Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-831/2025 21.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi, Cavabdeh Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-425/2025 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə “işə bərpa, əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən qanunsuz olaraq onun tutduğu vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 144/1 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunması, qanunsuz olaraq onun məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X13 barəsində kobud surətdə əmək qanunvericiliyinin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 manat, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X5 5000 manat mənəvi ziyan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə adı çəkilən tam orta məktəbə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixədək həmin məktəbdə işləmişdir. xx.xx.2024-cü il tarixli, 144/1 nömrəli əmrlə onu aldadaraq ərizəsi alınaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə ona məktəbin direktoru X2 və Təhsil Nazirliyi Şirvan-Salyan Regional idarəsinin yoxlama müfəttişi Aqil Cəbiyevin tapşırığına əsasən ərizə yazmaqla işinə xitam verilməli olduğu bildirilmişdir. Bildirir ki, xx.xx.2024-cü il tarixdə Şirvan-Salyan Regional Təhsil İdarəsi Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseydə yoxlama keçirmişdir. O, məktəbin rəhbəri X3 ona verdiyi əmri yerinə yetirdiyi üçün yoxlama keçirən Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı Aqil Bəşirov onu çağırıb səbəbini izah etmədən dərhal işdən azad olunması üçün ərizəsini tələb etmişdir. O, səbəbi soruşduğu halda ona izah etmədən təhqir edib ərizə yazmasını tələb etmiş və bunu gün sonu saat 20:00-a qədər gözləmişdir. O, bununla razılaşmamış və ərizə yazmamışdır. xx.xx.2024-cü ildə yenə ona təzyiq göstərib heç bir xəbərdarlıq və töhmət olmadan işdən azad olunma üçün ərizəsini tələb etmişdir. O razılaşmadığı halda Əmək Məcəlləsinin 70/C bəndi ilə əmr verilmişdir. Məktəbdə bu yoxlama ilə əlaqədar edilmiş özbaşınalıqlar barədə məhkəmə iclasında kifayət qədər sübutlar təqdim edəcəkdir. Yoxlama zamanı Aqil Bəşirov məktəbin işçilərinə qarşı kobudluq edərək təhsil işçisinə yaraşmayan hərəkətlər etmiş və o daxil olmaqla təzyiqlər göstərmiş və bir çox işçilərin işdən azad olunmasına nail olmuşdur. Hətta bəzi işçiləri o həddə çatdırmışdır ki, təcili tibbi yardım da məktəbə çağırılmış və polisə qədər müdaxilə edilmişdir. Bütün bunların videogörüntüləri və səs yazıları məhkəməyə təqdim olunacaqdır. Aqil Bəşirovun özbaşına hərəkətləri ilə bağlı xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aidiyyatı üzrə göndərilməli və onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağı saldığı üçün mənəvi ziyan ödəməlidir. Bu özbaşına hərəkətlərə göz yumulması ən azından ədalətsizlikdir. Şirvan-Salyan Regional Təhsil İdarəsi nəzarət edən orqan olaraq bu əmrin verilməsində birbaşa tapşırıq verən orqan olmuşdur. Əmrdən də göründüyü kimi, hüquqi ünvan AZ5200, ünvan 1ilməsi üçün birbaşa tapşırıq regional idarə tərəfindən verilmişdir. Eyni zamanda, əmr də ona təqdim edilməmiş, yalnız əmək kitabçası təqdim edilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işə götürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həlledən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan normaların hamısı cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da ona mənəvi ziyan dəymişdir. O, bu hərəkətlərə görə stress keçirmiş və işgüzar nüfuzuna böyük ziyan vurulmuşdur. Həyat yoldaşı X4 da xəstəlik tapmışdır. Bu stres ona və ərinə çox pis təsir etmişdir ki, artıq xəstəxanalara müraciət etməli olmuşdur. Əmr ona rəsmi verilməmişdir. Ona isə bu günə qədər əmrin surəti göndərilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi və Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəbə qarşı Salyan şəhəri, Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb liseyi tərəfindən qanunsuz olaraq onun tutduğu vəzifədən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli, 144/1 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmr ləğv edilsin və onun əvvəlki işinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsi, qanunsuz olaraq onun məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 manat, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X5 5000 manat mənəvi ziyan alınaraq ona verilməsi iddiası hazırda icraatdadır. Bu tələblərdən Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X13 barəsində kobud surətdə əmək qanunvericiliyinin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi hissəsini iddia tələbindən çıxarmaqla iddia tələbinin həcmini azaldılmasını istəyir. Odur ki, iddia tələbinin həcminin azaldılması ərizəsini qəbul etməklə məhkəmədən Cavabdeh2 tərəfindən qanunsuz olaraq onun tutduğu vəzifədən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli, 144/1 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmr ləğv edilsin və onun əvvəlki işinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini, qanunsuz olaraq onun məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını, Şirvan- Salyan Regional Təhsil İdarəsindən 10000 manat, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X5 5000 manat mənəvi ziyan alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın həcminin azaldılması barədə ərizəsini əsaslı hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, Şirvan-Salyan Regional İdarəsinə sorğu verilmişdir. İddiaçı qanunsuz olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmışdır. Sorğularına cavab verilməmişdir. Sübut olaraq çəkilişləri əks etdirən “CD” diski əlavə etmişdir. Eyni zamanda, işçiyə mənəvi ziyan dəymişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 bildirmişdir ki, çəkilişin harada aparıldığı bəlli deyildir. İşdən çıxarılma məktəbdə aparılan yoxlamaya əsaslanmır. İddiaçının əmək müqaviləsinə əsasən işləməli olduğu vəzifəni icra etmədiyi müəyyən edilmişdir. İşdən çıxarılmada səlahiyyətli tərəf məktəbdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Salyan şəhər Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin direktor əvəzi X7 bildirmişdir ki, məktəbdə 30 ildir ki, informatika müəllimi işləyir. 27 dekabr 2024-cü il tarixdən direktor vəzifəsini müvəqqəti icra edir. İşdən çıxarılma ilə bağlı yaxından-uzaqdan əlaqəsi yoxdur. Direktor Arzu müəllimdən sonra təxminən 20 gün müddətinə direktor vəzifəsini Yeganə müəllim müvəqqəti icra etmiş, daha sonra o, bu vəzifəni icra etməyə başlamışdır. Ləman xanım işində məsuliyyətli biridir. Ləman xanımın işə bərpa olunmasına və əmrin ləğv edilməsinə heç bir etirazı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-425/2025 saylı qətnaməsi ilə (Hakim: Ənnağı Məmmədli) iddia qismən təmin edilərək, Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli, №144/1 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, iddiaçının çəkdiyi mediasiya xərcinə görə 50 manat məbləğində pul vəsaitinin cavabdeh Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)425/2025 saylı qətnaməsinin qismən dəyişdirilməsini, yəni iddia qalan hissədə təmin edilməsin hissədə dəyişdirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X13 barəsində kobud surətdə əmək qanunvericiliyinin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılmasını və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 manat, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan- Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X5 5000 manat mənəvi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin və idarənin əməkdaşı X8 qanunsuz əməlləri iddiaçı olaraq ona mənəvi ziyanın ən böyüyünü və sağalmaz olanını vurmuşdur. Birinci instansiya məhkəməsi X8 məktəbin digər əməkdaşına qarşı etdiyi hərəkətlərə dair videonu nəzərə almamışdır. Bu video ilə Aqil Bəşirovun qanunsuz hərəkətləri öz təsdiqini tapır. Ona görə də əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozduğu üçün X13 barəsində xüsusi qərardad çıxarılmaqla tədbir görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilməli idi. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq başqa sübutlarının olmadığını, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Cavabdeh3 məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən İddiaçı əvvəlki işinə bərpa edilməsinə, o cümlədən işə bərpa olunduğu günədək ona məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqını ödəməyə hazır olduqlarını, lakin onun ziyan barədə tələbi ilə razı olmadıqlarını bildirmiş və məhkəmədən iddiaçının şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-425/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi): 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 74-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin əsaslardan bir də (c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər; 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən “...mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır...” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini iş materiallarında olan sübutlarla əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-425/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə “işə bərpa, əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, maddi və mənəvi ziyan tələbi təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Odur ki, kollegiya hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-425/2025 saylı qətnaməsinə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən, yəni ziyanla bağlı hissədə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə kollegiyası qeyd edir ki, zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 manat ziyan tələbi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən bu barədə hər hansı mötəbər sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının barəsində xx.xx.2024-cü il tarixli, 144/1 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmr də Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən deyil, Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən verilmişdir. Belə olan halda isə cavabdeh Şirvan- Salyan Regional Təhsil İdarəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulması məlum deyil. Məhkəmə kollegiyası iddia tələbinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X5 5000 manat mənəvi ziyan alınaraq ona verilməsi hissəsi ilə bağlı aşağıdakları qeyd edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından göründüyü kimi, X13 hazırki iş üzrə cavabdeh olmamışdır. Odur ki, birinci instansiya məhkəməsi Aqil Bəşirov cavabdeh olmadığından ona qarşı hər hansı bir tələbin təmin olunmasının qeyri-mümkün olması barədə nəticəyə gələrkən haqlı olmuşdur. X1 barəsində xüsusi qərardad çıxarılmasına əsas olan hallar da müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-425/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-831/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-831/2025
21.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver