Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-85/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon Muğanlı kənd umumi orta məktəbinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(047)-590/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(047)-590/2021 saylı qətnaməsi ilə (hakim Cavad İbrahimov) İddiaçı cavabdeh Laçın rayon Muğanlı kənd umumi orta məktəbinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(047)-590/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2021-ci il tarixli 2(106)-367/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim X6, hakimlər X4 və X3) İddiaçı Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(047)-590/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(047)-590/2021 saylı qətnaməsi İddiaçı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2021-ci il tarixli, 2(106)-367/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli, 2(102)-2488/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2021-ci il tarixli, 2(106)- 367/2022 saylı qətnaməsi ləğv olunmuş, mülki işin yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşdə olan Laçın Rayon Qeydiyyat Şöbəsinin 02 avqust 2022-ci il tarixli AZ-İİ № 261663 saylı “Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı 20 iyul 2022ci il tarixdə vəfat etmişdir. İşdə olan Laçın RİHB-nin Şəlvə KİDN-nin 22 may 2023-cü il tarixli Arayışından görünür ki, 20 iyul 2022-ci il tarixdə vəfat etmiş İddiaçı hüquqi varisləri aşağdakı şəxslərdir: X12, X8, X9, X7, X10 və X1. İşdə iştirak edən digər şəxslərə - İddiaçı hüquqi varislərinə və cavabdeh Laçın rayon Muğanlı kənd umumi orta məktəbinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud səlahiyyətli nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını qanunvericilik normalarına əsasən yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək, İddiaçı cavabdeh Laçın rayon Muğanlı kənd ümumi orta məktəbinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən birinin sıradan çıxması dedikdə, qanunla müəyyən edilmiş qaydada iddia tələbi irəli sürüldükdən sonra tərəfin məhkəmə proseslərində iştirakını istisna edən sıradan çıxması (ölməsi və s. halda) anlaşılır ki, belə olan halda hüquq varisinin müəyyən edilməsi zərurəti yaranır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbindən görünür ki, iddiaçı Laçın rayon Muğanlı kənd ümumi orta məktəbinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə iddia ərizəsi ilə müraciət etmişdir ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilən tələb olmamaqla şəxsi xarakter daşyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. MPM-in 261.0.7-ci maddəsinə əsasən hakim iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı ölümündən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(047)-590/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(047)-590/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Laçın rayon Muğanlı kənd ümumi orta məktəbinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasassiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-85/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-85/2023
12.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver