Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-837/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı, iddiaçı və Cavabdeh iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən alınması və əldən çıxmış qazancın tutulması" tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddiaları üzrə Salyan Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(057)-203/2024 saylı qətnaməsindən (hakim A.Səmədov) iddiaçı və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən alınması və əldən çıxmış qazancın tutulması" tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən özü və ailə üzvlərinə məxsus 2.3185 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınması, cavabdehin 10 il müddətində qanunsuz olaraq istifadə etdiyi torpaq sahəsindən götürdüyü qazanc və gəlirlərin mütəxəssis vasitəsi ilə hesablanaraq cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Tələb onunla əsaslandırılmışdır ki, Salyan rayonu Kürqaraqaşlı kəndində islahat aparılan zaman ona və 5 nəfərdən ibarət ailə üzvlərinə 2.3185 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpağı ailə üzvlərinin razılığına əsasən oğlu X1 adına rəsmiləşdirərək mülkiyyətçi kimi adına çıxarış almışlar. Lakin özü və ailə üzvləri də həmin torpağın mülkiyyətçiləri hesab olunurlar. 2014-cü ildə Kürqaraqaşlı kəndindəki evini və torpaq sahəsini satmaq istəyirdi. Həmin vaxt kənd sakini Cavabdeh Aslan oğlu onun yanına gələrək torpaq sahəsini almaq istədiyini bildirmişdi. Oktayla kənddəki evi və pay torpaq sahəsini 40000 manata satılması barədə razılığa gəlmişdilər. Bu razılaşmaya əsasən Oktay ilkin olaraq ona 7000 manat pul vermiş və bildirmişdir ki, qalan pulları kredit götürüb ödəyəcək. Lakin bundan 1 ay sonra görmüşdür ki, Oktay öz həyətində oğlu üçün ev tikir. Oktayın evinə gedərək onu aldatdığını, evi torpaq sahəsi ilə birlikdə alacağına söz verdiyini, onun sözünə inanaraq Bakıda kənddən ev almaq üçün beh verdiyini bildirmişdir. Bununla Oktay onu aldadaraq evini almamış, nəticədə xeyli ziyana düşmüşdür. 2021-ci ildə Oktaya demişdir ki, evini almayaraq, yalnız torpaq sahəsini əlinə keçirdiyindən, maddi vəziyyəti çətin olduğundan torpaq sahəsini özünə qaytarsın, verdiyi pulu artıqlaması ilə qaytarar. Lakin Oktay yenə də onu aldadaraq əvvəlcə razılıq versə də, sonradan imtina etmişdir. İndi isə ona deyir ki, gedək notariat kontoruna, orada mənə 15000 manat boyun al və sonra torpağını ək. Buna cavab olaraq Oktaya bildirmişdir ki, 10 ildir torpağımı qanunsuz əkib qazanc götürürsən, nə üçün sənə bu qədər pul verməliyəm. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizsəi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 7000 manat və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, torpağa görə İddiaçı 7000 manat pul vermişdir. Sonuncu iddia ərizəsində də ondan 7000 manat aldığını etiraf edir. Gülbala ona qarşı torpaq sahəsinin qaytarılması, əldən çıxmış qazancın tutulması tələbinə dair məhkəmədə iddia qaldırdığından, o da qarşılıqlı iddia ilə verdiyi 7000 manat pulunu tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib izhatında göstərmişdir ki, ailə üzvlərinə məxsus 2.3185 ha torpaq sahəsi var və həmin torpaq sahəsini 2014-cü ildən Cavabdeh istifadə edir. 2014-cü ildə Cavabdeh evi və torpaq sahəsini 40000 manata satmaq istədiyini demiş və sonuncu da buna razı olmuşdur. Cavabdeh əvvəllcə 500 manat, sonra 5000 manat, qalanı isə hissə-hissə olmaqla cəmi 7500 manat pul vermiş və bankdan pul götürərək qalan pulu da verib evi alacağını bildirmişdir. Özü inanaraq torpağın sənədlərini reyestr xidməti idarəsinə vermişdir. Elə həmin ili yoldaşı Bakıda ev almaq üçün kiməsə 5000 manat beh vermiş, lakin sonradan Oktay pulu vermədiyi üçün evin qalan pulunu verə bilməmiş və behin 2000 manatı batmışdır. Torpaq pay torpaq sahəsi olmuşdur. Hazırda torpağını geri tələb edir. İddianın 10 il gəlir hissəsindən qonşuluğu nəzərə alaraq imtina edir. Oktayın tələb etdiyi 7500 manat pulu 1-2 ilə geri qaytaracaq, odur ki, iddiasının qismən təmin olunmasını xahiş eşdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, 2014-cü ildə İddiaçı 2.3185 ha torpaq sahəsini aralarındakı danışığa əsasən 7500 manata almışdır. Əvvəl 2500 manat pulu Gülbalaya, qalan 5000 manat pulu isə arvadı Şirinbacıya vermişdir. Qarşı tərəfin narazılığına görə aralarında notariusda müqavilə bağlanmamışdır. Hal-hazırda torpaq özündədir və istifadə edir. İddiaçılə ev barədə heç bir danışıqları olmamışdır. Odur ki, iddiasının təmin olunmasını xahiş edir. Salyan Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(057)-203/2024 saylı qətnaməsi ilə ilk iddia qismən, qarşılıqlı iddia tam təmin olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 iyun 2018-ci ildə ********** nömrə ilə İddiaçı və ailə üzvlərinin adına qeydə alınmış Seriya RX, ******* nömrəli çıxarışa əsasən 2.3185 ha torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılması, İddiaçı 7000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 90 manat alınıb Cavabdeh verilməsi və hər iki tələbin eyni vaxtda icra olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi, ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaqdan istifadə edən Cavabdeh 10 il ərzində 10 ili hesablasaq onunn hesabı ilə 69650 manat məhsul istehsal edən və gəlir əldə edən şəxsdir. Əgər belə olmasaydı onda 10 ilin ərzində Cavabdeh susmasına məhkəmə heç bir hüquqi qiymət verməmişdir. Göründüyü kimi hər iki tərəf könüllü olaraq razılığa gəlmişdir. Alq-satqı niyyəti olmasa da, baş tutmamışdır və 10 il müddətinə mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində göstərilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə qətnamədə MPM-in 339.3-cü maddəsinə istinad etmişdir. Tutaq ki hər iki tərəf bir birini aldatmışdır. Onda bəs niyə Cavabdeh 10 ildə əldə etdiyi gəlir nəzərə alınmamalıdır. İddia qaldırmayana qədər Cavabdeh sərbəst şəkildə toprpaqdan istifadə etmiş və qazanmışdır. İndi isə verdiyi pulu geri tələb edir. Əgər qazanmamış olsaydı ilk ildən geri qaytarma tələb etməli idi. Bunun əsası da iddiada və qətnamədə gösətrilən Cavabdeh ifadəsidir: "Qarşı tərəfin narazılığına görə aralarında notariusda müqavilə bağlanmamışdır." Bilərəkdən narazılığın olduğunu bildirən şəxsin 10 il torpaqdan istifadə etməsinin davam etdirilməsi, əslində onun niyyətinin qazanc əldə etməkdən başqa bir şey olmadığını göstərir. Məhkəmə Mülki Məcəllənin 339.5, 339.1, 339.2 və 339.4-cü maddələrini hansı əsasla tətbiq etməsini əsaslandırmamışdır. Ümumiyyətlə Mülki Məcəllənin qətnamədə qeyd olunan maddələrinə diqqətlə fikir versək, heç bir norma əsaslandırılmamışdır. Formal olaraq ilkin iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilməsi qənaətinə gəlindiyi qeyd olunmuşdur. İddia tələbinin əsasını təşkil edən mütəxəssis rəyinin alınması təmin edilməıli olduğu halda, məhkəmə bunu etməmiş və bir cümlə ilə imtina edərək bununla kifayətlənmişdir. Halbuki işin hallarına uyğun bütün nüanslar bildirilmiş və 10 ildə nə qədər qazanc əldə etdiyini müəyyən etmək üçün mütəxəssis rəyi tələb edilmişdir. İddianın əsas mahiyyəti 10 il ərzində əldə edilən gəlirdən ibarətdir ki, bununla bağlı məhkəmə dəfələrlə tələb edilməsinə və birbaşa iddiada göstərilməsinə baxmayaraq, eskpertiza təyin etməmiş, bir cümlə ilə qətnamədə yazmaqla kifayətlənmişdir. Halbuki bunu öz təşəbbüsü ilə edə bilərdi. Əgər bu cəsarət təmin edilsəydi, Cavabdeh əqdin yalan, uydurma, əhəmiyyətsiz olması qənaətinə gəlinməzdi. İddia ərizəsində Salyan rayonu Kürqaraqaşlı kənd sakini Cavabdeh Kürqaraqaşlı kəndində yerləşən özü və ailə üzvlərinə məxsus qanunsuz istifadə etdiyi 2.3185 ha torpaq sahəsinin və Cavabdeh 10 il müddətində qanunsuz olaraq istifadə etdiyi torpaq sahəsindən götürdüyü qazanc və gəlirlərin mütəxəssis vasitəsi ilə hesablanaraq sonuncudan alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi ərizəsində ondan 7000 manat və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilkin iddia tələbinin bütün faktiki hallarını araşdırmamış və 10 il ərzində əldə etdiyi gəlirin hesablanması ilə əlaqədar vəsatəti təmin etmədən qətnamə qəbul etmişdir. Məhkəmədə humanistlik və qonşuluq baxımından qeyd etmişdir ki, hazırda torpağını geri tələb edir. İddianın 10 il gəlir hissəsindən qonşuluğu nəzərə alaraq imtina etdiyini, Oktayın tələb etdiyi 7500 manat pulu 1-2 ilə geri qaytaracağını qeyd etmişdir. Onun humanistliyindən istifadə edərək Cavabdeh isə əsassız olaraq ondan 7000 manat tələb etmiş və 2017-cü ildən heç bir əvəz vermədən istifadə etdiyini nəzərə almamış və bu hissədə faktiki torpaqdan fasiləsiz istifadə etdiyini və qazanc əldə etdiyini aydınlaşdırmamışdır. İş üçün əhəmiyyətli olan hal ondan ibarətdir ki, 2.3185 ha torpaq sahəsi Cavabdeh istifadəsində olub, 10 il müddətinə torpaq sahəsini əkib becərmiş və gəlir əldə etmişdir. Əldə etdiyi gəliri də özünün tələbatına ödəmişdir. Bu puldan ona heç bir manat da verməmişdir. Cavabdeh bildirmişdir ki, 2014-cü ildə İddiaçı 2.3185 ha torpaq sahəsini aralarındakı danışığa əsasən 7500 manata almışdır. Əvvəl 2500 manat pulu Gülbalaya, qalan 5000 manat pulu isə arvadı Şirinbacıya vermişdir. Hal-hazırda torpaq özündədir və istifadə edir. İşin görünən tərəfi odur ki, Cavabdeh torpaqdan faktiki istifadə edir və istifadə etdiyini bildirsədə, verdiyi pulu tələb edir, eyni zamanda qətnamədə qeyd olunur ki, tələblər eyni zamanda icra olunmalıdır. Yaxşı onda bu iddianın qanuniliyi əsaslılığı necə olacaq. Qətnamədə Cavabdeh sözünə əsasən qeyd olunmuşdur ki, qarşı tərəfin narazılığına görə aralarında notariusda müqavilə bağlanmamışdır. Yaxşı narazılıq olduğunu gördüyü halda niyə torpağı qaytarıb pulunu tələb etmir və bundan sonra 10 il torpağı əkib becərib qazanır, sonda pulunu tələb edir. Niyə onu 10 il torpaqdan gəlir əldə etməkdən məhrum edir? Bu əhəmiyyətli halları sübuta yetirmədən verdiyi pulu tələb etməsi və pulun onun tərəfindən qaytarılmasını və tələblərin eyni zamanda icra edilməsinin qət edilməsi birbaşa mülkiyyət hüququnun pozulması və gələcəkdə qazanacağı gəlirdən məhrum edilməkdir. Məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq tələblərin qarşılıqlı halda eyni vaxta icra olunmasını əsaslı və qanuni hesab edib. İşin hallarına uyğun gəlməyən vəziyyət ondan ibarətdir ki, Cavabdeh torpaq sahəsini pulla aldıqdan sonra 10 il müddətinə torpaq sahəsindən qazanc əldə edib və notarial qaydada alqı satqısını rəsmiləşdirməyib. Qanunu bilməmək məsuliyyətdən azad etmədiyi kimi, həmin 10 il müddətində həmin torpaq sahəsindən kifayət qədər qazanc əldə etmişdir. Normalda 10 ilik icarə haqqı kimi hesablanaraq 1 hektara ortalama 600 manatdan götürülsə, 2.3 ha sahəyə orta hesabla 13800 manat icarə haqqı verməli idi. Hətta 10 il müddətinə 7000 manat pul verdiyi torpaq sahəsindən 2014-cü ildə 3500 ədəd yonca presindən 1 ədədi 2.54 manat olmaqla 7500 manat, 2015-ci ildə eynilə yonca əkini aparmış, 2016-cı ildə qarpız əkini üçün həmin sahəsini təqribən 5000 manata icarəyə vermiş, 2017-ci ildə pambıq əkərək 12 tondan hesablasaq 9600 manatlıq pambıq istehsal etmişdir. 2018, 2020, 2022-ci illərdə buğda əkmiş və ortalama bir ilə 3750 manat olmaqla 11250 manat qazanc əldə etmişdir. 2019, 2021, 2023-cü illərdə isə pambıq əkməklə bir ilə ortalama 9600 manat omaqla 3 ilə 28800 manat qazanmışdır. 10 il hesabı ilə 69650 manat məhsul istehsal edən şəxs mülkiyyətindən istifadə edib gəlir əldə etdiyi azmış kimi, 7000 manat pulu geri tələb etməsi işin heç bir halına uyğun deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Oktay ona 7500 manat pulu beh kimi verib, lakin heç bir yazılı müqavilə bağlamamışlar, yazılı sənəd imzalamamışlar, bir-birinə inanmışlar. Məhkəmədə ilk iddia üzrə cavadbeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. İzahatında göstərdi ki, 2014-cü ildə Gülbala ilə razılaşanda nə 40000 manat söhbəti olub, nədəki evin satılması söhbəti. Gülbala torpağı 8000 manata satırdı, 7500 manata almağa razılaşıb ödəmişdir. Gülbala ona yalnız torpaq satıb, Dövlət Aktının əslini və şəxsiyyət vəsiqəsini vermişdi ki, torpağı öz adına keçirsin. Sonradan ona sosial düzəltdiyini deyib Dövlət Aktını verməsini xahiş etmiş, sonra yenidən ona qaytaracağına söz vermişdir, o da inanın Dövlət Aktını vermişdir. Hazırda həmin torpaqda pambıq əkmişdir. Ev söhbəti isə belə olub ki, 2 il əvvəl onun qardaşı ev axtarırdı, gedib Gülbalanın evinə baxıb, lakin bəyənməmişdi. Gülbala ondan torpaq sahəsindən istifadə etdiyinə görə əldən çıxardığı faydanı tələb edir, lakin nəzərə almır ki, torpağa görə onun da Gülbalaya verdiyi puldan istifadə edib bəhər götürüb. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda apellyasiya şikayətində ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ilk iddianın tam təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi xahiş edilməklə qətnamə tam mübahisələndirildirilir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2014-cü ildə yoldaşı Oktaya evi pay torpağı ilə birlikdə 40000 manata satmaq istədiyini bildirmiş və sonuncu da bununla razılaşaraq əvvəlcə 500 manat pulu ərinə, daha sonra isə 5000 manatı isə ona vermişdir. Qalan pul əvəzinə isə ot, buğda və arpa məhsulu olmaqla cəmi 7500 manat pul vermişdir. Sonradan Oktayın uşağı onların evindən xoşu gəlmədiyi üçün evdən imtina etmişdir. Hal-hazırda onlar torpaq sahəsini geri alaraq və əkib becərməklə əldə olunmuş gəlirlə Oktayın pulunu verəcəklər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Torpağa mülkiyyət hüququna dair JN-0068 KOD 80908018 saylı Dövlət Aktından görünür ki, Salyan rayon Aqrar İstehsalatı Komissiyasının 1998-ci il 07 yanvar tarixli 01 saylı qərarı ilə Salyan rayonu Kürqaraqaşlı kənd sakinləri İddiaçı və ailə üzvlərinə cizgidə göstərilən sərhəd daxilində 2.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 iyun 2018-ci ildə verilmiş **********22 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində yerləşən 2.3185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 və ailə üzvlərinin, o cümlədən İddiaçı ümumi birgə mülkiyyətindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələr - mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir, 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir, 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır, 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququ Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit edilmişdir. Mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu halında yaranır. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələr, o cümlədən alğı-satqı müqaviləsi çıxış edir. İşin müəyyən olunan hallarına əsasən ilk iddia üzrə iddiaçı və ailə üzvlərinə Salyan rayon Aqrar İslahatı Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisindən 2.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, bununla bağlı Torpağa mülkiyyət hüququna dair JN-0068, Kod 80908018 Dövlət Aktı verilmişdir. İlk iddia üzrə iddiaçı 2014-cü ildə həmin torpaq sahəsini, eyni zamanda həyətyanı torpaq sahəsini üzərində inşa olunan fərdi yaşayış evi ilə birlikdə 40000 manata satılması ilə bağlı cavabdehlə razılığa gəldiklərini, cavabdeh alqı-satqı qiymətindən 7000 manat ödədiyini, qalan məbləği kredit götürərək ödəyəcəyinə söz versə də, hal hazırki vaxtadək ödəmədiyini, cavabdehlə aralarında hər hansı bir yazılı sənədin tərtib olunmadığını, keçən 10 il ərzində cavabdehin ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edib qazanc götürdüyünü bildirib, torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınması, torpaqdan 10 il ərzində istifadə etdiyinə görə əlindən çıxmış faydanın mütəxəsislər tərəfindən hesablanaraq ona ödənilməsi tələbini irəli sürür. İlk iddia üzrə cavabdeh isə iddiaçı ilə aralarında yalnız kənd təsərrüfatı torpaq sahəsinin alqı-satqısından irəli gələn münasibətlərin yarandığını, iddiaçının həmin torpağı 8000 manata satdığını, torpağın 7500 manata satılması ilə bağlı razılaşdıqlarını və həmin məbləğdə pulu iddiaçıya ödədiyini, həmin vaxtdan torpaqdan öz əmlakı kimi istifadə etdiyini bildirib, iddiaçı torpaq sahəsini geri istədiyindən, o da torpaq sahəsi üçün ödədiyi pulun ona qaytarılması tələbini irəli sürür, eyni zamanda bildirir ki, aldığı torpaq sahəsindən istifadə edib bəhər götürdüyü kimi, iddiaçı da onun verdiyi puldan istifadə edib bəhər götürmüşdür. İlk iddia üzrə iddiaçı tərəfindən pay torpaq sahəsinin həyətyanı torpaq sahəsi və üzərində inşa olunan fərdi yaşayış evi ilə birlikdə alqı-satqısına dair cavabdehlə razılığa gəlmələrinə, cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsinə dair hər hansı bir mötəbər sübut verilməmişdir. Əksinə cavabdeh 2014-cü ildə iddiaçıdan yalnız pay torpaq sahəsini razılaşdıqları 7500 manata aldığını, həmin vaxtdan da, torpaq sahəsindən öz əmlakı kimi maneəsiz şəkildə istifadə etdiyini bildirmiş, cavabdehin həmin dəlilləri iddiaçının öz izahatı, arvadının birinci instansiya məhkəməsində verdiyi şahid ifadəsi ilə təsdiqini tapmışdır. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz 337.1, 337.4 və 337.5, 3402-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). "M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə mülki qanunvericilikdə mülki münasibətlərin tənzimlənməsinin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı prinsiplərinə əsaslandığı müəyyən olunmuşdur (Mülki Məcəllənin 6-cı maddəsi). Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390.1-ci maddəsi ilə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı). Hazırki işin hallarından tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçı və 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olsa da, alqısatqısı ilə bağlı münasibətlər yalnız iddiaçı ilə cavabdeh arasında formalaşmış, iddiaçının arvadı olaraq mülkiyyətçilərdən Şirinbacının bu məsələdən məlumatlı olmuşdur. Mülki Məcəllənin 144.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli olduğu halda, tərəflər arasında nəinki notariat qaydada müqavilə bağlanmamış, hər hansı bir yazılı sənədin tərtibatı belə aparılmamışdır. Tərəflər özləri də, əqdin etibarlı olduğunu qəbul etmir, hər bir tərəf verdiyini geri istəyir. Odur ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısından irəli gələn əqd etibarsız olmaqla, hüquqi nəticələrə səbəb ola bilməz. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, mahiyyət etibarı ilə narazılığı qətnamənin torpaq sahəsindən cavabdehin 10 il ərzində istifadə etdiyinə görə əldən çıxmış faydanın tutulmaması tələbinin təmin olunmaması və cavabdehin torpaq sahəsindən çıxarılması tələbi ilə torpağa görə ödlənilən pulun eyni zamanda icra olunması hissələrindən olduğundan, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Əvvəla ona görə ki, əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır və birinci instansiya məhkəməsi də, mübahisəni məhz bu cür həll etmişdir. Tərəflərdən birinin aldığını qaytardığı halda, hazırki halda isə cavabdehin torpaq sahəsini qaytaracağı halda, torpağa görə ödəmiş olduğu vəsaitin iddiaçıda qalmaqda davam etməsi, torpağın qaytarılması ilə eyni zamanda ona verilməməsi mübahisənin ədalətli həlli hesab oluna bilməz. Cavabdehin 10 il ərzində torpaq sahəsindən istifadə etdiyinə görə əldən çıxmış faydanın tutulmaması tələbinin təmin olunmaması hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, keçən müddət ərzində cavabdeh iddiaçının torpaq sahəsindən özününkü bilib istifadə etdiyi kimi, iddiaçı da, cavabdehin torpağa görə vermiş olduğu puldan özününkü kimi istifadə etmişdir. Həmdə bu hal keçən müddət ərzində tərəflər arasında hər hansı bir etiraza səbəb olmadan baş vermişdir. Qeyd olunanlar isə iddiaçının Mülki Məcəllənin 21, 152.3-cü maddələri baxımından zərərə məruz qalmış şəxs kimi qəbul edilməsi və əldən çıxmış faydanın tutulması tələbinin təmin olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(057)-203/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-837/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-837/2024
15.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver