Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-815/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(049)-136/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X1 miras qalmış Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.15 hektar torpaq sahəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və faktiki vərəsə kimi həmin torpaq sahəsinə tək vərəsə olmağı barədə müvafiq şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan o, tələbini azaldaraq mərhum atası X1 miras qalmış Lənkəran rayonu, Şilavar kəndində yerləşən JN-797A, kod 80213018 olan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.15 hektar torpaq sahəsinə onun miras kütləsinin ümumilikdə qəbul edən vərəsə kimi tanınmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında o, ərizə təqdim edərək göstərmişdir ki, ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(049)-136/2024 saylı (X3) qərardadı ilə, ərizəsi təmin edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər, eləcə də ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmışdır. Ərizəçi xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək Konstitusiya Məhkəməsinin qərarının xx.xx.2023-cü il tarixdən sonrakı hallara şamil edildiyini göstərib, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət geri qaytarılmış və ərizəçiyə prosessual müddətin bərpasına dair ərizə verməklə qərardaddan şikayət vermək hüququ izah edilmişdir. Ərizəçi elektron qaydada həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə onun verdiyi şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Bundan sonra Ərizəçi şikayətini də əlavə etməklə, göstərilən qərardaddan şikayəti vermək üçün prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə məhkəməyə xx.xx.2024-cü il tarix, saat 17:07- də daxil olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə onun qərardaddan şikayət vermək üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadı ilə, Konstitusiya Məhkəməsinin qərarına görə ərizə onun ərizəsinə əsasən geri qaytarılmışdır. Hazırda ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixə kimi məhkəmə icraatına daxil olan belə işlərə məhkəmələrdə baxılmalıdır. Odur ki, qeyd olunan qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(049)-136/2024 saylı qərardadı ilə Ərizəçi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-136/2024 saylı qərardadından verdiyi şikayət təmin olunmayaraq, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 02 aprel 2024-cü il tarixdə daxil olmuş və Ərizəçi tərəfindən verilmiş şikayət 04 aprel 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, iddia ərizəsinin geri qaytarılmasını, Ərizəçi iddia ərizəsinin geri qaytarılması barədə müraciət etməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etdi. İş üzrə birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında ərizəçi məhkəməyə ərizə təqdim edərək Konstitusiya Məhkəməsinin qərarına əsasən vərəsənin 03 ay müddətində mirasdan imtina etmədiyi təqdirdə mirası qəbul etmiş hesab olunduğunu, buna görə də tərəfindən mirası qəbul etmiş hesab edildiyini və tələbinə məhkəmə iclasında baxılmasına zərurət qalmadığını göstərməklə ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələblərini rəhbər tutub onun ərizəsini geri qaytarmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Kollegiya qeyd edir ki, hər kəsin ədalətli məhkəmə araşdırması hüququ vardır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı şəxslər bu hüququ qanunla nəzərdə tutulmuş formada və qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək yolu ilə həyata keçirə bilir. O da nəzərə alınmalıdır ki, iddiaçı verdiyi iddia ərizəsini geri götürülməsini məhkəmədən xahiş edə bilər, məhkəmə iddiaçının xahişi əsasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ( dövlət rüsumu daxil olmaqla) qaytardıqda məhkəmədə mülki işə başlamaq üçün əsaslar aradan qalxmış olur. Bu halda yalnız iddiaçı öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün və ya təsdiqi üçün məhkəməyə müraciət etdiyi halda məhkəmədə iş başlanar və məhkəmə icraatı üçün əsaslar yaranar. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardadın qanuni qüvvəsini aldıqdan sonra verilmiş ərizə üzrə məhkəmə icraatının davam etdirilməsi barədə vəsatətini təmin etməmişdir. Ona görə də, kollegiya hesab edir ki, ərizəçinin şikayətində göstərdiyi hallar Lənkəran Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(049)-136/2024 saylı qərardadının ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(049)-136/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-815/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-815/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver