia etdiyi yol həmin zəbt olunmuş torpaq sahəsinin hüdudları daxilindən keçir. Əslində bu elə doğrudan da belədir" cümlələrinə əsaslanaraq iddiam tələbimin qanunsuz və əsassız təmin edilməsini hesab edir. Bununla bağlı isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı (qoşma olaraq əlavə edirəm) ilə bir daha müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin 26-cı səhifəsinin ikinci abzasında qeyd etdiyi, “ilkin iddiaçı X5 (hazırki mülki işdə İddiaçı əri-R.X) qonşusu X6 ilkin iddiaçı X7 həyətyanı torpaq sahəsinin “B”-dən “D”-yə qədər olan sərhədindən onun həyətyanı torpaq sahəsinin bir hissəsinə müdaxilə edərək, onu zəbt etmişdir” fikirləri tamamilə absurddur. Odur ki, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətində mübahisələndirdiyi hissədə düzgün həll olunduğundan, yəni iş üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizə xarakteri daşıdığından iddia tələbimin rədd edilməsi üçün heç bir hüquqi əsaslar mövcud deyil. Yəni, apellyasiya şikayətində tutarlı fakt dəlil göstərilməmiş, şikayəti əsaslandıran mötəbər hüquqi sübut növləri təqdim edilməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayəti mülahizələrdən ibarət olduğundan ona etiraz edir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X14 iddia tələbinin məzmununa, həmçinin apellyasiya şikayətinə iddiaçı tərəfindən verilmiş etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, təxminən 30 ildir ki, onların yaşadıqları evə avtomobil yolu cavabdeh tərəfindən zəbt edilmişdir. Təxminən 8 ildir ki, evlərinə avtomobil yolunun açılması ilə bağlı məhkəmələrdə müxtəlif şəxslərə qarşı müxtəli iddialar qaldırmışdır. Bütün bu məhkəmələrin gedişi prosesində ona məlum olmuşdur ki, onların evinə gedən avtomobil yolu məhz cavabdeh Rüstəm Xammədov tərəfindən zəbt edilmişdir. Hazırda onlar öz evlərinə getmək üçün digər qonşusu tərəfindən onların gediş-gəlişinə icazə verilmiş dar bir çığırdan istifadə edirlər. Hesab etmişdir ki, apellyasiya şikayəti tam əsassızdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı 18 iyun 1956-cı il tarixdə Astara rayonu Maşxan kəndində anadan olmaqla, ailə üzvüləri ilə birlikdə Astara rayonu Təngərüd kəndində yaşayır. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin surətindən” məlum olur ki, X9 25 yanvar 1963-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-154A (KOD:********) saylı Şəhadətnamənin surətindən məlum olur ki, Astara rayon Aqrarİslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə onların ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Təngərüd kəndi ərazisində 0,15 hektar həyətyanı torpaq sahəsi X7 ailə üzvülərinin ümumi mülkiyyətlərinə verilmişdir. İşə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)- 815/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı cavabdehlər Cavabdeh, X3 və X4 qarşı “özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitələrinin keçməsi üçün servitut qoyulması” tələbi barədə iddiası əsassız olmasına görə təmin edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/8307 nömrəli ekspert rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci İİ tarixli, 88 saylı qərarı əsasında JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələri yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,15 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur, (bu daislahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarına əsasən JN-209A (kod 80110018 saylı) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X6 və ailə üzvlərinin mülkiyyətlərinə 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə (üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə) daşınmaz əmlakın dövlət reyestrindən 04 mart 2020- ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış sənədi tərtib olunmuşdur. X6 və ailə üzvlərinin daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətlərində olan həmin 0,09 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, yol kimi mübahisələndirilən torpaq sahəsi “Təngərüd kəndi ərazisində həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində ümumi istifadədə olan yol kimi öz əksini tapmışdır. Layihədə həmin yolun son nöqtəsi İddiaçı (ailə üzvlərinə) JN-154A və cavabdeh X4 (ailə üzvlərinə) JN- 209A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin giriş hissəsinə qədər (tərəflərin torpaq sahələrinin birləşən istinad nöqtəsinə qədər) işlənilmiş və bu da faktiki vəziyyətə uyğun gəlmir. Yəni “həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” kompleks yerquruluşu layihəsi (sözügedən mübahisəli əraziyə aid hissəsində) o vaxtı texniki xətalara görə naturaya uyğun tərtibolunmamışdır (yuxarıda bu barədə məlumat verilmişdir). Başqa sözlə layihədə tərəflərin (İddiaçı və cavabdeh X6) həyətyanı torpaq sahələrinin birləşən istinad nöqtəsinə qədər işlənilən yolun faktiki vəziyyətlə müqayisəsi zamanı məlum oldu ki, həmin yolun son nöqtəsi İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsinə kimi gedib çatmır. İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi isə layihədə nəzərdə tutulan yolun son nöqtəsindən təxminən 12- 14 m məsafədən sonra başlayır. Araşdırma zamanı kompleks yerqurluşu lahiyəsində öz əksini tapan həmin yolun (başlanğıc) hissəsidən başlayaraq bütövlükdə digər Cavabdeh tərəfindən qapı qoyularaq tutulması müəyyən olundu. Beləliklə, kompleks yerquruluşu layihəsində öz əksini tapan ümumi istifadə üçün nəzərdə tutulan həmin yolun giriş (başlanğıc) hissəsindən başlayaraq bütövlüklə digər Cavabdeh tərəfindən hasara alınaraq istifadə edilməsi müəyyən edildi. Layihədə nəzərdə tutulan həmin yolun cavabdeh X6 tərəfindən isə istifadə edilməməsi müəyyən olundu. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı əsasında verilmiş JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə 0,15 ha həyətyanı torpaq sahəsinə baza məlumatlarında başqa avtomobil yolu mövcud deyildir. Faktiki vəziyyətdə də İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilmədi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən evinə və həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun zəbt edilməsini bildirərək məhkəməyə müracət etmiş və işdə olan ekspert rəyinə əsasən həmin yolun Cavabdeh tərəfindən qapı qoyularaq tutulması müəyyən olunmuşdur. Baxılan işdə də birinci instansiya məhkəməsi işin hallarını bu norma əsasında araşdırmış və müəyyən etmişdir ki, İddiaçı və ailə üzvlərinin evinə və həyətyanı torpaq sahəsinə gedən ümumi istifadə üçün nəzərdə tutulan həmin yolun giriş (başlanğıc) hissəsindən başlayaraq bütövlüklə digər Cavabdeh tərəfindən hasara alınaraq istifadə edilməsi müəyyən edilmişdir. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi işin obyektiv araşdırıımlası məqsədilə iddiaçının həyətinə gedən yolun cavabdeh tərəfindən bağlanmasını müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/8307 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, yol kimi mübahisələndirilən torpaq sahəsi “Təngərüd kəndi ərazisində həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində ümumi istifadədə olan yol kimi öz əksini tapmışdır. Layihədə həmin yolun son nöqtəsi İddiaçı (ailə üzvlərinə) JN-154A və cavabdeh X4 (ailə üzvlərinə) JN- 209A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin giriş hissəsinə qədər (tərəflərin torpaq sahələrinin birləşən istinad nöqtəsinə qədər) işlənilmiş və bu da faktiki vəziyyətə uyğun gəlmir. Yəni “həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” kompleks yerquruluşu layihəsi (sözügedən mübahisəli əraziyə aid hissəsində) o vaxtı texniki xətalara görə naturaya uyğun tərtib olunmamışdır (yuxarıda bu barədə məlumat verilmişdir). Başqa sözlə layihədə tərəflərin (İddiaçı və cavabdeh X6) həyətyanı torpaq sahələrinin birləşən istinad nöqtəsinə qədər işlənilən yolun faktiki vəziyyətlə müqayisəsi zamanı məlum oldu ki, həmin yolun son nöqtəsi İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsinə kimi gedib çatmır. İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi isə layihədə nəzərdə tutulan yolun son nöqtəsindən təxminən 12- 14 m məsafədən sonra başlayır. Araşdırma zamanı kompleks yerqurluşu lahiyəsində öz əksini tapan həmin yolun (başlanğıc) hissəsidən başlayaraq bütövlükdə digər Cavabdeh tərəfindən qapı qoyularaq tutulması müəyyən olunmuşdur. Apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmamasının əsas səbəbini yolun digər cavabdeh tərəfindən tutulması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hazırki mübahisə üzrə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməsini onunla əsaslandırır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Beləliklə də, iş materiallarından aydın olur ki, iddiaçıya məxsus olan torpaq sahəsinə və evə gedən ümumi istifadədə olan yol mövcud olmuşdur. İddiaçıya məxsus həyətyanı sahəyə başqa alternativ ərazidən yolun açılması mümkün deyil. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin bu kimi hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndiriliməlidir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş yolun açılması və maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kollegiya sonda apellyasiya şikayətinin daha bir dəlilinə, yəni cavabdeh tərəfin məhkəmə iclasının yeri və vaxtından məlumatsız olmasına da qiymət verərək qeyd edir ki, iş materiallarından məlum olur ki, cavabdehlər məhkəmə iclasının yeri və vaxtı baradə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.