Məhkəmə qərarları › İş №2(106)-820/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-820/2024

11.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-820/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Yaşar Xanoğlan oğlu Həşimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsin və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Biləsuvar rayon Yuxarı Ağalı bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Biləsuvar rayonu Yuxarı Ağalı kəndində 2.2957 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. (Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016, daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır). Biləsuvar rayon Yuxarı Ağalı bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz istifadə etdiyi, bələdiyyəyə məxsus 0,91 ha torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin bələdiyyəyə qaytarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu Yuxarı Ağalı kəndində bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən 0,91 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini heç bir hüquq müəyyənedici sənədi olmadan kənd sakini Cavabdeh qanunsuz olaraq balıq gölü yaratmaqla istifadə edir. Dəfələrlə cavabdehə həmin torpaq sahəsini boşaltması təklif olunsa da bundan imtina etmişdir. 06 dekabr 2022-ci il tarixdə ƏMDX-nin Cəlilabad Ərazi İdarəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdirinin, Yuxarı Ağalı kənd İcra Nümayəndəsinin və bələdiyyənin iştirakı ilə həmin sahəyə baxış keçirilməklə akt tərtib edilmişdir. Ona görə də Cavabdeh qanunsuz istifadə etdiyi bələdiyyəyə məxsus 0,91 hetar torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin bələdiyyəyə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddaçı Biləsuvar rayonu Yuxarı Ağalı bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu Ağalı kəndi ərazisində yerləşən 71.83 hektar torpaq sahəsinin 0.41 hektar hissəsindən çıxarılması, Cavabdeh ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsin və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, o məhkəmədə həmin ərazinin islahat aparıldığı zamandan ona verildiyini bildirmişdir. Eyni zamanda, iddiaçı onun 0.91 ha ərazini zəbt etdiyini bildirsə də, məhkəmə qətnaməsindən 0.41 ha hissənin onun istifadəsində olmaması, 0.41 ha hissəsinin isə onun istifadəsində olması qənaətinə gəlmişdir. İddiaçı 0.91 ha torpaq sahəsini mübahisələndirdiyi halda, məhkəmə qətnaməsində 0.92 ha torpaq sahəsindən söhbət gedir. Bundan başqa, məhkəmə qətnaməsindən, eləcə də ekspert rəyindən görünür ki, JN-135 saylı Dövlət Aktı ilə (**********97 reyestr nömrəli çıxarışla) onun ailə üzvləri ilə birlikdə mülkiyyətində 2.2957 ha torpaq səhəsi olsa da, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialına görə mülkiyyətində 2.11 ha torpaq sahəsi vardır. Bu, o deməkdir ki, torpaq islahatı zamanı ona verilmiş torpaq sahəsi 2019-2020-ci illərdə aparılmış torpaqların elektronlaşması zamanı 0.19 ha azaldılmışdır. Torpaqların elektronlaşması zamanı yol verilmiş qəsdən yol verilmiş xəta onu deməyə əsas verir ki, elektronlaşma zamanı torpağın ölçüsü ilə bərabər naturada yerləşmə vəziyyəti və döngə nöqtələrinin kordinatlarında da bilərəkdən xətalara yol verilmişdir. Buna görə də birinci instansiya məhkəməsi mülki iş üzrə təkrar ekspertiza təyin etməklə, ekspert qarşısında qoyulmuş suallarla köhnə, yəni torpağın dövlət aktındakı torpağın ölçüsü ilə bərabər naturada yerləşmə vəziyyəti və döngə nöqtələrinin koordinatlarında uyğunsuzluğun olub olmamasını da aydınlaşdırmalı idi. Hələ 2023-cü ildə Bələdiyyənin təşkilatçılığı və şikayəti əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı X3 Sərvətlər İdarəsinin rəis əvəzi X4 xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN 76840 saylıakt MN № ******* saylı inzibati protokol əsasında onun AR İXM-in 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərar qəbul etmişdi. Həmin qərar onun şikayətim əsasında Biləsuvar Rayon Məhkəməsində ləğv edilmişdir. Məhkəmə qərarını apellyasiya instansiyası məhkəməsinə təqdim edəcəkdir. Məhkəmə qərarında göstərilən digər 0.41 ha torpaq sahəsi Balharı çayının qoruma zolağına aid olan ərazidir. Bu gün Bələdiyyə həmin qoruma zolağını da zəbt edərək, öz mülkiyyəti hesab edir. Prosessualməsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı Biləsuvar rayon Yuxarı Ağalı bələdiyyəsi məhkəməyə teleqram göndərərək apellyasiya şikayətini qəbul etmədiyini qeyd etməklə bildirmişdir ki, cavabdeh qanunsuz olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. İddiaçı bələdiyyənin nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, Cavabdeh və onun ailə üzvlərinin xüsusi mülkiyyətində Biləsuvar rayonu Yuxarı Ağalı kəndində 2.2957 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. (Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016, daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır). Həmin ərazidə Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə Biləsuvar rayonu Yuxarı Ağalı kəndində yerləşən 71.83 ha torpaq sahəsi Biləsuvar rayonu Yuxarı Ağalı kənd bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İddiaçı Biləsuvar rayon Yuxarı Ağalı bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə, cavabdehin çıxarılmasını, torpaq sahəsinin təhvil verilməsini xahiş etmişdir. Hazırki tələbində iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən iddia vermişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mübahisəli sahənin iddiaçının qanuni sahibi olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə uyğun olaraq verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 yanvar 2024-cü il tarixli № 3-16-16/2- 10/9417 saylı ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Əraz İdarəsinin xx.xx.2023-cü il tarixli. 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən bələdiyyənin mülkiyyətində olan cəmi 71.83 hektar torpaq sahəsinin mübahisələndirilən 0.41 ha hissəsinin, Cavabdeh Abuzər oğlunun və onun ailə üzvlərinin JN- 135 saylı Dövlət Aktı ilə (**********97 reyestr nömrəli Çıxarışla) 2.2957 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə cavabdehin və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavı edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən bələdiyyələrin mülkiyyətində olan cəmi 71.83 hektar torpaq sahəsinin mübahisələndirilən 0.41 ha hissəsinin, Cavabdeh Abuzər oğlunun və onun ailə üzvlərinin JN-135 saylı Dövlət Aktı ilə (**********97 reyestr nömrəli Çıxarışla) 2.2957 ha (Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə cavabdehin ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.11 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşmədiyi, yəni hüdudlarından kənarda yerləşdiyi müəyyənləşdirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən bələdiyyənin mülkiyyətində olan cəmi 71.83 hektar torpaq sahəsinin mübahisələndirilən 0.41 hektaradək hissəsinin Cavabdeh faktiki istifadə etdiyi iddia olunan ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə iddiaçının mülkiyyətində olan və iddia edilən torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müəyyən edilir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, doğru qənaətə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(022)-28/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar