Məhkəmə qərarları › İş №2(106)-829/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-829/2024

18.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-829/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər м sədrliyi və məruzəsi ilə, е İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdehnə (MMC-yə) qarşı “əmrin ləğv ediilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin e-2(049)-455/2024 saylı, 04 mart 2024-cü il tarixli (hakim Anar Pənahov) qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin 57/K saylı əmrinin ləğv olunması, cavabdeh tərəfindən ona 30 okyabr 2023-cü il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, "xxxx" MMC-nin Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-455/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardaddan İddiaçı şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq, razılığı olmadan işin başqa məhkəmədə baxılmasına dair qərardad qəbul etmişdir. Halbuki, Bakı şəhəri, Binəqədi rayonu onun yaşayış yerinə uzaqdır və onun ordaki məhkəmə iclaslarına getməyə hələki pulu yoxdur. Himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan 2 oğul övladı var. Anasının səhhətində də problemlər var. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15 olması göstərilmişdir. Halbuki, e-2(049)- 455/2024 saylı mülki iş üzrə 2 hazırlıq iclası keçirilmişdir. Üçüncü məhkəmə baxış iclası zamanı isə, işə sədrlik edən hakim cənab Anar Pənahov birdən mövqeyini dəyişdirərək, işə baxılmasının ərazi adiyyəti üzrə dəyişdirdiyini bildirmişdir. Səbəb olaraq isə, guya cavabdeh tərəfindən məhkəməyə bu barədə teleqram daxil olduğunu göstərmişdir. Lakin, Lənkəran Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2[049]-455/2024 saylı qərardadında isə, cavabdeh tərəfin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsinin məhkəməyə gəlməməsi qeyd olunub. Qeyd edir ki, baxış iclası zamanı məhkəmənin keçirildiyi zalda kamera yerləşirildi və iclasın audio-video yazısının aparıldığı da bildirilmişdir. Bu iki bir-birinə zidd hal isə, onda vətəndaş olaraq ciddi inamsızlıq yaradır. Xüsusilə qeyd etmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin Lənkəran qrupunda işləmişdir və Lənkəran qrupunun hətta rəisi də var (Tural Ağayev). Lənkəran qrupu, cavabdeh olaraq tanınmırsa, sual olunur ki, bu idarə bu qədər müddəti necə fəaliyyət göstərir və hansı səbəbdən idarənin rəisi vakantı var?! Elə idisə, birbaşa baş idarənin rəisinə bütün işçilər aid olub, bölgələrdə qrup rəislərinə ehtiyac olmazdı deyə, düşünür. İddiaçı istinad etdiyi halları tam sübuta yetirsə də, absurd olaraq baxış iclası zamanı iddia təmin edilmək əvəzinə, böyük süründürməçiliyə yol verilərək, heç bir tutarlı səbəb göstərilmədən iş üzrə ərazi adiyyətinin dəyişdirilməsi qərara alınmışdır. Yəni, ən azından hazırlıq iclasında bu məsələ həll edilə bilərdi. Baxış iclası zamanı, bu halın ortalığa atılması onu narazı edir. Çünki, o, iddia ərizəsinə qoşma olaraq, Mediasiya Sessiyasında iştirak edilməməsi barədə Arayış əlavə etmişdir və həmin sənəddə özünün cavabdehin ünvanını elə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15 ünvanı göstərmişdir. İşə sədrlik edən hakim cənab Anar Pənahov isə, sanki bu halı özü aşkar edibmiş kimi, təəssürat yaradaraq, qəbul etdiyi qərardadda göstərmişdir ki, belə ki, iş materiallarına əlavə edilmiş "Elektron məhkəmə" İnformasiya sistemi vasitəsilə əldə edilmiş "vergi ödəyicisinin məlumatları'ndan müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin (VÖEN: **********) hüquqi ünvanı "Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15-dir. Şikayətə baxılmış, Lənkəran Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-455/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, "vergi ödəyicisinin məlumatlarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "Təhlükəsizlik və Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hüquqi ünvanı "Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15”dir. Buna əsasən də, iddia cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməli idi. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardadını mübahisələndirir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin aidiyyətini dəyişdirmişdir. İddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin Lənkəran qrupunda işləmişdir və Lənkəran qrupunun hətta rəisi də var (Tural Ağayev). Lənkəran qrupu, cavabdeh olaraq tanınmırsa, sual olunur ki, bu idarə bu qədər müddəti necə fəaliyyət göstərir və hansı səbəbdən idarənin rəisi vakantı var?! Elə idisə, birbaşa baş idarənin rəisinə bütün işçilər aid olub, bölgələrdə qrup rəislərinə ehtiyac olmazdı deyə, düşünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında olan "Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "Təhlükəsizlik və Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hüquqi ünvanı "Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15”dir. Buna əsasən də, iddia cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməli idi. Kollegiya qeyd edir ki, iddianı cavabdehin hüquqi ünvanı üzrə verməmiş və buna görə də, birinci instansiya məhkəməsi işi aidiyyəti üzrə düzgün göndərmişdir. Cavabdeh tərəfin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələbinə əsasən iddia cavabdeh hüquqi şəxs olduğu üçün onun hüquqi ünvanı üzrə verilməli idi. Cavabdehin hər hansı regionda qrupu olsa belə, işəgötürənin faktiki olaraq hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonunda yerləşir. Belə olan halda da, birinci instansiya məhkəməsi işə baxarkən doğru qənaətə gəlmişdir. İddiaçının şikayətinin digər dəlilləri formal mülahizələrdir və əsassız hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işi düzgün olaraq aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Qeyd edilənlərə əsasən də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-455/2024 saylı, 04 mart 2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar