Məhkəmə qərarları › İş №2(106)-833/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-833/2024

22.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-833/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Beylıqan rayon Mənzil İstismar Sahəsinə qarşı əmrlərin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil sədrlik edən hakim Beyləqan Rayon Məhkəməsinin hakimi X1 etirazına baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı *4.*8.2*23-cü il tarixli, 39 nömrəli əmrin, 23.1*.2*23-cü il tarixli, 48 nömrəli əmrin, 3*.11.2*23-cü il tarixli, 51 nömrəli əmrin etibarsız sayılması və *4.12.2*23-cü il tarixli, 52 nömrəli əmrin ləğv edilərək işə bərpa tələbinə dair iddia ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil işə baxan hakimə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bu müddət ərzində kifayət qədər əsasların olmasına baxmayaraq iddia təmin edilməmişdir. Belə ki, məhkəmənin işin yekunlaşmasına yubatmasında hakim dolayısı ilə təsirə məruz qalır. Hakimin ədalətli qərar qəbul edilməsinə şübhə ilə yanaşır. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 14 mart 2*24-cü il tarixli qərardadı ilə İddiaçı və onun vəkalətli nümayəndəsi və vəkili Vəkil Beyləqan Rayon Məhkəməsinin hakimi X1 verdiyi etirazın baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası etirazın dəlillərini nəzərdən keçirib hesab edir ki, etiraz təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 2*-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Azərbaycan Respublikasının MPM-nin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. İddiaçı etirazını belə əsaslandırmışdır ki, işin baxılmasında hakim dolayısı ilə təsirə məruz qalır. Hakimin ədalətli qərar qəbul edilməsinə şübhə ilə yanaşır. Kollegiya qeyd edir ki, işə baxan hakimə etiraz etmək üçün və ya hakim tərəfindən işə baxılmasına yol verilməməsi əsasları MPM-in 19-cu maddəsində nəzərdə tutulmuşdur. İddiaçı etirazını MPM-in 19-cu maddəsində sadalanan halların hər-hansı biri ilə əsaslandırmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikasının MPM-nin 19.1.7-ci maddəsinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. Kollegiya hesab edir ki, etirazın təmin olunması üçün əsas yoxdur, odur ki, etiraz təmin edilməməli və iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 22, 263-264-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Etiraz təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar