Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-819/2024 27.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin direktoru Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinə qarşı Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxarılmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-119/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 may 2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxanlmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, ali təhsilli olmaqla təhsildə sosial psixoloji xidmət ixtisaslıdır. Ailəli olmaqla himayəsində 3 nəfər azyaşlı uşağı vardılr. Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbində psixoloq müəllim vəzifəsində işləyirdi. İşlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmişdir. Heç bir xəbərdarlıq və töhmət almamışdır. 2023-cü ilin avqust ayının 28-də cavabdeh təşkilatın direktoru onu çağıraraq ərizə yazaraq işdən çıxmasını ondan tələb etmişdir. O, səbəbini soruşduqda cavabdeh onun barəsində polisdə cinayət işinin olması barədə məlumatı olmasını, ona görə də öz ərizəsi ilə işdən çıxmalı olduğunu bildirmişdir. Səhəri gün, yəni 29 avqust 2023cü il tarixdə işə gedərkən məktəbin direktor ərizə ona verməzsə onu işdən çıxaracağını bildirmişdir. 30 avqust 2023-cü il tarixdə direktor ona telefon edərək onu işdən çıxardığını və bu barədə əmr verdiyini ona bildirmişdir. Hesab edir ki, cavabdeh təşkilatın barəsində verdiyi 30 avqust 2023-cü il tarixli 124 saylı əmr qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilat onun əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad edilməklə onu işdən azad etmişdir. Birincisi, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.O, həmkarlar ittifaqının üzvü olmaqla hər ay üzvlük haqqı vermişdir. Onun işdən çıxarılması ilə bağlı həmkarlar təşkilatından heç bir razılıq alınmamışdır. Hesab edir o, işdən çıxarılarkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İkincisi, əmrində yazılır ki, o, "əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə" işdən azad edilmişdir. O, hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki, Əmək Məcəlləsinin 84.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.Ona aid əmrdə isə 84.1-ci maddəsinin 5-ci bəndi "əmək müqaviləsinin ləğv edilməsinin əsası" 6-cı bənd həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 8-ci bənd əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.Göstərdiyi normalar pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə görə İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarım pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Onun barəsində cavabdeh tərəfindən intizam tənbehlərindən heç biri tətbiq edilmədən, yalnız işdən çıxarılma tətbiq edilmişdir. Ücüncüsü, əmək müfəttişliyinə şikayət etdikdən sonra direktor ona bildirmişdir ki, guya o, 26, 28, 29 avqust 2023-cü il tarixlərdə işdə olmamışdır. Halbuku o, həmin tarixlərdə işdə olmuş və davamiyyət jurnalına imza etmişdir. Sonda iddiaçı Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxanllmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Biləsuvar rayon Şirinov adına Təzəkənd kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirməklə, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-119/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (X2) İddiaçının cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinə qarşı Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxarılmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14, 42, 70-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-119/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 119/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin direktoru Nümayəndə2 apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-119/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı keçirilən iclasda iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-119/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi yazılı formada bağlanır.Həmin maddənin 2-ci bəndinə görə tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 57-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. 72-ci maddənin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən: Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarınıişəgötürənə təqdim etməlidir. 71-ci maddənin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-119/2024 saylı, 13 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023- 02550 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Şirvan-Salyan Regional şöbəsinin 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı şöbəyə müraciət etmiş və şöbə tərəfindən ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Biləsuvar rayon Təzəkənd kənd tam orta məktəbində psixoloq təyin edilmiş və xx.xx.2023-cü il tarixdən məktəbin psixoloqu İddiaçı özünün üzərinə düşən vəzifələri kobud şəkildə pozaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin 26 avqust 2023-cü il tarixli, 28 avqust 2023-cü il tarixli, 29 avqust 2023-cü il tarixli və 30 avqust 2023-cü il tarixli aktlarından görünür ki, 26, 28, 29 və 30 avqust 2023- cü il tarixlərdə məktəbin psixoloqu İddiaçı iş yerində olmamışdır. İş materiallarında olan Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin Həmkarlar Təşkilatının 30 avqust 2023-cü il tarixli 01 saylı potokolundan görünür ki, Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin psixoloqu İddiaçının əmək vəzifələrini yerinə yetirmədəiyinə və bununla da əmək intizamını pozduğuna görə barəsində əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbi üzrə 30 avqust 2023-cü il tarixli 124 saylı əmrdən görünür ki, məktəbin psixoloqu İddiaçı özünün üzərinə düşən vəzifələri kobud şəkildə pozaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək və uzun müddət işə gəlmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim ediilmiş və iş materialarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(022)- 170/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin 26 avqust 2023-cü il tarixli, 28 avqust 2023cü il tarixli, 29 avqust 2023-cü il tarixli və 30 avqust 2023-cü il tarixli aktlarından və işin müəyyən edilmiş faktiki hallarından görünür ki, 26, 28, 29 və 30 avqust 2023-cü il tarixlərdə məktəbin psixoloqu İddiaçı iş yerində olmamışdır. Ona görə də 26 avqust 2023-cü il, 28 avqust 2023-cü il, 29 avqust 2023-cü il və 30 avqust 2023-cü il tarixlərdə Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbində müvafiq olaraq aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 57-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. İşçilərlə işəgötürənlər arasında əmək-hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. 72-ci maddənin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin kollektivi tərəfindən tərtib edilərək təsdiq edilmiş 30 avqust 2023-cü il tarixli aktda qeyd olunur ki, məktəbin psixoloqu İddiaçı məktəbdə işlədiyi dövr ərzində fəaliyyətinin çox aşağı səviyyədə olduğunu müəyyən etdik. Buna səbəb isə İddiaçı mütəmadi olaraq əmək müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirməməsidir. Belə ki, İddiaçı bəzən işə gəlmir, bəzən gec gəlir, hətta 26, 28, 29 və 30 avqust 2023-cü il tarixlərdə ümumiyyətlə işdə olmamış, şagirdlər arasında psixoloji durumu zəif olanlarla görüş təşkil etməmişdir. Bundan başqa son dövrlər məktəb rəhbərliyinə məlum olmuşdur ki, İddiaçı narkotik vasitələrdən istifadə edir, hazırda da Biləsuvar RPŞ-də onun barəsində narkotik vasitələrin istifadəsi ilə əlaqədar cinayət işi başlanmış, hal-hazırda istintaq hərəkətləri aparılır, hətta bu barədə də məktəbin şagirdləri də məlumatlıdır. Bütün bunlar məktəbdə yol verilən hesab edilə bilməz və İddiaçı bu hərəkətləri məktəbin və həmin məktəbin əmək kollektivinin hüquqlarına və qanuni mənafelərinə ziyan vurmaqla yanaşı, rayonda məktəbi də nüfuzdan salır. İş materiallarında olan Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin Həmkarlar Təşkilatının 30 avqust 2023-cü il tarixli 01 saylı potokolundan görünür ki, məktəbin psixoloqu İddiaçı 26, 28, 29 və 30 avqust 2023-cü il tarixlərdə işdə olmaması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin direktorunun təqdimatına həmkarlar təşkilatının iclasında baxılaraq müzakirə edilmiş və məktəbin psixoloqu İddiaçı əmək intizamını pozması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Göründüy kimi iddiaçı Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin psixoloqu İddiaçı 26, 28, 29 və 30 avqust 2023-cü il tarixlərdə işdə olmayaraq qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə məktəbdə işin, əmək və icra intizamının normal ahəngini pozmuş bununla da, o, işəgötürən olaraq məktəbin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Biləsuvar rayon Təzəkənd kənd tam orta məktəbində psixoloq təyin edilmiş və xx.xx.2023-cü il tarixdən məktəbin psixoloqu İddiaçı özünün üzərinə düşən vəzifələri kobud şəkildə pozaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi Əmək Məcəlləsinin tələblərinə uyğundur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür.
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-119/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-119/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.