Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-849/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Astara Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu, Şəmətük kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər. Nikahlarını isə 06 aprel 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Bu münasibətlərindən 14 yanvar 2011-ci il təvəllüdlü Aygül və 21 avqust 2015-ci il təvəllüdlü Royal adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə cavabdehlə birgə təsərrüfat apararaq bir müddət atası Yaqub Ağayeva məxsus mənzildə yaşadıqdan sonra, atası tərəfindən inşa edilən Astara rayonu, Şəmətük kəndinin yaxınlığındakı meşə torpaqlarında iki mərtəbəli, iki otaqlı, eyvanlı, mətbəxli fərdi yaşayış evinə köçmüşlər. Sonradan cavabdehlə aralarındaki münasibətlər pozulduğundan ayrılmışlar və məhkəmə qətnaməsi ilə cavabdeh onun atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülmüşdür. Həmin tarixdən etibarən o, yaşayış sahəsindən istifadə etmək hüququndan məhrum olunmuşdur. Belə ki, cavabdeh həmin evə köçdükdən sonra onun istifadə hüquqlarına maneçilik törətmişdir. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə heç kimə məxsus olmamış və heç kimin adına qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X3 iddianı qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, əvvəllər Astara Rayon Məhkəməsinin qətnaməsi ilə azyaşlı uşaqları ilə birlikdə Rufanənin evə köçürülməsi qət edilmişdir. Hazırda mübahisələndirilən evin iddiaçının atasına məxsus olması barədə, həmçinin mübahisələndirilən evin cavabdehin köçürüldüyü ev ilə əlaqəli olduğu barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 13 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, köçürülməsini tələb etdiyi yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə heç kimə məxsus olmamış və mülkiyyət kimi qeydiyyata alınmamışdır. Cavabdeh həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadığına görə cavabdehin onu tikilidə yaşamaq hüququndan məhrum etmək səlahiyyəti yoxdur və hüquqlarına bur cür müdaxilə qanunsuzdur. Mübahisəli yaşayış sahəsi qanunsuz tikili olmuşdur və buna görə də iddiaçının həmin əmlakdan istifadə hüququnun məhdudlaşdırılması qanunsuzdur. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, apellyasiya şikayəti ilə tanış olmadığını, məhkəmə iclasına hazırlaşmadığını, məhkəmə iclasının təxirə salınmasını, ona vaxt verilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı və cavabdeh 2010-cu ildə faktiki, xx.xx.2011-ci ildən rəsmi nikahda olmuşlar. Bu nikahdan 2 uşaq- 14 yanvar 2011-ci il təvəllüdlü Aygül və 21 avqust 2015-ci il təvəllüdlü Royal doğulmuşdur. İddiaçının köçmək istədiyi tikili meşə fonduna aid sahədə inşa edilmişdir. Astara rayon İcra hakimiyyəti başçısının Kijəbə qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Cavabdeh Astara rayonu Şəmətük kəndində hazırda yaşadığı ev meşə fondu torpaqlarına aid olan sahədə yerləşir və fərdi yaşayış evinin hüquqi sənədi yoxdur. İddiaçı Astara rayonu, Şəmətük kəndində yerləşən və hazırda cavadehin faktiki isifadəsində olan fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, tikilinin hüquq müəyyənedici sənədi yoxdur. Kollegiya hesab edir ki, yeganə əsas olaraq, tikilinin hüquqi qeydiyyatdan keçməməsi və ya hüquq müəyyənedici sənədinin olmaması iddianı rədd etmək üçün yetərli deyil. Kollegiya qeyd edir ki, mübahisə edilən tikiliyə dair hüquq müəyyənedici sənəd yoxdur. Mübahisəli tikili mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməmişdir. Qeydə alınmamış evlər və özbaşına tikililər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Lakin mübahisəni oxşar (analoji) münasibətləri tənzimləyən yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarına uyğun qaydada həll etmək mümkündür. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının Konstitusiyasının, eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ümumi müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qanunun tələbinə görə, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən yaşayış sahəsi onun daimi yaşayış yeridir, o, tikilini birgə nikah dövründə, cavabadehlə birgə, yaşayış sahəsi olaraq inşa etmişdir. İddia edilən tikilinin tərəflərin birgə nikahı dövründə inşa edilməsi, həmin tikilidən yaşayış sahəsi kimi istifadə edilməsi iş üzrə materiallar və tərəflərin izahatları ilə müəyyən edilir. Bundan başqa, 2 mərtəbədən ibarət tikilinin tərəflərə məxsus olması qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Astara Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(018)-470/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı olan iddia tələbi qismən təmin olunmuş və Cavabdeh iki uşağı ilə birlikdə Astara rayonu, Şəmətük kəndində yerləşən iki otaqlı yaşayış evinə köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti əsasında işə baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2(106)-2723/2019 nömrəli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(018)-470/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli qərarında Astara rayon İcra hakimiyyəti başçısının Kijəbə qəsəbə nümayəndəsinin arayışına istinadən göstərilmişdir ki, İddiaçı və Cavabdeh özlərinə məxsus 2 mərtəbədən ibarət tikilidə yaşayırlar. Qüvvədə olan məhkəmə qətnaməsi ilə Cavabdeh sözügedən tikiliyə köçürülmüşdür. Məhkəmə aktlarından görünür ki, əvvəlki məhkəmə qətnaməsində iddia edilən tikili hazırda mübahisələndirilən tikilidir. Qüvvədə olan məhkəmə qətnamələrindən bəlli olur ki, Cavabdeh iddianı cavabdeh İddiaçı qarşı vermişdir. Bu da ona dəlalət edir ki, Cavabdeh iddia verərkən İddiaçı həmin tikilidə yaşamışdır, həmin tikili sonuncunun yaşayış yeri olmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddia edilən tikili hazırkı iş üzrə İddiaçı yaşayış yeri olmuşdur, ailə münaqişəsi zəminində və ya digər səbəbdən cavabdeh onun həmin tikildə yaşamasına əngəl törətmişdir. Ona görə də onun həmin tikiliyə köçürülməsi təmin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, İddiaçı hazırda cavabdehin istifadəsində olan, Astara rayonu, Şəmətük kəndində yerləşən iki mərtəbəli, iki otaqlı, eyvanlı, mətbəxli fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(018)-80/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Ağayev X4 rayonu, Şəmətük kəndində yerləşən iki mərtəbəli, iki otaqlı, eyvanlı, mətbəxli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-849/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-849/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver