Məhkəmə qərarları › İş №2(106)-836/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-836/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-836/2024 14.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X13 Əsədov (sədrlik edən və məruzəçi), Pərviz Vaqif oğlu Hacıyev və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X12 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsindən, qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 vərəsəsi Ərizəçi4 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 vərəsəsi Ərizəçi4 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər tələbini aşağıdakı kimi əsaslandırmışlar: Onların X3na, anası X14, bacısı X4 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağcabədi rayonunun Gələbədin kəndi ərazisindən 4,38 hektar pay torpaq sahəsi və bu barədə JN 0089 saylı, 60805018 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Mərhum X3, anası X18 və bacısı X1 Əkbər Dünyamalı oğlu ilə birgə yaşamışlar. X23 17 may 2014-cü il tarixdə vəfat etdikdən sonra anasına verilmiş 0,73 hektar pay torpaq sahəsi qardaşı Maraqlı şəxs2 istifadəsindədir. Mərhum atası Dünyamalı Sadıqova və mərhum bacısı X4 verilmiş 1.46 ha pay torpaq sahəsi isə Ərizəçi1 istifadəsindədir. Mərhum atasından, anasından və bacısından onlara ümumilikdə 2.19 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X3 29 avqust 1997-ci il tarixdə, anası X18 17 may 2014-cü il tarixdə və bacısı X7 15 fevral 2018- ci il tarixdə vəfat etmişlər. Atası, anası və bacısı vəfat etdikdən sonra onlardan qalan miras əmlakını nə o, nə də bacı-qardaşlarından heç kim öz adına sənədləşdirməmişlər. Həmin miras əmlakı sənədləşdirmək üçün vərəsələrlə birlikdə Ağcabədi regional «Asan Xidmət» mərkəzində Notariat ofisinə müraciət etmişlər. Onlara 17 mart 2023-cü il tarixli, 244, 245 və 246 saylı məktubla ölüm günündən altı aylıq müddət ərzində mirasın qəbulu üçün müraciət etməyi bildirilmiş və ona itirilmiş müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edərək uzadılmasını xahiş edirlər. Məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək göstərdi ki, X3 29 avqust 1997-ci il tarixdə, anası X18 17 may 2014-cü il tarixdə və bacısı X7 15 fevral 2018- ci il tarixdə vəfat etmişlər. Onlardan qalan miras əmlak payından ona düşən hissəni istəyir. Birinci instansiya məhkəməsində Ağcabədi regional «Asan Xidmət» Mərkəzində notariat ofisinin nümayəndəsi iştirak etmədiyindən maraqlı şəxsin mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim S.Ləzimov) 31 may 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 vərəsəsi X16 tərəfindən 29 avqust 1997-ci il tarixdə vəfat etmiş mərhum X3ndan, 17 may 2014-cü il tarixdə vəfat etmiş mərhum anası X10 və 15 fevral 2018-ci il tarixdə vəfat etmiş mərhum bacısı X2 miras qalmış əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət uzadılması qət edilmişdir. Qətnamədən, qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Ərizəçi1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Maraqlı şəxs2 məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Ərizəçilər və maraqlı şəxsin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmçinin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya nstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 vərəsəsi X11 miras əmlakın qəbulu üçün notarius ofisinə müraciətinin gecikdirilməsi üzrlü sayılmalı, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 vərəsəsi X16 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Ərizə ilə bağlı Kollegiya aşağıdakıları bildirir. MPM-in 307-ci maddəsində məhkəmənin baxdığı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə aid işlər sırasında mirasın qəbul edilmə müddətinin bərpa edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.9-ci maddəsinə əsasən məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxa bilər. Bununla belə, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə qaydasında işə baxmışdır. Məhkəmə işə MPM-in 307.1-ci maddəsinin tələbləri qaydasında baxmışdır. Apellyasiya şikayəti verən, qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs ərizəçilərin iddialı olduğu əmlaka özünün də hüququnun olduğunu, hazırki qətnamənin onun hüququna toxunduğunu bildirmişdir. Belə ki, vərəsələrdən Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 vərəsəsi Ərizəçi4 müddətin üzrlü sayılaraq bərpa edilməsi (uzadılması) barədə ərizəsi təmin edilmişdir. Lakin o da vərəsələrdən biridir. Beləliklə, müəyyən edilir ki, ərizəçilər və şikayətçi arasında hüquq haqqında mübahisə vardır. Ərizəçilərin və digər vərəsələrin nəticə etibarı ilə hüquqi marağı miras əmlakın faktiki qəbul edilməsinin və miras əmlakda payın müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinin tələbinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəyə baxarkən məhkəmə işə cəlb edilməyən və miras payda hüququnun olduğunu iddia edən digər vərəsələrin maraqlarının olduğuna qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən apellyasiya məhkəməsi, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Bununla yanaşı, Kollegiya izah edir ki, hazırki qətnamənin ləğv edilməsi maraqlı şəxsin ümumi əsaslarla iddia vermək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 259.0.10, 391-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(017)-1070/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 vərəsəsi Ərizəçi4 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kasssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar