Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-820/2025 23.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh2 Şəxsin oğlu və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X4 və Cavabdeh2 Şəxsin oğluna qarşı maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi və faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)- 129/2025 saylı qətnaməsindən Cavabdeh2 Şəxsin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, X3 və Cavabdeh2 Şəxsin oğlunun üzərinə maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəsisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulması, ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat məbləğdə pul vəsaitinin qaytarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, təmsil etdiyi şəxsin Astara rayonu Şiyəkəran kəndi ərazisində Astara rayon 26 Bakı Komissari adına sovxozun xx.xx.1990-ci il tarixli 309 nömrəli əmrdən çıxarış əsasında İddiaçı 0,06 ha torpaq sahası ayrılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət sənədlərini almaqdan ötrü iddiaçı 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi idarasinin əməkdaşı çöl-ölçmə işlərini aparmaq istəsə də, X5 və X9 əməkdaşa maneələr törətmişdir. Bu səbəbdən də, 10 saylı Lənkəran Ərazi İdarəsi 19 avqust 2024-cü il tarixdə 3-21-3-43/2-2443/2024 saylı məktub ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmasi haqqında ona məktub ünvanlanmışdır. Məktubda sənədlərin qanuna müvafiqliyi tərəflərindən araşdırılarkən həmin torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim edilən sənədlə faktiki yerində olan vəziyyət müayinə aparılmadığından müəyyən edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də, imtina məktubu göndərilmişdir. Məktubda qeyd olunur ki, tərəflər arasında mübahisə mövcud olduğu üçün müayinənin aparılması mümkün olmamışdır. Həmin hərəkətlərin həyata keçirilmasinə X5 və Cavabdeh2 Şəxsin oğlu mane olurlar. Bu hərəkətləri ilə də onlar təmsil etdiyi şəxsin mülkiyyət hüququnu pozurlar. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (hakim İlqar Məmmədov) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Astara rayonu Şiyakəran kəndində ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsinin X5 və Cavabdeh2 Şəxsin oğluna qadağan edilməsi, onlardan ödənilmiş 101 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh2 Şəxsin oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-2443/2024 saylı məktubdan görünür ki, Astara rayonu Şiyəkəran kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması səbəbindən muayinənin (çöl-ölçmə işləri) aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23 və 24 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən, Qanunun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mulkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Astara RİH-in Astara rayon Dövlət Arxivinin xx.xx.2024-cü il taixli 163 nömrəli arayışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-cı il tarixli 342 nömrəli iclasın qərarına əsasən “26 Bakı Komissarı” adına sovxozun fəhlə və qulluqçularına həyətyanı torpaq sahəsi vermək üçün 11.34 ha örüş yeri ayrılmış, ayrılmış torpaq sahəsinin növbə əsasında göstərilən miqdarda adları qeyd olunmuş fəhlə və qulluqçulara və kənddə yaşayan vətəndaşlara verilməsi qeyd edilmiş və 176-cı sırada “İddiaçı 0.06 ha” qeyd edilmişdir. xx.xx.1992-ci il tarixli aktdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-cı il tarixli 342 nömrəli qərarı ilə və “26 Bakı Komissarı” adına sovxozun 02 noyabr 1990-cı il tarixli 304 nömrəli əmri ilə İddiaçı ev tikmək məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Astara rayonu Şiyəkəran kəndində anadan olmuşdur. Astara RİHB-nin Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 611 saylı arayışından görünür ki, İddiaçı Astara rayon Şiyəkəran kəndində yaşayır. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 17 noyabr 2025-ci il tarixli 3-21-3-43/2-3990/2025 saylı mütəxəssis rəyinə əsasən Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: Mübahisəli-Astara rayonu Şiyəkəran kəndi ərazisində yerləşən, Astara rayon “26 Bakı Komissarı” adına sovxozun xx.xx.1990-cı il tarixli 309 nömrəli əmrindən çıxarış əsasında İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) mülki iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması, xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin sahənin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Sözügedən 0,06 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) iddia olunan vəziyyətə uyğun öz əksini tapmaması müəyyən olunmuşdur. Belə ki, iddia olunan 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun faktiki koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0,048 ha hissəsinin həyətyanı sahə kimi təsvir edilməsi, qalan 0,012 ha hissəsinin isə gediş-gəliş yolu kimi (faktiki olaraq həmin yerdə gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuş) təsvir edilməsi müəyyən olunmuşdur. Bundan əlavə, sözügedən 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi və qeyd olunan 0,048 ha hissəsinin Cavabdeh2 Şəxsin oğlunun faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı mübahisəli ərazidə X3 və Cavabdeh2 Şəxsin oğlunun mülkiyyətlərində torpaq sahəsinin olmasına dair mövcud elektron kadastr baza məlumatlarında məlumat aşkar edilməmişdir. Mübahisəli ərazidə cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0,63 ha olması məlum olmuşdur. Qeyd olunan 0,63 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Qeyd olunan 0,63 ha torpaq sahəsinin faktiki istifadəçiləri Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) Cavabdeh2 Şəxsin oğlu və X6 qeyd edilmişdir. Astara rayon “26 Bakı Komissarı” adına sovxozun 02.11,1990-cı il tarixli, 309 nömrəli əmrindən çıxarış əsasında İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) mülki iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması, xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin sahənin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun cavabdehlər X5 və Cavabdeh2 Şəxsin oğlunun faktiki istifadələrində olan 0,63 ha torpaq sahəsinin sərhəd hüdudları daxilində (cavabdehlər tərəfindən quraşdırılmış çəpər daxilində) yerləşməsi müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə əlavə edilmiş sənədlər İddiaçı iddia etdiyi torpaq sahəsinin ona mənsubluğunu təsdiq etmir. Cavabdeh2 adına verilmiş Astara rayonun Şiyəkəran bələdiyyəsinin 21 may 2004-cü il tarixli, 05 nömrəli qərarı, torpaq alğı-satqısına dair aktı və Astara rayonu Şiyəkəran kəndində yerləşən Cavabdeh2 məxsus torpaq sahəsinin yerquruluşu planı mübahisəli torpağın Cavabdeh2 məxsusluğunu təsdiq etməklə naturada və sənəd üzrə yeri müəyyən etmək mümkündür. Torpaq sahəsinin alğı-satqısına dair sənədlər - qərar, akt, torpaq sahəsinin yerquruluşu planı etibarsız hesab edilməmiş və hal-hazırda qüvvədədir. Cavabdeh2 adına olan torpaq sahəsinin yerquruluşu planına görə Cavabdeh2 Astara rayon Şiyəkəran bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə yeri müəyyən etmək mümkün olduğu halda, İddiaçı torpaq sahəsinin yerləşmə yeri müəyyən deyil, torpaq sahəsinin yerquruluşu planı naturada işlənməsinə dair sənəd yoxdur. Bunlara görə Cavabdeh2 Astara rayon Şiyəkəran bələdiyyəsinin qərarı əsasında verilmiş torpaq sahəsinin İddiaçı torpaq sahəsi olduğu sübutlarla təsdiq olunmur. Astara rayon Şiyəkəran Bələdiyyəsinin qərarı əsasında Cavabdeh2 verilmiş 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş, **********37 nömrəli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişdə qeyd edilmişdir ki, mövcud elektron xəritə baza məlumatlarına əsasən müayinə edilən torpaq sahəsi JN-851A və JN -1378A nömrəli şəhadətnamələr üzrə digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Bunlara əsasən İddiaçı ona və atasına qarşı iddia qaldırılması əsassız olmuş və Astara Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qətnaməsinin ləğvini şərtləndirir. İddiaçı torpaq sahəsi mübahisəli torpaq sahəsindən 1 km-dən çox məsafədə yerləşir. Buna görə də, torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatları müəyyən edilməlidir. Məhkəmə qətnaməsinə görə həmin hallar müəyyən edilməmişdir. Bunları müəyyən edilməsinə görə məhkəmə tikinti-tikinti ekspertizası təyin edilməsi tələb olunur. Qeyd edilənlər mübahisəli torpaq sahəsi 851A və 1378A nömrəli şəhadətnamələrə görə JN-mülkiyyətdə olan torpaq sahəsi olduğuna görə İddiaçı həmin torpaq sahəsinə dair tələblərinin qanuni və əsaslı olduğunu təsdiq etmir. 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri mübahisəli torpaq sahəsində olmamış, Dövlət Reyestrı Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 avqust 2024-cü il tarixli 3-21-3-43/2-2443/ 2024 saylı məktubda qeyd edilənlər həqiqəti əks etdirmir və əsassızdır. Cavabdeh2 Şəxsin oğlunun nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, mübahisə olunan torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən müvafiq şəhadətnamələr mövcuddur və qeyd olunan sənədlər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, iş üzrə təyin edilmiş ekspertiza nəticəsində mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, sözügedən 0,06 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində iddia olunan ərazidə yerləşmir. Bu hal iddiaçı tərəfindən göstərilən ərazidə torpaq sahəsinin mövcudluğunun təsdiq edilmədiyini göstərir. Bundan əlavə, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. İddia olunan 6 sot torpaq sahəsinin Lənkəran şəhəri Şiyəkəran kəndinin hansı ərazisində yerləşdiyi dəqiq müəyyən edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı cavabdehin bələdiyyə ilə bağladığı alğı-satqı müqaviləsi mövcuddur. Sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, sonradan qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin mülkiyyətinə verilmişdir. Qeyd olunan bütün hallar iddiaçının tələbinin əsassız olduğunu göstərir. Cavabdeh2 Şəxsin oğlu məhkəmə iclasında bildirdi ki, nümayəndəsinin izah etdiyi mövqe ilə tamamilə razıdır. Mübahisə edilən torpaq sahəsini 2004-cü ildə alğı-satqı yolu ilə bələdiyyədən əldə etmişdir. Sözügedən alğı-satqı ilə bağlı bütün sənədlər, o cümlədən ödəniş qəbzləri mövcuddur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisə olunan torpaq sahəsi 1990-cı ildə 26 Bakı Komissarı kəndindən 11 ha ölçüsündə örüş sahəsi ayrılmaqla formalaşdırılmışdır. Sözügedən torpaq sahəsi həmin ildə onlara verilmiş və bu hal arxivdən əldə olunmuş müvafiq akt və arayışlarla təsdiq olunur. Torpaq sahəsi magistral yola yaxın ərazidə yerləşdiyindən, zamanla həmin ərazi üzrə çoxsaylı yerdəyişmələr aparılmışdır. Mübahisə predmeti olan torpaq sahəsi magistral yoldan təqribən 25–30 metr məsafədə yerləşir. Qeyd olunan hallar nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Diqqətə çatdrılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin Cavabdeh2 Şəxsin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 47.2-ci və 47.3-cü maddəsinə görə bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. TM-in 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 55-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. TM-in 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmamışdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia tələbi cavabdehlərin üzərinə maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəsisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulması ilə bağlıdır və işdəki sübutlara müəyyən edilmiş faktiki hallardan müəyyən olunur ki, iddia olunan 0,06 ha torpaq sahəsinin 0,048 ha hissəsinin həyətyanı sahə kimi təsvir edilmiş, qalan 0,012 ha hissəsinin isə gediş-gəliş yolu kimi (faktiki olaraq həmin yerdə gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuş) təsvir edilmişdir. Mübahisəli ərazidə cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0,63 ha olması məlum olmuşdur. Qeyd olunan 0,63 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuş və adıçəkilən torpaq sahəsinin faktiki istifadəçiləri Torpaqların elektron kadastr uçotu informasiya sistemində Cavabdeh2 Şəxsin oğlu və X6 qeyd edilmişdir. Göründüyü kimi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd edilmişdir. Beləcə göründüyü kimi, iddia ərizəsində yuxarıda göstərilən Astara rayonu Şiyəkəran kəndi ərazisində Astara rayon 26 Bakı Komissari adına sovxozun xx.xx.1990-ci il tarixli 309 nömrəli əmrdən çıxarış əsasında İddiaçı 0,06 ha torpaq sahəsi ayrıldığı göstərilsə də, o hazırkı iddia olunan tələb üzrə mülkiyyətçi kimi subyektiv hüquqa malik deyildir. Bundan başqa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbirstanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biridir. Qeyd olunan torpaq sahəsi mütəxəssis rəyindən də görünür ki, bələdiyyə mülkiyyətində olmaqla cavabdehlərin faktiki istifadəsindədir. Habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.1-ci və 11.2-ci maddələrinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Cavabdeh2 Şəxsin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-129/2025 saylı qətnaməsi - iddia tələbinin Astara rayonu Şiyakəran kəndində ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsinin Cavabdeh2 Şəxsin oğluna qadağan edilməsi, habelə Cavabdeh2 Şəxsin oğlundan dövlət rüsumu olaraq ödənilmiş 101 manat və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğlərdə pul vəsaitinin alınıb İddiaçı verilməsinin təmin edilməsi hissədə ləğv edilsin və iddia tələbi Cavabdeh2 Şəxsin oğluna aid hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-820/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-820/2025
23.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver