Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-823/2024 23.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Açar sözlər: fərdi yaşayış evinə köçürülmə. X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(050)- 192/2024 saylı qətnaməsindən (hakim Zeynal Zeynalov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 nikaha daxil olduğu və nikahdan əvvəl faktiki olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin fərdi yaşayış evində yaşadığı və onların birgə nikahından doğulmuş övladların hazırki vaxtadək qeydiyyatda olduğu, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 anadan olduqları tarixdən xx.xx.2021-ci il tarixədək həmin fərdi yaşayış evində yaşadıqları, hazırki vaxtadək qeydiyyatda olduqları Masallı rayonu, Səmidxan kəndindəki ailə üzvlərinə məxsus fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşadığı Masallı rayonu, Səmidxan kəndinə yerləşən fərdi yaşayış evinə küçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, İddiaçı1 Cavabdeh ilə nikahları 27 oktyabr 1999- cu il tarixdə, 22 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Cavabdehlə İddiaçı1 toyları el adəti ilə faktiki olaraq xx.xx.1997-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində keçirilmişdir. Həmin tarixdən ailə üzvləri Cavabdeh məxsus Masallı rayonu, Səmidxan kəndində olan fərdi yaşayış evində yaşamışlar. Cavabdeh ilə İddiaçı1 birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı4 doğulmuşlar. Hazırda birgə nikahdan doğulan övladların hər üçü müstəqil şəxslərdir və anaları İddiaçı1 ilə birlikdə yaşadıqları və qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülməkləri məqsədilə iddia tələbi irəli sürmüşlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh ilə bir yerdə yaşamaq, ailə təsərrüfatını birgə idarə etmək çox dözülməzdir. Cavabdeh spirtli içki aludəçisidir. Cavabdeh vaxtaşırı olaraq spirtli içkilər qəbul edərək ailədə səs-küy salır, qarşısına kim çıxırsa onu nəlayiq söyüşlərlə təhqir edir və hətta əldə qaldırmışdır. Cavabdehin bu hərəkətlərinə görə ailə üzləri 22 avqust 2021-ci il tarixdən etibarən birgə olaraq kirayədə yaşayırlar. Yaşayış üçün başqa mənzilləri yoxdur. Neçə illərdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 kirayədə yaşayırlar. Cavabdeh bir dəfə də olsa, onları öz evlərində yaşamağa dəvət etməmişdir. Evə getmək istədikdə insan ləyaqətini alçaldan, aşağılayan söyüşlərlə ailə üzvləri olan iddiaçıları təhqir etməklə evdən qovub və qovur. Hal-hazırda imkansız olaraq iddiaçılar birlikdə kirayədə yaşayırlar. Birgə nikahdan doğulan İddiaçı2 ailə qurmuşdur, amma buna baxmayaraq İddiaçı2 də atası evinə, qeydiyyatda olduğu ünvana gəlib-getmək hüququ vardır. Qeydiyyatda olduqları evinə köçürdükdən sonra cavabdeh onların evə gəlməsinə maneçilik törədər, ona görə də, iddiaçı qismində Fəridə də çıxış etmək qərarına gəlmişdir. Qeydiyyatda olduqları Masallı rayonu, Səmidxan kəndində yaşayış üçün normal şərait və yaşayış sahəsi qənaətbəxşdir.İddiaçı1 26 il bundan əvvəl valideynləri tərəfindən verilən cehiz ləvazimatları mebellər, yataq dəstləri və təsərrüfat əşyaları həmin evdə yerləşir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 aid olan geyim ləvazimatları və gündəlik işlənən paltarlar qeydiyyatda olduqları Masallı rayonu, Səmidxan kəndində fərdi yaşayış evində saxlanılır. Doğrudur, iddiaçılar indiyədək yaşadıqları və qeydiyyatda olduqları fərdi yaşayış evində heç bir işə qarışmamışlar, evdə böyüklərin dediklərinə əməl etmişlər, həmin ev onlarında evləridir. İddiaçıların İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 həmin evdə qeydiyyatda olduğu üçün və həmin evdə uzun müddət yaşadıqları üçün, həmin evdə yaşayış hüquqları olduğu üçün, həmin evdə yaşamalıdırlar, ayrı giriş çıxışları olmalıdır, hər dəfə yaşayacaqları evə giriş-çıxış zamanı onları sevməyənlərin görməsi münaqişə ilə qarşılana bilər. İddiaçı1 nikaha daxil olduğu və nikahdan əvvəl faktiki olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin fərdi yaşayış evində yaşadığı və hazırki vaxtadək qeydiyyatda olduğu, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 anadan olduqları tarixdən xx.xx.2021-ci il tarixədək həmin fərdi yaşayış evində yaşadıqları, hazırki vaxtadək qeydiyyatda olduqları və birgə yaşadıqları Masallı rayonu, Səmidxan kəndindəki ailə üzvlərinə məxsus fərdi yaşayış evinə köçürülmələri barədə verdikləri iddia tələbi əsaslı və qanuni olduğu üçün məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh ilə nikahları 27 oktyabr 1999-cu il tarixdə, 22 nömrəli akt qeydi ilə qeydə alınmışdır, cavabdehlə toyları el adəti ilə faktiki olaraq xx.xx.1997-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində keçirilmişdir, həmin tarixdən ailə üzvləri Cavabdeh məxsus Masallı rayonu, Səmidxan kəndində olan fərdi yaşayış evində yaşamışlar, Cavabdeh ilə birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı4 doğulmuşlar, ona görə də, yaşadıqları və qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülməkləri məqsədilə iddia tələbi irəli sürmüşlər, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı4 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək cavabdeh atası Cavabdeh məxsus Masallı rayonu, Səmidxan kəndində olan fərdi yaşayış evində doğulması və yaşadığı üçün və cavabdeh tərəfindən mübahisəli evə buraxılmadığı üçün Cavabdeh ilə birgə yaşadıqları evə köçürülməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izhatında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Xeyri uşaqları ilə birlikdə 4 il öncə evdən çıxıb getmişdir, dəfələrlə Xeyriyə və uşaqlarına evə qayıtması üçün danışıqlar aparsa da, heç bir nəticəsi olmamışdır. Həmçinin, o, uşaqlarının saxlanılmasında öz atalıq borcunu yerinə yetirmişdir. Uşaqlarını yedizdirmiş, geydirmiş və təhsil almaları üçün hər cür şərait yaratmışdır. Lakin Xeyri tərəfindən qız uşaqlarının pis yola salınmasını müşahidə etdiyi üçün Xeyri ilə tez-tez aralarında mübahisə yaranmışdır. Qeyd edilən səbəblərdən və hazırda qız uşaqlarının ailələli olması, oğlu və Xeyrinin isə yaşamaq üçün evlərinin olmasının nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(050)-192/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Masallı rayonu, Birinci Səmidxan kəndində yerləşən 1985-ci ildə tikilmiş Cavabdeh yaşadığı və istifadəsində olan 2 mərtəbəli, 5 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Məhkəmə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddələrinə istinad edərkən aparılmış məhkəmə araşdırması üzrə düzgün nəticəyə gəlməmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən “Mənzil fondu”na “vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) daxildir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla -- mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır”. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Azərbaycan RespublikasıKonstitusiyasının 2-ci bəndinə əsasən “Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər”. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən “Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərizələr üzrə qeydiyyatı tarixindən əmələ gəlir”. Belə ki, iş materiallarından da görünür ki, mübahisəli ev 1985-ci ildə valideynlərim tərəfindən inşa etdirilmiş və hal-hazıra kimi daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsiilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlımübahisələr mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun. Bu tarixədək yaranmış hüquq münasibətləriilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. Məhkəmə qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinadı zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına uyğun hərəkət etdiyini göstərməmişdir. Həmçinin məhkəmə sözügüdən maddəyə istinad etsə də, yekun qənaətinin köhnə redaksiyada olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə uyğun olub olmamasını açıqlamamış, bu hala hüquqi münasibət bildirməmişdir. Belə ki, Məhkəmənin xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən “icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan RespublikasıMənzil Məcəlləsinin 60-cı maddəsi haqqında “ 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, “Azərbaycan respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti. O cümlədən altı aya və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüuqlarından məhrum etmir...”. Köhnə redaksiyada olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən “Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayı. Məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsinsə digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. Hazırkı halda iddiaçılar öz iradələri ilə sözügedən yaşayış sahəsini 2021-ci ilin avqust ayında tərk edib getmişlər, yəni tələbkarların mübahisəli yaşayış sahəsini tərk edib getdikləri müddət aylarla deyil, illərlə ölçülür. Belə olan halda işə baxan məhkəmə bu fakta diqqət yetirməli və öz hüquqi münasibətini bildirməli idi. Məhkəmə MM-nin 180-ci maddəsinə əsasən qənaətini formalaşdırarkən yaşayış sahəsinin özbaşına tikili olmasına baxmayaraq mübahisəli məsələnin maddi hüquqi əsaslarının olduğuna diqqət çəkmiş, lakin həmin maddi hüquqi əsasların nədən ibarət olduğunu göstərməmişdir. Həmçinin məhkəmə həmin maddəni şərh edərkən diqqətəlayiq hal kimi “özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma olmadığını, həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığının təsbit olunduğunu göstərmişdir (səh.5, abzas 2- 3). Bu zaman məhkəmə həmin maddənin 2-ci hissəsinin tələblərinin öz mövqeyinə nə dərəcədə uyğun olub olmaması barədə hər hansı bir fikir bildirməmişdir. Belə ki, əgər özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmirsə, onun tikintiyə dair sərəncam vermək–onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdursa, hazırkı halda məhkəmə tələbkarların icarədar kimi kim tərəfindən qəbul edildiyinin açıqlamasını verməli, həmin şəxsin mübahisəli yaşayış sahəsinə hansı hüquqları olduğunu aydınlaşdırmalı. öz mövqeyini hüquqi əsaslar üzərində qurmalı idi. Göründüyü kimi məhkəmə yaşayış sahəsinin hüquqi rejimini detallı olaraq müəyyən etməmiş, tikilialtı torpaq sahəsinin kimə və ya kimlərə məxsus olduğunu aydınlaşdırmamış, tələbkarların həmin yaşayış sahəsinə köçürüləcəkləri təqdirdə kimlərin (üçüncü şəxslərin, miras şəriklərinin və ya bilavasitə oraya hüququ çatacaq şəxslərin) hüquqlarına toxunulması ilə bağlı heç bir fikir bildirməmiş, şəxslərin dairəsi müəyyən edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq gösərmişdir ki, cavabdeh iddiaçılara, xüsusilə oğlu və arvadına qarşı çox aqressivdir. Ailədə münaqişə yarandığına görə iddiaçılar 2022-ci ildə müvəqqəti olaraq evdən çıxaraq başqa yerdə kirayə tutaraq orada yaşamışlar. İddiaçıların bütün əmlakları da hazırda yaşadıqları evdədir. Ev özbaşına tikilidir. İddiaçılardan Xeyri 1997-ci ildən həmin evdə yaşayır. Digərləri isə onların övladlarıdır. Həmin uşaqlar mübahisəli evdə doğulmuş və böyümüşlər. Digər iddiaçılar və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərək, səhhətində ciddi problemlər olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası işə, digər iddiaçılar və cavabdehin iştirakı olmadan baxılmasını, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin qanunauyğunluğu cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində qeyd edilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən "Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən "Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş; nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 27 oktyabr 1999-cu il tarixdə Masallı rayon Şərəfə ərazi nümayəndəliyində 22 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Süleymanova soyadı verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 500 saylı arayışdan görünür ki, İddiaçı1 ailə üzvləri əri Cavabdeh, qızı İddiaçı2, qızı İddiaçı3, oğlu İddiaçı4 ibarətdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 501 saylı arayışdan görünür ki, İddiaçı1 Masallı rayonu 1 -ci Səmidxan kəndində qeydiyyatdadır və yaşayır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 500 saylı arayışdan görünür ki, İddiaçı1 Masallı rayonu 1 -ci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 saylı təsərrüfatbaşına kitabın 219 saylı hesabında 1985-ci ildə tikilmiş 2 mərtəbə, 5 otaqdan ibarət fərdi yaşayış evi və əri Cavabdeh ibarət ailə üzvü vardır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 501 saylı arayışdan görünür ki, Cavabdeh Masallı rayonu 1 -ci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 saylı təsərrüfatbaşına kitabın 219 saylı hesabında 1985-ci ildə tikilmiş 2 mərtəbə, 5 otaqdan ibarət fərdi yaşayış evi və arvadı İddiaçı1 ibarət ailə üzvü vardır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 758 saylı arayışdan görünür ki, X1 Masallı rayonu 1 -ci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 saylı təsərrüfatbaşına kitabın 219 saylı hesabında 1985-ci ildə tikilmiş 2 mərtəbə, 5 otaqdan ibarət fərdi yaşayış evi və arvadı İddiaçı1 ibarət ailə tərkibi vardır. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı deyil, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarına riayət eytmişdir. Göründüyü kimi qanunvericilikdə də müəyyən edildiyi kimi, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi qanunidir. Birinci instansiya məhkəməsi də, iddianı əsaslı hesab edərkən, doğru qənaətə gəlmişdir. Məhkəmə kоllegiyаsı həmçinin hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz, ona görə ki, iddiаçıların müvəqqəti olaraq başqa yerə gedərək orada yaşaması və cavabdehlə bir müddət birgə təsərrüfat idarə etməməsi onun daimi olaraq yaşayış yerini tərk etməsi anlamına gəlməklə yanaşı bilаvаsitə hazırda yaşadığı yaşayış sahəsi ilə əlаqəli оlduğunа və оrаdа yаşаdığınа dəlаlət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərdən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cаvаbdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cаvаbdehə münasibətdə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(050)-192/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-823/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-823/2024
23.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver