Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-813/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-133/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(048)-133/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia təmin edilərək, Lerik rayon Aqrar İslahat Komissiyasının Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına, JN:0301 Kod 80302058 saylı 26 aprel 2001-ci il tarixli 73 saylı qərarına əsasən X1 və ailə üzvlərinə verilmiş, Lerik rayon Notariat Ofisi tərəfindən,19 mart 2014-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı miras qalmış, 0,19 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 95 manat pulun, cəmi 195 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, əlavə olaraq Cavabdeh ekspertiza tədqiqatının dəyəri 50 manat pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh həm “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, həm də kağız daşıyıcıda olmaqla apellyasiya şikayətləri vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və onların qəbulundan imtina edilməlidir. Məhkəmə ilk öncə kağız daşıyıcıda təqdim edilmiş apellyasiya şikayəti ilə bağlı bildirir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmə kimi Lerik Rayon Məhkəməsinin qətnamələrindən verilən apellyasiya şikayətləri də məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilməli və elektron imza vasitəsilə imzalanmalıdır. Bu səbəbdən də cavabdehin kağız daşıyıcıda təqdim etmiş olduğu apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) tələblərinə uyğun deyil. Bundan əlavə, məhkəmə kollegiyası skan olunaraq elektron sistemə yerləşdirilən apellyasiya şikayəti ilə bağlı bildirir ki, həmin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən elektron sənəd hesab edilmir. Belə ki, apellyasiya şikayətinin skan edilərək elektron sistemə yerləşdirilməsi həmin şikayətin elektron sənəd formasında elektron kabinet vasitəsilə verilməsi hesab edilə bilməz. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bununla yanaşı, Cavabdeh həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə də apellyasiya şikayəti vermişdir. Lakin cavabdehin həmin apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir və apellyasiya şikayəti verilən zaman həmin formaya riayət edilməsi tələb olunur. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən apellyasiya şikayətində “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” ilə bağlı apellyasiya şikayətinin tələb olunan hissələrinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilmiş apellyasiya şikayətində ümumiyyətlə yer verilməmişdir. Apellyasiya şikayətində “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” ilə bağlı hissələr göstərilməyərək, cədvəldə sıra ilə göstərilməli olan hər bir normanın qarşısında onun pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair mövqe bildirilməmişdir. Bundan başqa, apellyasiya şikayətində “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər”, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” və “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” kimi hissələrə də ümumiyyətlə yer verilməmişdir. Həmçinin, cavabdeh “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsini də göstərməyərək, öz tələbini “İşin halları” başlığında qeyd etmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətlərinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətlərinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-133/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-813/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-813/2024
15.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver