Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-848/2023 15.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(049)1891/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçın Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binasının Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, İddiaçın Cənub regional filialının Lənkəran şöbəsinin balansında olan EUTS-13 (İstehsalat rabitə telefon qovşağı) binası Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, Cavabdeh 100(yüz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti ilə birlikdə prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti veriləməsi müddətinin bərpa edilməsini xahiş etmiş, vəsatət və şikayət xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Lənkəran Rayon Məhkəməsinin qətnaməsinin surətini xx.xx.2022-ci il tarixdə almış, lakin uzun müddət xəstə olduğundan apellyasiya şikayətini tərtib edib vaxtında verə bilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(049)1891/2022 saylı qərardadı (hakim R.Məmmədov) ilə, Cavabdeh vəsatəti təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1891/2022 №-li, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə üzrlü hesab edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1891/2022 №-li, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı MMC şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(049)1891/2022 saylı qərardadı (hakim R.Məmmədov) ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «zəbt edilmiş inzibati binanın boşaldılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(049)1891/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması 15 may 2023-cü il tarixə təyin olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(049)1891/2022 saylı qərardadını ləğv etməklə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim olunan arayışa istinad etməklə, şəxsin apellyasiya şikayətinin verilməsinə mane olan bilməsi mümkünlüyünü araşdırmamışdır. Həmçinin şəxsin xəstəliyi onun apellyasiya şikayəti verməsinə mane olmamışdır. Məhkəmə kollegiyası 05 aprel 2023-cü il tarixli, 2(049)1891/2022 saylı qərardadda göstərilənləri qanuni hesab edərək qeyd edir ki, Cavabdeh Lənkəran Rayon Məhkəməsinin qətnaməsini xx.xx.2023-cü il tarixində rəsmi qaydada almışdır. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş dövlət rüsumunu xx.xx.2022-ci il tarixdə ödəmişdir. Lakin uzun müddət xəstə olduğundan apellyasiya şikayətini tərtib edib vaxtında verə bilməmişdir. Bu səbəblədə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi 18 sentyabr 2022-ci il tarixli məktubla 19 sentyabr 2022-ci il tarixdə cavabdeh X1 göndərilmiş, sonuncu 22 sentyabr 2022-ci il tarixdə qətnamənin surətini rəsmi qaydada əldə etmişdir. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş dövlət rüsumunu xx.xx.2022-ci il tarixdə ödəmiş, lakin xəstəliyi ilə əlaqədar apellyasiya şikayəti verə bilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmiş, vəsatət və şikayət xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin xəstə olaraq müalicə almasını və bu səbəbdəndə şikayət verə bilməməsini qarşılıqlı təhlil apararaq hesab etmişdir ki, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblərdən ötürülmüşdür. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququndan istifadə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi 18 sentyabr 2022-ci il tarixli məktubla 19 sentyabr 2022-ci il tarixdə cavabdeh X1 göndərilmiş, sonuncu 22 sentyabr 2022-ci il tarixdə qətnamənin surətini rəsmi qaydada əldə etmişdir. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş dövlət rüsumunu xx.xx.2022-ci il tarixdə ödəmiş, lakin xəstəliyi ilə əlaqədar apellyasiya şikayəti verə bilməmişdir. Bununla da apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddəti üzrlü səbəbdən ötürmüşdür. Cavabdeh yuxarıda göstərilən konstitusion hüququndan istifadə etmək üçün məhkəməyə müraciət etmişdir. Belə ki; Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəətin bərpası barədə qənaətə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(049)1891/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-848/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-848/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver