Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-808/2025 16.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Dövlət X8) əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(047)-140/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsinə qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(047)-140/2025 saylı qətnaməsi ilə (hakim Cavad İbrahimov) iddia tələbi təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı məxsus ******* saylı xx.xx.2011-ci il tarixli əmək kitabçasının, X9 İdarəsinin xx.xx.2011-ci il tarixli 23 nömrəli və xx.xx.2024 cü il tarixli 33/1 nömrəli əmrlərinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən X9 İdarəsində İV dərəcəli maşinist vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X8nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “X14 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət X8nin 27 may 2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X14 Xidməti” X17 təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi qeyd edilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə X10 rayonu üzrə bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və məvburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür və o, hal-hazırda Ağcabədi rayon Taxta körpü 245 saylı qəsəbə ev 25-də yaşayır. Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən və həmin idarənin vəzifəli şəxslərinin məlumatından görünür ki, X9 İdarəsində maşinist vəzifəsində işləmiş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini dəfələrlə pozmuş, işlədiyi müddət ərzində X9 İdarəsində üzərinə düşən, əmək funksiyasından irəli gələn işləri layiqincə yerinə yetirməmiş, rəhbərliyin tapşırıqlarına əməl etməmiş və nümunəvi işçi kimi yadda qalmamışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı işində heç bir dönüş yaratmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, Laçın Su X1 İdarəsinin rəisi X6 barəsində inzibati icraat başlanılaraq onun barəsində DƏMX-nin Qarabağ regional şöbəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolu tərtib etmiş və digər məsələlərin həlli üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilmişdir. Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsinin rəisi Vidadi Heydərov tərəfindən həmin idarənin Həmkarlar İttifaqı Komitəsinin sədri Müseyib İbrahimova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan, qeyd edilən idarənin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan, həmçinin 6 saylı protokolunun qərarından, işçilərin müvafiq siyahısından və qeydiyyat jurnallarının təsdiqlənmiş surətlərindən görünür ki, Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsi tərəfindən işçilərin ştat vahidlərinin ixtisara düşməsi ilə əlaqədar münasibət bildirilməsi üçün həmin idarənin həmkarlar təşkilatına məktubla müraciət olunmuş və məktubda adları qeyd edilmiş işçilərin, o cümlədən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində (ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar) əsasən işdən azad olunmasına idarənin həmkarlar təşkilatının etiraz etməməsi barədə qərar qəbul olunmuşdur. X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, İddiaçı 07 noyabr 2024-cü il tarixdə mediatora müraciət etmiş və onunla Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixə saat 15:40-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsinə dəvət edilməmiş, onunla hər hansı formada əlaqə saxlanmamışdır. Bütün yazışmalar sonradan qeydiyyat jurnallarına əlavə edilmiş, qeydiyyat jurnallarının qaytanlanması və möhürlə təsdiqlənməsi müəyyən edilməmişdir. Həmçinin məhkəmə tərəfindən ixtisar olunan və işdə saxlanılan işçilərin siyahısı, onların peşəkarlıq səviyyəsini əks etdirən məlumatlar cavabdehdən tələb edilsə də, həmin məlumatlar məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən qərəzli şəkildə iddiaçının iddia tələbi rədd edilmişdir. Belə ki, iddiaçıdan peşəkarlıq səviyyəsi aşağı olan işçilər işdə saxlanılmış, iddiaçı isə məcburi köçkün olmağına baxmayaraq işdən azad edilmişdir. Həmçinin cavabdeh tərəfindən əmrin forma və məzmununa riayət edilməməsi aşkar şəkildə görünsə də, məhkəmə tərəfindən bu hala heç bir hüquqi qiymət verilməmişdir. Bununla yanaşı, məhkəmə iş materiallarında Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi X14 Xidməti X17 Laçın Su X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnaməyə və həmin idarənin vəzifəli şəxslərinin məlumatına əsaslanaraq X9 İdarəsində maşinist vəzifəsində işləmiş İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini dəfələrlə pozmasını, işlədiyi müddət ərzində X9 İdarəsində üzərinə düşən əmək funksiyasından irəli gələn işləri layiqincə yerinə yetirməməsini, rəhbərliyin tapşırıqlarına əməl etməməsini və nümunəvi işçi kimi yadda qalmamasını, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı işində heç bir dönüş yaratmamasını qeyd etmiş, lakin qeyd edilən halların hansı yazılı sübutlarla söykənməsini əsaslandırmamışdır. Belə ki, qeyd edilən hallar şər və böhtan olmaqla cavabdehin öz əməllərini ört-basdır etmək üçün atmış olduğu addımdır və hər hansı mötəbər sübuta əsaslanmır. Hazırkı halda həmkarlar ittifaqı komitəsi tərəfindən hər hansı araşdırma aparılmadan, iddiaçının izahatı alınmadan, dəvət edilmədən, ümumiyyətlə bu barədə ona hər hansı xəbərdarlıq edilmədən işdən azad edilmişdir. İddiaçı məhkəmədə izahat verərək göstərdi ki, işindən qanunsuz olaraq çıxarılmış və onun əvəzinə başqa işçi gətirilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Dövlət X8) qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(047)-140/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmiş və məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən X9 İdarəsində İV dərəcəli maşinist vəzifəsinə təyin edilmiş, bundan sonra Azərbaycan Dövlət X8nin 27 may 2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X14 Xidməti” X17 təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüş və bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə ona bildirilmiş və qeyd edilən məlumatların dərc edildiyi məktub xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsi tərəfindən işçilərin ştat vahidlərinin ixtisara düşməsi ilə əlaqədar münasibət bildirilməsi üçün həmin idarənin həmkarlar ittifaqı təşkilatına müraciət olunmuş və həmin müraciət əsasında siyahıda adları qeyd edilmiş işçilərin, o cümlədən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində (ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar) əsasən işdən azad olunmasına idarənin həmkarlar ittifaqı təşkilatının etiraz etməməsi barədə qərar da qəbul olunmuş və bundan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Bundan başqa, İddiaçı Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsinə qarşı əmək mübahisəsinə dair ərizə ilə mediatora müraciət etmiş, lakin onunla Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 Laçın Su X1 İdarəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixə saat 15:40-da keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmiş və ona görə də, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə tərkibi hazırkı mülki iş üzrə gəldiyi qənaət üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ən yüksək dəyər olaraq qəbul edərək onların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Habelə Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya ilə təminat altına alınan bu hüquq təkcə fundamental hüquq deyil, həm də digər əsas hüquq və azadlıqların lazımi şəkildə həyata keçirilməsini və qorunmasını təmin edən ən səmərəli vasitələrdən biridir. Nəzərə alınmalıdır ki, “L.İ.Binnətovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X3rşı iş üzrə” 1985-ci il 28 may, “Bellet Fransaya qarşı iş üzrə” 1995-ci il 4 dekabr tarixli qərarlar). Əsas hüquq və azadlıqların həyata keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirən, hüququ istifadəyə yararsız hala gətirən və ya ümumiyyətlə aradan qaldıran məhdudiyyətlər hüququn mahiyyətinə xələl yetirir. Bu səbəbdən hüquqların müdafiəsinin təmin edilməsi və hüquq pozuntularının aradan qaldırılması ilə bağlı hüquqi qaydalar müəyyən edilərkən ədalət və qanunun aliliyi kimi konstitusiya prinsipləri əsas götürülməlidir. Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə MPM-lə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir. MPM-in 2-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 50.1-50.3-cü maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər; İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir. Bu zaman diqqətə çatdırılmalıdır ki, MPM-in mülki prosessual hüquq qabiliyyətini müəyyən edən 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Habelə MPM-in 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, hüquqi şəxslərin işdə iştirakı onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Bu zaman hüquqi şəxsin struktur vahidlərinə münasibətdə xüsusi olaraq qeyd olunmalıdır ki, MPM-in 53-cü maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır. Hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Göstərilən norma Mülki Prosessual Məcəllənin 50-ci maddəsinin digər normaları ilə sistemli əlaqədə olaraq, hər hansı hüquqi şəxs olmayan təşkilat barəsində yalnız qanunvericilikdə xüsusi göstəriş olduğu təqdirdə onun mülki prosesdə tərəf qismində çıxış etməsini mümkün hesab edir. Məhkəmə tərkibi onu da qeyd edir ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin hətta əmək münasibətlərində tərəf - işəgötürən qismində çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Beləcə, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. İşdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X8nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “X14 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət X8nin 27 may 2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X14 Xidməti” X17 sturukturu və ştat cədvəli təsdiq edilmişdir. Laçın Su X1 İdarəsi də adıçəkilən hüquqi şəxsin sturuktur bölmələrindən olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X17 26 avqust 2024-cü il tarxli əmri ilə Laçın Su X1 İdarəsi və digər struktur bölmələrinin adları yeni struktura uyğunlaşdırılmışdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, göstərilənlər hazırkı tələb üzrə cavabdeh qismində məhz “X14 Xidməti” publik hüquqi şəxsi olmalıdır. Məhkəmə tərkibi onu da diqqətə çatdırır ki, hazırkı iş üzrə iddiaçı ərizə ilə məhkəməyə 19 dekabr 2024-cü il tarixdə müraciət etmişdir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-in 107 və 119.1-ci maddələri). Kollegiya, həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(047)-140/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-808/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-808/2025
16.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver