Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-840/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Lənkəran - Astara Regional Təhsil İdarəsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Lənkəran şəhər Təhsil Şöbəsindən və Lənkəran rayon Zövlə kənd tam orta məktəbinin direktoru Cavabdeh2 müştərək qaydada onunla bağlanmış əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə ona vurduqları 20000 manat maddi ziyan və 10000 manat mənəvi ziyan pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Zövlə kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə həmin kənddə yaşayır. O, X1 “ingilis dili” ixtisasını bitirmişdir. 2006-cı ildən ixtisası üzrə Lənkəran rayon Zövlə kənd tam orta məktəbində ingilis dili müəllimi işləmişdir. Eyni zamanda, dərs yükünün az olması ilə əlaqədar 2008-ci ildən ixtisası üzrə müəllim işləməyi ilə bərabər “Uşaq Birliyi”nin rəhbəri vəzifəsi də ona həvalə olunmuşdur. Həmin dövrdə ixtisası üzrə 6 saat dərs yükü ilə işləmişdir. xx.xx.2006-cı il tarixdə bağlanmış əmək müqaviləsində göstərilir ki, o, həmin vaxtdan ingilis dili müəllimi vəzifəsini icra edir. Həmin müqavilə müddətsiz bağlanmışdır və bu günə qədər də qüvvədədir. Bundan sonra o, “Uşaq Birliyi” rəhbəri vəzifəsinə təyin edilmişdir. Bu barədə aralarında əmək müqaviləsi bağlanmış və həmin müqavilə də müddətsiz bağlanmışdır. 2015-2016-cı dərs ilində məktəbə yeni təyin edilmiş direktor Cavabdeh2 onu məcbur etmişdir ki, öz ərizəsi ilə “Uşaq Birliyi” rəhbəri vəzifəsindən imtina etsin. Səbəb kimi onun müəllim və “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləməyinin qanunsuz olduğunu bildirmişdir. O, direktordan iki vəzifədə işləməyinin qanunsuz olması barədə rəsmi sənəd təqdim etməyi tələb etdikdə ona heç bir sənəd təqdim edə bilməmişdir. Növbəti 2017-2018-ci dərs ilində heç bir əsas gətirmədən və ona rəsmi xəbərdarlıq etmədən müəllim kimi əmrdə olduğuna baxmayaraq qanunsuz olaraq ona dərs yükü ayrılmamışdır. Yuxarı təşkilatlara müraciət etdikdən sonra ona dərs yükü ayrılmışdır. Ona dərs yükü ayrılsa da və uşaqlara dərs versə də, jurnallar tərəfindən yazılsa da, bunun müqabilində ona əmək haqqı yazılmamışdır. Onun verdiyi dərs saatlarının əmək haqqı başqa müəllimlərə yazılmışdır. Ona səbəb kimi dərs yüklərinin bölündüyündən hazırda dəyişikliyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Lənkəran şəhər Təhsil şöbəsində də ona eyni cavabı vermişlər və yeni dərs ilində dərs yükünün ona veriləcəyini bildirmişlər. Məktəb direktorunun ona qarşı qərəzli hərəkətlərinə biganə qala bilməyən atası Nümayəndə2 və bacısı X3 Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası ƏƏSMN yanında X5 xidmətinə məktəbin direktoru Cavabdeh2 qanunsuz əməlləri və ailə üzvlərinə qarşı şəxsi qərəzçiliklə davranması barədə rəsmi faktlarla müraciət etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyindən və Lənkəran şəhər Təhsil Şöbəsindən ona bu günə kimi rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X5 xidməti idarəsi isə heç bir araşdırma aparmadan ona cavab vermişdir. Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmrinə əsasən onun eyni vaxtda həm ingilis dili müəllimi kimi, həm də “Uşaq Birliyi” rəhbəri kimi işləməyində heç bir qanunsuzluq yoxdur. Məktəbin direktoru Cavabdeh2 isə bu qanunları qüvvədən düşmüş sayır və deyir ki, bu qanunlar artıq köhnəlmişdir və heç bir əsası yoxdur. Faktiki isə bu qanun 2016-cı ildə onlara göndərilmişdir. Cavabdeh2 qanunsuz əməlləri bununla bitmir. 2015-2016-cı dərs ilində ixtisası üzrə müəllim kimi və eyni zamanda “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləməyinə baxmayaraq Cavabdeh2 onu müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi prosesindən kənarda saxlamışdır. Şifahi olaraq onun “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləməyini əsas gətirir. Bu barədə ona rəsmi ərizə ilə müraciət etmiş, lakin rəsmi cavab almamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 994 nömrəli əmri ilə o, müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilməli idi. Lakin Cavabdeh2 Təhsil Nazirliyinin bu əmrini də yerinə yetiməkdən imtina edir. O, bu qanunu qanunsuz sayır. Lənkəran şəhər Təhsil Şöbəsi və direktor Cavabdeh2 razılıq vermişlər ki, 2020-2021-ci il dərs ilində onu 6 saata qədər ixtisası üzrə dərs yükü ilə təmin edəcəklər, lakin aylar keçməsinə baxmayaraq yenə də onu dərs yükü ilə təmin etməmişlər. O, bununla əlaqədar yenidən rəsmi təklif göndərmişdir ki, onunla razılığa gəlsin və bundan sonra medasiya şurasına müraciət etmişdir. Mediasiya şurası tərəfindən mediator təyin edilmiş və hər ikisi ora dəvət edilmişlər. Aralarında danışıq aparılsa da, Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 yenə də ona dərs yükü verməkdən imtina etmişdir. Sonradan o, bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə ona ingilis dili müəllimi kimi dərs yükü təyin edilmiş və məktəbin direktoru da məcbur olub ona ingilis dili müəllimi kimi dərs yükü vermişdir. O, müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilmədiyi üçün 25% əmək haqqından məhrum olmuşdur. Bundan sonra məktəbin direktoru Cavabdeh2 onun xəbəri olmadan qəbul etdiyi əmrlə onu müəllimlikdən çıxartmışdır. Hansı ki, o, müəllim işləməkdə davam etmiş və buna görə dövlətdən maaş da almışdır. Bu yaxınlarda onunla işləyən müəllimlər qanuna uyğun olaraq sertifikasiyadan keçmək üçün imtahan vermişlər. Sertifikasiyadan keçmək üçün imtahan verəcək müəllimlərin siyahısında onun adı da var imiş. Bununla bağlı şəxsi portalına mesaj da gəlmişdir. Lakin buna baxmayaraq M. Qarayev adına Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 ona bildirmişdir ki, Lənkəran Təhsil şöbəsi ona deyib ki, İddiaçı müəllimlərin sertifikasiyasından keçmək üçün imtahanlara buraxılmayacaq və bununla bağlı təhsil şöbəsinə müraciət etsin. O da bununla bağlı Lənkəran şəhər Təhsil Şöbəsinə şifahi müraciət edərək bunun səbəblərini öyrənmək istəmişdir. Lakin Fərhad müəllim ona demişdir ki, ona şifahi heç nə deyə bilməzlər, yazılı formada rəsmi müraciət etsin və ona yazılı formada rəsmi olaraq bunun səbəbini bildirsinlər. Ona qarşı bu cür hallara əvvəllər də yol verilmişdir. Belə ki, onlar müəllimlərin dioqnostik qiymətləndirilməsinə də onu göndərməkdən imtina etmişlər. Məhkəməyə müraciət etdikdən sonra onu 9 saat dərs yükü ilə təmin etmişlər. Hazırda da ona qarşı qeyd etdiyi haqsızlığa yol verirlər. Yuxarıda qeyd etdiyi kimi o, 2006-cı ildən ingilis dili müəllimi kimi, 2007-ci ildən isə həm ingilis dili müəllimi və həm də “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləmişdir. İngilis dili müəllimi işlədiyi halda müddətsiz əmək müqaviləsi ilə işlədiyi halda və qanunda müəllim kimi müəllimlərin sertifikatlaşdırması imtahanında iştirakı nəzərdə tutulduğu halda M. Qarayev adına Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 onu qanunsuz olaraq imtahana göndərmir və buna görə də o, 10-30% əmək haqqından məhrum olmuşdur. Direktor Cavabdeh2 hər dəfə dioqnostik və sertifikasiyadan keçmək üçün imtahana göndərməmək üçün maxinasiyalar edərək hər dəfə ona bir cür portaldan çıxarış verir. Həmin portaldan çıxarışdan da görünür ki, o gah təkcə “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləyir, gah da ingilis dili müəllimi və “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləyir. Cavabdeh2 bununla bağlı onunla hər hansı bir müqavilə də bağlamır və qanunvericiliyin tələblərini kobud sürətdə pozur. Beləliklə də, direktoru Cavabdeh2 onunla bağlanmış əmək müqaviləsinin tələblərini yerinə yetirmədiyinə görə ona maddi ziyan dəymişdir. Eyni zamanda, cavabdehlərin qeyd olunan bu 10 il müddətində qanunsuz hərəkətləri onun sarsıntı və iztirablar keçirməyinə səbəb olmuş və həmin qanunsuz hərəkətlərə görə yuxarı orqanlara və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunların nəticəsində ona mənəvi zərər dəymiş və həmin mənəvi zərərə görə xeyrinə 10000 manat məbləğində pul cavabdehlərdən tutulmalıdır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh2 məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, orta ixtisas təhsilli ixtisasca ingilis dili müəllimi İddiaçı məktəb üzrə 30 avqust 2006-cı il tarixli, paraqraf 3,1 nömrəli əmrlə Zövlə kənd M. Qarayev adına tam orta məktəbinə ingilis dili müəllimi təyin edilmişdir. Məktəb üzrə xx.xx.2007-ci il tarixli, 8 nömrəli əmrlə xx.xx.2007-ci il tarixdən UBRT-i vəzifəsinə təyin edilmişdir. İddiaçı növbəti illərdə dərs yükünün təmin edilməsi məqsədi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı müəllim kimi işlədiyi Lənkəran rayon Zövlə kənd M. Qarayev adına tam orta məktəbində Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 397 saylı qərarının tələblərinə əsasən 9 saat dərs yükü ilə təmin edilməsi qət edilmişdir. 2022-cil il sentyabrdan məhkəmənin qərarı icra olunmuşdur. Həmin qərardan sonrakı illərdə İddiaçı məktəbin ingilis dili fənni üzrə dərs yükünün çox olması səbəbindən 12 saat dərs yükü verilmişdir. 2024-cü il xarici dil müəllimləri üçün keçirilən sertifikasiya imtahanında iştirak etməməsinin səbəbi İddiaçı Zövlə kənd M. Qarayev adına tam orta məktəbində “Uşaq Birliyi” rəhbəri vəzifəsində çalışmasıdır. İddiaçı qiymətləndirmələrdə iştirakına mane olmamış və əksinə olaraq onun diaqnostik qiymətləndirmədə və sertifikasiya imtahanlarında iştirakını istəmişdir. 2023-cü il LARTİ-i tərəfindən sertifikasiyaya gedəcək məktəbdə çalışan ingilis dili müəlimlərinin adlı siyahısını istəyərkən İddiaçı adını da qeyd etmiş və Lənkəran sektoru tərəfindən İddiaçı üçün qeydiyyatlar da aparılmışdır. Lakin onun məktəbdə UBTR kimi çalışması səbəbindən imtina gəlmişdir. İddiaçı məktəbdə əmək fəaliyyətinə işlədiyi zaman ərzində mane olmamış və daim onunla xoş ünsiyyətdə olmuşdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, Lənkəran - Astara Regional Təhsil İdarəsinə və Cavabdeh2 qarşı “cavabdehlərin üzərinə onun müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin tələbinə dair mülki iş hazırda həmin məhkəmənin icraatındadır. Cavabdehlərin qanuna zidd əməlləri nəticəsində bu illər ərzində ona maddi və mənəvi ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Lənkəran - Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında qeyd etdi ki, İddiaçı qarşı Lənkəran - Astara Regional Təhsil İdarəsi tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, mövcud qaydalara əsasən müəllimlərin sertifikasiyasında iştirakına dair Zövlə kənd orta məktəbinin direktoru tərəfindən tərtib edilmiş siyahıya iddiaçının da adı daxil edilərək, Təhsil idarəsinə təqdim edilmişdir və həmin siyahı Elm və Təhsil Nazirliyinə göndərilmişdir. Bundan əlavə olaraq iddiaçının “cavabdehlərin üzərinə onun müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş hazırda Şirvan İnzibati Məhkəməsinin icraatındadır və həmin iş üzrə yekun qərar qəbul edilməmişdir. İddiaçı hazırki iddia tələbində sertifikatlaşdırılma imtahanında iştirak etməməsi səbəbindən ona maddi ziyan vurulduğunu qeyd edir. Lakin iddiaçı həmin imtahandan uğur qazanacağı, yəni tələb edilən balı topladıqda onun əmək haqqına əlavə hesablana bilərdi. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən müəllimlərin sertifikasiyasının aparılması regional təhsil idarəsi tərəfindən deyil, Elm və Təhsil Nazirliyi tərəfindən aparılır. Bu baxımdan iddiaçının maddi ziyan tələbi tamamilə əsassızdır. Həmçinin iddiaçı ona mənəvi ziyan vurulması tələbini də məhkəmədə əsaslandıra bilməmişdir. Odur ki, iddia əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, Zövlə kənd tam orta məktəbinə direktor təyin edildikdən sonra onun tərəfindən İddiaçı qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Rəhbərlik etdiyi məktəbdə çalışan müəllimlərin sertifikasiyasında iştirak edəcək şəxslərin siyahısı tərtib edilərək, xx.xx.2024- cü il tarixdə Lənkəran – Astara Regional təhsil idarəsinə təqdim edilmişdir. Həmçinin ona və təhsil idarəsinə qarşı “cavabdehlərin üzərinə onun müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin iş hazırda icraatdadır. İdddiaçının iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə baxışının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi müvafiq məhkəmə bildirişi təqdim edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsi ilə (Hakim: Anar Pənahov) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Azimova X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək bildirmişdir ki, 2017-2018-ci dərs ilində heç bir əsas gətirmədən və ona rəsmi xəbərdarlıq etmədən müəllim kimi əmrdə olduğuna baxmayaraq qanunsuz olaraq ona dərs yükü ayrılmamışdır. Yuxarı təşkilatlara müraciət etdikdən sonra ona dərs yükü ayrılmışdır. Ona dərs yükü ayrılsa da və uşaqlara dərs versə də, jurnallar tərəfindən yazılsa da, bunun müqabilində ona əmək haqqı yazılmamışdır. Onun verdiyi dərs saatlarının əmək haqqı başqa müəllimlərə yazılmışdır. Ona səbəb kimi dərs yüklərinin bölündüyündən hazırda dəyişikliyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Lənkəran şəhər Təhsil şöbəsində də ona eyni cavabı vermişlər və yeni dərs ilində dərs yükünün ona veriləcəyini bildirmişlər. Məktəb direktorunun ona qarşı qərəzli hərəkətlərinə biganə qala bilməyən atası Nümayəndə2 və bacısı X3 Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası ƏƏSMN yanında X5 xidmətinə məktəbin direktoru Cavabdeh2 qanunsuz əməlləri və ailə üzvlərinə qarşı şəxsi qərəzçiliklə davranması barədə rəsmi faktlarla müraciət etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyindən və Lənkəran şəhər Təhsil Şöbəsindən ona bu günə kimi rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X5 xidməti idarəsi isə heç bir araşdırma aparmadan ona cavab vermişdir. Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmrinə əsasən onun eyni vaxtda həm ingilis dili müəllimi kimi, həm də “Uşaq Birliyi” rəhbəri kimi işləməyində heç bir qanunsuzluq yoxdur. Məktəbin direktoru Cavabdeh2 isə bu qanunları qüvvədən düşmüş sayır və deyir ki, bu qanunlar artıq köhnəlmişdir və heç bir əsası yoxdur. Faktiki isə bu qanun 2016-cı ildə onlara göndərilmişdir. Cavabdeh2 qanunsuz əməlləri bununla bitmir. 2015-2016-cı dərs ilində ixtisası üzrə müəllim kimi və eyni zamanda “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləməyinə baxmayaraq Cavabdeh2 onu müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi prosesindən kənarda saxlamışdır. Şifahi olaraq onun “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləməyini əsas gətirir. Bu barədə ona rəsmi ərizə ilə müraciət etmiş, lakin rəsmi cavab almamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 994 nömrəli əmri ilə o, müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilməli idi. Lakin Cavabdeh2 Təhsil Nazirliyinin bu əmrini də yerinə yetiməkdən imtina edir. O, bu qanunu qanunsuz sayır. Lənkəran şəhər Təhsil Şöbəsi və direktor Cavabdeh2 razılıq vermişlər ki, 2020-2021-ci il dərs ilində onu 6 saata qədər ixtisası üzrə dərs yükü ilə təmin edəcəklər, lakin aylar keçməsinə baxmayaraq yenə də onu dərs yükü ilə təmin etməmişlər. O, bununla əlaqədar yenidən rəsmi təklif göndərmişdir ki, onunla razılığa gəlsin və bundan sonra medasiya şurasına müraciət etmişdir. Medasiya şurası tərəfindən mediator təyin edilmiş və hər ikisi ora dəvət edilmişlər. Aralarında danışıq aparılsa da, Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 yenə də ona dərs yükü verməkdən imtina etmişdir. Sonradan o, bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə ona ingilis dili müəllimi kimi dərs yükü təyin edilmiş və məktəbin direktoru da məcbur olub ona ingilis dili müəllimi kimi dərs yükü vermişdir. O, müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilmədiyi üçün 25% əmək haqqından məhrum olmuşdur. Bundan sonra məktəbin direktoru Cavabdeh2 onun xəbəri olmadan qəbul etdiyi əmrlə onu müəllimlikdən çıxartmışdır. Hansı ki, o, müəllim işləməkdə davam etmiş və buna görə dövlətdən maaş da almışdır. Bu yaxınlarda onunla işləyən müəllimlər qanuna uyğun olaraq sertifikasiyadan keçmək üçün imtahan vermişlər. Sertifikasiyadan keçmək üçün imtahan verəcək müəllimlərin siyahısında onun adı da var imiş. Bununla bağlı şəxsi portalına mesaj da gəlmişdir. Lakin buna baxmayaraq M. Qarayev adına Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 ona bildirmişdir ki, Lənkəran Təhsil şöbəsi ona deyib ki, İddiaçı müəllimlərin sertifikasiyasından keçmək üçün imtahanlara buraxılmayacaq və bununla bağlı təhsil şöbəsinə müraciət etsin. O da bununla bağlı Lənkəran şəhər Təhsil Şöbəsinə şifahi müraciət edərək bunun səbəblərini öyrənmək istəmişdir. Lakin Fərhad müəllim ona demişdir ki, ona şifahi heç nə deyə bilməzlər, yazılı formada rəsmi müraciət etsin və ona yazılı formada rəsmi olaraq bunun səbəbini bildirsinlər. Ona qarşı bu cür hallara əvvəllər də yol verilmişdir. Belə ki, onlar müəllimlərin dioqnostik qiymətləndirilməsinə də onu göndərməkdən imtina etmişlər. Məhkəməyə müraciət etdikdən sonra onu 9 saat dərs yükü ilə təmin etmişlər. Hazırda da ona qarşı qeyd etdiyi haqsızlığa yol verirlər. Yuxarıda qeyd etdiyi kimi o, 2006-cı ildən ingilis dili müəllimi kimi, 2007-ci ildən isə həm ingilis dili müəllimi və həm də “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləmişdir. İngilis dili müəllimi işlədiyi halda müddətsiz əmək müqaviləsi ilə işlədiyi halda və qanunda müəllim kimi müəllimlərin sertifikatlaşdırması imtahanında iştirakı nəzərdə tutulduğu halda M. Qarayev adına Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru Cavabdeh2 onu qanunsuz olaraq imtahana göndərmir və buna görə də o, 10-30% əmək haqqından məhrum olmuşdur. Direktor Cavabdeh2 hər dəfə dioqnostik və sertifikasiyadan keçmək üçün imtahana göndərməmək üçün maxinasiyalar edərək hər dəfə ona bir cür portaldan çıxarış verir. Həmin portaldan çıxarışdan da görünür ki, o gah təkcə “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləyir, gah da ingilis dili müəllimi və “Uşaq Birliyi” rəhbəri vəzifəsində işləyir. Cavabdeh2 bununla bağlı onunla hər hansı bir müqavilə də bağlamır və qanunvericiliyin tələblərini kobud sürətdə pozur. Beləliklə də, direktor Cavabdeh2 onunla bağlanmış əmək müqaviləsinin tələblərini yerinə yetirmədiyinə görə ona maddi ziyan dəymişdir. Eyni zamanda, cavabdehlərin qeyd olunan bu 10 il müddətində qanunsuz hərəkətləri onun sarsıntı və iztirablar keçirməyinə səbəb olmuş və həmin qanunsuz hərəkətlərə görə yuxarı orqanlara və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunların nəticəsində ona mənəvi zərər dəymiş və həmin mənəvi zərərə görə xeyrinə 10000 manat məbləğində pul cavabdehlərdən tutulmalıdır. Lakin məhkəmə onun iddia ərizəsində qeyd etdiyi halları nəzərə alınmış, onlara hüquqi qiymət verilmiş, ancaq cavabdehlərin etirazlarında qeyd etdikləri halları və onların məhkəmə iclasında verdikləri izahatları əsasında onun iddia tələbini təmin etməmişdir. Məhkəmə mülki mübahisənin əsasını kənara qoyaraq belə qənaətə gəlir ki, guya o, dərs yükü ilə təmin edilmədiyi dövrə dair həmin dərs yükünə görə əmək haqqı tələbi və sertifikatlaşdırma imtahanında iştirak etmədən və həmin imtahanda uğur qazanmadan əmək haqqına əlavəni tələb etməsi əsassızdır. Buradan aydın görünür ki, məhkəmə bu nəticəyə gələrkən işin bütün faktiki hallarını araşdırmadan və həmin faktiki hallara aydınlıq gətirmədən onun iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Digər hal üzrə də məhkəmə demək olar ki, heç bir araşdırma aparmadan nəticəyə gəlmişdir ki, guya hazırkı mübahisədə cavabdehlər tərəfindən iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır, bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, ziyanın məhz cavabdehlərin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurulmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi, lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir.Yuxarıda qeyd etdiyi bütün faktlar işin nəticəsinə təsir edən hallar olduğuna baxmayaraq məhkəmə bu faktları tam araşdırmadan yuxarıda qeyd etdiyi nəticəyə gələrək onun iddia tələbini rədd etmişdir. Bildirir ki, məhkəmənin qətnaməsində göstərdiyi nəticə aşağıdakılardan ibarətdir ki, guya o, dərs yükü ilə təmin edilmədiyi dövrə dair həmin dərs yükünə görə əmək haqqı tələbi və sertifikatlaşdırma imtahanında iştirak etmədən və həmin imtahanda uğur qazanmadan əmək haqqına əlavənin tələb edilməyi əsassızdır və cavabdehlər tərəfindən iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, ziyanın məhz cavabdehlərin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurulmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının mənəvi ziyan tələbi də əsaslı hesab edilə bilməz. Aşağıdakı əsaslara əsasən hesab edir ki, məhkəmənin qətnaməsində göstərdiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Çünki işin faktiki halları ondan ibarətdir ki, o, cavabdehlərə qarşı hazırki iddia ərizəsi ilə ona görə müraciət etmişdir və onun iddia tələbinin əsası ondan ibarətdir ki, cavabdehlər onun müəllimlərin sertifikatlaşdırma imtahanında iştirakını təmin etmədikləri üçün o yuxarıda qeyd etdiyi məbləğdə əmək haqqından məhrum edilmişdir və ona görə də həmin məbləğdə onlardan maddi ziyan tələb edir. Lakin məhkəmə işin faktiki hallarını toxunmur və araşdırmamışdır ki, o, kimlərin təqsiri ucbatından müəllimlərim sertifikatlaşdırma imtahanında iştirak etməmiş və həmin imtahanda uğur qazanmamışdır. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir, yəni cavabdehlər onun müəllimlərin sertifikatlaşdırma imtahanında iştirakını təmin etməlidirlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsini ləğv edərək onun, yəni İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə2 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elm və Təhsil Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən “...mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır...” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Həm iddia ərizəsindən, həm də apellyasiya şikayətindən görünür ki, İddiaçı iddia tələbi ingilis dili müəllimi olmasına baxmayaraq əmək hüquqlarının pozularaq dərs yükü ilə təmin edilməməsi, müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilmədiyi üçün 25 faiz, sertifikasiyaya göndərilmədiyi üçün 10-30 faiz əmək haqqından məhrum olması, nəticədə ona 20 min manat maddi, 10 min manat mənəvi ziyan dəyməsini göstərir. Məhkə kollegiyası gəlinəcək nəticənin daha aydın olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 994 nömrəli əmri ilə “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur: 3.1.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri; 3.1.2.Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər. Göründüyü kimi, İddiaçı UBTR işlədiyindən diaqnostik qiymətləndirmədə iştirak edə bilməmiş və bu səbəbdən də sonrakı illərdə ona dərs saatı verilməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilmişdir. “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavəyə əsasən keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə 35 faiz, keçid balını toplamış digər təhsilverənlərə 10 faiz əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(049)-638/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Lənkəran - Astara Regional Təhsil İdarəsinə və Cavabdeh2 qarşı “əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı müəllim kimi işlədiyi Lənkəran rayon Zövlə kənd tam orta məktəbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 397 saylı qərarının tələblərinə müvafiq olaraq 9 saat dərs yükü ilə təmin edilməsi qət edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müəllimlərin əmək haqqına əlavə ödəniş sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində uğur qazandıqda hesablanır. Dərs yükü ilə təmin edilmədiyi dövrə dair həmin dərs yükünə görə iddiaçının əmək haqqı tələbi və sertifikatlaşdırma imtahanında iştirak etmədən və həmin imtahanda uğur qazanmadan əmək haqqına əlavənin tələb edilməsi əsassızdır. Həmçinin iddiaçı məhkəmə qətnaməsinə əsasən dərs yükü ilə təmin edildikdən sonra həmin dərs yükünə dair ona əmək haqqı ödənilmişdir və o, həmin dövrdən sonrakı əmək haqqını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası İddiaçı iddia tələbinin 10 min manat mənəvi ziyan tələbi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərin qeyd olunan 10 il müddətində qanunsuz hərəkətləri onun sarsıntı və iztirablar keçirməyinə səbəb olmuş və həmin qanunsuz hərəkətlərə görə yuxarı orqanlara və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunların nəticəsində ona mənəvi zərər dəymiş və mənəvi zərərə görə xeyrinə 10 min manat məbləğində pul cavabdehlərdən tutulmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, "...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, "mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə cavabdehlər tərəfindən iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi ziyan tələbini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-121/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-840/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-840/2025
11.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver